MÜHAZİRƏ № I
Ölkəmizin ağır sənaye sahəsində neft və qazçıxarma sənayesi xüsusi yer tutur. Bu əsas etibarıilə neft və qazın ölkəmizin yanacaqenergetika kompleksinin inkişafında və neft-kimya istehsalının xammala təlabatının ödənilməsindəki rolu ilə müəyyən edilir. Yanacaq-energetika balansında neftin və qazın yanacaq kimi istifadə olunan hissəsi 60,4%-dən (1970-ci ildə) 70,7%-ə (1980-cı ildə) çatmışdır.
Neft, qaz və qaz-kondensat yataqlarının səmərəli istismar rejimlərinin təyin edilməsində, layda baş verən proseslərin neft və qazın laydan tam çıxarılmasını təmin edən istiqamətdə idarə olunması məsələsinin həllində ―”Neft layının fizikası” fəninin rolu böyükdür.
Dostları ilə paylaş: |