Qazlar. Qazların ümumi xassələri. Qazın təzyiqi və qazın təzyiqinin ölçülməsi. Sadə qaz qanunları


Boyl qanunu ( təzyiq-həcm əlaqəsi)



Yüklə 1,57 Mb.
səhifə8/10
tarix31.01.2023
ölçüsü1,57 Mb.
#82041
1   2   3   4   5   6   7   8   9   10
qazlar

Boyl qanunu ( təzyiq-həcm əlaqəsi)

1662-ci ildə qazlarla işləyən zaman Robert Boyl hal-hazırda Boyl qanunu olaraq bilinən ilk sadə qaz qanunlarını kəşf etdi.

Sabit temperaturda, verilmiş kütləli qazın həcmi təzyiq ilə tərs

mütənasib aslılıqdadır. –

Sabit temperaturda, verilmiş kütləli qazın həcmi ilə təzyiqinin hasili sabit kəmiyyətdir. (6.4) Qaz bir silindirin içərisindədir və bu silindirin ağzı çəkisiz piston ilə örtülüdür. Silindirdəki qazın təzyiqi pistonun üzərinə qoyulan ağırlığın çəkisinə əsasən müəyyən olunacaq. Qoyulan ağırlığın çəkisinin pistonun sahəsinə nisbəti qazın təzyiqinə bərabərdir. Əgər pistonun üzərindəki ağırlığın çəkisini iki qat artırsaq təzyiq də iki dəfə artacaq, qazın həcmi isə əvvəlki həcminin yarısı qədər azalacaq. Əgər təzyiqi 3 dəfə artırsaq qazın həcmi əvvəlki həcminə nisbətən 3 dəfə azalacaq. Əksinə olaraq qazın təzyiqi yarıya endirilərsə, qazın həcmi iki qat artacaq. Riyazi olaraq qazın təzyiqi və həcmi arasındakı tərs mütənasiblik aşağıdakı kimi ifadə olunur.

P və ya PV = a (a const, ) (6.5)

Mütənasiblik işarəsinin () əvəzinə bərabərlik işarəsi və ya mütənasiblik əmsalı istifadə edildikdə, verilmiş temperaturda və kütlədə qazın təzyiqinin həcminə hasili sabit bir kəmiyyətə (a) bərabər olur. Həmin sabit kəmiyyətin, a-nın qiyməti temperaturdan və qazın miqdarından aslıdır. Şəkil 6-6`dakı hiperbola PV = a -nı ifadə edir.

PV= a ifadəsini sabit temperaturda bu verilənlər dəyişən zaman da istifadə edə bilərik. Bunun üçün kəmiyyətlərin dəyişməzdən əvvəl ki halını (1) , dəyişdikdən sonrakı halınə isə (2) kimi qeyd edə bilərik. P və V hasili sabit kəmiyyət olan a-ya bərabər olduğu üçün (P1V1 = a, P2V2 = a) bu bərabərlik aşağıdakı tənlik halını alır:

P1V1 = P2V2 ( n const, T const, )

 

 

  •  

P1V1 = P2V2 (PV=const)

  • P1V1 = P2V2 (PV=const)
  • Sabit temperaturda 4l bir qabdakı qazın təzyiqi 2 atm-dir.Bu qazın həcmi yarıya endirilərsə son təzyiq nə qədər olar.
  • Həlli
  • P1V1 = P2V2
  • P1 =2
  • V1 =4l
  • V2 =2l
  • P2 =?

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin