Qədim Misir Plan


Suriya, Finikiya və Fələstin



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix30.12.2021
ölçüsü0,8 Mb.
#49471
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
qədim dünya tarixi

Suriya, Finikiya və Fələstin
Plan: 
1. Qədim Suriya
2.
Qədim Finikiya (Livan)
 
Qədim   Fələstin
 
Qədim   Finikiya   təxminən   müasir   Livan   dövlətinə
uyğun   bir   ölkə   idi.   Şərqi   Aralıq   dənizi   sahilindən   şərqə   doğru   uzanan
ərazini   Suriya,   Finikiya   və   Fələstin   tuturdu.   Finikiyalılar   semit   dilli
tayfalardan   idi,   onların   dili   yəhudilərin   dilinə   çox   bənzəyirdi.   Ölkə
Aralıq   dənizinin   sahillərində   yerləşdiyi   üçün   buranın   əhalisi   dənizçilik
sahəsində   böyük   nailiyyətlər   əldə   edərək   qədim   dünyanın   ilk   ticarətçi
xalqına   çevrilmişdi.   Çox   da   böyük   olmayan   bu   xalq   sonralar   Avropa
mədəniyyətinin   formalaşmasına   əhəmiyyətli   dərəcədə   təsir   göstərmişdi.
Bu   prosesə   ticarət   əlaqələri,   həmçinin   geniş   şəkildə   yayılmış
müstəmləkələr   kömək   edirdi.   Digər   Asiya   ölkələrindən   fərqli   olaraq,
Finikiya   şəhər-dövlətlərin   (Tir,   Sidon,   Palmira   və   s.)   federasiyasını
təşkil   edirdi.   Bu   şəhərlərin   başında   şah   dururdu.   Onların   hakimiyyəti
kahinlər,   adlı-sanlı   və   zəngin   tayfalar   şurası   xalq   yığıncağı   (veçe)
tərəfindən   məhdudlaşdırılırdı.   Buna   görə   də,   həmin   şəhər-dövlətlərə
aristokratiya   və   ya   plutokratik   (dövlət   hakimiyyətinin   varlı   adamların
əlində oldugu siyasi  quruluş) respublika xarakterikdir. Şəhərlərdə köhnə
və   yeni   vətəndaşlar,   həmçinin   şəhər   və   kəndlər   arasında   ziddiyyətlər
mövcud   idi:   kəndlilər   böyük   mükəlləfiyyət   daşıyır,   qulların   vəziyəti
daha  ağır idi. Ümumilikdə götürdükdə  isə, finikiyalılar çox ciddi, zirək,
tədbirli,   inadkar   və   çox   ideal   olmasa   da,   praktik   bir   xalq   idi.   Qədim
Finikiya   təxminən   müasir   Livan   dövlətinə   uyğun   bir   ölkə   idi.   Şərqi
Aralıq   dənizi   sahilindən   şərqə   doğru   uzanan   ərazini   Suriya,   Finikiya   və


Fələstin   tuturdu.   Finikiyalılar   semit   dilli   tayfalardandır   idi,   onların   dili
yəhudilərin   dilinə   çox   bənzəyirdi.   Ölkə   Aralıq   dənizinin   sahillərində
yerləşdiyi   üçün   buranın   əhalisi   dənizçilik   sahəsində   böyük   nailiyyətlər
əldə   edərək   qədim   dünyanın   ilk   ticarətçi   xalqına   çevrişmişdi.   Çox   da
böyük olmayan bu xalq  sonralar Avropa mədəniyyətinin formalaşmasına
əhəmiyyətli   dərəcədə   təsir   göstərmişdi.   Bu   prosesə   ticarət   əlaqələri,
həmçinin   geniş   şəkildə   yayılmış   müstəmləkələr   kömək   edirdi.   Digər
Asiya   ölkələrindən   fərqli   olaraq,   Finikiya   şəhər-dövlətlərin   (Tir,   Sidon,
Palmira   və   s.)   federasiyasını   təşkil   edirdi.   Bu   şəhərlərin   başında   şah
dururdu.   Onların   hakimiyyəti   kahinlər,   adlı-sanlı   və   zəngin   tayfalar
şurası xalq yığıncağı (veçe) tərəfindən məhdudlaşdırılırdı. Buna görə də,
həmin   şəhər-dövlətlərə   aristokratiya   və   ya   plutokratik   (dövlət
hakimiyyətinin   varlı   adamların   əlində   olan   siyasi   quruluş)   respublika
xarakterikdir.   Şəhərlərdə   köhnə   və   yeni   vətəndaşlar,   həmçinin   şəhər   və
kəndlər arasında ziddiyyətlər mövcud idi: kəndlilər böyük mükəlləfiyyət
daşıyır,   qulların   vəziyəti   daha   ağır   idi.   Ümumilikdə   götürdükdə   isə,
finikiyalılar   çox   ciddi,   zirək,   tədbirli,   inadkar   və   çox   ideal   olmasa   da,
praktik   bir   xalq   idi.     Qədim   finikiyalıların   mədəniyyəti   haqqında
danışarkən onların dini təsəvvürlərini qeyd etmək vacibdir. Bütün Suriya
xalqlarında   olduğu   kimi,   finikiyalıların   da   dini   xalis   hissi   xarakter
daşıyır,   təbiəti   ilahiləşdirirdi.   Onun   mahiyyətini   yaradıcı   və   artım
gətirən   təbiət   qüvvələrinə   sitayiş   və   etiqad   təşkil   edirdi.   Baş   allah
Günəşin   təmsilçisi   olan   Vaar,   digər   şəhərlərin   allahları   Vaal-Peor,
Vaalsev   və   başqaları   hesab   olunurdu.   Bununla   yanaşı,   məhəbbət   ilahəsi
Vaaltis (Əşşəra) da mövcud idi. Dağıntı allahı Molox öküzbaşlı görkəmə
malik   idi,   qadın   allahı   Astarta   da   dini   obrazlardan   birini   təmsil   edirdi.
Tir   şəhərinin   yerli   himayəedici   allahı   Melkartda   –   (yəni   səyyar   günəşdə
təmsil   olunan),   həm   yaradar,   həm   də   dağıdardı.   Adonis,   qürub   edən
Günəş, Daqon isə dəniz allahı idi. Finikiyalıların sitayişi, həm sərt (belə
ki,   Molox   və   Astartanın   şərəfinə   insanlar   qurban   verilərdi),   həm   də
hisslərlə   (ilahə   Vaaltisin   şərəfinə   məbədlərdə   qızlar   insan   ehtiraslarını
coşdururdular)   müşayiət   olunan   idi.   Bu   xalqda   sünnət   də   dini   səciyyə
kəsb edirdi. Ulduz allahlarına ithaf olunan mərasimlər də çox geniş vüsət
tapmışdır.   Qədim   finikiyalılar   balıqçılıqla,   sənaye   və   ticarətlə   məşğul
idilər.   Bu   ölkədə   dağ-mədən   sənayesi   də   inkişaf   etdirilirdi.   Ölkənin
dənizin   kənarında   yerləşməsi   Finikiyada   dənizçiliyin   inkişafına   səbəb
olmuşdur.   Finikiyalılar   gözəl   sənətkar   idi.   Onların   çox   nəhəng   gəmiləri
mövcud idi. Bu sahədə finikiyalılar dünyanın digər xalqlarına güclü təsir
göstərirdi.   Dənizçilik   ticarəti   inkişaf   edirdi.   Onun   marşrutları   Şərqdə
Hindistan,   Qərbdə   isə   Yunanıstan,   İtaliya,   İspaniya   və   hətta   Britaniya
adalarınadək,   Şimal   dənizinin   sahillərinədək   uzanırdı.   İskəndəriyyənin
şöhrəti   yüksələndən   sonra   (b.e.ə.   330-cu   illərdən)   Finikiya   özünün
əvvəlki kommersiya əhəmiyyətini tamamilə itirdi.                                  
Bu xalq dünyada şüşə istehsalı sahəsində də çox məşhurlaşmış və böyük
təcrübə   əldə   etmişdi.   Parçanın   qırmızı   rəngə   boyanması   da   ilk   dəfə


Finikiyada   kəşf   olunmuşdur.   Dünyada   ilk   dəfə   burada   gümüş   pul   zərb
edildi.   Metal   emalı,   toxuculuq   istehsalı   və   oymaçılıq   sənəti   sahəsində
böyük nailiyyətlər əldə edildi. Qədim finikiyalıların ədəbiyyatı haqqında
məlumatların   mədəniyyət   tarixində   azlıq   təşkil   etməsinə   baxmayaraq   bu
xalqın   ədəbi   fəaliyyəti   haqqında   da   fikir   yürütmək   olar.   Finikiyalıların
özlərinin   kəşf   etdikləri   və   ya   onların   daha   qədim   yazıdan   iqtibas
etdikləri   yazı   sistemi   (b.e.ə.   XI-X   əsr)   Yunan   əlifbasının   və   eyni
zamanda   müasir   əlifbanın   sələfidir.   Finikiya   əlifbası   yəhudi   və   aramilər
tərəfindən   qəbul   edildi.   Aramilər   onu   Hindistan   və   Mərkəzi   Asiyaya
kimi   yaydılar.   Yunanlar   bu   əlifbaya   müəyyən   dəyişikliklər   edərək
mənimsədilər.   Onlar   bu   əlifbanı   soldan   sağa   yazarıq   bir   neçə   sait   səs
əlavə etdilər. 
Qədim Finikiya incəsənəti haqqında biliklər yeganə yunan tərcüməsindən
bəllidir.   Bu   tərcümədə   e.ə.   500cü   ildə   Afrikanın   cənub   sahillərinədək
gedib   çıxmış   Hənnanın   səyahəti   haqqında   təsəvvürlərin   mövcud   olması
qeyd   edilir.   Finikiyalıların   incəsənəti   o   qədər   də   orijinal   deyil.   Bu
incəsənətdə   Babil-Misir   təsiri   də   duyulmaqdadır.   Lakin   finikiyalılar
gözəl   memarlıq   nümunələri   yaratmışlar.   Bu   memarlar   Suriya   ərazisində
olan   bütün   semit   dövlətlərinin   işlərində   yaxından   iştirak   etmişlər.   Tir
şəhərinin   yetirməsi   olan   memar   Kiram,   Yerusəlim   məbədini   inşa
etmişdir.İndiyədək Vaalbəy və Palmira şəhərinin dağıntı və xarabalıqları
qalmaqdadır   ki,   bunlar   da   bir   daha   finikiyalıların   təmtəraqlı   tikintilərə
olan   maraq   və   sevgisinin   şahididir.   Ticarətin   əlverişli   inkişafı   xalqın
həyat   və   məişətinin   zəngin   formada   bəzənməsinə   genişşərait   yaradırdı.
Finikiyalı   sənətkarlar   öz   məharətləri   ilə,   nəinki   Ön   Asiya   ölkələrində,
ümumiyyətlə,   dünyada   tanınmışlar.   Bunlar   –   zərgər   və   heykəltəraşlar
müxtəlif   incəsənət   ənənələrini   ustalıqla   birləşdirərək   fil   sümüyündən,
qızıl,   gümüş   və   qiymətli   metallardan,   rəngli   şüşələrdən   heyrətamiz
əsərlər   yaradırdılar.   Uqarit,   Tir,   Sidon   və   digər   Finikiya   şəhərlərində
zəngin   çoxmərtəbəli   möhtəşəm   və   bəzəkli   binaların   tikintisində   kedr   və
bürüncün   tətbiqi   xüsusi   yer   tuturdu.                             Ümumiyyətlə,   Finikiya
mədəniyyəti   nümunələrinin   dünya   mədəniyyət   tarixində   qismən   azlıq
təşkil   etməsinə   baxmayaraq   sənətkarlıq   aspektindən   o,   öz   unikal   üslub
tərzinə   görə   bəşər   sivilizasiyasında   özünəməxsus   yer   tutan
mədəniyyətlərdən biri ola bilmişdir. 
Şərqi   Aralıq   dənizi   sahilindən   Şərqə   doğru   uzanan   ərazilərdən   birini   də
Fələstin tutur. Fələstin regionun cənubunda yerləşərək Misirdən səhra ilə
təcrid   edilir.   Ön   Asiyanı   Misir   və   Egey   dənizi   ilə   birləşdirən   ticarət
yollarının   qovuşuğunda   olan   Fələstin   torpağı   həmişə   qonşu   dövlətlərin
əsarəti altında olmuşdur. B.e.ə. III minillikdə bu torpağı Misir, Şumer və
Babil   şəhər-dövlətləri   ilə   həm   iqtisadi,   həm   də   mədəni   ünsiyyətdə   olan
hənnaneylər  istila   etdilər  (onlar  da  semit  dilli  tayfalar  idi)  və  öz  zəngin
mədəniyyətlərini   yaratdılar.   E.ə.   II   minillikdə   bu   torpağın   cənubunu
Egey   dənizinin   Koftor   adasından   gələn   dəniz   tayfaları,   yəhudilərin
təbirincə   desək,   peləşetlər   tutdular   (torpağın   adı   da   bununla   əlaqədar


«Fələstin»   oldu).   B.e.ə.   XIII   əsrdə   həmin   əraziləri   qədim   yəhudi
tayfaları ağır vuruşlardan sonra hənnaneyləri məğlub edərək onların həm
torpağına, həm də zəngin mədəni irsinə sahib oldular. 
İudeylər   (yəhudilər,   israillilər)   həm   dil,   həm   də   xarici   görkəm   və
əlamətlərinə   görə   semit   irqinə   mənsubdurlar.   Bütöv   bir   yəhudi   xalqının
formalaşmasında   və   bu   millətin   əsas   nailiyyəti   olan   dinin-induizmin
təşəkkülündə bir ərazi kimi Fələstin qapalılığı böyük rol oynamışdı. Son
dərəcə   inadlı   iradə   və   güclü   praktik   meyllərlə   yanaşı,   yəhudi
vətəndaşında   rassionalist   idrak   inkişaf   etmişdir.   Lakin   o,   həmçinin
intensiv   və   dərin   hisslərdən   də   məhrum   deyildi:   yəhudilərdə   plastik
fantaziya,   ətraf   təbiətə   qarşı   sadə   estetik   münasibət   az   inkişaf   etmişdir.
Təkcə   elə   öz   dinləri   vasitəsilə   yəhudilər   dünya   mədəniyyətinə,   onun
inkişafına əhəmiyyətli dərəcədə təsir göstərə bilmişlər. Belə ki, b.e.ə. II
minilliyin   sonu   (e.ə.   XIII   əsrlər)   sami   (semit)   tayfaları   Tövrat   dini
rəvayətlərini   Fələstinə   gətirmişlər.   Tövrat   iki   bölmədən   ibarətdir:   Əhdi-
ətiq   («Vetxiy-zavet»)   və   əhdi-cədiq   («novıy   zavet»).   Tövrat   dini   kitab
olmaqla   müxtəlif   dövrləri   əks   edən   hadisələri   və   müxtəlif   məzmunlu
ədəbiyyatı özündə birləşdirir. 
Əhdi-ətiqin   I   hissəsi   Tora   (tövrat)   özündə   beş   kitabı   əks   etdirir.
Tövratın,   yəni   beşliyin   yaradılmasını   peyğəmbər   Musanın   (Moisey)   adı
ilə   bağlayırlar.   Beşlik   (Tora)   aşağıdakı   kitablardan   ibarətdir:   varlıq,
çıxış  (yəhudilərin  Misirə   gəlməsi  və  oradan  xilas  olması),  levit  (ibadətə
aid   öyüd-nəsihət),   hesab   (yəhudilərin   40   illik   sərkərdanlığı)   və   ikinci
qanunçuluq (yəhudi dini qanunçuluğunun sistemləşdirilməsi cəhdləri). 
Tövratın   beşlik   hissəsi   dini   məsələlərə   həsr   olunub.   Buradakı   bəzi   dini
ehkamlara   Quranda   da   təsadüf   edilir.   «Varlıq»   bəndi   sami   tayfalarının
ənənəvi   soy   tarixini,   mənşəyini   («geneologiyası»nı)   saxlayıb.   Bu   soy
tarixi   islam   dinində   də   olduğu   kimi   qalıb.   Belə   ki,   soy   tarixi   Adəm   və
Həvvadan başlayır. Onlardan törəyən soylar isə, Fələstində məskunlaşır.
Nuh   bu   nəslin   törəməsidir.   Nuh   («Noy»)   «ümumdünya   daşqınından»
sonra   yeni   soyların   başlanğıcını   qoyur.   Bunlar   Sim,   Cam,   Yafət   (türkcə
Yəfəs)dir. Sim nəslindən olan İbrahim (Avraam) ibri tayfalarının başında
Fələstində   məskunlaşıb.   Onun   tarixi   şəxsiyyət   olması   da   istisna
edilməyir.   Tövratın   II   hissəsi   «peyğəmbərlər»,   III   hissəsi   isə,   «yazılar»
adlanır.   Bu   hissələrə   müxtəlif   ədəbi   əsərlər,   o   cümlədən   məhəbbət
lirikasını   əks   etdirən   «Mahnılar   mahnısı»,   hökmdar   Süleymanın
(«Solomon»)   adına   çıxılan   ibrətamiz   hekayətlər,   hökmdar   Davuda
(David)   şamil   edilən   dini   himlər   (zəbur   surəsi)   və   s.   daxil   edilib.
Tövratın,   ən   qədim   hissəsi   e.ə.   IX   əsrə   aid   edilir.   Burada   allahın   adı
«elohim»   kimi   yazılıb.   Bu   «allahlar»   mənasını   verdiyi   üçün   ehtimal
olunur   ki,   o   zamanlar   Aralıq   dənizi   sahilində   çoxallahlılıq   mövcud   idi.
Bunu   təsdiqləməyə   imkan   verən   əsas   sübutlardan   birini   də   Fələstin
ərazisində   XIX   əsrdə   aparılan   arxeoloji   qazıntılar   oldu.   Bu   qazıntılar
zamanı məlum oldu ki, bu ərazinin bir çox evlərində ev, ocaq himayəçisi
olan   allah-bütlər   («damdabacalar»)   mövcud   imiş.   İlkin   politeizm


(çoxallahlılıq)   öncə   özünəməxsus   geoteizmə   (tayfanın   himayədarı   olan
bütlər,   allahlara   sitayiş)   çevrildi.   İudeylərin   allahı   sanki   ideallaşdırılan
patriarxdır, bu patriarx ata kimi öz övladlarının qayğısına qalır və onlara
kömək   edərək   hər   cür   şərait   yaradır,   lakin   «ittifaq-müqaviləni»
pozduqları   təqdirdə   onlara   qarşı   ciddi   cəza   tətbiq   edirdi.   Belə   bir   Allah
özünə  qarşı  qorxu  duydurur  və minnətdarlıq təlqin  etdirirdi.Allaha qarşı
məhəbbət   iudeylər   üçün   çox   mühüm   bir   prinsipdir.   Bu   xalqın   dini
inkişafında baş verən məlum mərhələləri də fərqləndirmək lazımdır – bu
hələ   insan   qurbanı   verilən   ilkin   naturalizmdən   ta   bütün   kobud   hissi
elementlərdən təmizlənmiş peyğəmbərlərə inamadək gedən bir yoldur. 
Qədim   Yəhudi   tayfaları   fələstin   tayfaları   ilə   uzun   müddət   müharibə
apararaq nəticədə İsrail dövlətini yaradırlar. Rəvayətə görə, e.ə. XI əsrdə
Saul İsrail dövlətinin əsasını qoyur. O bir sıra torpaqları İsrail dövlətinə
birləşdirir.   Saulun   ölümündən   sonra   hərbi   fəaliyyəti   yeznəsi   Davud
davam   etdirir.   Tövrat   əfsanələrində   Davud   xalq   qəhramını   kimi   qələmə
verilir.   Belə   ki,   o,   Fələstinin   cənubunda   Yəhuda   padşahlığının   əsasını
qoyur.   Davud   İsrail   padşahlığını   özünə   tabe   etdirərək   birləşmişİsrail-
Yəhuda dövlətini yaradır. Yerusəlim bu dövlətin paytaxtı olur. 

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin