4. Qaz sayğaclarının quraşdırılması və istismarı
4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə
görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra —
SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və
sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır.
4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan
istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya
münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
4.3. Qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının
tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir.
4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında
göstərilmiş müddətdə həyata keçirilir.
4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə
istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının
dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır.
4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq
örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və
sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına
görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə
saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış
pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir
olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və
quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu
Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir.
4.10. Sənaye qurğusu olan istehlakçının qaza olan tələbatında dəyişiklik baş verdikdə və
bu zaman qaz sayğacının dəyişdirilməsinə əsaslandırılmış zərurət yarandıqda, qaz
paylayıcısının və EN-in birgə iştirakı ilə qaz sayğacı bu Qaydaların tələblərinə uyğun
dəyişdirilir.
Dostları ilə paylaş: |