Qazli bə neftli SÜxurlarin fiZİKİ xassəLƏRİ


IX.2.Müxtəlif lay rejimlərində yatağın neft verməsi



Yüklə 471,14 Kb.
səhifə26/34
tarix22.05.2023
ölçüsü471,14 Kb.
#119340
1   ...   22   23   24   25   26   27   28   29   ...   34
Qazli b neftli S xurlarin fiZ K xass L R

IX.2.Müxtəlif lay rejimlərində yatağın neft verməsi
Layda maye və qazın quyudibində süzülməsi – lay enerjisinin ehtiyatından və növündən asılı olan qüvvənin təsirindən baş verir. Layların quyular vasitəsilə istismarı zamanı, quyudibi zonada təzyiqin qiyməti, lay təzyiqinin orta qiymətindən kiçik olduğundan, bu iki zonada təzyiqlər fərqi yaranır. Təzyiqin lay üzrə düşməsi, yatağın həm neftli, həm də sulu hissəsini əhatə edir. Beləliklə,yatağa, ona qazılmış quyularla birlikdə vahid hidravlik sistem kimi baxmaq olar.
Bu nöqteyi-nəzərdən layda maye və qazın quyudibində hərəkətini təmin edən təzyiqlər fərqi hidrodinamik amillərdən (maye və qazın sərfi, istismar quyularının konstruksiyaları və layda yerləşdirilməsi və s.), maye və qazın fiziki-kimyəvi xassələrindən (özlülük, maye və qazın tərkibi, sıxlığı və s.), layın litofiziki xassələrindən (keçiricilik, məsaməlilik və süxurların tərkibindən, elastik xüsusiyyətlərindən və s.) asılıdır.
Layda maye və qazın hərəkətini təmin edən əsas enerji mənbələri:
-layda olan ətraf suların və qazın papağının basqı enerjisi;
-neft və suda həll olmuş, təzyiqin azalması ilə onlardan ayrılan qazın
enerjisi; sıxılmış süxur və mayenin elastik enerjisi;
-neftin ağırlıq qüvvəsindən yaranan qravitasiya enerjisidir.
Bu enerji mənbələrinin istismar zamanı aşkar olunma
şəraitlərinə baxaq. Yuxarıda göstərilən bu və ya digər enerji mənbəyinin üstünlüyünə görə yatağın iş rejimləri; su basqı, qaz basqı, həll olmuş qaz rejimi; elastik su basqı rejimi, ağırlıq və qarışıq rejim adlanır.
Su basqı rejiminə yer səthinə çıxışı olan yataqlarda rast gəlinir. Belə rejimdə maye və qazın quyudibinə sıxışdırılmasında əsas hərəkətetdirici qüvvə neftlilik konturunun arxasında olan suyun basqısından yaranan hidrostatik təzyiqdir (şəkil IX.1).

Şəkil IX.1. Su basqı rejiminin sxemi
Bu rejimdə, adətən, istismar praktiki olaraq yüksək və sabit quyudibi təzyiqi altında aparıldığından, neftin və qazın quyudibinə sıxışdırılması prosesində neftin ağırlıq qüvvəsinin, həmçinin maye və süxurun elastik xassələrinin rolu nəzərə alınmaya bilər. Həmin rejimdə istismar zamanı qaz amilinin sabitliyi əsas göstəricidir.
Qidalanma konturunda təzyiq sabit qaldığından, özlülüyü böyük olan neftli hissənin, özlülüyü kiçik olan sulu hissə ilə zaman keçdikcə əvəz olunması nəticəsində quyuların ümumi hasilatı (neft+su) eyni təzyiqlər fərqində arta dabilər.
Qaz basqı rejimi ilə işlənən yataqlarda nefti quyudibinə hərəkət etdirən qüvvə qaz papağında olan qazın elastik enerjisidir. Belə rejimin olması yataq xaricən qapalı olmalıdır (əgər neft-su konturu varsa o, istismar zamanı hərəkət etməlidir) (şəkil IX.2).
Istismar zamanı qaz papağındakı təzyiq sabit qalmalı, quyudibi təzyiq qazın neftlə doyma təzyiqindən böyük olmalıdır.
Həll olmuş qazrejiminə-qaz papağına və kənar su basqısına malik olmayan qapalı laylarda rast gəlinir (şəkil IX.3).
Bu halda neftin quyudibinə axını təzyiqin düşməsi ilə əlaqədar olaraq neftdən ayrılan qazın elastik enerjisinin hesabına baş verir. Ayrılmış qaz, müəyyən həddə qədər quyudibinə neftlə birlikdə, müəyyən həddən sonra isə sərbəst hərəkət edir. Ayrılmış və quyudibinə hərəkət edən qaz kütləsi məsaməli mühitdə müəyyən həcm nefti quyudibinə sıxışdırır. Bu rejimdə neftin qazla sıxışdırılması, basqı rejimlərindən fərqlənərək da mürəkkəb mexanizmlə başa çatdırılır.
Elastik su basqı rejimində neftin quyudibinə hərəkət etməsi, süxur və mayenin elastik qüvvəsinin təsiri nəticəsində yaranır. Sırf elastik su basqı rejiminin olması üçün, lay xaricsən qidalanmamalı və layın sulu hissəsinin həcmi, neftli hissəsinin həcminə nisbətən çox böyük olmalıdır. Lay təzyiqinin azalması və dağ təzyiqinin sabit qalması üzündən məsamələrin həcmi kiçiləcək, mayenin həcmi isə genişlənəcəkdir. Bunun nəticəsində də mayenin bir hissəsi quyudibinə sıxışdırılır və yer üzərinə çıxarılır.
Elastik su basqı rejimində də işlənmənin iki fəzası ola bilər.
Neftin ağırlıq qüvvəsindən yaranan qravitasiya rejimində əsas hərəkətetdirici qüvvə, layda olan neftin öz ağırlıq qüvvəsidir.Belə rejim, əsas etibarilə qaz papağı və konturu olmayan yüksək maili laylarda öz təsirini göstərir. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən rejimlər həmişə müstəqil müşahidə olunmur. Praktikada əsas etibarilə laydan quyudibinə mayenin sıxışdırılmasında eyni eyni zamanda bir neçə rejimin təsiri müşahidə edilir. Bu qarışıq rejim adlanır. Məsələn, mayenin ağırlıq və maye ilə süxurun elastik qüvvələri, demək olar ki, bütün hallarda öz təsirini göstərir.

Yüklə 471,14 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin