7. Müqavil
ənin qüvvədə olma müddəti
7.1. Bu Müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün
məcburidir.
7.2. Bu Müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən _____ il müəyyən edilir.
7.3. İstehlakçı bu Müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay
qalmış təşəbbüs göstərmədikdə, Müqavilənin müddəti bu Müqavilə üzrə müəyyən edilmiş
müddətə uzadılmış hesab olunur. Bu halda yeni Müqavilənin bağlanılması tələb olunmur.
* Maksimal saatlıq qaz sərfi və istilik gücü pasport göstəricilərinə uyğun qeyd edilir.
7.4. İstehlakçı bu Müqavilənin vaxtından əvvəl ləğv edilməsi hüququnu özündə saxlayır.
Lakin bu, tərəflərin Müqavilə üzrə öhdəliklərinin icra edilməsi məsuliyyətindən azad etmir.
7.5. Bu Müqavilə iki nüsxədə tərtib edilmişdir və hər iki nüsxə eyni hüquqi qüvvəyə malik
olmaqla, tərəflərin hər birində bir nüsxəsi saxlanılır.
Dostları ilə paylaş: |