Qədim İkiçayarası Mesopotamiya
Plan:
1. Mesopotamiyada sinifli cəmiyyətin yaranması.
2. Şumerlər və onların məskunlaşması
İkiçayarası əraziləri ən qədim insan məskənlərindən olub, insan sivilizasiyasının
mərkəzi sayılır. Ərazinin cənub hissəsi bataqlıqlardan ibarət olmuş, neolit dövründə -
bataqlıqlar quruduqdan sonra əhali bu yerlərə köçmüşdür. Nisbətən yuxarılarda
məskunlaşma daha əvvəllər baş vermişdir. İngilis alimləri S.Lloyd və Q.Çayldın
fikrincə, bu yerlərdə turanlılar çox qədim dövrlərdən məskən salmış, qonşuların
həsəd apardığı yüksək mədəniyyət yaratmışlar: «Turanlılar təxminən on-on iki min il
bundan qabaq səfalı Dəclə-Fərat çayları hövzəsində məskən salıb, ətraflarında
yaşayan saysız-hesabsız vəhşi tayfaların heyrətli nəzərləri altında dünya
sivilizasiyasının yəhərini aldılar. Dünyada ulu bir mədəniyyətin məş’əli alışdı. Bu
işıq ehtiyacı daxildən gəlirdi. Və çox çəkmədi ki, qoca Asiyanın münbit torpaqlı hər
guşəsində «işıq adaları» şö’lələndi...» (6; 16)
İndiki Kərkük yaxınlığında - Kalat-Carmoda aşkar edilmiş insan məskəni e.ə.VII-VI
minilliklərə aiddir. Dəclə çayının orta axarında müəyyən edilmiş e.ə.VI minilliyə aid
Samarra mədəniyyəti İkiçayarasının mədəni-iqtisadi inkişafının təməli sayılır.
Samarra sakinlərinin şumerəqədərki etnos olduğu və şərti olaraq «protodəclə», yaxud
«banan» dilində danışdıqları qeyd edilir. (8;17) «Bə’zən protodəclə dili «banan dili»
adlandırılır ki, bu da həmin dil üçün səciyyəvi olan quruluşla bağlıdır - xeyli xüsusi
ad ingilis dili «banan» sözünü xatırladır: Bunene, Kubaba, Zababa, Bilulu və s.» (8;6)
İ.T.Kaneva göstərir ki, şumerlər mərkəzi və cənubi İkiçayarasının ilk sakinləri
olmamışlar. Şumer mətnlərində toplanmış toponimlərin və digər xüsusi adların təhlili
həmin ərazidə şumerlərdən əvvəl «protofərat» və «protodəclə» adlandırılan iki dil
layı haqqında fikir yürütməyə imkan verir. Protofərat leksik layı son dərəcə ümidsiz
bərpa olunduğu halda, protodəclə aydın təsəvvür olunur.
Cənubi İkiçayarasında Ubeyd kəndi yaxınlığında e.ə.V minilliyin sonu, IV
minilliyə aid Ubeyd mədəniyyəti müəyyən edilmişdir. Bunlardan da cənubda,
qurumuş bataqlıqlar ərazisində «Hacı Məhəmməd» adı ilə tanınan mədəniyyət
abidələri aşkar edilmişdir. Bu, Ubeyd mədəniyyətindən iki min il əvvələ aiddir. Hacı
Məhəmməd və Ubeyd sakinləri Şumerin ilk əkinçiləri hesab olunur. Bu mədəniyyətin
yaradıcılarını protoşumerlər adlandırırlar. Ubeyd sakinlərinin tədricən şimala doğru
yayıldığı fərz edilir. E.ə. IV minilliyin ikinci yarısını Uruk mədəniyyəti təmsil edir.
Bu yerlərdə ibtidai icma quruluşunun dağılması, nəsli quruluşdan patriarxal ailəyə və
kənd icmasına, qəbilədən (və ya qəbilələr ittifaqından) dövlətə keçilməsi e.ə. IV
minilliyin əvvəlindən özünü göstərməyə başlamışdır. İlk sinifli cəmiyyət IV
minilliyin sonlarında Şumerdə və Elamda yaranmış, III minillikdə yüksək inkişaf
səviyyəsinə çatmışdır.
Şumerlərin ilk dövləti Dəclə və Fərat çaylarının cənub axarı arasında əmələ
gəlmişdir. O vaxtlar bu çaylar ayrı-ayrılıqda İran körfəzinə axırmış. Çayların
arasındakı düzənliyə yunanlar Mesopotamiya demişlər. Bu söz yunan dilində
«ikiçayarası» deməkdir. Rus dilindəki Mejdureçğe, Dvureçğe sözləri də eyni
mə’nadadır. Ərəblər isə eyni mə’nalı Beyn əl.Nəhreyn sözünü işlədirlər.
«E.ə. III minillikdə ölkənin cənubunda (Nippurdan cənuba - Şuruppana qədər) və bu
mərkəzdən şimala doğru fərqli vəziyyət mövcud idi. Nippur və Şuruppandan cənubda
XXIV-XXIII əsrlərə qədər sami xüsusi adlarına praktik olaraq təsadüf olunmur,
şimalda isə belə adlar əvvəldən yayılmışdı və zaman keçdikcə onların sayı artırdı.
Ölkənin şimal hissəsi şumer dilində Ki-Uri, akkad dilində isə əvvəlcə Varum,
sonralar e.ə.XXIV əsrdə Sarqon Qədim tərəfindən əsası qoyulmuş paytaxt şəhərinin
adı ilə Akkad adlanırdı. Mərkəzi, sonra isə cənub hissəsi o zaman Şumer adlanmağa
başlamışdı; daha əvvəllər isə bütün şumerdilli ərazilər sadəcə olaraq Kalam - ‘Ölkə’
idi». Əhalinin özünüadlandırması yox idi, «Ur adamı», «Uruk adamı», «Laqaş
adamı» və s. deyilirdi. Dil fərqindən asılı olmayaraq, İkiçayarasının əhalisi qarabaşlar
adlanırdı (sag-giga) (g=yumşaq q), samidillilər də özlərini belə adlandırırdılar (salmat
kakkadim )». (9; 36) ‘Ölkə, yaşayış yeri’ mə’nasında Kalam sözü sami dillərindəki
qəl’ə formasından tam fərqli olaraq xalis türk formasıdır.
Dəclə çayını şumerlər İligna, akkadlar İliklat, Fərat çayını şumerlər Buranun,
akkadlar Purattu adlandırırdılar.(7;44) Şumer dövründə bu ərazidə Larsa, İsin, Laqaş,
Umma, Der, Kutu, Kiş, Nippur, Puzriş-Daqan şəhərləri əmələ gəlmişdi.
Şumer adına (şu-me-ru-u) ilk dəfə Rimuşun vaxtında (e.ə. XXIII əsr) təsadüf edildiyi
göstərilir.(8; 8) «Şumer» sözünün Assur hökmdarı Aşurbanipalın dövrünə aid mixi
yazılarda işləndiyi də qeyd edilir. Bu yazılardan birində «gizli Şumer sənədləri»
barədə mə’lumat verilir.
Şumerlərin yerləşdiyi Şimali Mesopotamiya vilayətlərini akkadlar Suber
adlandırırmış. Bir ağlabatan mülahizəyə görə, Suber (Şumer) - sub və yer sözlərindən
olub, ‘sulu yer’ mə’nasındadır. Sonralar görəcəyik ki, böyük Hun imperiyasının
tə’siri ilə VI əsrdə Azərbaycana gələn və türk tayfaları arasında böyük fəallıq
göstərən Savarlar bu Subirlər - şumerlərdir.
Qədim sanskrit-buddistlər Sumer ölkəsini (sanskritdə sumeru) insan
məskunlaşmasının mərkəzi saymışlar. (10; 513)
Şumerlər öz dillərini eme-gir (KU ) adlandırırmışlar; eme - dil deməkdir, kir
hissəsinin mə’nası dəqiq müəyyən edilməmişdir. İ.T.Kanevanın fikrincə, bu söz
‘blaqorodnıy’ (nəcib, alicənab) mə’nasında ola bilər. (8; 8).
Şumerlər Eredu şəhərini özlərinin ən qədim məskəni, fars körfəzindəki Dilmun
adasını isə bəşəriyyətin yarandığı mərkəz hesab etmişlər. (8; 6)
Qədim şumer yazılı mənbələri e.ə.IV-III minilliklərə aid edilir. E.ə. 2000-ci ildən
canlı şumer dilinin sıradan çıxdığı, bu dilin yalnız elmi və dini kitab dili kimi
işləndiyi göstərilir.
Antik mənbələrdə şumerlər haqqında heç bir mə’lumat yoxdur. XIX əsrdə şumer
yazıları oxunduqdan sonra şumerləri Bibliyadakı Şin’ər ilə əlaqələndirməyə
başlamışlar. (8; 7)
Araşdırmalar nəticəsində tarixçilər bu qənaətə gəlmişlər ki, Şumer sülalələrinin
hakimiyyət müddəti cəmi 500-700 ilə bərabər olmuşdur. Hökmdar hakimiyyəti
Şumerlərdə e.ə. IV minilliyin sonlarında yaranmışdı. Lakin III minilliyin
əvvəllərindən hökmdar hakimiyyəti barədə daha aydın faktlar mövcuddur. Şumer
ərazilərindəki dövlətlər tarixçilər tərəfindən «erkən sülalələr» adlandırılır. Erkən
sülalələr dövrü e.ə.XXVIII-XXIV əsrləri əhatə edir.
İlk Şumer dövlətləri ayrı-ayrı şəhər dövlətləri şəklində olmuşdur. XXVIII-XXVII
əsrlərdə Kiş şəhər dövləti üstünlük təşkil etmişdir. Kiş sülaləsinin ilk hökmdarı
əfsanəvi Etana idi. Kişlə paralel və ondan bir qədər sonra Uruk şəhər dövləti yüksəlir.
Uruk sülaləsinin görkəmli hökmdarları En-Merkar, Luqalbanda və Gilqameş idi. En-
Merkarın Azərbaycan Aratta ölkəsi ilə sıx əlaqəsi olmuşdur.
İkinci Şumer sülaləsi dövrü e.ə. XXVII-XXVI əsrləri əhatə edir. Bu dövrdə
İkiçayarasının birləşdirilməsi uğrunda mübarizə gedir. Kiş hökmdarı Aka ilə Uruk
hökmdarı Gilqameşin münasibətləri pozulur. Akanın Uruk üzərinə yürüşü boşa çıxır.
Bu zaman Ur şəhər dövləti güclənməyə başlayır. Ur hökmdarı Mesanepada Kiş
şəhərini zəbt edir və Akanı hakimiyyətdən salır. Ur hökmdarları bütün Şumer
üzərində ağalıq iddiasına düşür və özlərini «Kainatın hökmdarı» adlandırmağa
başlayırlar.
Erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər) Laqaş şəhəri
yüksəlməyə başlayır. Laqaş dövlətinin banisi Urnanşe idi. Urnanşenin nəvəsi
Eannatum (2400-cü il) Laqaşın qüdrətini daha da artırır. Eannatum Şumerin bir sıra
şəhərlərini Laqaşa tabe edir. Entemena və Luqalandanın vaxtında ərazi böyüsə də,
əhalinin vəziyyəti pisləşir. Ona görə də Luqalandanın hakimiyyəti uzun sürmür (7-9
il). Ali hakimiyyət Uruinimkinanın əlinə keçir. O, əvvəlcə özünü ensi (kahin-
hökmdar), sonra luqal (hökmdar) adlandırır. (7; 72-76)
Şumer ərazisində tədricən Umma şəhər dövləti güclənir. Umma hökmdarı
Luqalzaqqesi (e.ə. 2312-2287) əvvəlcə Uruk, sonra Laqaş şəhərini tutur, Uruk
şəhərini özünə paytaxt seçir. Ur, Larsa, Kiş, Nippur şəhərlərini də işğal edir. Bütün
Şumer Luqalzaqqesinin hakimiyyəti altında birləşir.
Şumerlər bu yerlərə gəlmə xalq hesab olunur. Arxeoloji qazıntılar vasitəsilə
tapılmış kişi və qadın təsvirləri şumerlərin Aralıq dənizi və Qafqaz irqinə mənsub
olduğunu göstərir. Onlar bığ və saqqal saxlamırmışlar. Şumerlərin Kiçik Asiyadan,
Ön Qafqazdan, Şimali İran ərazisindən və başqa yerlərdən gəldiyi ehtimal edilir.
Bunların hamısı indiki Azərbaycanla bağlı ərazilərdir. Əksər alimlərin qəti qənaəti
bundan ibarətdir ki, şumerlər İkiçayarasının şimal-şərqindən - Zaqroş dağlarından,
qədim Azərbaycan torpaqlarından Mesopotamiyaya enmişlər:«Zaqroş dağlarının
dağətəyi əkinçi-maldar tayfaları yeni torpaq və otlaqlar axtarışı ilə qərbə hərəkət
edərək bütün Şimali Mesopotamiyaya yayılırlar. Yeni yerlərdə atmosfer
yağıntılarının azlığı onları ilkin sün’i suvarma təcrübəsinə məcbur etmişdir». (1; 115)
.Q.Reder və E.A.Çerkasova sonrakı inkişafla əlaqədar bu fikri dərinləşdirərkən
şumerlərin tarixən Zaqroş ərazisinin sakinləri olduqlarını, oradan aşağılara
endiklərini, onların Vətəndə (Zaqroş ərazisində) qalanlardan əlverişli məkanla
əlaqədar daha sür’ətlə inkişaf etdiklərini söyləmişlər: «Bizim e.ə.VI minilliyin sonuna
yaxın əkinçi və maldar tayfalar Aşağı Mesopotamiyanı mənimsəyirlər. Bu ərazidə
sün’i suvarmaya keçilməsi nəticəsində iqtisadi inkişaf daha sür’ətli addımlarla
irəliləyir. Suvarma əkinçiliyinin meydana çıxması ona səbəb oldu ki, ibtidai
cəmiyyətin dağılması, quldarlıq quruluşunun yaranması istehsal təsərrüfatının ən
qədim ocaqlarında (Zaqros dağlarında, Mesopotamiyadan şimal və şərq rayonlarında)
deyil, Dəclə və Fəratın məhsuldar düzlərində baş verdi». (1; 115)
Göründüyü kimi, qədim dünya tarixinin tədqiqatçıları Zaqroş ərazisini, sonralar
Şumerdən geri qalsa da, «istehsal təsərrüfatının ən qədim ocağı» adlandırmışlar.
Sonralar görəcəyimiz kimi, mağların fəaliyyəti də qədim Azərbaycan ərazisinin ətraf
aləmdən daha qədim mədəniyyəti ilə seçildiyini sübut edir. Müəlliflər yenə yazırlar:
«İkiçayarasının əhalisi etnik cəhətdən yekcins deyildi. Ölkənin məskunlaşması iki
tərəfdən getmişdir. Şərqdən Dəclə və Fərat sahillərinə bu və ya digər bir dil ailəsinə
aid edilməsi çətin olan bir dildə danışan şumerlər enmişlər, qərbdən və şimal-qərbdən
Mesopotamiyaya sami tayfaları - akkadlar sıxlaşmışdır. Onların (sami tayfalarının -
Q.K.) vətəni bütün faktlara əsasən Ərəbistan yarımadası və Şimali Afrika idi...» (1;
116-117)
Deməli, İkiçayarasına şərqdən və şimal-şərqdən şumerlər gəlib, qərbdən və şimal-
qərbdən samilər gəlib. Qədimdə şərqdə və şimal-şərqdə türklər yaşayıb, qərbdə və
şimal-qərbdə samilər. Bu vəziyyət olduğu kimi indi də davam etməkdədir. Lakin
qədim akkadların samilər olduğunu hamı qəbul edir, qədim şumerlərin türk olduğuna
şübhə edirlər. Bu hal təbii-tarixi prosesin siyasi mövqedən inkarından başqa bir şey
deyildir.
Əvvəllər mağ sənəti kütləvi xarakter daşısa da (maq tayfa üzvləri arasında),
sonralar tədricən mağ sehr, cadu və duaları mürəkkəbləşmiş, yalnız kahinlər
tərəfindən istifadə olunmuşdur. Kahinlər isə nəsli cəmiyyətin başçısı kimi en
adlanmış, sonralar kahin-hökmdara - ensi’yə çevrilmişlər. Deməli, şumerlər hələ
Zaqroş dağlarından gəlməmiş, magiyaya bələd olmuş, təsərrüfat inkişaf etdikcə
qəbilə başçısı kahinə və hökmdara (en-ensi) çevrilmişdir. Əlaqəni təsdiq edən mühüm
cəhət budur ki, şumer başçıları kimi, Azərbaycan ərazisində güclü bir tayfa olan
mağların tayfa başçısı da ensi adlanmışdır.
Şumerlər köçüb gəldikləri ərazi ilə əlaqələrini sonralar da kəsməmiş, tikinti şeylərini,
xüsusilə meşə materiallarını İkiçayarasına gəldikləri dağlardan gətirməli olmuşlar.
İkiçayarasında yeni gəlmələrlə birlikdə Uruk və Cəmdət-Nəsr mədəniyyəti
yaradılmışdır. Uruk mədəniyyəti Ubeyddən xeyli fərqlənirdi. Əvvəl qabları qırmızı,
qara və boz rənglə rəngləyirdilər. Uruk boz rəngli qablarına keçid bu yerlərə yeni
etnosların gəlişi ilə əlaqələndirilir. B.Brentyes yeni etnosların Urmiya gölu
hövzəsindən (Cənubi Azərbaycandan) gəldiyini qeyd etmişdir. (7; 47-48) Şumer-
Akkad mənbələrinə hamıdan çox bələd olan A.Leo Oppenheym də onların şimal
dağlarından - Babilistanın şərqində yerləşən Zaqroş dağlarından, indiki Cənubi
Azərbaycan ərazilərindən enib gəldiyini və özləri ilə orada işlənən dillərdən birini
gətirdiklərini qeyd etmişdir: «Şumer dilinin yeri linqvistik sistemdə hələ
müəyyənləşdirilməyib. Ola bilər, bu dil tarixəqədərki dövrdə dağlardan (Zaqroş
dağları nəzərdə tutulur - Q.K.) Aşağı Mesopotamiyaya enən xalqların danışdığı
dillərdən biri olmuşdur». (11; 48)
Bə’zi mənbələrdə akkad dilinin şumer dilini sıxışdırdığı göstərilir: «...II
minilliyin əvvəlində sami dili şumerlərin qədim dilini tədricən sıxışdırmış, bütün
ölkədə canlı istifadədən çıxarmışdı, şumer dili yalnız din və elm dili kimi ölü dil
olaraq qalmışdı». (24; 98)
Şumer dilinin ölü dilə çevrildiyini iddia etmək doğru deyildir. Şumerşünasların
əksəriyyəti şumerlərin İkiçayarasına gəlmə olduqlarını qeyd etdikləri kimi, akkadların
hücumundan sonra onların İkiçayarasını tərk etdiklərini də göstərmişlər. Şumer dili,
şumer mədəniyyəti o qədər güclü olmuşdur ki, onlar İkiçayarasını tərk etdikdən iki
min il sonraya qədər onların dili həmin ərazidə elm və din dili kimi işlənməli
olmuşdur. Mesopotamiyada bu dilin canlı dil kimi tədricən sıradan çıxdığını iddia
etmək olar. Lakin şumerlər hara getmişlərsə, öz dillərini də özləri ilə aparmış və
yaşatmışlar: Şumer ədəbiyyat və mədəniyyətinin qədim Azərbaycan mədəniyyəti ilə
üzvi əlaqəsini ortaya çıxarmaqda xüsusi rolu olan E.Əlibəyzadə də şumerlərin
məğlubiyyətdən sonra İkiçayarasını elliklə tərk etdiklərini yazmışdır: «Şumerlər
Babilistandan çəkilib getdikdən sonra belə, şumer dili «elm» dili idi, «müqəddəs din»
və «ədəbiyyat dili» olaraq qalırdı.. Şumerlər Dəclə-Fəratı elliklə tərk etdikdən sonra
belə, şumer dili Babilistanda din, elm və mədəniyyət dili sayılmışdı». (15; 60,61)
Şumerlərin İkiçayarasını tərk etdikdən sonra hansı əraziyə üz tutduqları, harada
məskunlaşdıqları barədə də müxtəlif fikirlər vardır. E.Əlibəyzadə yazır: «Akkadlarla
müharibədə məğlubiyyətdən sonra, görünür, şumerlərin tarixi yeni səmtə yön
almışdır. Onlar yenidən, bir neçə min il sonra doğma «Ulubaba yurduna» - Mərkəzi
Asiyanın dərinliklərinə və onun üstündən keçib Yaxın Şərqə çəkilmiş, öz «əcdad»
torpaqlarına qayıtmışlar. Bu fikri Çindən ta Qara dənizədək əldə edilən zəngin
maddi-mədəniyyətin Şumer mədəniyyəti ilə bir kökə, ana telə bağlı olduğu da təsdiq
edir»... (15;65) Bu fikirlərdə mübahisəli cəhətlər də vardır. Burada «Yaxın Şərq»
sözləri, yəqin ki, mexaniki işlənmiş, yaxud da müəllif şumerlərin yenidən Yaxın
Şərqə - Ön Asiyaya qayıtdığını demək istəmişdir. Müəllif Mərkəzi Asiyanı ona görə
şumerlərin ata-baba yurdu sayır ki, bir çox başqaları kimi, o da Altayı türklərin beşiyi
hesab edir. Onu da qeyd etməliyik ki, şumerlər İkiçayarasını elliklə tərk etməmişlər.
Bir qədər şərqdə Kərkük, Ərbil əhalisi onların varisləridir.
Müəllif düzgün qeyd edir ki, akkadların gəlişindən sonra bir xalqın başqası tərəfindən
fiziki məhvi baş verməyib. Lakin şumer dilinin akkad dili tərəfindən məhv edilməsi
fikri doğru deyil. Eyni zamanda sonrakı babilliləri dillərini dəyişmiş şumerlər hesab
etmək daha yanlış fikirdir. Ola bilər ki, həqiqətən əlsiz-ayaqsız şumerlərdən Babildə
qalanlar tədricən dillərini dəyişib bu xalqa qarışmışlar, lakin yüksək mədəniyyət
yaratmış şumerlər akkadların tabeliyi altında özlərini məhv edə bilməzdilər və heç
şübhə yoxdur ki, onlar istilaçıların hakimiyyətinə dözməyərək şərqə, İran yaylasının
şimal-qərbinə, Azərbaycan ərazilərinə - İkiçayarasına enməzdən əvvəl yaşadıqları öz
qədim vətənlərinə çəkilmişlər.
Şumerlərin İkiçayarası ərazilərdən şərqə və hətta bəlkə uzaq Sibirə yayılmaları
barədə də fikir vardır: «Mənə belə gəlir ki, şumerlər öz heroqliflərini - kur, kir (dağ-
torpaq) «ölkə» mə’nasında işlətdikləri kimi, prototürklər bu işarəni («dağ-torpaq»
işarəsini - Q.K.) azacıq dəyişərək, «ölkə» mə’nasında «sub-yer» (su-yer)
adlandırmışlar. Sonralar bu işarə ümumxalq gerbinə (tamğa, damqa) çevrilmişdir.
Qədim türklər Mesopotamiyanı kütləvi surətdə tərk etdikdən sonra (müəllif «qədim
türklər» dedikdə şumerləri nəzərdə tutur; fərqləndirmə bizimdir - Q.K.) ana yurd
obrazını bu işarədə yaşatmış və sonrakı nəsillərə bu işarə ilə təsvir etmişlər: Sulu-
sucaqlı Sub-yer! Yerli sakinlər şimal-şərqi Asiyaya köçmüş prototürkləri çox güman
bu ad altında (Sub-yer, yaxud Sub-yir) tanımışlar. Onların qəbirlərini (kurqanları)
suber (subir) adlandırmışlar və bu ən’ənə rus köçkünləri zamanına qədər yaşamışdır.
Tobol quberniyasında çud qəbirlərinin sıvır xalqına məxsus olduğu güman edilir.
Patkanovun fikrincə, Sibir şəhərinin adı bu terminlə bağlıdır, çünki bu yerlərdə
sıvırların qəbirləri olmuşdur. Sonralar bütün bu ərazi Sibir adlandırılmışdır». (9; 215)
Bu sözlərdə biz də həqiqət görürük. LakinO.Süleymenovun qeyd etdiyi bu türklər
bilavasitə şumerlər deyil, onların bir qolu olan və İkiçayarasının şimal ərazilərində
yaşayan Subirlərdir. Bunlar axıra qədər öz adlarını Subir, Suber, Savar, Suvar, Savir
və s. şəkillərdə saxlamışlar. Sonralar görəcəyik ki, daha çox VI əsrdə şərqdən
Azərbaycana gələn və türk tayfaları arasında böyük fəallıq göstərən Savarlar da bu
Subirlərdir.
Şumerlərin babillilər içərisində əridiyini heç bir məntiqlə əsaslandırmaq olmaz.
Şumerlər e. ə 3500-2000 illərdə Mesopotamiyada yaşayaraq böyük mədəni irsin
əsasını qoymuş xalqdır. Qədim Şərq fəlsəfəsinin formalaşdırılması və
istiqamətləndirilməsi də məhz Şumerlərlə əlaqələndirilir.
Yazı, dil, mifologiya riyaziyyat, tibb, astronomiya, fal, sehr kimi sahələri inkişaf
etidrən Şumerlər Mesopotamiyada yaşayan digər qövmlərin və ümumilikdə
İkiçayarası mədəniyyətinin formalaşmasına böyük təsir etmişlər. Məşhur “ Yaradılış”
və “Tufan” mifləri də Şumer mədəniyyətinin göstəricisidir.Şumerlərin .tarixdə 21'i
böyük olmaqla 35 şəhər dövlətinin mövcud olması haqqında məlumatlar var. Kiş,
Nippur, Zabalam, Umma, Lagaş, Eridu, Uruk, Ur buna misal ola bilər.
Şumer şəhərlərindən olan Babil isə Mesopotamiyanın cənubunda Dəclə və Fərat
çayları arasında Müasir Bağdadın Bəsrə körfəzinə qədər olan bölgəsində yerləşirdi.
Şumerlərdən öncədə mövcud olan İkiçayarası mədəniyyətinin yaradıcıları ərazidə
şumerlərdəndə öncə e. ə 4000-2350 illəri arasında yaşamış şumercə danışmayan Sami
olmayan Proto- Fəratlılar və ya Ubaidlilər idilər.
Ubaid adı Əl-Ubaid şəhərindəki arxeolji qazıntiların nəticələrinə uyğunlaşdırılaraq
işlədilir. Ubaid mədəniyyəti Mesopotamiyada qurulan ilk mədəniyyət hesab olunur.
Daha sonradan əraziyə Sami xalqları köç etmiş Ubaidlilərlə birlikdə qaynayıb –
qarışaraq ortaq mədəniyyət yaratmışlar.
Fərziyyələrə görə şumerlilər e. ə 3300 illərdə Anadoludan və ya Altaydan
İkiçayarasına köç etmişlər. e.ə 3-cü minillikdə isə Mesopotamiyada artıq 12 şumer
şəhər dövlətinin əsası qoyulmuşdu. Bundan dövrdən sonra Mesopotamiyanın cənubu
ümumi başlıqla Şumerlərin ölkəsi adlandırılmağa başlandı.
Şumer şəhər dövlətlərinin hər birinin ətrafı qala divarları ilə əhatə olunmuşdu.
Həmçinin hər şəhərin ibadətgahı mövcud idi. Tarixdə ilk dəfə Şumerlərdə hökmdar
siyahıları mövcudluğu haqda məlumat vardır. (Şumer hökmdarlarının siyahısında
Tufan'dan öncə 8 şumer hökmdarının adı var)
Siyahıya görə Tufandan sonra ilk Şumer xanədanları Kiş, Uruq və Ur'dur. Məşhur
Gilgamış dastanının qəhrəmanı Gilgamış bu siyahıya görə Uruk hökmdarı kimi
göstərilir. Lagaş hakimi Ur-Nanşe isə inşa etdirdiyi tikililərlə daha çox nəzərə çarpir.
Urukagina isə ilk yazılı reformların səbəbkarı hesab olunur.
İlkin mərhələdə şumer cəmiyyəti Matriarxal ( Ana Xaqanlığı )cəmiyyət hesab
olunurdu.
Politeist inanca sahib Şumerlərin ibadətgahları Zikkurat adlanırdı. Zikkuratlar 3 əsas
bölmədən ibarət 7 mərtəbəli tikililər idi. Aşağı mərtəbələr ərzaq anbarı, orta
mərtəbələr məktəb və ibadətgah, üst mərtəbələr isə rəsədxana olaraq istifadə
olunurdu.Yazının icadı da məhz Zikkuratlardakı ibadətgah məktəbləri ilə əlaqəlidir.
Mesopotamiyada evlər və ibadətgahlar daş az olduğu üçün çiy kərpicdən tikilirdi.
Buna görədə istilalara məruz qalan Şumer abidələri günümüzə gəlib çata bilməmişdir.
Tufan'dan sonra bəzi şəhər dövlətlər daha zəif olanlar üzərində hakimiyyət dairəsini
genişləndirməyə başladılar. E. ə 2800 ildə Kiş kralı Etana hakimiyyət dairəsini artıran
ilk Şumer hökmdarı oldu. Kiş, Erek, Ur, Lagaş uzun müddət hakimiyyət uğrunda bir-
biri ilə mübarizə apardılar. Nəticədə Şumer dövlətləri xarici düşmənlərə qarşı
mübarizədə məğlub olmağa başladılar.
E.ə 2530-2450 illərdə Elamlar, sonra isə Sarqonun (e. ə 2334-2279) rəhbərliyi ilə
Akkadlar Şumerə hücum etdilər. Təqribən 1 əsrə yaxın Sarqon və vəliəhdləri
Şumerləri idarə etdilər. Sarqon bütün Şumer şəhər dövlətlərini öz hakimiyyəti altında
birləşdirdi. Akkadlar tərəfindən ələ keçirilən Şumer dövlətləri daha sonradan ilkin
qüdrətini bərpa edə bilmədi.
Beləki, e. ə 2000-ci illərdə Şumerlər sivilizasiya olaraq artıq müstəqil kimliklə
yaşamağa qadir deyildi. Lakin sonradan formalaşan Akkad və Babil mədəni irsi
Şumer sivilizasiyasının izlərini daşıyırdı.
Şumer mifologiyası Finikiya, Yunan, Roma mədəniyyətinin formalaşmasına da təsir
etmişdir. B.e.ə. XIV əsrdə Mesopotomiyada Assuriya dövləti güclənməyə başladı və
bölgəni özündən asılı vəziyyətə saldı.
Aşağı Mesopotamiyada yerləşən Uruq, Laqaş, Eridu, Ur, Kiş kimi şəhər dövlətlərinin
hamısında inkişaf etmiş şəhərsalma planlaşdırması mövcud idi. Qüsursuz suvarma
sistemi, kanallar, su anbarları, bəndlər tikilir, kənd təsərrüfatının inkişafına şərait
yaradılmışdı. Şumerlər həmçinin təkəri icad edən cəmiyyət olaraq əkinçiliyi də
inkişaf etdirmişdilər. Əkin əraziləri öküzlərə bağlı kotanlarla şumlanırdı.
Şumerlərdə ay 30, il 360 gün olaraq hesablanırdı. Hər ildə 12 ay var idi. Gecə və
gündüz 12 saata bölünürdü. Dünyada ilk dəfə ay ili hesabına dayana təqvim Şumer
təqvimi idi. Şumerlərdə həmçinin günəş saatı da icad olunmuşdu. Şumerlər Cəbr və
Həndəsənin əsasını qoyaraq vurma və bölmə cədvəlini, 4 riyazi əməli kəşf etmişdilər.
Onlar dairənin 360 dərəcə olduğunu da bilirdilər.
Şumerdə astronomiya da güclü inkişaf etmişdi. Onlar bürclərə görə il bölgüsündən
xəbərdar idilər. Şumerlər e. ə 3200 ildə ilk yazını kəşf etdilər. Mixi yazıları həmçinin
müəyyən fikri ifadə etdiyi üçün ideoqram adlandırılmışdır.
Şumer dili Hind –Avropa və Sami köklü dillərlə qohum olan dil hesab olunur. Bu
dilin bəzi xüsusiyyətləri Ural – Altay dillərinə banzəyir. Bir çox araşdırmalara görə
şumer dilinin Hind – Avropa Dil ailəsinə sonradan əlavə edilən Yapon, Koreya,
Monqol və Türk dili ilə yaxınlığı mövcuddur.
Şumer dilinin türk dili ilə yaxınlığını araşdıran tədqiqatçılardan bəziləri Şumercə və
türkcənin qohum dillər olduğunu iddia edirlər. Hətta Atatürk də bu mövzuyla bağlı
“Türk tarih tez”ində şumerlərin türk olduğunu iddia etmişdir.
Tarixdə ilk dəfə hüquqi qayda- qanun sistemi Şumerlərdə tətbiq olunduğu üçün
Şumer dövlətlərini dünyanın ilk hüquq dövləti hesab etmək olar.
Lagas Hökmdarı Urukagine tərəfindən yaradılan ilk yazılı qanunlar sistemləşdirilmiş
şəkildə idi.
Şumerlərin ən əhəmiyyətli ədəbi irsi; Gilgamış Dastanı, Yaradılış Dastanı və Tufan
Hekayəsidir.
Şumerlər öz ölkələrini Kengir, dillərini Emegir, özlərini isə Sag-giga adlandırırdılar
Şumerin vaxtında nə dillər, nə də millətlər ayrılıqda formalaşmamışdı. Elə ona görə
də bu gün, türk, kürd, hind və hətta ermənilər də öz köklərinin şumerlərə bağlı
olduğunu iddia edirlər. Hər biri özünə görə haqlıdırlar da.
Müəllifin fərziyyələrindən birində deyilir ki, Şumerlər Yerə başqa planetdən gəliblər.
O qədər mükəmməl biliyə, elmə sahib olublar ki, şumer insanının Yer əhli olması
bugünün insanının ağlına və məntiqinə sığmır.
Kitabddan belə nəticə çıxardım ki, şumer sivilizasiyanın son dövrlərində onların
türklərlə sıx əlaqəsi olub və TURUKlar şumerlərin hərbçiləri olub. Həmçinin bir sıra
sözlər qeyd edilir ki, eyni türk dilində də həmin ifadələr bu gün də işlənməkdədir.
Şumer - eramızdan əvvəl 6-cı minillikdən başlayaraq cənubi İkiçayarasında mövcud
olmuş ən qədim insan sivilizasiyası. Sakinləri Şumer dilində danışmışlar. Şumerlərin
prototürklər olmasını iddia edən bir çox alimlər var. Onlar səbəb kimi şumerlərin
dilindəki bir çox sözlərin bu gün də olduğu kimi türkdilli xalqların dilində işlənməsi
və ya qədim (ümumi) türk dilinin lüğətinə daxil olmasıdır.
Şümer-Akkad dünyagörüşündə kosmologiya, teoqoniya və esxatologiya
Şümer kosmoqoniyanın[1] əsasında yastı disk kimi düşünülən göyün (anu) və
yerin (ki) vəhdəti ideyası dururdu. Göy sonsuz deyil. Onun yuxarı hissənin sonu bərk
cismlə, aşağı hissəsi isə yerlə məhdudlaşır. Göy “lil” (külək) adlanan ünsürlə doludur,
bu da, təxminən, bizim atmosfera anlayışımıza yaxın olan termindir. Günəş, ay,
ulduzlar, planetlər də “lil”dir, lakin onlar işıqsaçma qabiliyyətinə malikdirlər. Yer-
göy-lil üçlüyü hər tərəfdən okeanla əhatə olur və hərəkətsizdir.
İranda və İraqda bəzi qədim ziqquratların xarabalıqları qalmaqdadır.
Ziqquratlar haqqında Əhdi Ətiqdə (Yaradılış, 11: 1-9) də yazılmışdır. Orada olan
rəvayatə görə, dünya tufanından öncə, insanlan bir dildə danışırdılar. Onlar
Babilistanda yığışıb, göylərə qədər ucalan bir qüllə inşa etmək istəmiş və bu işə
başlamışdırlar. Lakin Ulu Tanrı, bu planın qarşısını almaq üçün insanların dillərini
qarışdırmışdır. Onlar bir birini başa düşmədilər və qüllə inşasını dayandırıb, yer
üzərinə dağıldılar. Yaradılış kitabındaki qüllə Babilistan qülləsi adlanır.
Şümer-Akkad esxatoloji[7] təsəvvürləri də böyük maraq doğurur. Əsatirlərindən
bilinir ki, onlar yeraltı dünyanın mövcud olmasına inanırdılar. Şümerlər ona “Kur”,
akkadlar isə “Ersetu” deyirdilər. O dünyanın harada yerləşdiyi haqqında onların dəqiq
təsəvvürləri yox idi. Əsatirlərdə “Kur”un sərdədində bir çay vardır. Oradan ölüləri bir
gəmiçi keçirir.Orada ölənlərin ruhları iztirablar və əziyyətlər içində yaşayırlar. Lakin
o dünyada nisbətən rahat yaşayanlar da vardır. Oradan qayıdış yoxdur. “İnannanın
ölülər dünyasına enməsi” əsatirindən bilinir ki, “kur”da tanrılar da ola bilər (Dumuzi
kimi). İstisna hallarda tanrılar oradan kimisə çıxara bilərdilər, lakin onun əvəzinə
başqa adamlar (və ya tanrılar) “Kur”da qalmalı ıdılər. Bəzən isə, kimsə “kur”dan
müvəqqəti çıxıb, yerdə hansısa işi görüb, sonra isə ora qayıda da bilərdi. Məsələn
“Bilqameş, Enkidu və yeraltı dünya”[8] əsatirində Enkidunun kölgəsi oradan yerə
gəlir, Bilqameşlə görüşür.
Eyni zamanda, “Enki və Ninhursaq” əsatirindən bilinir ki, qədim Şümer və
akkadlar gözəl bir ölkənin mövcud olmasına da inanırdılar. O təmiz, işıqlı, misli
olmayan bir yerdir. Orada ölüm və xəstəliklər yoxdur; gözəl bağlar, meşələr,
çəmənliklər, çaylar və bulaqlar vardır. Bu ölkənin adı “Dilmun”dur və orada əsasən
tanrılar yaşayır. Bəlkə də qədim Şümerlər Bəhreyni, yaxud Fəylaknı, yaxud Ərəbistan
yarımadasının qərb hissəsini Dilmun adlandırırdılar. Eyni zamanda onlar inanırdılar
ki, həyat Dilmunda yaranıb. Sonra insanlar oradan çıxıb yer üzündə yaşamağa
başladılar.
Qeyd edilməlidir ki, “Kur” və “Dilmun” anlayışlarına bənzər məkanlar Şümer-
Akkad sivilizasiyasından cox əsr sonra meydana gələn yəhudi, sonra isə xristian və
müsəlman dünyagörüşlərində də vardır. Lakin yahudilərdə (Şümer və akkadlarda
olduğu kimi) axirət dunyası haqqında təlimlər hələ bir o qədər də inkişaf etməmişdi
və Əhdi Ətiqdə bu barədə qısa və ötəri cümlələrdən başqa bir şey yoxdur. Lakin daha
sonra Əhdi Cədiddə, və xüsusən Quranda, axirət dünyasının təsviri daha dolğun və
ətraflı cəhənnəm və cənnət anlayışlarında verilmişdir. Lakin, Şümer-akkad
əsatirindən fərqli olaraq, orada cənnətdə tanrılar deyil, ilk insanlar yaşamışdır.
Dilmunla cənnətin bənzər cəhətləri isə hər ikisində gözəl bağların olması, xəstəlik və
ölümün olmamasıdır. Bundan başqa, məsələn müsəlman təfsirçilərin arasında Adəm
və Həvvanın yerləşdiyi cənnətin heç də axirətdə olah cənnətin olmaması fərziyyəsi
vardır. Hətta bəzi müsəlman təfsirçilər hesab edir ki, ilk cənnət göylərdə tox, yerdə
yerləşirdi[10]. Yəni Adəm və Həvvanın yaşadığı məkan yerdə idi və oradan insanlar
yer üzərinə yayıldılar. Bu da Dilmunun yerdə, hətta Ərəbistanda, və ya ona yaxın
olan məkanda yerləşməsi inancı ilə üst-üstə düşür. Deməli cənnət haqqında
təsəvvürlər hələ qədim Şümerlərdə olub.
Bundan başqa, yəhudi dünyagörüşündə, qədim Şümer, akkad, və yunanlarda[11]
olduğu kimi, möminlərin axirətdəki yeri günahkarlarla eynidir. Onlar hamısı “Şeol”
adlanan kölgələr məkanında yaşayır[12]. Məlum olur ki, yəhudilər də kölgələr
dünyasının olduğuna inanırdılar və hətta istisna hallarda, Şümerlərdə olduğu kimi,
oradan kiminsə müvəqqəti qayıdışını da mümkün hesab edirlər: “Rəbb insanı həm
öldurur, həm dirildir. Olulər diyarına həm endirir, həm cıxarır” (1 Samuel 2:6).
Əhdi Ətiqin bəzi kitablarından məlum olur ki, onların müəllifləri günahkarların
sorğu-suala çəkilməsi haqqında biliyə malik deyildilər: “Çünki heyvanın başına gələn
insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o
biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey
puçdur” (Vaiz, 3: 19). Başqa yerləri oxuduqda isə qərara gəlmək olur ki, Əhdi Ətiqin
bəzi müəllifləri gələcək həyatən mövcudluğu haqqında heç bir şey bilmirdilər[13].
Beləliklə demək olar ki, yahudilərin axirət həyatı haqqında tam və qəti təsəvvürləri
yox idi. Lakin, çox əsrlər keçəndən sonra, ölülərin dirilməsi və günahkarların sorğu-
suala çəkilməsi inancı da yəhudilər arasında yayılmağa başladı: “Torpağın altında
yatanların çoxu əbədi həyat, bə’zisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq”
(Daniel 12:2).
Şumerlər və qədim Azərbaycan
Azərbaycan ərazisi sakinlərinin İkiçayarası ilə əlaqələri çox qədimdən - neolit
Orta tunc dövründə (III minilliyin son rübündən II minilliyin ikinci yarısınadək)
Şumer - Azərbaycan əlaqələri daha da genişlənir. «Həmin tarixi mərhələdə
Azərbaycan ərazisinin bir hissəsi (cənubu) onun əhalisi ilə birlikdə Şumer-Akkad
mənbələri orbitinə düşür. Bu mənbələr isə bizə müharibələr, e.ə.III minilliyin son üç
əsrində Azərbaycanda, ona qonşu olan vilayətlərdə baş vermiş hadisələr, orada
yaşamış tayfaların adları və s. haqqında ilkin mə’lumatlar verir». (5; 119) Kutilər,
lullubilər, hurrilər haqqında ilk mə’lumata bu mənbələrdə rast gəlirik. Şumer -
Azərbaycan əlaqələri əvvəlki minilliklərdə daha xoş olmuşdur, bu iki ərazinin əhalisi
arasında aşkar şəkildə dostluq və qardaşlıq münasibətləri hiss olunur. «...şumer belə
hesab edirdi ki, sağda xoşbəxt və dost ölkələr, solda əzazil və düşmən ölkələrdir». (1;
145) «Sağ» və «sol» dedikdə şərq və qərb nəzərdə tutulurdu. Şərqdə lullular, kutilər,
kasslar, solda samilər idi.
Akkadların İkiçayarasını işğalından sonra bu münasibətlərdə dəyişiklik əmələ
gəlmişdi. Zaqroş dağlarında və onun şərqində yaşayan kaslar və lullularla İkiçayarası
münasibətlərindən danışarkən (onları «düzənlik əhalisi» və «dağlılar» deyə
fərqləndirməklə) Oppenheym yazır: «Ancaq çox nadir hallarda dağ əhalisi ilə
əlaqələr mehriban xarakterdə olurdu. Dağlılar ardıcıl olaraq düzənliyin əhalisinə
təzyiq edirdilər. Sonuncular dəf edirdilər, lakin onların müqaviməti siyasi və iqtisadi
şəraitdən asılı idi. Dağlılar düzənliyə gah işçi və ya muzdur kimi, gah da işğalçı kimi
girirdilər. Bə’zən onlar şəhərləri, bütöv dövləti özlərinə tabe və idarə etmək üçün
kütləvi hücumlar təşkil edirdilər. Bu təhlükəyə Babilistan və Assuriya eyni cür
yanaşmırdılar. Babillilər Şumer ən’ənələrini davam etdirərək (o öz ifadəsini En-
Merkarın tarixində tapmışdı) mədəni tə’sir göstərməyə çalışırdılar (çalışırdılar ki,
kontakt zonasında hibrid bufer dövlət səviyyəsi stimullaşdırılsın). (11; 38)
Bu sözlər bir neçə məsələni aydınlaşdırmağa ikan verir. Əvvələn, bu dövr Babil
hakimiyyəti dövrüdür və artıq şumerlər hakimiyyətdə deyil. İkincisi, babillilərlə dağ
əhalisi - lullubilər ərazi e’tibarilə çox yaxındır, münasibətlər yaxşı olsa, dağlar
İkiçayarası üçün bufer zonadır. Üçüncüsü, dağ əhalisi - lullubilər və kaslar (kassilər)
da sivil dövlət yaratmışlar və işçi qüvvəsi, qul kimi işlətmək üçün və ya şəhərləri,
əhalini dolandırmaq üçün tez-tez Babilə hücumlar edirlər (halbuki bizim tarixçilər
e.ə.I minillikdən tez Azərbaycan ərazisində dövlət tanımırlar). Və nəhayət,
münasibətlərə En-Merkarın dövründən qalmış ən’ənələrin də müsbət tə’siri vardır (bu
barədə bir qədər sonra danışılacaqdır).
Şumerlərin qonşuları müxtəlif tayfalardan ibarət idi. İkiçayarasının şimalında sami
tayfalarından olan akkadlar yaşayırdılar. Akkadlar fərqli şivələrdə danışırdılar.
Tədricən onlardan assurlar və babillər əmələ gəlmişdir.
İkiçayarasına yaxın mövqedə - Cənubi Azərbaycanın qərbində kuti tayfaları
məskunlaşmışdı. Kutilər ilə qonşuluqda, Urmiya gölünün cənubunda - Cənubi
Azərbaycan ərazisində lullubilər yaşayırdılar. Lullubi hakimi Anubanini öz
hakimiyyətini Zaqroş dağlarına qədər genişləndirmişdi. Kutilərin və lulluların bir
qismi III minilliyin əvvəlindən İkiçayarasında da məskunlaşmışdılar. Oppenheym
yazır: «Lullubilər (lullu) də kutilər kimi dağ xalqı idilər... Qaya üzərində tapılmış
İştarın təsviri və yazı göstərir ki, lullibilər akkadların ilk dövrlərində Mesopotamiya
ilə əlaqəni müdafiə edirdilər». (11; 378)
Şumerlərin birliyinə baxmayaraq, ətrafda böyük təhlükə yaranmışdı. İkiçayarasının
şimal hissəsində sami tayfalarından güclü Akkad dövləti meydana gəlmişdi.
E.ə.2287-ci ildə Akkad dövlətinin banisi Sarqon (akkad dilində Şarrumkenu - həqiqi,
qanuni hökmdar) (e.ə.2316-2261) Şumerə hücum edir və Luqalqessi ilə birlikdə 50
Şumer hökmdarı məğlub olur. Sarqon Şumeri işğal edir. Şumer-Akkad dövləti
yaranır. (7; 76-78) Akkad şəhərini də o saldırmışdır. Onun nəvəsi Naram-Suenin
hakimiyyəti illərində (e.ə.2236-2200) Akkad arada itirdiyi qüdrətini yenidən bərpa
edir. Naram-Suen özlərinə yaxın ərazidə yerləşən kuti və lullubilərlə də döyüşməli
olur. Şarkalişarrinin (e.ə. 2200-2175) dövründə kutilər, elamlılar və samilər Akkad
dövlətini tez-tez təhlükə altında qoyur. Kuti (quti) hökmdarı Elulumeş (e.ə.2177-
2171) e.ə.2175-2172-ci illərdə Akkadı qəti məğlubiyyətə uğradır. Hökmranlıq
kutilərin əlinə keçir. Kutilər öz yazılarını akkad dilində tərtib edir və Şumeri
canişinlik şəklində idarə edirlər. Kutilər yüz ilə qədər orada hökmranlıq etmişlər. 21
kuti hökmdar adı mə’lumdur. Onların dilinin türk dili və ya Hind-Avropa dillərindən
olduğu barədə fərziyyələr var. Oppenheym göstərir ki, «Bu xalqın öz dili vardı». (11;
377)
Uruk hakimi Utuhenqal son kuti hökmdarı Tirikanı məğlub edərək (e.ə.2104)
hakimiyyəti ələ alır və kuti hakimiyyətinə son qoyur. Lakin tezliklə - e.ə.2097-ci ildə
Utuhenqal sui-qəsdlə öldürülür və Ur şəhər hakimi Ur-Nammu öz oğlunu Uruka ensi
tə’yin edir. Ur-Nammu (e.ə.2112-2103) III Ur sülaləsinin başçısı idi. Onun başçılığı
ilə Şumer dövləti yenidən fəaliyyətə başlayır. Bu, sonuncu Şumer dövləti idi. Ur-
Nammudan 100 il sonra - e.ə. 2003-cü ildə - III minilliyin sonunda elamlıların Ur
şəhərinə basqını ilə Şumer və Akkadın minillik tarixi başa çatır.
III Ur sülaləsinin ləğvindən sonra Şumer ərazisində İsin, Larsa, Mari, Babil, Eşuppa
kimi şəhər dövlətləri yüksəlməyə başlayır. Babil şəhəri (bab-ili - allahın qapısı;
yunanlar Vavilion deyirdilər) daha da güclənir, İkiçayarasının siyasi həyatında
mühüm rol oynayan Babilistan dövləti (e.ə. 1894-1595) yaranır. Dövlətin banisi
Sumuabum (e.ə. 1894-1881) idi. Babillilər amori - sami tayfaları idilər.
Hələ e.ə.XVIII əsrin ortalarından Azərbaycanın qədim və güclü tayfalarından olan
kassi (kaşşu, yunanlar kassi, kissi, kosoy deyirdilər) tayfası Babilistanın işğalına
çalışır. 1742-ci ildə kassi hökmdarı Qandaş Babilistana hücum etsə də, bir nəticə
hasil olmur. Nəhayət, onlar 1595-ci ildə Babili işğal edərək 1155-ci ilə kimi - 500 ilə
qədər burada hökmranlıq etmişlər. II Aqum (e.ə. 1595-1571) özünü «Kassilərin,
akkadların, Babilistanın və Kutilərin hökmdarı» adlandırmışdır. XV əsrin ortalarında
kassi hökmdarı I Karaindaş özünə «Babilistan hökmdarı, Şumer və Akkad hökmdarı,
kassilər hökmdarı və Kar-Duniaş hökmdarı» titulunu qəbul etmişdi. (Kar-Duniaş ya
kassilərin keçmiş ölkə adı, yaxud da kassi allahı Duniaşın ölkəsi mə’nasında izah
edilir.) (7; 104) Babildə yeni məbədlər tikilir və bunlar həm yerli allahlara, həm də
kassi allahları Şumaliya və Şukamunaya ithaf edilirdi. Kassi hökmdarları Misir
fironları ilə məktublaşırdılar. Misirdəki Əl-Amarna arxivindən I Kadaşman-Enlilin
(e.ə.1374-1360) məktubları tapılmışdır. II Burna-Buriaşın (e.ə.1360-1335) Misir
fironu Exnatona məktubları qalmışdır. Babilistan-Kassi hökmdarı III Kaştiliaşın
vaxtında (e.ə.1230-1223) Assur hökmdarı I Tukulti-Ninurta (e.ə.1244-1208)
Babilistana hücum edir. Ölkəni qarət edir, əhalini köləliyə aparır, Kaştiliaş əsir düşür.
Lakin Tukulti-Ninurta sui-qəsdlə öldürüldükdən sonra Babildə yenidən yüksəliş
başlayır və kassi hökmdarı Adadşumusur (e.ə.1194-1187) Assuriyanı özündən asılı
vəziyyətə salır. Ancaq bu yüksəliş də uzun sürmür. E.ə.1158-ci ildə Elam hökmdarı I
Şutruk-Nahhunti Babilistanı işğal edib, öz oğlunu taxta əyləşdirir. Babilistanda kassi
sülaləsinə son qoyulur. Bu müddət ərzində kassilər (kassi padşahları) yalnız 1700-
1230-cu illər arasında öz adlarını saxlaya bilmişlər. Son 8 kassi hökmdarının akkad
adı daşıdığı qeyd edilir. (11; 60,377)
Beləliklə, bütün Şumer ərazisi şumerlərin, akkadların və babillilərin vaxtında daim
Azərbaycan kuti, lullubi, kassi dövlətləri ilə əlaqədə olmuş, lullubilərlə qardaşlıq
münasibətində yaşamış, kutilər tərəfindən 100 il, kassilər tərəfindən 500 ilə qədər
idarə olunmuşdur. Bu, hər iki ərazinin az qala birliyidir - mədəni, iqtisadi, siyasi
birliyidir ki, bunu Şumer dastanları daha aydın göstərir.
Qazıntılar və Şumer-Akkad rəvayətləri «Ümumdünya daşqını» deyilən daşqının
olduğunu təsdiq edir. Şumer rəvayətinə görə, Yer üzərində insanlar hədsiz çoxalır.
İnsanlar arasında olan naqis cəhətlərdən allahlar qəzəblənir və daşqınla onların
kökünü kəsməyi qərara alırlar. Bu əhvalatı «Gilqamış» dastanının qəhrəmanı
Gilqamışa Utnapiştim belə danışır:
Sənin tanıdığın, Fərat çayının sahilində yerləşən Şuruppak şəhəri qədim şəhərdir,
allahlar orada yaşayırlar. Böyük allahların qəzəbi ora gətirdi ki, onlar daşqın
yaratmağı qərara aldılar; onların arasında ata Anu, onların məsləhətçisi, yenilməz
Enlil, onların havadarı Ninurta, onların hakimi Ennuqi də vardı. Müdriklik allahı Ea
onlarla söhbət etdi və onların qərarını qamış dəyəyə (daxmaya) söylədi: «Dəyə, dəyə!
Divar, divar! Dəyə, eşit! Divar, başa düş! Şuruppak əhli, Ubar-tutunun oğlu, evini
məhv elə, gəmi düzəlt, var-dövləti tərk elə, həyat axtar, şeylərə nifrət et, ürəyini
(canını) yaşat. Gəmiyə bütün canlı varlıqlardan toxumluq yüklə. Qoy düzəltdiyin
gəmi onun ölçüsünə uyğun olsun, qoy onun eni ilə uzunu bir-birinə uyğun olsun.
Okeanda onun üstünü bağla.» (12; 264)
Allah Ea allahların daşqın törədəcəyi xəbərini bu cür gizli şəkildə insanlara çatdırır -
Ziusudra (akkad. Utnapiştim/Uqnapiştim) adlı dindar hakimə xəbər verir. Ziusudra
(Utnapiştim) iri gəmi düzəltdirir, ailəsini, heyvan və quşlardan nümunələr yığır
gəmiyə. Tufan başlayır, su, rəvayətə görə, 8 metr hündürlüyə qalxır. 6 gün 6 gecə
külək, daşqın, fırtına ara vermir. 7-ci gün fırtına sakitləşir. Bəşəriyyət məhv olmuş,
gilə qarışmışdır. Ubar-tutu oğlunun gəmisi Nisir (Kinipa) dağının təpəsində ilişib
qalmışdır. Hər tərəf sudur. Dağ gəmini buraxmır. İştarın köməyi ilə gəmi xilas olur.
Allahlar tökülüşüb gəlirlər öz qurbanlarının yanına. İştar deyir: «Allahlar... mən öz
boynumdakı mavi cəhənnəm daşını qoy unutmayım, bu günləri mən unutmaram, mən
onları əsrlərlə unutmaram! Qoy allahlar gəlib mənim mədhlərimi eşitsinlər, ancaq
Enlil bura gəlməsin, çünki o, məsləhətləşmədən daşqın yaratmış və mənim
adamlarımı məhvə məhkum etmişdir». (12; 265) Lakin Enlil də gəlir. O, sağ qalanlar
olduğunu görüb qəzəblənir. O zaman Ea ona deyir: «Sən allahlar arasında ən
müdrikisən, qəhrəmansan! Sən necə, necə məsləhətləşmədən daşqın yaratdın?
Günahkarın günahını öz üstünə qoy, cinayətkarın cinayətini öz üstünə qoy, amma
yazığın gəlsin, bütün bəşəri məhv etmək olmaz». (12; 2
Dostları ilə paylaş: |