Yeni Babilistan dövləti
Plan:
1. Yeni Babil padşahlığının meydana gəlməsi və Xaldey sülaləsi
2. Yeni Babil padşahlığının güclənməsi, zəifləməsi və süqutu.
3. Nabonidin dini siyasəti
Babil çarlığı Mesopotamiyada yerləşən, öz hakimiyyətə altında böyük əraziləri
birləşdirən güclü bir düvlət olmuşdur.а Onun tarixi bir neçə dövrə bölünür: qədim
(e.ə. XIX-XVI), orta (e.ə. XVI-XII), qeriləmə (e.ə. XII-VII), yeni (e.ə. VII-VI).
Qədim dövr Şümer-Akkad dövlətinin daqılmasından sonra başlamışdır. Akkad və
Assur kimi, Babil dövlətin tarixi eyni adlı şəhərlə bağlı olmuşdur. Sami dillərində
Bab-İl sözləri oTanri qapısıФ deməkdir. İlk Babil dövlətinin yaradıcısı Sumuabum
olmuşdur. Dövlət çarlar və ona tabe olan məmurlar tərəfindən idarə olunurdu. Babilin
baş tanrısı və himayəçisi Mərduk adlı tanrı idi. O insanların və yeyvanların yaradıcısı
hesab olunurdu.
Babil şəhəri çox əlverişli yerdə yerləçirdı: orada ticarət, karvan yolları kəsişirdi.
Eyni zamanda, Dəclə və Fərat çaylarınınа bir-birinə yaxınlaşmasına görə, bu yerlərdə
suvarma və gəmiçiyin inkişafı üçün geniş imkanlar yaranmışdır. Qədim Babilin güclü
dövlətə çevrilməsi prosesi çar Hammurapinin (e.ə. 1792 Ц 1750 illər) hakimiyyəti
zamanı baş vermişdir. O Mesopotamiyanın cənubunda yerləşən şəhərləri, daha sonra
ətraf dövlətləri Ц Mari və EşnunnaТnı ələ keçirmişdir. Şimalda isə Assur, Ninova vənı ələ keçirmişdir. Şimalda isə Assur, Ninova və
bəşqa şəhərlər onun hakimiyyətini gəbul etmişdirlər. Hammurapinin dövründə ölkədə
inşaat işləri görülürdü, suvarma sistemləri təkmilləşdirilmişdir; heyvandarlıq, ticarət,
gəmiçilik, sənətkarlıq sahələri inkişafedirdi, hətta yeni suvarma kanalları qazılırdı.
Babil cəmiyyətinnin ictimai quruluşu, başqa qədim cəmiyyətlərdə olduğu kimi,
quldarlıq olmuşdur. Kölə əməyindən geniş istifadə olunurdu və qul ticarəti aparılırdı.
Kölələr təbəqəsi hərbi dustaqlar və borclarını verə bilməyən adamlardan ibarət
olmuşdur.
Çar Hammurapi həmdə tarixdə ilk dəfə olaraq qanunlar məcmuəsi dərc etmişdir. Bu
qanunlar ictimai həyatın bütün sahələrini əhatə edirdi. Orada cinayət hesab olunan
əməllər və onların müqabilində tətbiq olunan cəzalar əks olunmuşdur. Bu məcmuə
kələcəkdə oÇar Hammurapinin qanunlarıФ adlandırılmışdır və daş sütunlar üzərində
həkk olunmuşdur. Bü cür sütunlar bütün ölkə şəhərlərində qurulmuşdur və əhali çar
Hammurapinin qanunları bilirdi. Sütunlardan biri Susa şəhərində tapılmışdır və başqa
dillərə tərcümə olunmuşdur.
Hammurapidən sonra ölkə tədricən zəyifləməyə başlamışdır. Daha sonra daxili
çəkişmələr və xarici qüvvələrlə savaşlar başlamışdır. Cənubda elamlılar Şümer
şəhərlərini, şimalda Mitanni dövləti ticarət yollarını ələ keçirərək, Babilə ağır
zərbələr endirmişdirlər. Eyni zamanda kassi tayfaları da ölkəyə basqınlar edirdilər.
Onların başçısı Qandaş 1742-ci ildəа Babilə qarşı uğurlu yürüşlər təşkil edə bilmişdi.
Sonda hittilər e.ə. 1595 ildə Babilə qarşı yürüş edərək, şəhəri ələ keçirdilər, şəhərin
baş tanrısı Mərdukun heykəllərini özləri ilə apardılar. Bununla da qədim Babil tarixi
sona çatmışdır.
Bundan sonra Babili kassilar idarə edirdi. Lakin onlar zəngin Babil mədəniyyətinin
təsiri altında olmuş, onun mənəvi dəyərlərini mənimsəmiş, tədricən babillilərlə
qarışmışdırlar. Kassi çarı II Aqum hittilərə qarşı yürüş edib, baş tanrı Mərdukun
heykəllərini geriyə qaytarmışdır. Lakin kassi hakimiyyəti də tədricən zəyiflədi. Babil
əvvəlcə Misirin, sonra isə Mitanni və Hitti çarlıqlarından asılı vəziyyətə düşdü. Sonra
Assur dövləti gücləndi və e.ə. XIII-cü əsrdə Babili idarə edən kassi çarlarını məğlub
etdi. Eyni zamanda ölkəyə elamlılar da basqınlar edirdi. Onlar e.ə. XII-ci əsrdə Babil
dövlətinin çox hissəsini işğal edib, kassi çarlarının hakimiyyətinə son qoydular. Sonra
Babil Elam . canişinləri tərəfindən idarə olunurdu. Lakin Babilin bəzi şəhərləri
elamlıların hakimiyyətini qəbul etməyib, elamlılara müqavimət göstərmişdirlər.
Elama qarşı azadlıq hərəkatına Babilin qərbində yerləşən İsin şəhərinin başçıları
rəhbərlik edirdilər. Onlardan ən güclüsü çar I Nəbu-Kudurri-Usur (Nəbukadnəzar)
(e.ə. 1125-1103 illər) olmuşdur. O elamlılara qalib gələ bilmişdir. Bundan sonra baş
şəhər yenə də Babil olmuşdur.
Daha sonra e.ə. XI-VIII-ci əsrlərdə Babilə və bütün Mesopotamiya ərazisinə
Ərəbistandan gəlmiş arami, sonra isə, e. ə. VIII-ci əsrdə, kəldani tayfalarının axını
prosesi baş vermişdi. Onlar da tədricən Babil mədəniyyətini mənimsəmişdirlər.
E.ə. IX-cu əsrdən başlayaraq, Babilistana Assusuriya qoşunu hücum etməyə
başlamışdır. Onlar ölkənin şimal hissəsini ələ keçirmişdirlər. E.ə. 744-cü ildə Assur
çarı III Tiqratpalasar Babil şəhərini də ala bilmiş, lakin Babilin dövlətçiliyinə tam son
qoymamışdır. Bundan sonra ölkə Assura tabe olan kiçik çarlıq halında həyatənə
davam etdirmişdir.
Assur şarı II Şarrumken (Sarqon) Babili hakimiyyəti altında saxlaya bilməmiş və
şəhər kəldani tayfa başçısı Mərduk-Apla-İddin tərəfindən istila edilmişdir. Orada o
özünü Babil çarı elan edərək, elamlılarla birlikdə assurlulara qarşı savaşa başladı. E.ə.
720-710-cu illərdə müttəfiqlər üstünlük əldə edə bilmişdirlər. Lakin sonra, II
Şarrumken Elam goşununa qalib gəlmiş, Mərduk-Apla-İddini isə Babildən qaçmağa
məcbur etmişdir. E.ə. 705-703-cü illər ərzində Mərduk-Apla-İddinа assurlulara qarşı
vuruşmuş, lakin heç bir uğur əldə edə bilməmişdir.
E.ə. 692-ci ildə babillilər Assuriyaya qarşı üsyana qalxmış, Elam və arami tayfaları
ilə ittifaq bağlamışdırlar. Bir müddət tərəflər arasında ganlı döyüşlər getmişdir. Lakin
sonda Assur çası Sanheriv (Sinaherib) E.ə. 689-cu ildə Babili işğal edərək, onu
darmadağın etmiş, əhalinin çoxusunu öldürmüş, sağ qalanların bir hissəsini isə kölə
edib, şəhərdən sürgün etmişdir.
Daha sonra hakimiyyətə gələn çar Esarhaddon Babili bərpa etmiş və sağ qalan
babilliləri yenidən şəhərə gaytarmışdır. Yeni Babil çarı Şamaş-Şum-Ukin əvvəl
Assura tabe olmuşdur, lakin sonra, e.ə. 652-ci ildə Misirlə, Elamla, aramilərlə,
ərəblərlə, kəldanilərlə və Suriya dövlətləri ilə ittifaqa girərək, yenə də Assura qarşı
savaşa başlamışdır. Lakin bu dəfə də babillilər məğlub oldular. E.ə. 648-ci ildə Assur
qoşunu şəhəri ələ keçirib, əhalisinin çox hissəsini məhv etmişdir.
E.ə. 626-cı ildə Assura qarşı daha bir üsyan başlamışdır. Üsyançılara kəldani tayfa
başçısı Nəbu-Apla-Usur (Nəbopalassar) rəhbərlik etmişdir. O, Elamla ittifaqa girərək
Assura qarçı bir neçə uğurlu yürüş təşkil edə bilmişdir. E.ə. 626-cı ilin sonunda
babillilər onun hakimiyyətini qəbul etdilər. Şəhərə gələn Nabopalasar, özünü çar elan
edərək, Yeni Babil dövlətini qurmuşdur. E.ə. 616-cı ildə babillilər Uruk şəhərini ələ
keşirmiş, sonra isə Assur şəhərini mühasirəyə almışdırlar. Lakin onları ələ keçirə
bilməmişdirlər. E.ə. 614-cü ildə Assura qarşı daha bir güclü dövlət - Midiya - savaşa
girmişdir. Midiyalılar Assur şəhərini alıb onu əhalisi ilə birlikdə məhv etdilər.
Bundan sonra e.ə. 612-ci ilin bahar aylarında babillilər midiyalılarla ittifaqa girərək,
onlarla o dövrdə Assurun baş şəhəri olan Nəynəvaya qarşı hüguma keçərək, onu
mühasirəyə aldılar. Həmən ilin avqust ayında müttəfiqlər Nəynəvanın müdafiəsini
yararaq, şəhəri ələ keçirib, onu əhalisi ilə birlikdə yer üzündən sildilər.
Assur qoşununun bir hissəsi Xərran şəhərinə qaçmış və orada müqaviməti davam
etdirmişdirlər. E.ə. 609-cu ildə Nabopalasar oraya irəliləyərək onları məğlub etmişdir.
Bu zaman Suriya və Fələstin üzərinə Misir qoşunu irəliləmişdir. Fironlar
Assuriyanın süqutundan yararlanmaq və bu əraziləri Misirin tərkibinə qatmaq fikrinə
düşmüşdürlər. Bunun qarşısını almaq üçün Nabopalasar Fərat çayının sahilində
yerləşən Qarkəmiş şəhərinə hücum edərək, e.ə. 605-ci ildə orada yerləşmiş misirliləri
darmadağın etmiş, sonra isə Suriya və Fələstini ələ keçirərək, onları öz dəvlətinin
tərkibinə qatmışdır.
E.ə. 605-ci ildə hakimiyyətə Nabopalasarın oğlu II Nəbu-Kudurri-Usur
(Nəbukadnəzar) gəlmişdir. O çox güclü və tanınmış çar olmuşdur. Onun dövründə
Babil dövləti Misirlə, Suriya və Fələstin torpaqları uğrunda savaşlar aparmışdır.
Orada bir neçə vilayət Misiri dəstəkləmiş və Babilə qarşı üsyana qalxmışdır. Bu
vilayətlərdən biri də Yəhudiyyə dövləti olmuşdur. E.ə. 588-ci ildə II Nəbukadnəzarın
qoşunu Yəhudiyyənin baş şəhəri Yeruşalaimi (Qüdsü) mühasirəyə almış və 586-cı
ildə yəhudilərin müqavimətini qıraraq, şəhərə girmişdir. Yeruşalaim dağıdılmış və
yandırılmış, əhalisi isə oradan imperiyanın başqa vilayətlərinə sürgün olunmuşdur.
Rəvayətlərə körə, Yeruşalaimdəki yəhudilərin ən müqəddəs yeri olan Süleyman
məbədi də tamamilə dağıdılmışdır. Bundan sonra Nəbukadnəzar Sidon, və Edom
şəhərlərini almış, Tir şəhərini isə mühasirədə saxlamışdır. Beləliklə, e.ə. 582-ci ildə
Misir, Fələstində müttəfiqlərinin məğlub edilməsindən və Babil ordularınin onun
sərhədlərinə qədər irəliləməsindən sonra, Babillə sülh sazişi bağlamağa məcbur
olmuşdur. 574-cü ildə isə sonuncu müqavimət ocağı olan Tir şəhəri də Babil
imperiyasına tabe olmuşdur.
II Nəbukadnəzar Babildə və imperiyanın başqa bölgələrində çoxlu inşaat işləri
aparmıçdır. O Babili uzunluğu 14 metrəyə çatan, iki cərgəli möhkəm divarla əhatə
edərək, onu alınmaz qalaya çevirmişdi. Bayır divarın önundə müdafiə xarakterli su ilə
dolu xəndək qazılmışdır.
II Nəbukadnəzardan sonra, Babildə hakimiyyət uğrunda daxili çəkişmələr olmuşdur.
Bu çəkişmələrin nəticəsində Babilin sonuncu çarı arami əsilli Nəbu-Nəid
(Nabonidus) (e.ə. 556-539) hakimiyyətə gəlmişdir. Onun hakimiyyəti zamanı
imperiyada vəziyyət çox gərginləşmişdir: vilayətlərəri üsyanlar bürümüş, hakim
zümrələr arasında ziddiyətlər kəskinləşmişdir. Nabonidus kahin zümrəsinin yüksək
nüfuzunundan ehtiyat edərək, onu endirməyə çalıçırdı. Bunun üçün o, Babildə Sin
tanrısını baş tanrı etmişdir. Lakin ənənəvi Mərduk tanrısının kahinləri bununla
razılaşmaq istəməmişdirlər.
Əvvəlcə Nabonidus problemləri həll edə bilmişdir. Üsyanlar yatırılmış, daha sonra
Şimali Ərəbistanda yeni ərazilər fəth edilmişdir. Orada Teymə şəhəri inşa edilmiş və
çarın iqamətgahı oraya köçürülmüşdür. Babili isə Nabonidusun oğlu Bel-Şar-Usur
(Valtasar) idarə edirdi.
Lakin sonra imperiyada vəziyyət yenə də mürəkkəbləşmişdir. Daxildə cəmiyyətin
müxtəlif zümrələri çarın apardığı siyasəti bəyənmirdilər. Bu zaman Babilə İran
orduları daxil oldular. Nabonidus onlara məğlub olub, əsir götürülmüşdür. Onun oğlu
isə Babil uğrunda gedən döyüşdə oldürülmüşdür. Bundan sonra Babilin bütün ərazisi
İran imperiyasının tərkibinə qatılmış və bu dövlət tarixdən silinmişdir.
II Nəbukadnəzar çarlığı zamanı Babil Yaxın Şərqin ən inkişaf etmiş dövləti
olmuşdur. İctimai həyatın hər bir sahəsində iqtisadi inkişaf və mədəni dirçəliş
müşahidə edilirdi. Babil Qədim şərqin ən büyük şəhəri olmuşdur. Onun əhalisinin
sayı 200000 minə çatmışdır. Şəhərin bir tərəfində böyük çar sarayı, başqa tərəfində
isə, Esagila adlanan, babillilərin əsas tapınaqı (məbədi) yerləşmişdir. Bu dördkünc
tapınaqın hər tərəfinin uzunluğu 400 metrə olmuşdur. Esagilanın yanında uzunluğu
91 metrəyə çatan Etemenanki (sümercə Cənnət ve Dünyanın quruluşu) adlanan
qülləsi (ziqquratı) inşa edilmişdir. Onun ən yüksək yerində Mərduk tanrısının məbədi
yerləşirdi. Bəlkə də məhz bu ziqquratı yunanlar odünya möcüzələrindənФ biri hesab
edirdilər. Babilin oasma bağlarıФ(rekonstruksiya) Babildə oasma bağlarФ adlanan
daha bir odünya möcüzəsiФ olmuşdur. Bu bağları II Nəbukadnəzar öz sevimli həyat
yoldaşı Midiya çarı Kiaksarın qızı Amitis üçün salmışdır. Gözəl təbiəti olan Midiya
dağlarında anadan olmuş Amitis, qumlu düzənlikdə yerləşən Babilin quru iqliminə
uyğunlaşa bilmirdi. Ona təsəlli vermək üçün, II Nəbukadnəzar oasma bağlarınФ inşa
edilməsi əmrini vermişdir. Bu işin görülməsi üçün bu işə o dövrün ən tanınmış
inşaatçıları, ustaları,mühəndisləri və başqa mütəxəssiləri cəlb edilmişdirlər.а
Asma bağları dörd təbəqədən ibarət olan piramida formasında inşa edilmişdir. Alt
təbəqə dördbucaq formasında olub, onun
tərəflərinin uzunluğu 40 metrəyəçatmışdır. Üst təbəqələr isə uzunluğları 25 metrəyə
çatan sütunlar üstündə durmuşdur. Hər təbəqə əvvəl asfaltla qarışmış qamışla, sonra
qirs məhlulu ilə bərkidilmiş iki lay kərpiclə döşənmişdir. Bunların üstü qurğuşum
plitələrlə bərkidilmişdir. Bu cür mürəkkəb bünövrə, o təbəqələrdə bitən bitkilərin
suvarılması zamanı suyun alta axmasının qarşısının alınması üçün qurulmuşdur. Bu
bünövrənin üstü müxtəlif yerlərdən gətirilmiş münbit torpaqla döşənmişdir. Onun
üzərində müxtəlif növ ağac və başqa bitkilər əkilmişdir. Onları imperiyanin müxtəlif
yerlərindən və hətta xarici ölkələrdən gətirmişdilər.Uzaqdan bu piramida yaşıl təpəlik
kimi görsənirdi.
Sütunların birinin içində aşağıdan piramidanın üstünə qədər boru xətti çəkilmişdir.
Bu boru ilə Fərat çayından gətirilmiş sular nasoslar vasitəsi ilə yuxarı qaldirılmış və
oradan xüsusi kanallarla aşağı tökülərək bitkilərin suvarılması üçün istifadə edilirdi.
Eyni zamanda bu suların məcrasını elə qurmuşdulrlar ki, onlar çaylar və şəlalələr
kimi axırdı.
Lakin qeyd edilməlidir ki, başqa rəvayətlərə ğörə, Asma bağları II Nəbukadnazar
deyil, Assur çariçası Şammuramat (Yunanca Semiramis) (E.ə. 813-803) tərəfindən
inşa edilmişdir[2]. O əslən babilli olmuşdur və sonra İştar ilahəsi ilə eyniləşdirilib
ilahələşdirilmişdir. Semiramis Assurda göy tanrısı Nəbunun kultunu yaymışdır. Buna
ğörə də bəzən bu bağlara oSemiramisin asma bağlarıФ deyirlər.
Lakin bu rəvayət daha çox əfsanəyə bənzəyir, çünki Semiramisın adı ilə qədim
yunan yazarları əfsanəvi hadisələrini bağlayırdılar. Məsələn, Babilin yaranmasını,
güya Hindistana qədər edilən yürüşləri, göyərçinə dönüb ölümdən xilas olmasını və s.
əfsanəvi hadisələri ona yazırdılar. Bəzi müəlliflər isə hesab edirlər ki, Amitis və
Semiramis eyni şəxsiyyətdir və bu adları daşıyan qadın Nəbukadnəzarın həyat
yoldaşı olmuşdur. II Nəbukadnəzarın dövründəinşa edilmiş qədim Babilin giriş
qapısı (ilahə İştar qapısı).
E.ə. IV əsrdə Babil Makedoniyalı İsgəndər tərəfindən istila olunmuş və o, bu şəhəri
öz imperiyasınin baş şəhəri elan etmişdir. İsgəndər oasma bağlardaФ dincəlirdi və
burada da vəfat etmişdi.
Butün bu tikililər bizim zamanəmizə çatmamışdır. Onların xarabalıqları arxeoloqlar
tərəfindən tapılmış və ehtimal olunan görkəmləri rekonstruksiya edilmişdir.
Babildə müxtəlif elmlər inkişaf etmişdir. Elmi fəaliyyətlə əsasən kahinlər məşğul
olurdu və onlara dini don geydirilirdi. Ən inkişaf etmiş elmlərdən biri riyaziyyat
olmuşdur, çünki hesabat kahinlərə astroloji nəzəriyyələrin qurulması işinə xidmət
edirdi və məbədlərin nəzrindəki məktəblərdə tədris olunurdu. Lakin sonra riyazi
hasablama həyatın başqa sahələrində (məsələn, suvarma kanallarınin inşasında, əkin
sahələrinin olçülməsində və s.) də istifadə olunmağa başlamışdır. Bəzi hallarda Babil
riyaziyyatçılarının nailiyyətləri gələcəkdə yaranan yunan elminin nailiyyətlərindən
daha əhəmiyyətli olmuşdur. Məsələn babillilər, yunanlardan fərqli olaraq, bu gün
olduğu kimi, rəqəmlər nə qədər böyük olursa olsun, onların ifadə edilməsində az
simvollarından (və yə hərflərdən) istifadə ediblər. Yəni ən böyük rəqəmlərin yazılışı
qısa olmuşdur; bu gün olduğu kimi, hər şey eyni rəqəm işarəsinin harada
qoyulmasından asılı olmuşdur[4]. Bu da hesabat aparmaq üçün əlverişli və rahat
olmuşdur. Bu cür hesabat sistemi nə yunanlarda, nə romalılarda olmuşdur.
Romalıların rəqəmləri çox nəhəng və hesablamalar üçün əlverişsiz idi. Lakin müasir,
əsası onrəqəmli olan, hesabat sistemindən fərqli olaraq, babillilərin hesablamalarının
əsasında altmış rəqəmli sistem durmuşdur. Bu sistemdən bəzi hallarda bu gün də
istifadə olunur. Məsələn bir saat 60 dəqiqəyə, dəqiqə isə 60 saniyəyə bölünür.
Bundan başqa, dairənin də 360 dərəcədən ibarət olması da babillilərin ixtirası
olmuşdur.
Babil kahinləri düzbucaqlı üçbucaqların xüsusiyyətlərindən istifadə edərək,
planimetrik[5] məsələləri həll edirdilər. Beləliklə onlar Pifaqor teoremini yunanlardan
bir neçə əsr öncə həll etmişdirlər. Stereometriya[6] sahəsində isə onlar kəsik
piramidanın həcmini ölçə bilmişdirlər.
Bundan başqa, Babildə handəsə elmi yaranmışdır. Onlar bu qün də riyaziyyatda
işlənilən köklərdən də istifadə edirdilər. Bəzi Babil rəqəmləri Babildə təbabət və
kimya elmləri də olmuşdur, lakin onlar cadugarlıq və magiya ilə bağlı idilər. Orada
insan orqanizminin orqanları tədqiq edilmiş və vahid sistem şəklində təsəvvür
edilirdi. Buna görə də Babil təbibləri artıq cərrahiyyə əməliyyatları apara bilirdilər.
Bundan başqa, onlar xəstəlikləri sistemləşdirmiş və onları müalicə edən dərmanları
da qələmə almışdırlar. Məlumdur ki, babillilər heyvan, bitki və daşları qələmə alaraq,
onları sistemləşdirmişdirlər. Filologiya sahəsində də kahinlər uğurlar əldə etmişdirlər.
Onlar həm sami, həm də şümer dillərindən istifadə edərək, ilk dəfə onların qrammatik
quruluşlarını tədqiq etmişdirlər.
Babildə müəyyən dərəcədə tarix elmi də olmuşdur. Təxminən e.ə. 2100-cü ildə
orada oÇarların siyahısıФ adlı bir mətn yazılmışdır. Orada çarlığın göydən enməsi və
silsilə şəklində yerdə davam etməsi haqqında məlumat verilir və çarların adları
şəkilir. Göründüyü kimi, tarixi məlumatlar da orada mistik xarakter daşıyırdı. Sonra
bu ənənə başqa yerlərdə də davam etdirilmişdir. Çarlıq müqəddəs təsəvvür edilirdi,
gələcəkdə isə onlar Tarının yerdəki nümayəndələri kimi tanınırdılar. Babilin oDünya
xəritəsiФ. Britaniya muzeyi, London Qədim babillilərin coğrafiya elmi haqqında
anlayışları olmuşdur. Britaniya muzeyində e.ə. 700-500-cü illərə aid olan Babil
xəritəsi vardır. Xəritənin mərkəzində Babil yerləşdirilmişdir. Burada Assurun, Elamın
və başqa yerlərin adları da çəkilmişdir, Dəclə və Fərat çayları da göstərilmişdir.
Xəritənin mərkəzi sahəsini dairəvi dəniz əhatə edir. Dəniz dairəsinin üstündə
üçbucaqlar şəklində səkkiz vilayət göstərilmişdir. Xəritənin üstündəki mətn çox
yerlərdə pozulmuşdur və buna görə tam anlaşılmır. Demək olar ki, orada real
obyektlərdən başqa mifik varlıqların da yaşayış yerləri göstərilmişdir. Buna görə də
bəzi alimlər hesab edirlər ki, bu xəritə qismən mifoloji xarakter daşıyır.Babilin və
ümumiyyətlə bütün Mesopotamiyanın elmi və texniki nailiyyətləri bütün dünyada
elmin inkişafına təkan vermişdir. Buraya elm almaq üçün başqa ölkələrin istedadlı
insanları gəlirdilər.
Öz vətənlərinə dönəndən sonra, onlar orada öyrəndiyi elmi inkişaf etdirirdilər.
Beləliklə biliklər bütün dünyaya yayılmağa başlamışdır. İlk yunan mütəfəkkirləri də
elmi öyrənmək üçün Babilə gəlirdilər. Ümumiyyətlə ilk yunan filosofları Kiçik Asiya
yarımadasının polislərində (müstəqil şəhərlərində) yaşamışdırlar. Bu polislər isə
Yaxın Şərq ölkələri ilə fəal iqtisadi, ticari, mədəni əlaqələr qurmuşdurlar və onların
həyatının bütün sahələri ilə yaxından tanış idilər[7]. Fales, Pifaqor, Platon və başqa
yunan filosofları Yaxın Şərqə səyahətlər edib, buranın elmi ilə tanış olmuşdurlar.
Bundan sonra onlar Yunan polislərində elmi və fəlsəfi məktəblər açmışdırlar. Daha
sonra isə yunan elmi gələcəkdə inkişaf edən müsəlman və müasir Avropa elminin
inkişafına təkan vermişdir.а
Mesopotamiyada göy cismlərinə həsr olunan elmlər çox inkişaf etmişdir. Onların
hamısı mistika və dini inanclara bağlanırdılar. Orada bu sahədə olan bilgilər toplanıb,
sistemləşdirilirdi. Qədim astronomlar göy cismlərinin hərəkətlərini diqqətlə müşahidə
edib, onların qanunauyğunluqlarını tapıb, göyün quruluşunu əks etdirən xəritələr
tərtib edirdilər, bunlarla bağlı terminlərin təriflərini verirdilər. O zaman alimlər
əsasən kahinlər olmuşdurlar. Buna görə də onlar göy cismləri ilə bağlı olan elmləri
dini inanclar müstəvisinə keçirib, onların hər bir insanın həyatına və dünya
hadisələrinə təsir etməsini iddia edirdilər. Mari çəhərində tapılmış yazılı gil lövhəsi
(e.ə. XVIII-ci əsr). Onun bir fraqmentinin tərcüməsi:oRəbbim ZimrilimТnı ələ keçirmişdir. Şimalda isə Assur, Ninova vəə: Sənin
nökərin olan Asqudum sənə demək istəyir ki, bu ayın 14-cü günüа ayın tutulmasını
müşahidə etmişdi. Bu şərrin əlamətidir, lakin sənin üçün və sənin ölkən üçün bu
əlamət xeyrlidir...Ф [10] Kahinlər hesab edirdilər ki, yerdə olan hər bir şey, əslində
göylərdə baş verən hadisələrin əks olunmasıdır. Yəni əslində hər şey səmalarda baş
verir, yerdə isə onun yalnız kölgəsi əks olunur. Gələcəkdə bu fikir yunan filosofu
Platonun ideyalar aləminin olması nəzəriyyəsinin əsasını təşkil etmişdir. Buna görə
də kahinlər ohəqiqiФ dünyada baş verən hadisələrinin sirrlərini bilmək və onların
yerdə əks olunmasını proqnozlaşdırmaq istəyirdilər. Məhz bunun nəticəsində
astrologiya adlanan və bu gün də dəbdə olan mistik elmin əsası qoyulmuşdur.
Astrologiyanın falçılıq, cadu, ovsun və sehrlə də sıx əlaqəsi olmuşdur. Daha sonra bu
mistik elmlər Misirə, Hindistana, İrana, sonra isə onların vasitəsi ilə bütün dünyaya
yayılmışdır.
Qədim Mesopotamiyada, sümer dövründən başlayaraq, göy gismlərin
tanrılaşdırılması prosesi başlamışdır. İnsanlar onlarla öz inanclarını bağlayıb, ulduz
və planetlərin onların talelərinə təsir etməsinə inanırdılar. Şümer dövründən bizim
zamanəmizə qədər heç bir astroloji mətn çatmamışdır, lakin onların tanrıları göylə
əlaqələndirilirdilər: An Ц göy, Nanna Ц ay, Utu Ц günəş, İnanna Ц Venera planetinin
tanrıları olmuşdurlar. Onlara ibadət edilirdi və gimnlər oxunurdu.
Bu inanclar astrologiyanın yaranması üçün zəmin yaratmışdır, lakin planetlərin
hərəkətlərinin müşahidələri və bu sahədə biliklərin sistemləşdirilməsi prosesi Qədim
Babildə, e.ə. 2000-1530-cu illər ərzində başlamışdır. Bu gün bizə məlum olan ilk
astroloji mətn o dövrdə yazılmış və Fərat çayının yaxınlığında yerləşən Mari
şəhərinin xarabalıqlarında tapılmışdır. Bu mətndə Asqudum adlı münəccim kahin, çar
ZimrilimТnı ələ keçirmişdir. Şimalda isə Assur, Ninova vəə ayın tutulmasının müşahidə etməsini və bunun ona və onun vilayətinə
xeyrli olmasını bildirmişdir. Bu yazıdan məlum olur ki, o dövrdə kahinlər planetlərin
hərəkətlərini izləmiş və bunun əsasında gələcək hadisələri proqnozlaşdırmağa cəhd
etmişdirlər.
Günəşin, ayın, Venus (Venera) planetinin hərəkətləri də izlənilirdi və bunun
əsasında gələcək hsdisələr üçün xəbərlər verilirdi. Bu cür mətnlər çar Assurbanapalın
kitanxanasında tapılmışdır. Onların adını şərti olaraq Enuma, Anu, EnlilФ (mətnlər
bu tanrıların adı ilə başlanır) qoymuşdurlar.
Qədim Babil münəccimləri əsasən ölkənin, çarların, havanın, məhsulun gələcək
aqibətlərinin necə olması haqqında xəbərlərin verilməsi ilə məşğul olmuşdurlar.
Onlar hələ hər bir şəxsiyyətin taleyinə və gələcəyinə dair xəbərlərə o qədər də
əhəmiyyət verməmişdirlər.
Şümer inanclarından istifadə edərək kahinlər bütün göyü Enuma, Anu və Enlil
(babillilərdə Iştar, Sin və Şamaş) tanrılarının sahələri olan üç hissəyə bölmüşdürlər.
Bu üçluk və ya triada müqəddəs sayılırdı. Beləliklə, üç rəqəmi sümer və babillilər
üçün müqəddəs sayılırdı. Daha sonra Babil münəccimləri heliaktik doğuşları[12],
günəşin, ayın doğması və batması proseslərini diqqətlə müşahidə edib, bu barədə
zəngin biliklərə malik olmuşdurlar. Astronomik ölçüləri və hesabatları düz aparmaq
üçün onlar ilk dəfə olaraq astrolabium[ cihazını yaratmışdırlar. Təxminən e. ə. 700-
650-ci illərdə Babildə ilk dəfə olaraq Mul Apin (Ulduz kotanı) adlanan astronomik
dərslik yazılmışdır[]. Burada ilk dəfə olaraq Zodiak bürcləri anlayıçına doğru
addımlar atılmışdır və18 bürc qələmə alınmışdır. Və nəhayət e.ə. VII əsrdən
başlayaraq, Babil çarları saray münəccimi vəzifəsini təsis edərək, öz işlərini ulduz
falına baxdırandan sonra həyata keçirirdilər. Sonra bu adət başqa yerlərdə də
yayılmışdır.
Yeni Babil dövründə astrologiya və astronomiya elmləri daha da inkişaf etmişdir. O
dövrdə artıq qoroskoplar tərtib edilməyə başlamışdır. Münəccimlər artıq onların
vasitəsi ilə insanların falına baxırdılar. Qoroskopların tərtibi bu gün də davam
etməkdədir. Ən qədim qoroskoplar Babildə e.ə. V əsrdə tətbiq edilmişdir.
Bununla bərabər Babildə riyaziyyat elmi də inkişaf edirdi, çünki qoroskopların
tərtibi zamanı hesablamalara ehtiyac duyulurdu. Babil qoroskoplarında hər doğulan
uşağın doğum günü, bundan başqa dünyaya gələn anda ayın, günəşin və planetlərin
düzülüşü, yeni çıxan ayın səmada qalması və günəşin doğmasından sonra bütöv ayın
səmada galmasının müddətləri haqqında məlumatlar verilirdi. Bunların əsasında hər
bir insanın falına baxılırdı. Həmçinin o dövrdə ayin və günəşin tutulması hadisələri
izlənir, bu barədə tarixi məlumatlar astroloji qündəliklərə salınırdı, onlar öncədən
proqnozlaşdırılırdı. Babil çarı СAmmi-ZadukaТnı ələ keçirmişdir. Şimalda isə Assur, Ninova vənın (e.ə. 1647-1626) dövründə
münəccimlər tərəfindən yazılmış oEnuma, Anu, EnlilТnı ələ keçirmişdir. Şimalda isə Assur, Ninova vəin 63 N-li gil lövhəsidir.
Britaniya muzeyi, London. аOnun bir fraqmentinin tərcüməsi: oŞabatu ayının 15-ci
qünü Venus (Venera) qərbdə gizləndi və göydə üç gün görsənmədi. Şabatu ayının 18-
ci günü isə o yenidən şərqdə görsəndi. Bu çarlar üçün bədbəxtçilik gətirəcək
Mul Apin lövhələrinin səkkizinci hissəsi Aya doğru aparan yol adlanır. Burada
Zodiakınilk dəfə olaraq, bu yolda bürclərin qurşağı olması iddia edilir[18]. Bu bürclər
tanrıların rəmzləri kimi düşünulürdü. Təxminən 1000-ci ildə babillilər ay yolunda 18
bürcün olmasına inanırdılar.
Dostları ilə paylaş: |