2.4.2. sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə riayət edilməsini Paylayıcıdan
2.4.4. qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və
müvafiq qaydada rəsmiləşdirildikdən sonra bir iş günü müddətində qazın verilməsinin
bərpa edilməsini Paylayıcıdan tələb etmək;
2.4.5. qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğusuna texniki baxış
keçirmək üçün Paylayıcıdan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və
Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrindən tapşırıq
sənədinin surətini tələb etmək;
2.4.6. qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini
Paylayıcıdan tələb etmək;
2.4.7. Paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən
edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini
Paylayıcıdan tələb etmək;
2.4.8. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən normativ
aktlarda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Dostları ilə paylaş: