Qazli bə neftli SÜxurlarin fiZİKİ xassəLƏRİ



Yüklə 471,14 Kb.
səhifə30/55
tarix21.02.2022
ölçüsü471,14 Kb.
#52901
1   ...   26   27   28   29   30   31   32   33   ...   55
Muhazira-Lay fizikasi.az

Komponentlər

Nisbi molekulyar

çəki

Kritik temperatur

°K

Kritik təzyiq,

MPa

Metan

16,04

190,7

4,58

Etan

30,07

306,2

4,86

Propan

44,09

369,8

4,34

n-Butan

58,12

452,2

3,57

İzobutan

58,12

407,2

3,7

İzopentan

72,15

470,4

3,30

n-Pentan

72,15

461,0

2,89

n-Heksan

86,17

507,9

3,28

n-Heptan

100,20

540,1

2,65

Karbon qazı

44,01

303,6

7,16

Azot

28,02

420,3

3,28

Kükürd qazı

34,08

373,6

8,73

NH3

-

400,6

11,15

Misal 1. Tutaq ki, P= 38,0 MPa və T = 275°C-də 1 mol NH3 qazının həcminin heablanması tələb olunur. Bunun üçün VI.1 cədvəlindən PkTk təyin edilir, sonra çevrilmiş təzyiq və temperatur tapılır:







VI.4.Qazların fiziki xassələri

Qazların sıxlığını təyin etmək üçün nisbi sıxlıq anlayışından istifadə olunur. Nisbi sıxlıq – qazın verilmiş təzyiq və temperaturuna uyğun həcmindəki kütləsinin, quru havanın normal şəraitə uyğun bu həcmdəki kütləsindən neçə dəfə böyük və ya kiçik olduğunu xarakterizə edir:



(VI.11)

burada , – qazın və havanın sıxlığıdır. Qazların sıxlığı onların nisbi molekulyar kütləsinə görə də hesablamaq olar. Qaz qarışığının orta molekulyar kütləsi aşağıdakı düsturla hesablanır:



(VI.12)

burada -ci komponentin nisbi molekulyar kütləsidir. Istənilən qaz üçün bir kilomolun (kmol) normal şəraitdə həcmi 22,41 m3-dir.



Cədvəl VI.2

Qazların nisbi sıxlığı

Qazlar

Nisbi

sıxlığı

Qazlar

Nisbi

sıxlığı

Hava

1,00

metan

0,55

Helium

0,138

etan

1,038

Azot

0,97

propan

1,52

Karbon qazı

0,518

butan

2,0065

Kükürd qazı

1,191







Deməli, qazın havaya görə nisbi sıxlığı:

Bundan başqa, qazın normal şəraitdəki sıxlığı ρ0 məlum olduqda onun orta molekulyar kütləsini tapmaq olar:





VI.5.Qazların özlülüyü

Özlülük – qazın layda hərəkətini xarakterizə edən mühüm kəmiyyətlərdən biridir. Qazın özlülüyü ilə onun hal parametrləri arasındakı asılılıq çox mürəkkəbdir. Qazın özlülüyünün müxtəlif təzyiq və temperaturlarda dəyişmə qanunauyğunluqlarını izah etmək üçün qazların kinetik nəzəriyəsinin bəzi müddəalarından istifadə edək. məlumdur ki, qazın özlülüyü:



(VI.13)

ifadəsindən tapıla bilər. Burada – qazın sıxlığı; – molekullarının orta sürəti; – molekulların sərbəst yürüş yolunun orta uzunluğudur.

Düsturdan görünür ki, qazın özlülüyü təzyiq və temperaturdan asılıdır. Təzyiq artdıqca qazın sıxlığı artır, molekulların sərbəst yürüş yolunun uzunluğu isə azalır (molekulların orta sürəti təqribən sabit qalır). Deməli, (VI.13) ifadəsinə görə təzyiqin elə qiymətləri ola bilər ki, qazın özlülüyü praktiki olaraq dəyişməsin. Temperatur artdıqca qazın özlülüyü molekullarının orta sürətinin artması nəticəsində (bu halda və təxminən sabit olur) çoxalır.

Beləliklə, atmosfer təzyiqinə yaxın təzyiqlərdə qazın özlülüyü təzyiqdən asılı olaraq dəyişmir və temperatur çoxaldıqca özlülük artır. Eyni homoloji sıra üçün qazların özlülüyü onların molekulyar kütləsi artdıqca azalır. Böyük təzyiqlərdə isə yuxarıda qeyd olunan qanunauyğunluqlar pozulur. Belə ki, temperatur artdıqca qazların özlülüyü, mayelərdə olduğu kimi, azalır; böyük molekulyar kütləsi olan qazların özlülüyü də böyük olur.

Qazların tərkibində azotun miqdarı 5,0% - dən artıq olduqda, onun qarışığın özlülüyünə təsirini nəzərə almaq lazımdır. Bu halda qarışığın özlülüyü aşağıdakı ifadədən təyin edilə bilər:

burada , – azotun və qarışığın karbohidrogen hissəsinin özlülüyüdür.




Yüklə 471,14 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin