2.3. İstehlakçının vəzifələri:
2.3.1. qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim
edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək;
2.3.2. bu Müqavilənin və «Qazdan istifadə Qaydaları»nın tələblərinə əməl etmək;
2.3.3. qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək;
2.3.4. qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün
təşkilati-texniki tədbirləri yerinə yetirmək;
2.3.5. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş
vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək;
2.3.6. qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı
alındığı hallar istisna olmaqla, İstehlakçının qaz qurğusuna texniki baxış keçirmək üçün
Paylayıcını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan
Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini, bu Müqavilənin 2.1.15-
ci yarımbəndinin tələbi yerinə yetirildiyi halda, qazlaşdırılmış əraziyə və (və ya) yaşayış
sahəsinə buraxmaq;
2.3.7. bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə
qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımaq;
2.3.8. «Qazdan istifadə Qaydaları»nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək.
Dostları ilə paylaş: |