P = (9.80665 m s-2) × (0.760000 m) × (1.35951 104 kq m-3)
= 1.01325 105 kq m-1 s-2
Hesablamadan alınan kq m-1 s-2 BVS – də təzyiqin vahidi olaraq qəbul edilib və paskal adlanır. 101,325 Pa və ya 101.325 kPa bir atmosfer təzyiqinə bərabərdir. Paskaldan başqa Torricellinin şərəfinə istifadə edilən Torr da təzyiqin vahidi olaraq istifadə edilir.
1 atm = 760 Torr = 101,325 Pa ≈ 760 mmHg (6.3)
Manometrlər
Manometrlər
Civə barometrləri havanın təzyiqinin ölçülməsi üçün əvəzedilməz hesab edilməklərinə baxmayaraq digər qazların təzyiqinin ölçülməsində demək olar ki, istifadə edilmir. Buradakı əsas çətinlik təzyiqini ölçmək lazım gələn qazın yerləşdiyi qaba barometri daxil etməkdir. Qazların təzyiqini manometr vasitəsi ilə barometr təzyiqlə müqaisə edərək ölçə bilərik. Şəkil 6-5`də ucu açıq manometrin işləmə prinsipi əks olunub. Mövcud olan atmosfer təzyiqi və ölçüləcək qaz təzyiqi eyni olduqda mamometrin hər iki qolunda maye civənin hündürlüyü eyni səviyyədə olur. Qollardakı civənin hündürlük səviyyələri arasındakı fərqlər isə atmosfer təzyiqi ilə qaz təzyiqi arasındakı əlaqəni müəyyən edir.
Açıq uclu manometr ilə qaz təzyiqinin ölçülməsi. Barometr təzyiqi ilə qaz təzyiqi arasındakı münkün əlaqələr göstərilmişdir.