Qazli bə neftli SÜxurlarin fiZİKİ xassəLƏRİ



Yüklə 471,14 Kb.
səhifə5/55
tarix21.02.2022
ölçüsü471,14 Kb.
#52901
1   2   3   4   5   6   7   8   9   ...   55
Muhazira-Lay fizikasi.az

Cədvəl I.1

Süxurun adı

Məsaməlilik, %-lə

-dən

-dək

Gilli şistlər

0,54

1,4

Gillər

6,0

50,0

Qumlar

6,0

52,0

Qumdaşıları

3,5

29,0

Əhəngdaşıları və dolomitlər

0,65

33,0

Sənaye əhəmiyyəti olan neft kollektorlarının məsaməliliyi (% ilə) aşağıdakı kimidir:

qumlarda-20-25 %;

qumdaşılarda-10-30 %;

əhəngdaşılarda-10-25 %.

Qumlu süxurlarda əhəng, gil və s. sementləyici maddələrin olması, süxurun məsaməliliyinin azalmasına səbəb olur.

Dənəciklərin ölçü və qarşılıqlı yerləşməsinin məsaməliliyə təsiri. Neft layı süxurları forma və ölçücə müxtəlif dənəciklərdən təşkil olunduğu üçün, həmin dənəciklər arasındakı boşluqlar və onların əmələ gətirdikləri kanallar da müxtəlif forma və ölçüdə olur. Bu kanallar süxurun daxilində xaotik (qarma-qarışıq) şəkildə yayılır. Odur ki, təbii şəraitdə neft layı süxurlarının məsaməliliyi çox mürəkkəb bir qanunauyğunluqla dəyişir. Müəyyən edilmişdir ki, süxur dənəciklərinin ölçüsü azaldıqca məsaməlilik artır. Forması düzgün olmayan dənəciklər bir-birinə nisbətən daha sərbəst yerləşir. Bundan başqa dənəciklərin formasının düzgün olmaması (künclülüyü) ayrı-ayrı tağların və bunların altında böyük boşluqların əmələ gəlməsinə səbəb olur. Bunların nəticəsində süxurun məsaməliliyi artır. Digər tərəfdən süxur dənəciklərinin çıxıntıları ayrı-ayrı boşluqlara girərək, süxurun məsaməliliyini xeyli azaldır.

Süxurların qranulometrik tərkibinin məsaməliliyə təsiri. Eyni ölçülü dənəciklərdən təşkil olunmuş qumlu süxurlar ən çox məsaməliliyə malik olur. Süxurda müxtəlif fraksiyalar çox olduqda onun məsaməliliyi az olur. Bu halda kiçik ölçülü dənəciklər iri dənəciklərin arasındakı boşluqları tutaraq, süxurun məsaməliliyini azaldır. Ümumiyyətlə, süxur dənəciklərinin müxtəliflik əmsalı artdıqca onun məsaməliliyi azalır.

Təzyiqin məsaməliliyə təsiri. Süxurun yatma dərinliyi artıqca, həmin süxur dənəciklərinə təsir edən dağ təzyiqi də, yəni yuxarıda yerləşən süxurların ağırlıq qüvvəsinin təzyiqi artır. Təzyiqin artması isə süxur dənəciklərinin daha kip yerləşməsi ilə əlaqədar olduğundan onların məsaməliliyi azalır. Gilli süxurların məsaməliliyinin dərilikdən asılı olaraq dəyişilməsi şəkil I.2-də göstərilmişdir. Bəzi tədqiqatlara görə






Yüklə 471,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin