Manefonun təsnifatına görə qədim Misir tarixi bir neçə dövrə bölünür: ən qədim, qədim, orta, yeni və ən yeni.
Əkinlərinin suvarılması üçun misirlilər kanallar qazıb, Nil çayının sularını uzun məsafələrə apara bilmişdirlər. Əkin sahələrində müxtəlif yeməli bitki növləri, o cümlədən buğda, üzüm əkilirdi. Misirlilər xırda və iri buynuzlu heyvanları, eşşəkləri, atları saxlayıb, otarırdılar. Aramsız müharibələr nəticəsində Misirə minlərlə hərbi əsir gəlirdi. Onların hamısı kölə olub, müxtəlif sahələrdə işləyirdilər.
İlk yazı nümunələri də o vaxtlar yaranmışdır. Yazarlar “papirus” (yun. pápyros) adlanan bitkinin gövdəsindən emal edilmiş lülə halında bükülmüş kağızlardan istifadə edirdilər. Papiruslar sonra bütün antik dünyada istifadə edilirdi. Yazılarda misirlilər əlifbadan deyil, heroqliflərdən istifadə edirdilər. Heroqliflər sözlərin, cümlələrin və müxtəlif mənaların işarəli ifadəsi olmuşdur. Qədim misirlilər təbiətdə və insan həyatında olan hadisələri dini ideologiya ilə izah edirdilər. Misirlilərin ölən və yenidən dirilən təbiət allahı hesab etdikləri
Vahid dövlətin yaranması (I-II sülalələr, e.ə. 3000 — 2778 illər)
Misirin şimal və cənubu birləşəndən sonra, birləşmiş ölkə fironlar tərəfindən idarə olunurdu. Onlar çox vaxt tanrılaşdırılmış və Horus tanrısının təcəssümü kimi təsəvvür edilirdilər. Fironların ölkənin hər iki hissəsini simvolizə edən aq və qırmızı rəngli iki tacı olmuşdur. Onların çoxlu sayda məmurları, canişinləri, xidmətçiləri də var idi. Onlar dövlət işlərini aparmışdırlar.
Rəvayətlərə görə, ola bilsin ki, vahid Misirin birinci hökmdarı Menes olmuşdur. O cənublu idi və şimal çarlığa qalib gəlib, ölkəni birləşdirə bilmişdir. Bəlkə də o 1-ci sülalənin yaradıcısı olmuşdur. Ancaq başqa rəvayətlərə görə, hələ 1-ci sulalə bərqərar olmamışdan öncə, Misir artıq birləşmişdi. Ola bilsin ki, 1-ci sülalədən öncə ölkədə birləşmə prosesləri başlanmış, və birinci fironlar dövründə başa çatmışdır. Yenə rəvayətə görə Menes birləşmiş Misirin baş şəhəri olmuş Memfisi inşa etmişdir. Ancaq qədim bir abidənin üzərində şimali Misirə qalib gələn və ölkəni birləşdirən adamın adı Narmerdir. Bəlkə də Menesi həm də Narmer çağırırdılar. Hər halda bu məsələ aydın deyil. II-ci sülalənin fironları özlərini Horusun deyil, Set tanrısının təcəssümü kimi ifadə edirdilər. Bu sülalənin sonuncu fironları isə hər iki tanrını öz himayədarları kimi qəbul etmişdirlər.
2. Qədim tarix (III-VI-cı sülalələr, e.ə. 2778 — 2263 illər)
Misirdə vahid dövlət yaranandan sonra, fironlar öz hakimiyyətlərini genişləndirməyə, nüfuzlarını artırmağa çalışmış, bunlara nail olmaq üçün qonşuları ilə müharibələr aparmışdırlar. III-cü sülalədən olan firon Coserin (e.ə. 2635—2611) dövrundə Misir çox güclənmişdir.
VII-ci sülalənin hakimiyyəti dövründən başlayaraq Misirdə mədəniyyət və dövlətçilik sahələrində geriləmə prosesləri baş verirdi. Bu zaman fironlar öz iqamətgahlarını Memfisdən Herakliopolisə keçirmişdirlər
Bu dövrün başlanğıcı adətən XI sülalə zamanının ortalarına II Mentuhotepin hakimiyyəti illərinə təsadüf edir. Birinci aralıq zaman kəsiyində kiçik çarlıqlara parçalanmış Qədim Misir X sülalə sonu şimalda mərkəzi Herakleopol cənubda isə Teben hakimiyyəti formalaşmış olur.
E.ə. 2040 cı ildə Fivan monarxı II Mentuhotep Herakleopol fironunu devirərək insani və maddi nemətləri cəmləşdirərək ən qədim çarlıq dövründəki ümumi Misir irriqasiya sistemini bərpasına başlamış olur və bu prosses sonrakı XI xüsusən də XII sülalə dövründə davam etdirilir. Amenemhet – Senusert sülalələri dövründə (e.ə. 1991-1783), xüsusən də III Senusertdövründə ölkədə vəziyyətin sabitləşməsi və qüvvətlənməsi baş verir. Ölkənin hərbi və iqtisadi potensiyalı xeyli güclənmiş olur. Bu dövrdə çox zaman feodal münasibətlərinin höküm sürdüyü qeyd edilir. Misir tarixinin elə bir dövrü yoxdur ki, bu dövr qədər tarixi abidələrə rast gəlinsin.
Orta qədim dövr özlüyündə iki hissəyə bölünür.
İlkin Orta qədim, II Senusertə qədərki mərkəzləşmə meyillərinin artığı dövr,
Sonrakı Orta qədim III Senusertdən başlayaraq XIII sülaləyə qədərki güclü mərkəzləşmiş dövlət və intibah dövrü.
Orta padşahlıq dövründə Misirdə elementar cəbri anlayışlar meydana gəldi, iki məchullu tənliklər həll edildi. Düzbucağın, üçbucağın və dairənin sahəsini, ehramların səthini və həcmini hesablaya bildilər. Meyitlərin balzamlanması, anatomiya və cərrahiyyənin inkişafına zəmin yaratdı. Misirlilər ürəyin funksiyasını öyrənmiş, qan düvranı qanununu kəşf etmiş, kəllənin trepanasiyasını həyata keçirmişlər. Mumiyalama, ətir. Dərman, rəng və s. Hazırlanması, şüşə və saxsı istehsalı kimyanın inkişafına səbəb oldu.
Şübhə yoxdur ki, kassilər dövründə Babilistan şərqlə sıx ticarət əlaqələri saxlamış və oradan çoxlu miqdarda dazurit və başqa mallar almışlar. Bu dövrdə Babilistanda dekorativ tətbiqi sənətdə lazurit və başqa qiymətli və yarımqiymətli geniş istifadə edilməsi, habelə onların geri ixracı bunu sübut edir.
Lazuritb yanaşı, Misirə daha çox və çənk arabası göndərilirdi. II Burna-buruaş Exnatona 10 cüt at, 5 çənk arabası göndərmişdi. Amarna məktublarında Babilistanın Misirə göndərdiyi bir sıra başqa malların da da adı çəkilir. Məsələn, II Burna-buruaşın dövründə Misirə çoxlu qiymətli əşya göndərilmişdi. Bunlar əsasən lazurit, gümüş, qızıl, tunc fil sümüyündən bəzəklər və məişət şeylərindən ibarət idi. İstər Babilistan, istərsə də Misir tərəfi yuxarıda adları çəkilən malları
Qədim dövr
Orta tarix[
Babildə astrologiya
İnzibati idarəetmə Midiya dövlətinin ilkin yaranma ərazisi ellinizm dövründə Kiçik Midiya və ya Atropatena adlanırdı (müəllif: fransız kartoqraf Adrien-Hubert Brué (1839)
Assura qarşı Midiya–Babil kompaniyasıMərkəzləşmiş dövlət yaratdıqdan sonra Kiaksar Assura qarşı müharibəyə hazırlaşdı. Bu məqsədlə o, Midiya ordusunu yenidən təşkil etdi. Kiaksar ordusunu silahlarına uyğun olaraq nizəçi və oxçu dəstələrinə böldü, süvarilər dəstəsi yaratdı.[87] Ölkənin müxtəlif ərazilərində yaşayan tayfalardan qədim dünyanın ən güclü ordusunu topladı. Assurun gücünə yaxşı bələd olan Kiaksar güclü düşmənlə tək qarşılaşmaqdan çəkinərək, Midiya kimi daima Assurun dağıdıcı yürüşlərinə məruz qalan Yeni Babilistan hökmdarı Nabupalasar ilə ittifaqa girdi. Hər iki tərəfdən eyni zamanda düşmən üzərinə hücum eləməyi haqda razılıq əldə etdi.
Fars qiyamıMidiya haqqında digər qaynqlarda olmayan məlumatları dövrümüzə çatdırmış Nabonidin salnaməsi
m.ə. 553–cü ildə Persia hakimi II Kir babası Midiya padşahı Astiaqa qarşı çıxaraq e.ə. 550–ci ildə ona qalib gəlir və hakimiyyəti ələ keçirir. Kirin hakimiyyəti ələ keçirməsində Astiaqın hakimiyyətdə olduğu illər ərzində buraxdığı səhvlər ucbatından Midiya zadəganlarının ondan üz döndərməsi də mühüm rol oynamışdı. Beləliklə Maday dövlətinin xarabalıqları üzərində tarixdə ilk farsdövləti olan Əhəmənilər dövləti quruldu.