Qədim İran və Elan
Plan:
1. Əhəməni dövlətinin yaranması və imperiyaya çevrilməsi
2. İran e.ə. II minillikdə
3. Midiya dövlətinin yaranması və yüksəlişi
4. Midiya dövlətinin zəifləməsi və süqutu
Midiya, Mada və ya Maday (yun. Μηδία) — E.ə. 728-ci ildən – E.ə. 549-cu ilədək
mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya.
]
Dövlət ilkin dövrdə tarixi Azərbaycan
ərazisində yaransa da, tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə
xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir.
[13]
Mada tayfa
ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül
tapmışdı.
[14]
Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri — madaylar tərəfindən
qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində
yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.
Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri
idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə e.ə. IX əsr qaynaqlarında rast
gəlinmişdir.
[26]
Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə
edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi
[27]
.
Madalılar (midiyalılar) tarix səhnəsinə e.ə. I minilliyin əvvəlində çıxmışlar. Onların
adları Aşşur salnaməsində ilk dəfə IX əsrin 30-cu illərində çəkilmişdir. III Salmanasar (e.ə.
860-825) onların ölkəsini Amadai adlandırır. Sonralar Maday,Matay və
Amaday.Herodot qeyd edir ki, Midiyanın adı qədim yunan əfsanəsi olan "Yason və
Arqonavtlar haqqında əfsanə"də Kolxida hökmdarıEetin cadugər qızı Medeyanın adından
götürülmüşdür.
[28]
O, həmçinin midiyalıların qədimdə arilər adlandığını yazır.
[29]
Hind-
Avropa dillərinin heç biri vasitəsiylə Midiya sözünün mənasını müəyyənləşdirmək,
etimologiyasını açmaq mümkün olmamışdır.
[30]
Bununla belə, Herodotun adını çəkdiyi altı
Midiya tayfasının adının İran dilləri vasitəsiylə şərh olunmasına cəhdlər edilmiş, lakin yenə
də heç bir uğurlu nəticə əldə edilməmişdir.
[31][32]
Herodot qeyd edir: "Deyok pərən-pərən halda olan Midiya tayfalarını bir yerə toplayaraq
onlar üzərində hökmranlıq qurdu. İndi həmin ittifaqa buslar, paratagenlər,
struxatlar, ariazantlar, budilər və maqlar daxildir".— Herodot, VII, 62
Lidiya ilə müharibənin başa çatdığı ildə qədim dünyanın böyük dövlət xadimlərindən
biri, Esxil tərəfindən "Asiya üzərində hökmranlığın banisi" adlandırılmış Kiaksar vəfat etdi.
Onun yaratdığı dövlətin ərazisi böyük idi. Bu dövlət Mada çarlığından başqa Manna, Sak
çarlığı, Urartu torpaqlarını, "Siro-Mada" adlanan ərazini (keçmiş Aşşur vilayətləri olmuş
Zamuanı, Parsuanı, Kişessunu, Xarxarı və b.) əsil Aşşur torpaqlarını (Ksenofontdan məlum
olduğu kimi), Hirkaniya və Parfiya ilə birlikdə İranın bütün şərq qismi (bu isə yunan
ənənəsindən irəli gəlir) özündə ehtiva edirdi.
Beləliklə, Mada dövlətinin sərhədləri Şərqdə Orta Asiyadan qərbdə Halis çayınadək
uzanırdı. Dövlətin şimal sərhədlərinin bir qismi Kolxidanın yaxınlığından keçirdi.
Şübhəsizdir ki, Şimali Azərbaycanın bəzi bölgələri də Mada dövlətinin tərkibinə daxil idi.
Mada dövlətinin tərkibində artıq sonralar fars hökmdarlarının yazılarında adları çəkilən
satraplıqların ən azı bir qismi vardı.
İnzibati idarəetmə Midiya dövlətinin ilkin yaranma ərazisi ellinizm dövründə Kiçik Midiya
və ya Atropatena adlanırdı (müəllif: fransız kartoqraf Adrien-Hubert Brué (1839)
Güman edilir ki, Mada dövlətinin inzibati quruluşu sonralar Əhəməni imperiyasının
quruluşu kimi Aşşur-Urartu sisteminin daha da inkişaf etmiş forması olmuşdur. Ehtimal
olunur ki, inzibati idarəyə, məhkəməyə, maliyyə sisteminə başçılıq etmiş satrapların
səlahiyyətləri prinsip etibarilə Aşşur vilayət rəislərinin (bçl pehate, pehatu) səlahiyyətlərinin
oxşarı idi.
Hər halda Mada satrapları Aşşurun və Urartunun "qubernatorlarının" yalnız bir qədər
dəyişilmiş oxşarları idilər. Bibliyada və başqa Qədim Şərq mənbələrində "Mada
çarı" və "çarlarından", "Mada çarı" və "onun köməkçiləri olan çarlardan"danışılır.
[46]
Deyilənlər Mada çarının vassalları və yaxud satrapları olmuşlar.
Mada dövlətinin mövcudluğu dövrünün mahiyyətcə 6-8 onilliklə məhdudlaşmasına (e.ə. VII
əsrin sonu – VI əsrin I yarısı) baxmayaraq, onun yaradılmasının İran yaylası və Ön
Asiya tayfaları və xalqlarının tarixi üçün böyük əhəmiyyətə malik olması mübahisəsizdir.
Maddi nemətlərin başlıca istehsalçıları əsasən azad icma üzvləri olmuşlar. Hər bir icma
üzvü eyni zamanda döyüşçü idi. Mada cəmiyyətinin gücü xeyli dərəcədə bununla izah
edilirdi. Kiaksar məhz bu cəhətə arxalanaraq özünün işğalçılıq müharibələrinə başlaya
bilmişdi.
Herodotun verdiyi məlumata görə skiflərin Midiyada ağalığına son qoyulması Kiaksarın (bu
Midiya hökmdarı Bisitun yazısında Huvaxıştra, Babil qaynaqlarındaUmakiştar adıyla
xatırlanır) adı ilə bağlıdır.
[]
Kiaksar e.ə. 585–ci ildə altmış illik skif ağalığına son qoyaraq
taxt–tacı maday sülaləsinə qaytarmış və hakimiyyətə gələrək Midiyanın IV hökmdarı kimi
tarixə düşmüşdür.
Herodota görə Kiaksarın hakimiyyəti dövründə özlərini şah adlandıran xırda vilayət
hakimləri mərkəzi hakimiyyətə tabe edildi.
[84]
Ziya Bünyadov qeyd edir ki, yəqin Kiaksar
bundan sonra "şahlar şahı" rütbəsi daşımışdı.
[85]
Ölkədə daxili sabitliyi bərpa etdikdən sonra
Kiaksar Midiyanın ətrafında olan və özlərinin müstəqil hökmdarı olan xırda vilayətləri
özünə tabe etməyə və dövlətin ərazisini genişləndirməyə başladı. Qısa müddətdə Midiyanın
cənub-şərqində yerləşən farsların ölkəsini – Persiada Midiyaya tabe edildi. Mədəni
cəhətdən madaylardan dəfələrlə aşağı səviyyədə olan farslar Midiya mədəniyyətini
mənimsəməyə başladılar.
Assura qarşı Midiya–Babil kompaniyasıMərkəzləşmiş dövlət yaratdıqdan sonra Kiaksar
Assura qarşı müharibəyə hazırlaşdı. Bu məqsədlə o, Midiya ordusunu yenidən təşkil etdi.
Kiaksar ordusunu silahlarına uyğun olaraq nizəçi və oxçu dəstələrinə böldü, süvarilər
dəstəsi yaratdı.
[87]
Ölkənin müxtəlif ərazilərində yaşayan tayfalardan qədim dünyanın ən
güclü ordusunu topladı. Assurun gücünə yaxşı bələd olan Kiaksar güclü düşmənlə tək
qarşılaşmaqdan çəkinərək, Midiya kimi daima Assurun dağıdıcı yürüşlərinə məruz
qalan Yeni Babilistan hökmdarı Nabupalasar ilə ittifaqa girdi. Hər iki tərəfdən eyni
zamanda düşmən üzərinə hücum eləməyi haqda razılıq əldə etdi.
Assur ilə müharibə bir neçə il davam etdi. Öz ordusunun axıra kimi müqavimət göstərə
bilməyəcəyindən qorxan Assur hökmdarı III Aşşur-Ubalit o zaman Assura tabe olan bütün
xalqların ordusunu Midiya və Babil ordusuna qarşı yönəltməyə cəhd etdi.
Lakin Qablin şəhəri yaxınlığında baş verən döyüş zamanı Assur ordusu məğlub edildi. E.ə.
615–612-ci
illərdə
Midiya
və
Yeni
Babilistan
ordusu
tərəfindən Assurun Aşşur, Arbela, Kalat şəhərləri və paytaxtı Nineva tutularaq talandı.
Beləliklə, əsrlərlə qədim şərq dövlətlərinin ən qorxulu düşməni olmuş nəhəng Assur dövləti
e.ə. 604-cü ildə süqut etdi və onun torpaqları Midiya və Yeni Babilistan arasında
bölüşdürüldü.
Herodot qeyd edir ki, Midiya və Lidiya arasında müharibənin baş verməsinin iki səbəbi
olmuşdur. Birincisi hər iki tərəfAnadolu torpaqlarına sahib olmaq istəyirdi, ikinci səbəb isə
intiqam idi.
[91]
Midiyaya tabe olan bir neçə skif sərkərdəsi yerli tayfalarla döyüşdən uğursuz
nəticə ilə qayıtmış və Kiaksar buna görə onları təhqir etmişdir. Təhqirə cavab olaraq isə
skiflər Kiaksarın oğlanlarından birini əsir götürərək özləri ilə birgə Lidiyanın
paytaxtı Sard şəhərinə qaçmışdırlar. Kiaksar Lidiya hökmdarından onları tələb etsə də II
Aliatt skifləri qaytarmaqdan imtina etmiş, nəticədə Midiya hökmdarı Kiaksar Lidiya
ərazisinə yürüş etmişdir.
Beş il davam edən müharibənin sonuncu döyüşü e.ə. 585–ci il 28 may tarixində baş
vermişdir. Tərəflər indiki Türkiyə Cümhuriyyəti ərazisində, Halis (Qızılirmaq) çayının
sahilində qarşılaşdılar. Tarixə Halis döyüşü adı ilə düşmüş bu döyüş zamanı çox
gözlənilməz bir hadisə baş verdi. Döyüş zamanı baş verən günəş tutulmasından qorxan və
bu hadisəni tanrıların qəzəbi sayan Kiaksar və II Aliatt döyüşü dayandırmaq və sülh
bağlamaq qərarına gəlmişlər. Əldə edilmiş razılaşmaya əsasən sahilində döyüş baş vermiş
Halis çayı Midiya və Lidiya arasında sərhəd elan edilmiş, II Aliattın
qızı Aryenis isə Kiaksarın oğlu Astiaqa ərə getmişdir.
Bu hadisə ilə bağlı Herodot yazır:"Müharibənin altıncı ilində çay kənarındakı döyüşlərdən
birində birdən-birə gündüz gecə oldu və hər yer qaranlığıa qərq oldu. Bunun tanrıların
qəzəbi olduğunu başa düşən hər iki tərəf aralarında sülh bağlayaraq müharibəyə son
qoydular. Sülh qərarı qohumluq əlaqələri ilə də möhkəmləndirildi və Aliattın qızı Aryenis,
Kiaksarın oğlu Astiaqa ərə verildi. Bundan sonra tərəflər arasında hansısa bir toqquşma və
ya anlaşmazlıq baş vermədi."
Halis döyüşündən qısa müddət sonra Midiyanın ən qüdrətli
hökmdarı Kiaksar vəfat etdi. Kiaksarın vəfatından sonra hakimiyyətə onun oğlu Astiaq (e.ə.
585-550) gəlir. Astiaqın uzunmüddətli hakimiyyəti onun haqqında müxtəlif rəvayət və
əfsanələrin yaranmasına səbəb oldu. Hakimiyyətinin ilk dövrlərində ölkənin tərəqqisinə,
iqtisadi və sosial vəziyyətin gücləndirilməsinə böyük diqqət ayıran Astiaqın hakimiyyət
dövrünü Midiya mədəniyyətinin müxtəlif sahələrinin inkişafı dövrü kimi də xarakterizə
etmək mümkündür.
Ona qayınları Lidiyalı Kroesus və Babilli Navoxadonnozor ilə birgə nəhəng imperiya miras
qalmışdı. Navoxadonnozorun arvadı Astiaqın bacısı Amitis idi, hansı ki, əri onun şərəfinə
qədim dünyanın yeddi möcüzəsindən biri olan Babilin asma bağlarını inşa etdirmişdi.
Astiaq özü isə iki imperiya arasında əldə edilmiş razılığa əsasən Lidiya hökmdarı
Kroesusun bacısı Aryenis ilə evlənmişdi. Astiaqın tacqoyma mərasimi atasınn ölümündən
bir il sonra keçirilmişdi. Onun qızı Mandana isə fars şahzadəsi, I Kambizə ərə verilmişdi.
Astiaqın hakimiyyəti dövrü daha çox iki şeylə — daimi stabil vəziyyət və inkişafla yadda
qalmışdır. Həmin dövrdə imperiya şərqində, dünyanın ən qədim ilahi dinlərindən
olan zərdüştilik təşəkkül tapmış, Qərbində Kroesus tərəfindən tanınmış filosoflar
(Tales, Solon, Aesop və s.) himayə edilmiş, həmçinin Navoxadonnozor Babil şəhərini
inkişaf etdirərək qədim dünyanın ən böyük şəhərlərindən birinə çevirmişdir.
Lakin bir müddət sonra dövlət işlərini bir tərəfə buraxıb vaxtını yalnız eyş-işrət
məclislərində keçirən Astiaqın yüksək rütbəli saray əyanları və maday zadəganları ilə
əlaqələri pozuldu. Buna görə də o, hökmdar üçün çox vacib olan zadəganların dəstəyindən
məhrum oldu. Məhz bu səbəbdən də Astiaqın hakimiyyətinin son illərində Midiyanın daxili
və xarici vəziyyəti mürəkkəbləşməyə başladı.
Harran vilayətinə görə qonşu Yeni Babilistan dövləti ilə də münasibətlər gərginləşmidi.
Belə ki, hər iki dövlət Harran vilayətinə iddia edirdi. Astiaq daha cəld tərpənərək Harrana
hərbi dəstələr yeritdi. Astiaqa qarşı olan saray əyanlarının bir qismi bu fürsətdən istifadə
etdi. Daxili siyasətdə Astiaq nəsli zadəganların hüquqlarını məhdudlaşdırdığı üçün hökmdar
ilə əyanlar arasında ziddiyyətlər daha da kəskinləşdi.
Fars qiyamıMidiya haqqında digər qaynqlarda olmayan məlumatları dövrümüzə çatdırmış
Nabonidin salnaməsi
Herodot göstərir ki, Midiya sarayında fars meylli qüvvələr gizli fəaliyyət göstərirdi. Bir
qrup əyan başda Harpaq olmaqla II Kir ilə əlaqəyə girir və onun hakimiyyətə ələ
keçirməsinə kömək edirdilər. Farslar uzun müddətli müharibələrdə madayların mövqeyinin
zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə
Midiya dövlətini parçalamışlar.
Fars qüvvələrinin başında Astiaqın nəvəsi (qızı Mandananın oğlu) II Kir dururdu. Astiaq
qızı Mandananın doğulacaq uşağının gələcəkdə onun üçün təhlükə törədəcəyi ilə bağlı
yuxu
[101]
gördükdən sonra, Harpaqı uşaq doğulan kimi onu öldürməsi üçünAnşana göndərir.
Harpaq isə əlini hökmdar nəslindən olan insanın qanına bulamaq istəmədiyi üçün uşağı (II
Kir) Mitridat adlı bir çobana verir və o da uşağı öz övladı kimi böyüdür.
[102]
Ön il keçdikdən sonra, Kirin sağ olmasını öyrənən Astiaq bundan qəzəblənərək Harpaqı
cəzalandırır. O, onun yeganə oğlunu kəsdirərək, sarayda təşkil olunmuş ziyafətdə içində
uşağın atası Harpaqın da olduğu saray adamlarına yedirdir. Harpaq ziyafət zamanı bunu
öyrəndikdən sonra, heç bir reaksiya verməyərək sakitcə oğlunun qalıqlarını masalardan
toplayaraq məclisdən çıxır və qalıqları dəfn edir. Astiaq daha sonra, maqlarla Kirin taleyini
necə həll etmək haqqında məsləhətləşməyə başladı. Onlar, dağda yoldaşları ilə oyun
oynayarkən tapılan uşağın kəhanəti gerçəkləşdirərək onun hakimiyyətini əlindən ala
biləcəyini, ona görə də saraydan uzaqda saxlanması gərəkdiyini söylədilər. Onların
məsləhəti ilə, Astiaq uşağı valideyinləri I Kambiz və Mandananın yanına, Anşana
(xarablıqlarıŞiraz yaxınlığında yerləşən qədim şəhər) göndərdi.
Kir e.ə. 559–cu ildə hakimiyyətdə öz atasnı əvəz edir və e.ə. 553-cü ildə
çoxdan Astiaqdan qisas almaq istəyən Harpaqın məsləhəti ilə babaı Midiya hökmdar
Astiaqa qarşı üsyan qaldırır.
[104]
Tərəflər arasında irili xırdalı bir neçə döyüş baş
verir. Farslar və madaylar arasında gedən müharibənin üçüncü ilində, Pasarqad döyüşündə
maday ordusu hökmdarın əmrlərinə tabe olmayaraq dağılır və beləliklə də maday sülaləsi
devrilir.
[105]
Midiya dövlətinin varlığına son qoyulur. KirAstiaqın hakimiyyətini əlindən alır
və onu təhqir edir.
m.ə. 553–cü ildə Persia hakimi II Kir babası Midiya padşahı Astiaqa qarşı çıxaraq e.ə. 550–
ci ildə ona qalib gəlir və hakimiyyəti ələ keçirir. Kirin hakimiyyəti ələ keçirməsində
Astiaqın hakimiyyətdə olduğu illər ərzində buraxdığı səhvlər ucbatından Midiya
zadəganlarının ondan üz döndərməsi də mühüm rol oynamışdı. Beləliklə Maday dövlətinin
xarabalıqları üzərində tarixdə ilk farsdövləti olan Əhəmənilər dövləti quruldu.
X. Xəlili yazır ki, "Madaylar siyasi hakimiyyətlərini itirsələr də, yüksək mədəni təsr
gücünə, yaradıcılıq enerjisinə malik olduğundan, yad fars mədəniyyətinin təsirinə
düşmədilər, əksinə, gəlmə farslara mədəniləşdirici təsir göstərdilər. Azərbaycanda
mərkəzləşmiş dövlətin yaranması, Azərbaycan türklərinin ilkin təşəkkülü yad fars
mədəniyyətinin, siyasi hakimiyyətnin dəf edilməsi şəraitində baş verdi. Midiya
– Manna mədəniyyəti bütün komponentləri ilə fars mədəniyyəti üzərində dominantlıq
göstərdi."
Kirin əldə etdiyi qələbədən sonra madaylar daima onlara qulluq etmiş, həmişə özlərindən
aşağı səviyyədə qəbul etdikləri
[110]
farslara tabe olmağa məcbur oldular. Həmin dövrdən
madayların təhqir olunması, alçaldılması və talan edilməsi dövrü başladı. Kir madayların
üstünə ağır vergilər qoydu. Yeni imperiyada farslar üstün mövqeyə sahib oldular. Madaylar
isə birmənalı olaraq öz mövqelərini itirdilər. Orduda və şərəf düzümündə farslar
madaylardan öndə durmağa başladılar, ölkədə bütün qayda – qanunlar farsların adət-
ənənəsinə uyğunlaşdırıldı, hətta müqəddəs kitab olan Avestaya da dəyişiklər edildi.
Əhəmənilər imperiyasının çöküşü ərəfəsində kadussilər və digər dağlı tayfalar öz
müstəqilliklərini elan etdilər, Ermənistan isə ayrıca satraplıq elan olundu. Lakin bu
dövrdə Assuriya Kiçik Midiya ilə bir satraplıqda birləşdirildi. Bu səbəbdən
də Ksenofon Anabasis əsərində Assuriya ərazisini də Midiya adıyla yad edir.
[118]
Beləliklə Maday dövlətinin xarabalıqları üzərində tarixdə ilk fars dövləti olan Əhəmənilər
dövləti quruldu.
Fars (pers) epik əsərlərinin leytmotivi olan İran-Turan qarşıdurmasının qaynağı, fars-
türk münaqişələrinin başlanğıcı pers və mada əyanlarının hakimiyyət uğrunda mübarizəsi,
İran imperiyası sarayındaki çevrilişlərdə gah pers, gah da mada sülalələrinin qələbəsi ilə
bağlı yaranmışdır. Belə saray çevrilişlərindən biri də məşhur Qam Ata (Qaumata) üsyanıdır.
Bu tarixi şəxsiyətin İran imperiyasındakı rolunu geniş tədqiq və təsvir edən onlarla
iranşünasın heç biri onun etnik mənsubiyətini açmağa cəhd göstərməmişdir.
Herodot bu etnik qarşıdurmanı Əhəməni sülaləsindən olan İran
şahı Kambizin (Kuruşun oğlu) dilindən verir. Qam Ata üsyanını eşidən Kambiz ölümqabağı
fars əyanlarını yanına çağırıb deyir: "Şahların öcünü sürdürən Tanrıların adını anaraq,
sizlərə borcunuzun nə olduğunu söyləyirəm; bunu hamınıza, xüsusilə aranızda olan
əhəmənilərə deyirəm. Taxtın madalılara keçməsinə yol verməyin, əgər hiylə ilə ələ
keçirsələr, siz də hiyləyə baş vurun, əgər zorla alsalar, siz də zorla ordularınızla onların
əlindən alın. Əgər bu dediklərimə əməl etsəniz, mən də diləyərəm ki, torpağınız sizə
bərəkət, arvadlarınız evlad, sürüləriniz sərvət versin. Hər zaman azad yaşayın. Amma
hakimiyəti geri almasanız və ya almağa cəhd etməsəniz, Tanrıdan dilərəm başınız
bəlalardan qurtarmasın və yenə dilərəm ki, bütün iranlıların sonu mənimki kimi olsun"—
Herodot, II, 65.
Əhəməniərin ikinci şahı Kambiz e.ə. 522 – inci ilin martında Misir yürüşündə olarkən belə
bir bəd xəbər alır ki, kiçik qardaşı Bardiyanın adıyla bir maq (Qam – Ata) üsyan qaldırıb,
saray çevrilişi edibdir. Tələsik geri qayıdarkən yolda Kambiz müəmmalı şəkildə ölür.
Hakimiyəti ələ alan Qam-Ata paytaxtı Ekbatana köçürür. Beləliklə, şahlıq yenə Mada
sülaləsinə keçir. Yeddi aydan sonra yeddi pers əyanı sui-qəsd hazırlayaraq, gecə ikən maqı
öldürürlər. Sui-qəsdçilərdən biri – Dara şah seçilir. Əhəməni sülaləsinin başqa qoluna
mənsub soydan olan Dara yenidən hakimiyəti perslərə qaytarır. Bütün bu hadisələri Dara üç
dildə (qədim fars, elam və akkad) Baqastan qayasına həkk etdirmişdir. Həmin hadisələri
Herodot və digər tarixçilər də azacıq fərqlərlə qələmə almışlar və bütün bu olaylar İran-
Turan qarşıdurmasının kəskin çağlarını əhatə edir. Sonralar Avesta bu qarşıdurmaya dini
don geydirmişdir.
Herodot yazır ki, Smerdisi (Qam-Atanı) xalq çox sevirdi, çünki xalq üçün çox iş görmüşdü,
o öləndə "perslərdən başqa" bütöv Asiya ağlayırdı.
[120]
Açıq mübarizəyə cəsarəti çatmayan Dara gecə qatili kimi hərəkət etdi
[121]
. Təsadüfi deyildi
ki, Qam-Atadan sonra hakimiyətə keçən Daraya qarşı imperiyanın əksər əyalətləri üsyana
qalxdı. Tarixdə misli görünməmiş belə geniş xalq üsyanı bütöv Ön Asiyanı bürümüşdü.
"Dədə Qorqud" qəhrəmanlarından biri Kam-büre (müqəddəs qurd) adlanır, hadisələrdə
birbaşa iştirak etməsə də, boylarda adı hörmətlə tutulan Bayındır xan ulu şaman
soyundandır, Qam-qan (Qam xan) oğludur. Ona görə də, oğuz başçıları Bayındır xanın
məsləhətləri ilə oturub-durur, mühüm dövlət işlərində onun tövsiyələrinə uyğun hərəkət
edirlər. Atillanın qurduğu hun dövlətində Ata-Kam sayılan bəylərdəndir. Quzey Qafqazda
Kam-bulat adını Noqay xanı (XVII əsr) və Kabarda knyazı da daşımışdır.
Maq üsyanından bəhs edən İ.M.Dyakonov deyir ki, Qaumatanı ideallaşdırmaq olmaz
[122]
, bu
münasibətdə daha irəli gedən M.A.Dandamayev isə, ümumiyətlə tarixdə Qaumata adlı
üsyançının olmadığını yazır. Lakin Herodotun mada-pers olaylarını özündən uydurması
fikri qəbul edilsə belə (Mada – fars müharibələrini təkcə herodot yox, bir çox antik
tarixçilər təsvir etmişlər) pers şahı Daranın üç dildə Qam-Ata adını daşa həkk etdirməsi
məsələsini izah etmək mümkün deyil.
Qam-atanı öldürən 7 fars sırasında Dara daha məkrli şəxsiyətdir. Herodot onun sifətlərini
aydın cizgilərlə verir. Dara sui-qəsdi təxirə salmamaq üçün həmkarlarını şantaja çəkir,
onlara – əgər başladığımız işi bu gün bitirməsək, özüm gedib maqa xəbər verəcəyəm –
deyir
[124]
. Yalançı olduğunu Dara özü də gizlətmir, saraya maneəsiz girə bilmək üçün belə
plan cızır:"Persiadan yeni gəldiyimi və şaha atamdan xəbər gətirdiyimi söyləyəcəyəm. Zira
yalanın gərəkli olduğu yerdə yalan söyləməkdən çəkinməməliyik; istər yalançı olaq, istərsə
doğrudan heç ayrılmamış olaq, eyni amacı güdmürükmü?"— Herodot, III, 72.
Dara altı farsla xəlvətcə saraya girib Qam-Atanı öldürür və bununla da madalılar yenidən
Əhəməni hakimiyətinin məngənəsinə düşürlər. Doğrudur, Daraya qarşı imperiyanın digər
əyalətlərində olduğu kimi, Madada da xalq hərəkatı başlandı, lakin bu, son azadlıq üsyanı
güclü orduya qarşı davam gətirməyən bir hərəkat idi. Buna baxmayaraq düz 200 ildən sonra
Madanın bir parçası – Atropatena imperiyadan qırılıb müstəqil dövlət ola bildi.
Qaumata adının elam dilində mixi yazı ilə yazılış forması. Bu halda ad Kamatta kimi
oxunur.
çəkişmələr başladığı dövrdə, Kiçik Midiya ərazi bölüşdürülmələrindən uzaqda qaldı və
bütün Azərbaycan tayfaları Atropatın vahid hakimiyyəti altında birləşdirildi.
xatırlanmış hökmdarların, tanrıların adlarıdır. Daha sonra erkən Mada ərazisində aparılmış
arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış məbədlərdir.Bu zonanın e.ə. IX-VIII
əsrlərə aid olan onomastikasında spesifik mazdaistik anlayışlar mövcuddur. Bu cəhət erkən
Mada vilayətlərində və ona qərbdən bitişik olan vilayətlərdə mazdaizm və yaxud bir sıra
mazdaistik təlimlərinin yayılması haqqında alimlərə fikir söyləməyə imkan verir.Lakin
mütəxəssislər, bu erkən mazdaizmin "Avesta"da öz əksini tapmış zərdüşti
Madalıların dini təsəvvürləri Qərbi İran vilayətlərində (daha dəqiqi Güney Azərbaycanda)
meydana gəlmiş "Vidivdad"da əks olunmuş cəhətlərə uyğundur. "Videvdat"ın tərtibçiləri
isə Mada maqları ola bilərdilər. Diogen Laertli "maqların təlimi"ndən danışarkən məlumat
verir ki, maqlar odu, torpağı və suyu tanrı hesab edirlər. Erkən zərdüştilik kimi, maqların
təliminə də bütpərəstlik yaddır. Maqlar tanrıların təsvirlərini tanımırdılar.
Qərbi İran vilayətlərində (Güney Azərbaycanda) hələ e.ə. I minilliyin başlanğıcında oda
sitayiş edirdilər. Bu ərazidəki atəşpərəstlik məbədləri, xüsusilə Nuşi-Cantəpədəki Mada
məbədi bunu tam müəyyənliklə təsdiq edir (e.ə. VIII əsrə aiddir).
Madayların mənəvi mədəniyyətində dini görüşlərdən və mifologiyadan başqa habelə epik
yaradıcılıq da mühüm yer tuturdu. Məlumdur ki, hələ çox qədim zamanlarda Kiçik
Asiyada müxtəlif epik əsərlər mövcud idi. Həmin əsərlərin süjetləri çox zaman miflərlə
bağlı olurdu.
Birinci dövrdə Zərdüştün dini görüşləri hələ ortaya çıxmamışdı. E.ə. IX – VIII əsrlərdə
Şimali Midiya tayfalarının – kutilərin, lulubilərin, kassilərin çox qədim, şumerlərin dünya
görüşü ilə bağlı olan dini təsəvvürləri hökm sürməkdə idi. Hətta babillərin də dini etiqadları,
Midiya mədəniyyətinə təsir göstərmişdir. Mərkəzi Midiyanın bir rayonu Babilistanın,
şumerlərdən gəlmə, xeyir, bərəkət və sevgi ilahəsi olan İştarın adı ilə əlaqədar olaraq Bit –
İştar (İştarın Ev) adlandırılmışdı. Assurilər bu dövrdə, Midiyaya hücum edərkən, Midiyanın
gələcək paytaxtı Ekbatanın yaxınlığında "Babil qalasına" və Babilistan tanrısı Mardukun,
madaylar arasında kök salmış dini əqidəsinə rast gəlmişdilər. Əslən Qərbi Midiyadan olan
hökmdarlar, çox vaxt ilahi şumer adları daşıyırdılar.
Bu dövrdə babillər və assurlar vasitəsiylə qədim şumerlərin mədəniyyəti və dini təsəvvürləri
Qərbi Midiyaya qüvvətli təsir göstərirdi.
Ksreks keçmiş qəbilə tanrılarına etiqad qadağan edərək, Mehr, Anahit, Vertraqna kimi
qədim tanrıların məbədlərini dağıtdırmışdır. Əhəməni şahları Zərdüştün irəli sürdüyü
təkallahlılıq ideyasını qəbul edir, lakin onun təliminin demokratik cəhətlərini, əkinçi və
maldarların həyatlarının maddi cəhətdən yaxşılaşdırılmasına xidmət edən cəhətləri rədd
edirdilər. Onlar Zərdüştü dinin peyğəmbəri kimi rədd edərək, özlərini "böyük
hökmdar" və"dini lider" elan edirdilər.
[140]
Lakin bu dinə yalnız şah sarayları, məbədlər və
quldarlar ibadət edirdi. Xalq isə həmişəki kimi, Zərdüştdən əvvəlki dini etiqadlarına sadiq
qalmışdı. Odur ki, Əhəməni şahları I Artakserks (e.ə. 462 – 424) və II Dara (e.ə. 424 – 405)
Zərdüştdən əvvəlki dini əqidələri bərpa etməyə, qanuniləşdirməyə məcbur oldular. Dinin bu
üçüncü dövründə Ahura-Mazda ilə yanaşı Mitra (Mehr) və Anahit kimi qədim tanrı və
tanrıçalara da itaət göstərilirdi. Bu yenilmiş köhnə tanrılar "yazat" adı ilə yad edilməyə
başlamışdı.
Dinin bu üçüncü dövründə atəşpərəstlər özlərini "mazdayasna" və "zərdüştilər"
adlandırırdılar. Bu əsl Zərdüşt dini deyildi, sonrakı dövrlərin qarışıq, sinkretik bir dini idi.
"Mazdayasna" qədim devaları (tayfa tanrılarını) lənətləyir, "yazatlara" dua edirdi. Əslində
isə onlar hər ikisi dini mahiyyət etibarilə eyni bir şey idi.
Bu dövrdə (e.ə. 440-cı ilə yaxın) ilk dəfə mazdaist salnaməsi qeydə alındı və mazdaistlər
tərəfindən Avesta ciddi redaktə edildi. Bu Avesta dövrün və hakim sülalə Əhəmənilərin
tələbinə uyğun olaraq Zərdüşt monoteizmi ilə ondan əvvəlki politeizmi birləşdirmiş oldu.
Beləliklə qədim tanrıların – "altı müqəddəsin" (farsca Ameşa spenta) keçmiş hüquqları
bərpa edildiyindən Mehr, Anahit, Tiştriya, Rtiş, Vertraqna və Homa kimi qədim tanrıların
hüquqları rəsmiləşdirildi.
E.ə. V əsrə aid Təxti-Cəmşid qabartılarından birində, madayların qoşa at qoşulmuş döyüş
arabası göstərilir. Bu təsvir əvvəlki qabartını tamamlayıb tədqiqatçılara madayların qoşqu
qaydası haqqında məlumat vermişdir.
E.ə. V əsrdə yaradılmış bir Təxti-Cəmşid qabartısında Midiya padşahının nökərləri – qulları
təsvir edilmişdir. Burda midiyalıların başqa geyim forması (mütəxəssislər bu geyimi Midiya
zadəganlarına aid edirlər) təsvir edilmişdir. Belə Midiya geyimli fiqurlara Təxti-Cəmşid
qabartılarının bir çox yerində rast gəlmək mümkündür. Lakin onlardan öz dəqiq və aydın
təsviri ilə ən çox diqqət çəkəni yanaşı dayanmış üç madayın təsviri olan qabartıdır.
Onlardan ortada dayanan insanın paltar forması Assur qabartılarında və Təxti-Cəmşiddəki
bir çox maday təsvirləri ilə eyniyyət təşkil edir. Kənardakı iki insanın geyii və silahları isə
Midiya varlılarınn surətini əks etdirən başqa bir Təxti-Cəmşid qabartısı ilə eyniyyət təşkil
edir.
Avestanın X yaştında Mitra "geniş otlaqlara malik", "sürü və uşaq bəxş edən", "torpaqları
və atları düşməndən qoruyan" bir qəhrəman kimi təsvir edilir. Həmin qabın qulpu altındakı
düzbucaqlı, çox güman ki, Mitranın himayəsində olan "geniş otlaqlar"ın təsviridir.
[162]
Bu dövrün (e.ə. X – VIII əsrlər) Təpəsiyalk keramikasında nəzərə çarpan orijinal dulusçuluq
formalarından biri də, gil qablarda qaulpların şaquli vəziyyətdə hazırlanması idi. E.ə. X –
VIII əsrlərdə Təpəsiyalk dulusçuları dulusçuluq məmulatının plstik zənginliyinə xüsusi
əhəmiyyət vermişlər. Bu dövrün keramik nümunələrində gövbələr düzbucaqlı, kürəvi,
silindr və s. şəkillərdə olub, çox zaman üçayaq üzərində yerləşdirilirdi. Qabların boğazları
qəsdən uzadılır, oyma və qabarıq halqalarla bəzədilirdi. Qabların gövdələri həm rəngli
naxışlar, həm də qabarıq ünsürlərlə dekorativləşdirilirdi.
Tək qulplu və qulpsuz kuboklar zərif siluetə malik olurdu. Bu dövrün təpəgiyan
dulusçuları kubokların siluetində əsaslı dəyişikliklər edərək, onların plastik quruluşunu daha
da mürəkkəbləşdirmiş, dekorativ bəzəyinə isə, yeni, daha qabarıq ünsürlər əlavə etmişlər.
Təpəsiyalk və Təpəgiyan dulusçularının bu nailiyyətləri bir-birinə çox yaxın olub, ümumi
bir incəsənətin – Midiya incəsənətinin tərkib hissələridir.
Bu dövrə Təpəsiyalk dulusçuları dini əqidələrlə bağlı olan çoxlu zoomorf qablar
hazırlamışlar. Onlar qoyun, quş, ördək fiqurları formasındadır. Bundan başqa boyalı
keramikada uzun silindrik camların və konusvari, uzun axıcılı qabların qulpu üstündə qoç
və maral başlarının fiquru da yaradılırdı. Əksər hallarda bu zoomorf ünsürlər genişağızlı,
boyalı camların gövdəsinə yapışdırılırdı. Zoomorf fiqurların istiqaməti qabların bəzən içinə,
bəzən də xaricinə tərəf yönəldilirdi. Bu "sehrkar" fiqurlar qabların içini, guya xarici "bədxah
təsirlərdən qoruyurmuş".
[164]
Nadir hallarda zoomorf motivləri ilan, keçi və s. təsvirlər
şəklində, boyalı qabların xaricində də çəkirdilər. Bu qabların dekorativ tərtbatında
naxışalrın rəng kontraslığına, ritmik düzülüşünə və dinamik kompozisiya quruluşuna xüsusi
diqqət yetirilirdi.
Babil-şumer xalqlarının mədəni nailiyyətlərindən qidalanmış Midiya dulusçuları orijinal
dulusçuluq sənəti yaratmaqla, bu sahədə İran yaylasına köç etmiş farsdilli xalqların də
mədəniyyətini böyük təsir etmişlər. Midiya dövründə çoxlu bədii əhəmiyyəti olan metal
əşyaların yaradılması madayların bu sahədə də geniş bilik və bacarığa malik olduqlarını
sübut edir. Lakin Midiyanın mərkəzi şəhərlərində və böyük yaşayış yerlərində
(Ekbatan, Hirbə, Raqa və s.) qazıntı və tədqiqat işləri aparılmadığından, belə əsərlər nadir
tapıntılar hesab edilir.
E. Hersfeld birinci və ikinci təsvirləri Ahura Mazda ilə Mitranın simvolları hesab edir.
Üçüncü təsvir – ulduzlu lövhə qədim Şumerdə İştarı və Venera planetini təmsil edirdi. Bu
abidədə isə onun Anahitin simvolu olması güman edilir
[174]
.
Bu sərdabənin qabarıq təsvirlərində solda xarakterik maq geyimində olan kahin
dayanmışdır. Maq bu paltarın üstündən boş qolları sallanmış uzun əba geymişdir. Kahinin
başında başlıq (Əhəməni dövründə bu geyim "patidana" adlanırdı), ağzında isə sarğı vardır.
Maqın qarşısında üçpilləli od ibadətgahı görünür. Bu ibadətgahın sağ tərəfində dayanmış
qısa geyimli padşahın da ağzında sarğı vardır. Həm padşahın, həm də maqın sol əlində
kaman vardır. Burada kaman, qələbə, hökmranlıq rəmzidir. Onların sağ əllərinin
hərəkətindən, ibadətgah qarşısında dua oxuduqları anlaşılır
[175]
. Bu qabarıq təsvir ciddi
simmetrik kompozisiyada yaradılmışdır. Fiqurlar alçaqboylu göstərilsə də, dinamik təsvir
edilmişdir. Od ibadətgahı isə daha təmtəraqlı və əzəmətli verilmişdir.
Urartu hökmdarı II Sardurun (e.ə. VII əsrin ortaları) salnaməsinin məzmunundan bəlli olur
ki, Midiyanın şimal-qərb vilayətlərində (Azərbaycanda) geniş miqyaslı inşaat işləri
aparılmışdır. SalnamədəAzərbaycanın cənub-qərb vilayətləri sərhəddində iyirmi qalanın və
yüz iyirmi yaşayış məntəqəsinin salındığı haqqında məlumat verilir.
[182][183]
Midiya dövründən bizə bəlli olan bir çox tikinti tipləri əslində hələ çox əvvəl, Manna
dövründə yaradılmışdı. Xüsusilə Urmiya gölü rayonunda bir sıra qaya sərdabələri, qayalar
və Dur-Şarukkindən olan (e.ə. VIII əsrin sonları) məşhur Assur qabartılarında təsvir edilən
tikintilər hələ Midiya dövründən əvələ aid edilməlidir.
Midiya
dövründə Azərbaycan
memarlığı başlıca
olaraq
indiki Cənubi
Azərbaycan ərazisində (Arazçayından cənubda) və Azərbaycan respublikasının cənub
rayonlarında inkişaf etmişdir. Bu rayonun əsas mədəni inkişaf mərkəzi isə Urmiya
gölü ətrafı ərazi olmuşdur. Midiya memarlığının inkişafına şübhəsiz ki, bir tərəfdən qaya
məskənləri, digər tərəfdən ağac qurğuları müəyyən təsir göstərmişdir. Monumental
memarlıq öz inkişafında başlıca olaraq daş tikintilərdən ibarət olmuşdur.
VII əsrdə böyük dövlət kimi formalaşan Midiya, Yaxın Şərq memarlığının inkişafında
əhəmiyyətli rol oynamışdır.
Midiyanın qüdrəli imperiyaya çevrilməsi möhtəşəm saray tikintiləri üçün şərait yaratmışdır.
Tarixi səlnamələr Midiyanın paytaxtı Ekbatanda salınmış böyük tikintilər haqqında geniş
məlumat verir. Qədim müəlliflərdən Herodot və Polibinin təsvirinə görə "bu şəhərin
daxilində böyük saray var idi. O, halqaşəkilli qüdrətli qala divarlarına malik idi. Akropol elə
tikilmişdi ki, bir halqaşəkilli qala divarı digərinin üzərində yüksəlirdi...Bütün divar halqaları
yeddi idi ki, bunların da sonuncusunda padşahın sarayı və xəzinə yerləşirdi."
Ekbatan saraylarını təsvir edən Polibi onların genişliyini və bəzək zənginliyini xüsusilə
qeyd etmişdir. O, sər və sidr ağaclarından düzəldilən, üstü gümüş və qızıl vərəqləri ilə
örtülmüş sütunlardan bəhs edir.
]
Əhəmənilər dövləti (е.ə. 550 - е.ə. 330) Midiya dövlətinin zəifləməsindən istifadə edən fars
tayfa başçısı II Kir e.ə. 553-cü ildə muharibəyə başladı və e.ə. 550-ci ildə Midiya dövlətinə
son qoydu. e.ə. 550-ci ildə
II Kambizin dövrü (e. a. 530- e. a. 522)-II Kambiz Kipr və Finikiyaliların donanmasından
istifadə edərək Misirə hücum etdi. e.ə.525-ci il Pelusiya döyüşündə qələbə qazanan II
Kambiz özünü firon elan etdi.Qaumata üsyanı (e. ə. 522)- II Kambiz Misirdə olarkən
Qaumata adh bir kahin e.ə. 522 -ci ildə qiyam qaldıraraq hakimiyyəti ələ aldı. O, öz
hakimiyyətini möhkəmləndirmək üçün imperiyaya daxil olan bütün xalqları 3 il müddətinə
vergi və hərbi mükəlləfiyyətdən azad etdi. II Kambiz Qaumata üsyanını yatırmaq üçün
Misirdən Irana doğru hərəkət etdi. Asiyanın cənubunda yerləşən İran qədim Şərqin inkişaf
etmiş ölkələrindən biri olmuşdur. Bu inkişaf mədəniyyətdə də özünü təzahür etdirmişdi.
Qədim İran mədəniyyəti öz mənəvi zənginliyi iləşöhrət tapmışdır. Qədim İran əhalisinin
etnik tərkibi müxtəlif idi: buraya elamlılar, kutilər, lullubilər, sular, turukilər, prototürklər
və başqaları daxil idi. Ölkənin «İran» adlandırılmasına gəldikdə isə, onun coğrafi anlayış
olduğu bir çox müəllifləridə məsələn, Y.Yusifovun «Qədim Şərq tarixi» əsərində qeyd
edilir. Qədim İranın zəngin mədəniyyəti incəsənətin müxtəlif sahələrində – ədəbiyyatda,
təsviri sənətdə, memarlıqda, həmçinin elmdə, təhsildə əks olunmuşdu. Ədəbiyyatın əsas
nümunələri əfsanələrdə, dini rəvayət və hekayətlərdə; təsviri sənət müxtəlif məişət tipli
əşyaların bəzədilməsində; memarlıq isə, zərdüşt ideologiyası ilə bağlı məbəd tikililərində
təcəssümtapırdı.
Dostları ilə paylaş: |