I.1. Süxurların qranulometrik tərkibi
Təbii şəraitdə süxur dənəcikləri düzgün olmayan formada və çox müxtəlif ölçülərdə olur.
Süxurun granulometrik tərkibi dedikdə, onun tərkibində müxtəlif ölçülü dənəciklərin miqdarı nəzərdə tutulur. Süxurun granulometrik tərkibini təyin etmək üçün süxur nümunəsi, laboratoriya şəraitində səpilə bilən hala gətirilir və sabit çəkisinədək qurudulqdan sonra deşiklərinin ölçüsü müxtəlif olan ələklər sistemindən keçirilir. Ələklərin sayından asılı olaraq süxurun tərkibi, dənəciklərin ölçüsünə görə bir neçə (adətən 4-5) fraksiyaya bölünür. Məsələn: 1) >0,25 mm; 2) 0,25-0,1 mm; 3) 0,1-0,01 mm; 4) <0,01 mm. Süxurun granulometrik tərkibinin təyin edilməsinin nəticəsi, cədvəl və müxtəlif qrafiklər şəklində verilir. Şəkil 3-də bu qrafiklərdən biri göstərilmişdir. Burada absis oxu üzrə hissəciklərindiametri (başqa bir halda diametrin loqarifmi), ordinat oxu üzrə isə həmin diametrdən kiçik hissəciklərin ümumi çəki miqdarı (nümunənin çəkisinə nisbətən %-lə) götürülür. Süxurları, granulometrik tərkiblərinin müxtəlifliyinə görə bir-biri ilə müqayisə etmək üçün dənəciklərin müxtəliflik əmsalı anlayışından istifadə olunur.Süxur dənəciklərinin müxtəliflik əmsalı kimi ilə xarakterizə edilir; burada və , uyğun olaraq elə bir hissəciklərin diametridir ki, sıfırdan başlayaraq bu diametrə qədər olan bütün fraksiyaların çəkisi süxur nümunəsinin ümumi çəkisinin 60 və 10 %-ni təşkil etsin; və diametrləri süxurun qranulometrik tərkib qrafikindən (şəkil 3) götürülür.
Neft və qaz layları üçün, süxur dənəciklərinin müxtəliflik əmsalı 1,1÷20 intervalında dəyişir.
Dostları ilə paylaş: |