«Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında


 Müqavil ənin predmeti



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix30.03.2022
ölçüsü0,52 Mb.
#54471
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   31
qazdan-istifade-qerar-80

1. Müqavil

ənin predmeti 

Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli 

qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun 

olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 



2. T

ərəflərin vəzifələri və hüquqları 

2.1. Paylayıcının vəzifələri: 

2.1.1. İstehlakçını ___________________________________________ təzyiqdən aşağı 



(qazın təzyiqinin göstəricisi) 

olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə (DÜST-5542-87) 

uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; 

2.1.2. İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu Müqaviləyə əlavə olunmuş və 

Müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz edir; 



2.1.3. İstehlakçını ildə bir dəfədən az olmayaraq (qaz qurğularının istismara verilmə və ya 

son texniki baxış tarixindən etibarən) «Qazdan istifadə Qaydaları»nın tələblərinə uyğun 

olaraq təlimatlandırmaq; 

2.1.4. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq 

texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla 

rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 

2.1.5. Paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin 

aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) 

gün əvvəl xəbərdar etmək; 

2.1.6. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz 

qurğularının tam və dəqiq uçotunu aparmaq; 

2.1.7. qazın verilməsində İstehlakçının sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə 

riayət etmək; 

2.1.8. qazın verilməsində təzyiqin azalması barədə (qəza işləri, baş vermiş yanğının və qaz 

sızması halları istisna olmaqla) İstehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək; 

2.1.9. İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam 

hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək); 

2.1.10. İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı 

məlumat vermək; 

2.1.11. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş 

öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək; 

2.1.12. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti 

dövlət yoxlanılmasından keçirmək; 

2.1.13. ödənişli qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz 

sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət 

yoxlanılmasından keçirmək; 

2.1.14. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, 

Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya 

təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı 

ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə 

İstehlakçıya yazılı bildiriş göndərmək; 

2.1.15. qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı 

alındığı hallar istisna olmaqla, qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz 

qurğusuna texniki baxış keçiriləcəyi barədə İstehlakçıya 3 gün əvvəl rəsmi bildiriş 




göndərmək; 

2.1.16. bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə 

qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşımaq; 

2.1.17. «Qazdan istifadə Qaydaları»nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin