Qazli bə neftli SÜxurlarin fiZİKİ xassəLƏRİ


Şəkil I.2 Məsaməliliyin dərinliyin artmasından asılı olaraq dəyişməsi



Yüklə 471,14 Kb.
səhifə6/55
tarix21.02.2022
ölçüsü471,14 Kb.
#52901
1   2   3   4   5   6   7   8   9   ...   55
Muhazira-Lay fizikasi.az

Şəkil I.2 Məsaməliliyin dərinliyin artmasından asılı olaraq dəyişməsi

10 000-12 000 m dərinlikdə yatan süxurlarda məsaməlilik olmur. Ancaq belə hesab edirlər ki, əgər süxur maye ilə dolmuş və hər tərəfdən başqa süxurlarla əhatə olunmuşsa o, daha böyük dərinliklərdə məsaməli ola bilər.

Fiziki-kimyəvi proseslərin məsaməliliyə təsiri. Süxurun məsaməliliyinə bir sıra fiziki-kimyəvi proseslər əhəmiyyətli dərəcədə təsir edir.

Süxurda, xüsusən əhəngdaşılarında müəyyən şəraitdə su hərəkət etdikdə o, əhəngdaşını (CaCO3) və bəzi başqa karbonatları özündə həll edir. Beləliklə, süxurda bərk maddələrin həll olunması nəticəsində yeni boşluqlar yaranır.

Bəzi fiziki-kimyəvi proseslərin nəticəsində isə süxurda çatlar əmələ gəlir və bir tərəfdən onun məsaməliliyi artır, digər tərəfdən isə ayrı-ayrı kanallar bir-biri ilə əlaqələnir. Süxur soyuduqda onun həcminin kiçilməsi nəticəsində onda müxtəlif istiqamətlərdə çatlar əmələ gəlir. Çatın əmələ gəlməsində dolomitləşmə prosesini xesusi olaraq qeyd etmək lazımdır. Əhəng, süxurlarda kalsium ilə maqneziumun qarışması nəticəsində əhəngdaşı (CaCO3) dolomitə (CaCO3•MgCO3) çevrilir. Bu proses dolomitləşmə adlanır. Dolomitləşmə nəticəsində süxurun ilk məsaməliliyi 12 %-dək arta bilər.

Məsələ I.1. Süxurun nümunəsinin mütləq məsaməliliy əmsalını təyin edin. Verilənlər: nümunənin həcmi Vnüm=3,56 sm3, nümunədə olan dənəciklərin həcmi Vdən=2,96 sm3

Həlli. Məsaməliliy əmsalını aşağıdakı düsturla təyin edirik:

burada və nümunədə süxurun və dənəciyin həcmi, sm3

Rəqəmləri düstura əlavə etdikdə, aşağıda göstərilən nəticə alınır:




Yüklə 471,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin