«Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında


 Qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması, istismara qəbulu



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix30.03.2022
ölçüsü0,52 Mb.
#54471
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   31
qazdan-istifade-qerar-80

2. Qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması, istismara qəbulu 

v

ə istismarı 

2.1. Yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi 

dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından 

texniki şərt alınmalıdır. Texniki şərtin verilməsi qaydası və yaşayış binalarının, o 

cümlədən mənzillərin qaz xətlərinə qoşulma qaydası müvafiq normativ hüquqi aktlarla 

müəyyən edilir. 




2.2. Müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz 

qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini 

aparmış təşkilatın, qaz paylayıcısının, FHN-in və EN-in səlahiyyətli nümayəndələrindən 

ibarət işçi komissiyası tərəfindən, məişət qaz qurğularının istismara qəbulu və qaz 

şəbəkəsinə qoşulması isə qaz paylayıcısı tərəfindən qanunvericiliyə uyğun olaraq həyata 

keçirilir və aktla rəsmiləşdirilir. 

2.3. Sənaye qurğuları qəbul komissiyası tərəfindən istismara qəbul olunduqdan və 

qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra onların texniki pasport göstəricilərinə uyğun 

normal və davamlı işinin təmin edilməsi üçün xüsusi razılığı (liENziyası) olan sazlama 

təşkilatı tərəfindən buraxılış-sazlama və rejim-sazlama işləri aparılmalıdır. Buraxılış-

sazlama və rejim-sazlama işlərinin yekununa dair sazlama təşkilatı tərəfindən müvafiq 

akt tərtib olunur. 

2.4. Buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akta əsasən sənaye 

qurğularının istismara buraxılması EN tərəfindən verilən icazə əsasında həyata keçirilir. 

İcazənin verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 

müəyyən edilir. 

2.5. Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan 

sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı 

barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi 

müqaviləyə uyğun təmin edilir. 

2.6. Sənaye qurğusu olan istehlakçının qazın alqı-satqı müqaviləsində göstərilən həcmi 

artırmaq və ya azaltmaq haqqında müraciətinə qaz paylayıcısı 10 (on) iş günü 

müddətində baxıb, əsaslandırılmış qərar qəbul edir və onu məlumatlandırır. 

2.7. Qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı 

alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış 

sahəsinə (bundan sonra — qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə 

nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə qaz paylayıcısının, 

FHN-in və ya EN-in səlahiyyətli nümayəndələri, onların təmsil etdiyi orqanın 

qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və 

xidməti vəsiqələrini təqdim etməklə buraxıla bilərlər. 

2.8. Qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq 

sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi 

kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin