2.2. Paylayıcının hüquqları:
2.2.1. bu Müqavilənin 2.1.15-ci yarımbəndinin tələbinə riayət etməklə, İstehlakçının qaz
qurğularına texniki baxış keçirilməsi üçün İstehlakçıya məxsus qazlaşdırılmış əraziyə və
(və ya) yaşayış sahəsinə daxil olmaq;
2.2.2. İstehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən
dəyərinin tam ödənilməsini ondan tələb etmək;
2.2.3. qaz qurğusunun sazlama təşkilatı ilə razılaşdırılmış iş rejiminə riayət edilməsini
İstehlakçıdan tələb etmək;
2.2.4. İstehlakçı tərəfindən bu Müqavilənin, «Qazdan istifadə Qaydaları»nın tələblərinin
pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək;
2.2.5. aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada
rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək;
2.2.6. İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən
edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini
İstehlakçıdan tələb etmək;
2.2.7. bu Müqavilənin 2.1.14-cü yarımbəndinin tələblərinə əməl etməklə, aşağıdakı hallarda
İstehlakçıya qazın verilməsini dayandırmaq:
2.2.7.1. İstehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının
səbəbi və müddəti göstərilməklə) olduqda;
2.2.7.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının
və ya qaz sızmasının qarşısı alındıqda;
2.2.7.3. İstehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;
2.2.7.4. Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı
İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay
müddətinə tam ödənilmədikdə;
2.2.7.5. Paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda;
2.2.7.6. məhkəmənin qərarı ilə;
2.2.8. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən normativ
hüquqi aktlarda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Dostları ilə paylaş: |