Qazli bə neftli SÜxurlarin fiZİKİ xassəLƏRİ


QAZLI BƏ NEFTLİ SÜXURLARIN FİZİKİ XASSƏLƏRİ



Yüklə 471,14 Kb.
səhifə2/55
tarix21.02.2022
ölçüsü471,14 Kb.
#52901
1   2   3   4   5   6   7   8   9   ...   55
Muhazira-Lay fizikasi.az

QAZLI BƏ NEFTLİ SÜXURLARIN FİZİKİ XASSƏLƏRİ

Neft və qazın yer qabığının məsaməli mühitindəki təbii yığımına neft və qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticəsində əmələ gəlir. Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə çatır), qaz yatağı üçün daha əlverişli sayılır. Beləliklə məsamələrində neft-qaz toplana bilən və yatağın istismarı zamanı həmin nefti və qazı özündən buraxa bilən süxura kollektor süxur deyilir.

Neft və qaz kollektorlarının hissəcikləri bir-birilə əlaqəsi olmayan və ya müəyyən maddə ilə əlaqələndirilmiş müxtəlif təbiətli, xassəli, möhkəmlikli, ölçülü və formalı minerallardan (kvars dənələri, çöl şpatı və s.) ibarətdir. Yatağın işlənməsi və istismarı müddətində neft və qaz kollektoru mürəkkəb deformasiyaya məruz qalır və istismar prosesinə yüksək dərəcədə təsir göstərir.

Neft və qaz layının fiziki xassələrini öyrənmək üçün aşagıdakıları bilmək lazımdır:

1) süxurların qranulmetrik tərkibini;

2) məsaməliliyini;

3) keçiriciliyini;

4) kapillyarlıq xassələrini;

5) məsaməli süxurun xüsusi səthini;

6) süxurların mexaniki xassələrini (elastiklik, plastiklik, sıxılma, dağılma və başqa növ deformasiyalara göstərilən müqaviməti);

7) müxtəlif şəraitlərdə süxurun neft, qaz və su ilə doymasını.


Yüklə 471,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin