Qədim Misir Plan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix30.12.2021
ölçüsü0,8 Mb.
#49471
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
qədim dünya tarixi

Assuriya
Plan:
1. Şimali Mesopotamiya e.ə. II minilliyin əvvəllərində
2. Kassilərin hücumları. Erkən Assur padşahlığı
3. Yeni Assur padşahlığı
4. Orta Assur padşahlığı (e.ə. XV-XI, e.ə. X-VII əsrlər)
  Assuriya (ingiliscə: Assyria)   və   ya Aşşur –   Orta   Tunc   dövründə   Yuxarı   Dəclə
çayının   ətraflarında   yerləşən   ərazi.   Adı   burada   mövcud   olmuş   qədim   Aşşur
(akkadca: Aššur; ərəbcə:  ررورشأ Aššûr; yəhudicə:  רוּשּׁאַ Aššûr) şəhəri ilə bağlıdır. Daha


sonralar,   Aşur   İmperiyası Yaxın   Şərqdə, Misirdə   və Anadoluda böyük   əraziləri
tərkibinə daxil edən qüdrətli bir dövlətə çevrilmişdir.
Aşşur (Assuriya) dövləti – Babildən şimalda yaranmışdır. Bu dövlət b.e.ə. VIII-VII
əsrlərdə güclü dövlət olmuşdur.Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal
olunmuşdur.   B.e.ə.   605-ci   ildə   Aşşur   dövləti Babil və Midiyatərəfindən   süquta
yetirildi və torpaqları iki dövlət tərəfindən bölündü.ədim Assuriya dövləti bir neçə
şəhərlərin   birləşməsindən   yaranmışdı.   Bu   birləşmənin   paytaxtı Aşşur şəhəri   idi.   O
dövrdə Aşşur şəhəri   o   qədər   də   inkişaf   etməmişdi.   Qədim   Assuriya   dövləti
birləşmələr  şəklində  olsa  da  hökmdarlara  malik  idi. Qədim  Assuriya  hökmdarları
çadırda yaşayanlar kimi qələmə verilirdi. Bu da onu göstərir ki, Assuriyada maldarlıq
yüksək   inkişaf   etmişdi.   O   dövrün   Assuriya   tacirləri   əsasən   Kaniş   və   Qasur
şəhərlərində   məskunlaşmışdılar.   III  Ur   sülaləsinin   hakimiyyəti   dövründə   Assuriya
hökmdarı Zarikum III Ur hökmdarı I Bur-Sindən asılı idi. E.ə III minillikdə Aşşur
şəhər   dövlətinin   başında   sami   mənşəli   sülalə   dururdu.   Bu   sülalənin
hökmdarlarıAkkad mənşəli   adlar   qəbul   edirdilər.   Bu   dövrdə   Assuriya   beynəlxalq
ticarətdə mühüm rol oynayırdı. Assuriya hökmdarları əsasən  daxili işlərlə məşğul
olur, xarici işlərə qarışmırdılar. Onlar həm də dini hakimiyyətə sahib idilər və ali
kahin rütbəsi daşıyırdılar. Məhkəmə və inzibati işlərə ukullum adlı məmur baxırdı, o
seçkilər vasitəsilə seşilirdi.Aşşurda ağsaqqallar şurası mövcud idi və bura adlı-sanlı
ailələrin   üzvləri   və   quldar   əyanlar   daxil   idilər.   Bu   dövrdə   xalq   yığıncağı   öz
əhəmiyyətini itirmişdi. Şura üzvlərindən biri bir il müddətinə rəhbər seçilir, belə şəxs
limmu   adlanır,   xəzinənin   açarını   daşıyır   və   cari   il   onun   adına   adlandırılırdı.
Assuriyada   əsas   torpaqlar   icma   torpaqları   idi   və   kəndlilərə   məxsus   idi.   Qul
əməyindən geniş istifadə edilirdi. Kasıb ailələr öz övladlarını qul kimi verirdilər, borc
köləliyi də geniş yayılmışdı. E.ə XIX əsrin əvvəllərində yaranmış siyasi vəziyyət
Assuriya   dövlətçiliyinə   və   iqtisadiyyatına   mənfi   təsir   göstərdi. Het dövlətinin
yaranması Assuriya ticarətinin tənəzzülünə səbəb oldu. Qərbə gedən ticarət yolları
hetlərin əlinə keçdi. Şərqdə isə lullubi və kutidövlətlərinin süqutu nəticəsində ticarət
əlaqələri   tamamilə   zəiflədi.   Ticarət   yollarının   bərpasına   zəmin   yarandı.   Bütün   bu
hadisələr   işğalçılıq   siyasətinin   yeridilməsinə   səbəb   oldu.   E.ə 1813-cü   ildə
hakimiyyətə gələn I Şamşi-Adad özünü dünyanın hökmdarı elan etdi. O ilk qüdrətli
Assuriya hökmdarı oldu və qərbdə və şərqdə hərbi əməliyyatlara başladı. Qərbdə
Mari  hökmdarlarını  məğlub  etdi  və  Şimali  İkiçayarsında   olan  şəhərləri  tutdu.  Öz
oğlunu   bura   hakim   təyin   etdi.   Karxemiş   hökmdarı   ilə   ittifaqa   girdi   və   onunla
birlikdə Suriyanın Katna şəhərini tutdu. Katna hökmdarı ilə də ittifaq bağladı və onun
qızını oğluna aldı. Qərbdə olan ticarət yolları Assuriyanın əlinə keçdi. Sonra o şərqə
tərəf yürüş etdi və əvvəlcə Arrapxa və Şuşarra şəhərlərini tutdu. Lakin Şuşarranı öz
əlində saxlaya bilmədi və şəhər turukkilərin əlində qaldı. O, Tukriş hökmdarından və
bir   sıra   Yuxarı   İkiçayarasında   olan   hökmdarlardan   xərac   almaqla   kifayətləndi.   I
Şamşi-Adaddan sonra e.ə 1797-ci ildə hakimiyyətə oğlu I İşme-Daqan gəldi. Onun
dövründə Assuriya əvvəlki qüdrətini itirdi və bir sıra ərazilər llərindən çıxdı. Mari
hökmdarı   Zimirlim   yenidən   müstəqil   siyasət   yeritdi.   Şamşara
əyalətində kuti və turukkilər ilə münaqişələr baş verdi. I İşme-Daqan turukkilər ilə
sülh   bağladı   və turukki hökmdarı   Zazinin   qızını   oğluna   aldı.   E.ə 1757-ci
ildə Babilistan hökmdarı   Hammurapi Aşşur şəhərinə   yürüş   etdi,   I   İşme-


Daqan Babilistandan asılı   vəziyyətə   düşdü.   Ondan   sonrakı   Assuriya   hökmdarları
Mut-Aşkur, Rimuş və Asinum da Babilistan tabeçiliyini qəbul etdi. E.ə 1732-ci ilə
kimi Assuriya Babilistanın hakimiyyəti altında qaldı. E.ə XVI əsrdə qərbdə Mitanni
dövləti yarandı və Assuriya Mitannidən asılı vəziyyətə düşdü.
Assuriya   qoşunlarının   sayı   120   min   nəfərə   çatırdı.   Qoşun   piyada,   atlı   və   döyüş
arabalarından ibarət idi. Quldar cəmiyətinin inkişafı çoxlu sayda qul tələb edirdi.
Buna görə Assuriya çarı II Aşşurnasirpal (884-859) Şimali Suriyaya, Cənubi Qafqaza
orada   yaranmış   Urartu   dövlətinə   qarşı   yürüşlər   təşkil   edirdi.   9-cu   əsrin   ortasında
Assuriyaya qarşı Dəməşq başda olmaqla qonşu dövlətlər koalisiyası yarandı. Karkar
yanında(854) gərgin döyüşdən sonra assuriya qoşunları geri çəkildi. Lakin tezliklə
Assuriya   yenə   fəal   xarici   siyasət   yürütməyə   başladı.   8-ci   əsrin   ortasında   çar   III
Tiqlatpalasar və onun varisləri II Sarqon və Sinexerib Dəməşqi, Cənubi Suriyanı və
Qəzzaya qədər Fələstini işğal etdilər
Ön Asiyada aparıcı dövlət olan Assuriya öz hərbi təşkilatını və hərbi texnikasını
yüksək səviyədə saxlamalı idi. Yürüş vaxtı yığma qoşundan təşkil olunan ordu dövlət
aparatının   vacib   bəndi   idi.   Ordunun   tərkibinə   icma   kəndliləri,   sənətkarlar   və
ticarətçilər   daxil   idi.   Xüsusi   ilə   təhlükəli   yerlərdə   və   sərhəddə   pay   torpaq   alan
kolonistlər də yürüşdə iştirak etməliydilər. 8-ci əsrdə III Tiqlatpalasarın dövründə,
mərkəzi və yerli dövlət aparatını hərbi məqsədlərə tabe edən vacib islahatlar keçirildi.
Yığma qoşun, tərkibində süvarilər, piyadalar və at arabaları olan daimi qoşunla əvəz
edildi. 8-ci əsrin ortasında süvari dəstələr vacib qoşun növü olaraq ordunu manevrli
və   çevik   etdi.   Əsas   rolu,   yüngül   və   ağır   silahlanmış   silahlı   əskərlərdən   ibarət
piyadalar oynayırdı. Onlar zireh, qalxan, dəbilqə, ox yay, qısa qılınclarla və nizələrlə
silahlanmışdılar. Orduya yol salmaq, körpü tikmək və düşərgə salmaq üçün xüsusi
dəstələr də daxil idi. Fortifikasiya işi inkişaf edirdi. Assuriyalılar istehkam tikmək,
şəhərləri mühasirəyə salmaq və təkər üstündə zəncirdən asılmış qoç kimi mühasirə
silahlarından   yararlanaraq   hucumla   almağı   yaxşı   bacarırdılar.   Onlar   bacarıqla
cəbhədən   və   cinahdan   hucum   edirdilər,   qoşunlarını   xüsusi   qaydada   düzərək,   dar
dərələri və dağ keçidlərini, və səhra şəraitində xüsusi ilə vacib olan su qaynaqlarını
tutmağa çalışırdılar. Assuriyalılar hərbi və mülki casus şəbəkəsindən yararlanırdılar.
Kommunikasiya və rabitə işinə böyük önəm verirdilər.Onların hərəkət etdiyi yollar
qayğı  ilə qorunurdu, və  həyəcan  siqnalı  zamanı  işarələrdən ( hündür yerdə  alov)
yararlanırdılar.   Səhralıqdan   keçən   yollar   qüllələrlə   və   su   quyuları   ilə   təchiz
edilirdilər.   Məntəqələrin   arasındakı   məsafələr   göstərilən   xəritələrdən   istifadə
olunurdu.   Öz   donanması   olmasa   da,   Assuriya   Finikiya   kimi   qonşuların
donanmasından   yararlanırdı.   Onlar   qonşu   xalqların   hərbi   təcrübəsini   öyrənməyə
çalışırdılar. Mitanni və xettlərdən onlar süvariləri və döyüş arabalarını, babillərdən
hərbi qəsəbələrin təşkilini mənimsəmişdilər. Öz növbəsində assuriyalıların istehkam
işləri   və   divardələn   silahlarla   hucum   taktikası,   körpü   və   yol   tikintisi,   düşərgə
salınması   təcrübəsini   perslər,   sonra   isə   romalılar   tərəfindən   mənimsənil
Urartu hökmdarları   Menua   və   oğlu   I   Argişti   Assuryanın   hakimiyyəti   altıda   olan
ərazilərə daim yürüşlər edirdilər. Bu isə Assuriya ilə müharibələrə gətirib çıxarırdı.
E.ə 735-ci ildə Assuriyalılar Urartuluları məğlub etdilər. E.ə VIII əsrin II yarısında
Assuriya   hökmdarı   III   Tiqlatpalasar Mannada öz   siyası   təsirini   artırmaq
üçün Urartu ilə   vuruşurdu.   O, Mannanın   Mazamua   vilayətini   tutmuş   və   bir   sıra


tayfaları bura köçürtmüşdü. Onun dövründə Manna və Assuriya müttəfiq dövlətlər
idilər.   E.ə 719-cu   ildəMannanın   Şuandahul   və   Durdukka   şəhərlərinin   əhalisi
hökmdar İranzuya qarşı   üsyan   qaldırdı.   Assuriya   hökmdarı II   SarqonManna ilə
müttəfiq   olduğunu   göstərmək   üçün Manna ərazisinə   yürüş   etdi   və   üsyançıları
cəzalandırdı.   Üsyan   yatırıldı.   Bu   barədə II   Sarqonun kitabəsində   yazılır:
"Hakimiyyətimin üçüncü ilində möhkəmləndirilmiş şəhərlər Şuandahul və Durdukka
öz ağaları, mənim boyunduruğumu daşıyan  hökmdar Mannalı  İranzunun əleyhinə
üsyan qaldırmaq fikrinə düşdülər və Zikirtalı Metattiyə arxalandılar. Zikirtalı Metatti
öz döyüşçüləri və atçıları ilə onlara kömək etdi. Mən ilahi Aşşurun saysız-hesabsız
qoşununu qaldırdım və bu şəhərləri fəth etmək üçün yürüş etdim; güclü kürşatma
alətləri ilə onlann möhkəm divarlarmı dağıdıb, yerlə yeksan etdim, əhalini əmlakı ilə
birlikdə əsir apardım; bu şəhərləri söküb dağıtdım, od vurdum. Köklərini məhv edən,
yaramaz məsləhət verən və Urartulu Ursa ilə razılaşmaya girişən Sukku, Baia və
Abitikna şəhərlərinin əhalisini günah iş gördüklərinə görə öz yerlərindən qərbdəki
Hatti   ölkəsinə   köçürdüm." İranzudan sonra   hakimiyyətə   oğlu Aza gəldi   və   onun
dövründə Mannada daxili   çəkişmələr   gücləndi.   Aza e.ə 716-cı   ildə   sui-qəsd
nəticəsində öldürüldü və hakimiyyətə Urartu hökmdarı I Rusanın köməyi ilə Azanın
qardaşı Ullusunu   gəldi. Ullusunu hakimiyyətə   gəldiyinə   kömək   etdiyinə   görə   I
Rusaya 22 Manna qalası vermişdi. Və bundan sonra Azanın intiqamını almaq üçün II
Sarqon yenidən Mannaya yürüş   etdi. Ullusununu bağışladı,   onu   yeganə 
Mannahökmdarı etdi və onunla ittifaq bağladı. Bu barədə II Sarqonun kitabəsində
yazılır: "Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannahlar ölkəsinin canişinləri
Uişdişli Baqdattini və Zikertulu Metattini Şarrukinin Assuriyalı və hökmdarlarımın
oğlu Azanın əleyhinə qaldırdı və Mannalılar ölkəsində qiyam edib, sıldırım Uauş
dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq
və   onu   Assuriyanın   tabeliyinə   qaytarmaq   üçün   Aşşura,   mənim   ağama   əllərimi
ucaltdım   və   Uauş   dağında,   Azanın   meyitinin   atıldığı   yerdə   Baqdattinin   dərisini
soydum   və   Mannalılara   göstərdim.   Ullusununu,   onun   Azanın   qardaşını   taxta
əyləşdirdilər,   mən   də   ona   bütün   Mannalılar   ölkəsini   tabe   etdim."   E.ə. 716-cı
ildə Manna canişini   Dayaukku   mərkəzi   hakimiyyətdən   çıxdı   və II   Sarqon ittifaqa
sadiq   qalaraq Mannaya və Urartuyayürüş   etdi. II   Sarqon İzirtunu tutub   dağıtdı. II
Sarqon və   I   Rusa   arasında   döyüş   baş  verdi.   I   Rusa   döyüş  meydanından   qaçdı. II
Sarqon işğal   olunmuş Mannatorpaqlarını   geri   qaytardı.   E.ə 714-cü   ildə II
Sarqon böyük yürüşünə çıxdı onun bu yürüşdə 3 məqsədi var idi:
Və II   Sarqon yürüşə   çıxdı. Mannanın   Sirdakka   əhərində Ullusunu ilə II
Sarqon arasında   müqavilə   imzalandı   və Ullusunu II   Sarqonun şərəfinə   yazılı   abidə
qoydurdu. Bundan sonra II Sarqon Urartuya yürüş etdi I Rusa öldürüldü və Urartu bir
daha Manna ərazisinə yürüş edə bilmədi. VII əsrin I yarısında kimmer, skif və sak
tayfaları   Ön   Asiyaya   yürüş   etdi. Manna hökmdarı Ahşeri skiflərə   arxalanaraq
Assuriya   ilə   ittifaqı   pozdu.   Assuriya   hökmdarı Aşşurbanipal e.ə 650-ci
ildə Ahşerini məğlub   etdi.   Paytaxt   İzirtunu   dağıtdı.   Mannada   hakimiyyətə 
Ahşerinin oğlu Ualli gəldi və onun dövründə Assuriya ilə ittifaq bərpa edildi. Hətta
e.ə 616-cı ildə Manna hərbi dəstələri Assuriyaya kömək etdi.
                 Assuriya dövləti İkiçayarasının şimal hissəsində, İraqın ərazisində mövcud
olmuşdur. Assuriyanın ərazisi əsasən dağlıq olduğu üçün burada əkinçilik bir o qədər


inkişaf etməmişdir. Lakin burada çoxlu faydalı qazıntılar və meşə materialları vardır.
Assuriya əhalisi tunc əldə etməyi çox erkən öyrənmişdir. Assuriyalılar mis, tunc,
qalay   və   sonra   dəmirdən   istifadə   etmişlər.   E.ə   I   minilliyin   başlanğıcında
Ön Asiyada dəmirdən istifadə təsərrüfatla yanaşı, hərbi sənətin inkişafında mühüm
rol oynamışdır. Assuriyalılar bundan daha yaxşı istifadə edərək hərbi sənətdə böyük
nailiyyətlər   qazanmışlar.   Bunun   nəticəsində   e.ə.   VIII-VI   əsrlərdə   Assuriya
Ön Asiyada ən qüdrətli hərbi dövlətə çevrildi. Assuriya hökmdarlarını mühafizə edən
daimi çar cangüdənlər dəstəsi var idi. Piyadalar uzun nizə, ox və kaman, qalxanlarla
silahlanırdılar. Dağları aşmaq üçün kəndir, çaylardan keçmək üçün heyvan dərisindən
hazırlanmış   və   içərisinə   hava   doldurulmuş   tuluqlardan   istifadə
olunurdu.Assuriyalıların ordusunda xüsusi mühəndislər dəstəsi fəaliyyət göstərirdi.
Onlar hərbi istehkamlar qurur, hərbi yollar çəkir, çaylar üzərindən körpülər salırdılar.
Assur   ordusu   xüsusi   mancanaq   və   digər   qala   uçuran   qurğulardan   istifadə
edirdi.Sonralar   Assuriyanın   paytaxtı   Nineviya   oldu.   Bu   şəhər   "aslanlar   yuvası"
adlandırılırdı.   Şəhər   memarlıq   baxımından   yüksək   inkişaf   etmişdi.   Assuriya
hökmdarlari   şəhərdə   məbəd   tikintisinə   yüksək   önəm   verir   və   böyük   tikinti   işləri
həyata   keçirilirdi.   Qədim   Assuriyanın   ərazisində   icmalar   mövcud   olmuşdur.
Bunlardan   ən   irisi Aşşur şəhər   icması   idi. Aşşur icmasının   əhalisi   əkinçilik   və
maldarlıqla məşğul olurdu. Aşşur eyni zamanda geniş ticarət aparırdı. Anadoludakı
Kaniş   şəhəri   beynəlxalq   ticarət   mərkəzi   sayılırdı   və   Assuriyalılar   onlarla   əlaqə
saxlayırdı. Aşşur icmasında ticarətin inkişafı ilə bağlı olaraq sənətkarlığın müxtəlif
sahələri   ilə   məşğul   olurdular. Aşşur icması   sənətkarlıq   əşyaları   və   müxtəlif
metallardan ibarət xammal ilə alış-veriş edirdi. Qərbdə Aşşura tabe olan xüsusi ticarət
məhəllələri vardı. Aşşur icması şərqə gedən ticarət yolunun əsas məntəqəsi idi. Bu
şəhərdə müxtəlif mənşəli əhali mal mübadiləsi və alış-veriş edirdi. Aşşur şimala və
şərqə gedən ticarət yollarını da nəzarətdə saxlayırdı. Assuriya ərazisində ixtisaslaşmış
ticarət icmaları da mövcud idi. Aşşurdan başqa,  Arrafa şəhər icmasında da ticarət
icması mövqe qazanmışdı. İcmalar arasında əmək bölgüsü vardı. Dəmirçi, dülgər,
toxucu, dulusçu və s. peşələr üzrə ixtisaslaşmış ticarət icmaları fəaliyyət göstərirdi.
İxtisaslaşmış   ticarət   icmaları   bilavasitə   bazarla   bağlı   idi.   Lakin   mövcud   olan   ev
icmaları bazar ticarət münasibətlərinin inkişafını ləngidirdi. Ev icmalarının varlığı
torpaqla bağlı idi. Arrafa icmasında torpaq alınıb-satılırdı. Bunun nəticəsində varlı və
yoxsul ailələr meydana gəlmişdi. Arrafa icmasındakı ailə kollektivi qullara malik idi.
Əsas qul mənbəyi uğurlu müharibələr idi. Lakin Qədim və Orta Assuriya dövründə
borc köləliyi də geniş yayılmışdı, çünki bu zaman müharibələr Assuriyanın dövlət,
məbəd və fərdi təsərrüfatlarını qul əməyi ilə təmin edə bilmirdi. Məhz Yeni Assuriya
dövründə uzun müddətli qələbələr ölkəni hərbi əsirlərlə doldurdu. Bununla yanaşı
işğal   olunmuş   ərazinin   əhalisinin   Assuriyaya   köçürülməsi   ölkənin   işçi   qüvvəsini
artırırdı. Nəticədə qul əməyinə tələbat azalırdı. Yeni Assuriya dövründə qul ucuz
qiymətə   satılırdı.   Fərdi   təsərrüfata,   yəni   ev   icmasına   məxsus   olan   qul   müəyyən
müstəqilliyə malik olmuşdu. Qula ailə saxlamaq ixtiyarı verilmişdi. Müstəqil torpaq
becərmək   üçün   qula   torpaq   sahəsi   ayrılırdı.   Məhsulun   çox   hissəsi   quldara   təhvil
verilirdi. Qul, onun ailəsi və əmlakı ağanın mülkiyyəti hesab olunurdu. Ağa qulu
ailəsi ilə birlikdə sata bilərdi. Lakin Assuriya qanunları borc əsarətinə düşmüş adamla
qul arasında müəyyən fərq qoyurdular. Borc əsarəti Assuriyada geniş tətbiq olunurdu.


Borclu borcunu vaxtında qaytarmazdısa, onda o, borc əvəzi sələmçinin təsərrüfatında
işləməli və borcun məbləğini öz əməyi ilə ödəməli idi. Sələmçi onu qul kimi sata
bilməzdi. Sənədlərdə 10-20 quldan ibarət ailələrin satılması qeyd olunmuşdur. Qullar
becərdikləri torpaq sahəsi ilə birlikdə də satılırdılar. Orta dövr Assuriya qanunları ev
köləliyi   və   qadının   mövqeyi   haqda   xüsusi   maddələr   nəzərdə   tutmuşdular.   Ev
sahibəsinin   qul  və   kəniz   ilə  münasibəti   maddələrin   birində   belə  əks   olunmuşdur:
"Əgər qul, yaxud kəniz azad adamın əlindən bir şey qəbul edərsə, onda həmin qul və
kənizin   burnu   və   qulağı   kəsilməli,   oğurlanmış   şey   isə   qaytarılmalıdır;   adam   öz
arvadının da qulağını kəsə bilər. Əgər o, arvadına cəza verməzsə və onun qulağını
kəsməzsə, onda qul və kənizin qulağı həmçinin kəsilməməli və onlar oğurlanmış şeyi
qaytarmamalıdırlar». Assuriya qanunlarından belə nəticə əldə etmək olur ki, ailədə
qadına   müstəqillik   verilmirdi.   Onun   bütün   hərəkətləri   kişinin   nəzarəti   altında   idi.
Qadın icazəsiz heç kəsə evdən ərzaq, yaxud ev əşyası verə bilməzdi, yəni heç kəsə əl
tutmamalı idi. Ailə əmlakına onun hüququ yox idi, ancaq ev əmlakı üzərində tam
hüquqa malik olmuşdu. Qadın tərəfindən kənara verilmiş əşya oğurluq malı hesab
edilirdi. Müvafiq maddədə bu haqda belə deyilir: "Əgər azad adam xəstədirsə, yaxud
vəfat edibsə, onun arvadı isə evdən bir şey oğurlayıb qadınamı, kişiyəmi, yaxud hər
hansı   bir   kəsəmi   veribsə,   onda   həmin   adamın   arvadı   və   ev   şeyini   qəbul   edənlər
öldürülməlidirlər.   Əgər   azad   adamın   arvadı   əri   sağ   olarkən   ər   evindən   nə   isə
oğurlanmışsa, kişiyəmi, qadınamı, hər hansı bir kəsəmi vermişsə, onda həmin adam
and vasitəsilə öz arvadını təqsirləndirə bilər və ona cəza verə bilər, oğurluq malını
adamın   arvadından   qəbul   etmiş   şəxs   isə   malı   qaytarmalıdır.   Ər   arvadına   verdiyi
cəzanı   oğurluq   malını   qəbul   etmiş   şəxsə   də   tətbiq   etməlidir".   Assuriyada   qadın
ləyaqətinə   yüksək   qiymət   verilirdi.   Qadının   şəxsiyyətini   və   namusunu   qoruyan
maddələr   orta   Assur   qanunvericiliyinə   salınmışdı.   Assuriyada   levirat,   yəni   dul
qadının vəfat etmiş ərinin qardaşı ilə nikahı mövcud idi. Belə hallarda ailə icmasının
bütövlüyünü saxlamaq məqsədi güdülürdü. Bəzi hallarda, əgər təqsir ərdə olardısa,
qadın ər evini tərk edib ata evinə qayıtmaq hüququna da malik idi. Adətən ər vəfat
etdikdən sonra qadın onun borcunu ödəmək üçün sələmçinin təsərrüfatında işləməli
idi. Bəzən müəyyən şərait nəzərə alınırdı və qadın borcu ödəməkdən azad olunurdu.
Ailədə atanın hakimiyyəti qeyri-məhdud idi, buna görə də qadın ləyaqəti və hüququ
əksər   hallarda   tapdanırdı.   Kişi   qadını   çox   asanlıqla   boşaya   bilərdi.   Lakin   ərinə
xəyanət   etmiş,   yaxud   ərindən   ayrılmaq   istəyən   qadını   suya   atırdılar.   Assuriyada
kəskin mülki bərabərsizlik mövcud olmuşdu. Bunun nəticəsində quldarlar cəmiyyətin
hakim   sinfi   kimi   formalaşırdılar.   Mülki   bərabərsizlik   icma   təşkilatlarına   da
toxunmuşdu. İcmanın birliyi dağılırdı, icma üzvləri müflisləşir, sələmçilərdən asılı
vəziyyətə   düşürdülər.   Torpaqdan   məhrum   olmuş   icmaçılar   öz   övladlarını   kənara
satmağa məcbur olurdular. Onlar məcburi əməklə məşğul olanlar dəstəsinə mənsub
idilər. Qullar və məcburi əmək adamları istismar olunan sinfi təşkil edirdilər. Dövlət,
məbəd   və   böyük   fərdi   təsərrüfatlarda   qul   əməyi   geniş   tətbiq   olunurdu.   Dövlət
təsərrüfatı  işğallar  nəticəsində   genişlənirdi.  Hökmdar  dövlətə  yaxın  olan  adamları
torpaq sahələri ilə təmin edirdi. Belə adamlar yeni qulluq əyanları təbəqəsini təşkil
edir,   hökmdarın   dayağına   və   böyük   torpaq   sahibkarlarına   çevrilirdilər.   Onların
mülkündə  işləyən   qulların  sayı  30-50  nəfərə  çatırdı.  Xırda  torpaq  sahibkarlığı  da
mövcud idi. Burada işləyən qulların sayı nisbətən az idi. Assuriyada məbədlər də


böyük torpaq sahələrinə malik idilər. Məbəd təsərrüfatında qullarla yanaşı məcburi
əmək adamları da işləyirdilər.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin