Qazli bə neftli SÜxurlarin fiZİKİ xassəLƏRİ


I.3. Məsaməliliyin təyin edilmə üsulları



Yüklə 471,14 Kb.
səhifə7/55
tarix21.02.2022
ölçüsü471,14 Kb.
#52901
1   2   3   4   5   6   7   8   9   10   ...   55
Muhazira-Lay fizikasi.az

I.3. Məsaməliliyin təyin edilmə üsulları

Məsaməlilik əmsalı (I.1)-(I.4) əsasən hesablanır. (I.1)-(I.4) ifadələrindən istifadə etmək üçün süxurun və məsamələlərin həcmini bilmək lazımdır. Bu kəmiyyətləri laboratoriya şəraitində müxtəlif üsullarla süxur nümunəsini maye ilə doldurub çəkməklə. Dənəciklərin ümumi həcmini təyin etməklə, süxur nümunəsinə düzgün həndəsi forma verib onun tam həcmini tapmaqla və s. təyin edirlər. Bunun üçün xüsusi laboratoriya avadanlıqları və ölçü cihazları (porozimetr) mövcuddur.

Süzülən mayeyə rəngli və ya bəzi aktiv maddələr (radioaktiv izotoplar və s.) əlavə etməklə onun həqiqi sürətini tapıb süzülmə sürətinə bölməklə dinamik məsaməlilik əmsalını tapmaq olar. Bu və ya digər üsulu seçdikdə süxurun aşağıdakı xassələrini nəzərə almaq lazımdır. Məsələn qum hissəciklərindən təşkil olunmuş süxurlar üçün dinamik və mütləq məsaməlilik əmsalları praktiki bərabər olur. Qum və alevrolit qarışığından təşkil olunmuş süxurlarda mütləq məsaməlilik, dinamik məsaməlilikdən 5-6 % çox olur. Beləliklə, bu cür süxurlar üçün ancaq mütləq məsaməlilik əmsalının təyini kifayətdir.


Yüklə 471,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin