Beynəlxalq vahidlər sistemində qüvvənin vahidi nyuton-dur. Nyuton kütləsi 1 kq olan cismə 1m/san2 təcil verən qüvvəyə deyilir. 1 nyuton qüvvənin-N, 1 kvadrat metr-m2 sahədə yaratdığı təzyiq paskal (N/m2) adlanan vahidə bərabərdir.
Paskal ölçü vahidi fransız alimi Blez Paskalın şərəfinə adlandırılmışdır.
◄Şəkil 6-2.Bərk maddəllərin əmələ gətirdiyi təzyiq.
Hər iki silindir eyni kütləyə malikdir və yerləşdiyi sahəyə eyni qüvvə ilə (F = g × m) təsir edirlər. Uzun, nazik silindir daha kiçik sahə ilə təmasdadır. Lakin onun səthə göstərdiyi təzyiq daha böyükdür. (P = F ⁄ A)
Mayelərdə təzyiq.
Mayelərdə təzyiq.
Qaz molekullarının əmələ gətirdiyi bütün qüvvələri hesablamaq çətin olduğu kimi, (6.1) ifadəsini də qazlara şamil etmək çətindir. Qazların təzyiqi adətən birbaşa deyil dolayı yolla hesablanır. Bunun üçün mayelərin təzyiqi ilə əlaqə qurmaq lazım gəlir. Şəkil 6-3 də mayelərdə təzyiq anlayışı göstərilib. Şəkildə maye təzyiqinin yalnız sütundakı mayenin yüksəkliyindən və mayenin sıxlığından asılı olduğu əks olunub. Bunu sübut etmək üçün sütundakı mayenin sıxlığının d, sütunun en kəsiyinin səhəsini A, hündürlüyünü isə h olaraq qeyd edək.
Aydındır ki, (1) çəki qüvvədir və çəki (W) ilə kütlə (m) bir biri ilə düz mütənasibdir: W = g × m. (2) Mayenin kütləsi isə sıxlıqla həcmin hasilinə bərabərdir: m = V × d. (3) Sütunun həcmi onun en kəsiyinin sahəsi ilə hündürlüyünun hasilinə bərabərdir: V = A × h. Bütün bunları nəzərə alaraq aşağıdakı tənliyi əldə edərik.