Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli
olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə (DÜST-5542-87)
2.1.3. İstehlakçını ildə bir dəfədən az olmayaraq (qaz qurğularının istismara verilmə və ya
son texniki baxış tarixindən etibarən) «Qazdan istifadə Qaydaları»nın tələblərinə uyğun
olaraq təlimatlandırmaq;
2.1.4. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq
texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla
rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək;
2.1.5. Paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin
aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş)
gün əvvəl xəbərdar etmək;
2.1.6. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz
qurğularının tam və dəqiq uçotunu aparmaq;
2.1.7. qazın verilməsində İstehlakçının sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə
riayət etmək;
2.1.8. qazın verilməsində təzyiqin azalması barədə (qəza işləri, baş vermiş yanğının və qaz
sızması halları istisna olmaqla) İstehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək;
2.1.9. İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam
hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək);
2.1.10. İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı
məlumat vermək;
2.1.11. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş
öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək;
2.1.12. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti
dövlət yoxlanılmasından keçirmək;
2.1.13. ödənişli qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz
sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət
yoxlanılmasından keçirmək;
2.1.14. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi,
Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya
təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı
ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə
İstehlakçıya yazılı bildiriş göndərmək;
2.1.15. qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı
alındığı hallar istisna olmaqla, qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz
qurğusuna texniki baxış keçiriləcəyi barədə İstehlakçıya 3 gün əvvəl rəsmi bildiriş
göndərmək;
2.1.16. bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə
qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşımaq;
2.1.17. «Qazdan istifadə Qaydaları»nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək.
Dostları ilə paylaş: