Qədim Misir Plan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix30.12.2021
ölçüsü0,8 Mb.
#49471
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
qədim dünya tarixi

Qədim İran və Elan
Plan:
1. Əhəməni dövlətinin yaranması və imperiyaya çevrilməsi
2. İran e.ə. II minillikdə
3. Midiya dövlətinin yaranması və yüksəlişi
4. Midiya dövlətinin zəifləməsi və süqutu
               
                   
Midiya, Mada və ya Maday (yun. Μηδία) — E.ə. 728-ci ildən – E.ə. 549-cu ilədək
mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya.
]
 Dövlət ilkin dövrdə tarixi Azərbaycan
ərazisində yaransa da, tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə
xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir.
[13]
 Mada tayfa
ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül
tapmışdı.
[14]
Azərbaycanlıların   etnogenezində   iştirak   edən   xalqlardan   biri   — madaylar   tərəfindən
qurulmuş   ilk   imperiya   olan   Midiya   ondan   əvvəl Azərbaycan ərazisində
yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. 
Midiya   Mannadan   cənub-şərqdə   yerləşirdi.   Paytaxtı Ekbatan (indiki Həmədan)   şəhəri
idi. Midiya   (Maday,   Matay,   Amaday)   adına   ilk   dəfə   e.ə.   IX   əsr   qaynaqlarında   rast
gəlinmişdir.
[26]
 Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə
edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi
[27]
.
            Madalılar (midiyalılar) tarix səhnəsinə e.ə. I minilliyin əvvəlində çıxmışlar. Onların
adları Aşşur salnaməsində ilk dəfə IX əsrin 30-cu illərində çəkilmişdir. III Salmanasar (e.ə.
860-825)   onların   ölkəsini   Amadai   adlandırır.   Sonralar   Maday,Matay   və
Amaday.Herodot qeyd   edir   ki,   Midiyanın   adı   qədim   yunan   əfsanəsi   olan "Yason   və
Arqonavtlar   haqqında   əfsanə"də Kolxida hökmdarıEetin cadugər   qızı Medeyanın   adından


götürülmüşdür.
[28]
 O,   həmçinin   midiyalıların   qədimdə arilər adlandığını   yazır.
[29]
 Hind-
Avropa   dillərinin heç   biri   vasitəsiylə   Midiya   sözünün   mənasını   müəyyənləşdirmək,
etimologiyasını açmaq mümkün olmamışdır.
[30]
 Bununla belə, Herodotun adını çəkdiyi altı
Midiya tayfasının adının İran dilləri vasitəsiylə şərh olunmasına cəhdlər edilmiş, lakin yenə
də heç bir uğurlu nəticə əldə edilməmişdir.
[31][32]
Herodot qeyd edir:     "Deyok pərən-pərən halda olan Midiya tayfalarını bir yerə toplayaraq
onlar   üzərində   hökmranlıq   qurdu.  İndi   həmin   ittifaqa   buslar,   paratagenlər, 
struxatlar, ariazantlar, budilər və maqlar daxildir".— Herodot, VII, 62
Lidiya   ilə   müharibənin   başa   çatdığı   ildə   qədim   dünyanın   böyük   dövlət   xadimlərindən
biri, Esxil tərəfindən "Asiya üzərində hökmranlığın banisi" adlandırılmış Kiaksar vəfat etdi.
Onun yaratdığı dövlətin ərazisi böyük idi. Bu dövlət Mada çarlığından başqa Manna, Sak
çarlığı, Urartu torpaqlarını, "Siro-Mada"  adlanan ərazini (keçmiş Aşşur vilayətləri olmuş
Zamuanı, Parsuanı, Kişessunu, Xarxarı və b.) əsil Aşşur torpaqlarını (Ksenofontdan məlum
olduğu   kimi),   Hirkaniya   və Parfiya ilə   birlikdə   İranın   bütün   şərq   qismi   (bu   isə   yunan
ənənəsindən irəli gəlir) özündə ehtiva edirdi.
Beləliklə,   Mada   dövlətinin   sərhədləri   Şərqdə Orta   Asiyadan qərbdə   Halis   çayınadək
uzanırdı.   Dövlətin   şimal   sərhədlərinin   bir   qismi Kolxidanın   yaxınlığından   keçirdi.
Şübhəsizdir ki, Şimali Azərbaycanın bəzi bölgələri də Mada dövlətinin tərkibinə daxil idi.
Mada   dövlətinin   tərkibində   artıq  sonralar   fars  hökmdarlarının   yazılarında   adları  çəkilən
satraplıqların ən azı bir qismi vardı.
İnzibati idarəetmə  Midiya dövlətinin ilkin yaranma ərazisi ellinizm dövründə Kiçik Midiya
və ya Atropatena adlanırdı (müəllif: fransız kartoqraf Adrien-Hubert Brué (1839)
Güman   edilir   ki,   Mada   dövlətinin   inzibati   quruluşu   sonralar   Əhəməni   imperiyasının
quruluşu   kimi Aşşur-Urartu sisteminin   daha  da   inkişaf   etmiş  forması   olmuşdur.  Ehtimal
olunur   ki,   inzibati   idarəyə,   məhkəməyə,   maliyyə   sisteminə   başçılıq   etmiş   satrapların
səlahiyyətləri prinsip etibarilə Aşşur vilayət rəislərinin (bçl pehate, pehatu) səlahiyyətlərinin
oxşarı idi. 
Hər   halda   Mada   satrapları   Aşşurun   və   Urartunun "qubernatorlarının" yalnız   bir   qədər
dəyişilmiş   oxşarları   idilər.  Bibliyada və   başqa   Qədim   Şərq   mənbələrində "Mada
çarı" və "çarlarından", "Mada   çarı" və "onun   köməkçiləri   olan   çarlardan"danışılır.
[46]
 Deyilənlər Mada çarının vassalları və yaxud satrapları olmuşlar.
Mada dövlətinin mövcudluğu dövrünün mahiyyətcə 6-8 onilliklə məhdudlaşmasına (e.ə. VII
əsrin   sonu   –   VI   əsrin   I   yarısı)   baxmayaraq,   onun   yaradılmasının İran   yaylası və Ön
Asiya tayfaları və xalqlarının tarixi üçün böyük əhəmiyyətə malik olması mübahisəsizdir. 
Maddi nemətlərin başlıca istehsalçıları əsasən azad icma üzvləri olmuşlar. Hər bir icma
üzvü   eyni   zamanda   döyüşçü   idi.  Mada   cəmiyyətinin   gücü   xeyli  dərəcədə   bununla   izah
edilirdi.   Kiaksar   məhz   bu   cəhətə   arxalanaraq   özünün   işğalçılıq   müharibələrinə   başlaya
bilmişdi.
Herodotun verdiyi məlumata görə skiflərin Midiyada ağalığına son qoyulması Kiaksarın (bu
Midiya   hökmdarı Bisitun yazısında Huvaxıştra,   Babil   qaynaqlarındaUmakiştar adıyla
xatırlanır) adı ilə bağlıdır.
[]
 Kiaksar e.ə. 585–ci ildə altmış illik skif ağalığına son qoyaraq
taxt–tacı maday sülaləsinə qaytarmış və hakimiyyətə gələrək Midiyanın IV hökmdarı kimi
tarixə düşmüşdür. 
Herodota görə   Kiaksarın   hakimiyyəti   dövründə   özlərini   şah   adlandıran   xırda   vilayət
hakimləri mərkəzi hakimiyyətə tabe edildi.
[84]
 Ziya Bünyadov qeyd edir ki, yəqin Kiaksar


bundan sonra "şahlar şahı" rütbəsi daşımışdı.
[85]
 Ölkədə daxili sabitliyi bərpa etdikdən sonra
Kiaksar   Midiyanın   ətrafında   olan   və   özlərinin   müstəqil   hökmdarı   olan   xırda   vilayətləri
özünə tabe etməyə və dövlətin ərazisini genişləndirməyə başladı. Qısa müddətdə Midiyanın
cənub-şərqində   yerləşən farsların   ölkəsini   – Persiada   Midiyaya   tabe   edildi.   Mədəni
cəhətdən madaylardan dəfələrlə   aşağı   səviyyədə   olan   farslar   Midiya   mədəniyyətini
mənimsəməyə başladılar.
Assura   qarşı   Midiya–Babil   kompaniyasıMərkəzləşmiş   dövlət   yaratdıqdan   sonra   Kiaksar
Assura qarşı müharibəyə hazırlaşdı. Bu məqsədlə o, Midiya ordusunu yenidən təşkil etdi.
Kiaksar   ordusunu   silahlarına   uyğun   olaraq   nizəçi   və   oxçu   dəstələrinə   böldü,   süvarilər
dəstəsi   yaratdı.
[87]
 Ölkənin  müxtəlif  ərazilərində   yaşayan   tayfalardan  qədim   dünyanın  ən
güclü   ordusunu   topladı.   Assurun   gücünə   yaxşı   bələd   olan   Kiaksar   güclü   düşmənlə   tək
qarşılaşmaqdan   çəkinərək,   Midiya   kimi   daima   Assurun   dağıdıcı   yürüşlərinə   məruz
qalan Yeni   Babilistan hökmdarı Nabupalasar ilə   ittifaqa   girdi.   Hər   iki   tərəfdən   eyni
zamanda düşmən üzərinə hücum eləməyi haqda razılıq əldə etdi. 
Assur ilə müharibə bir neçə il davam etdi. Öz ordusunun axıra kimi müqavimət göstərə
bilməyəcəyindən qorxan Assur hökmdarı III Aşşur-Ubalit o zaman Assura tabe olan bütün
xalqların   ordusunu   Midiya   və   Babil   ordusuna   qarşı   yönəltməyə   cəhd   etdi.
Lakin Qablin şəhəri yaxınlığında baş verən döyüş zamanı Assur ordusu məğlub edildi. E.ə.
615–612-ci
 
illərdə
 
Midiya
 

 
Yeni
 
Babilistan
 
ordusu
tərəfindən Assurun Aşşur, Arbela, Kalat şəhərləri   və   paytaxtı Nineva tutularaq   talandı.
Beləliklə, əsrlərlə qədim şərq dövlətlərinin ən qorxulu düşməni olmuş nəhəng Assur dövləti
e.ə.   604-cü   ildə   süqut   etdi   və   onun   torpaqları   Midiya   və   Yeni   Babilistan   arasında
bölüşdürüldü. 
Herodot qeyd edir ki, Midiya və Lidiya arasında müharibənin baş verməsinin iki səbəbi
olmuşdur. Birincisi hər iki tərəfAnadolu torpaqlarına sahib olmaq istəyirdi, ikinci səbəb isə
intiqam idi.
[91]
 Midiyaya tabe olan bir neçə skif sərkərdəsi yerli tayfalarla döyüşdən uğursuz
nəticə ilə qayıtmış və Kiaksar buna görə onları təhqir etmişdir. Təhqirə cavab olaraq isə
skiflər   Kiaksarın   oğlanlarından   birini   əsir   götürərək   özləri   ilə   birgə Lidiyanın
paytaxtı Sard şəhərinə qaçmışdırlar. Kiaksar Lidiya hökmdarından onları tələb etsə də II
Aliatt skifləri   qaytarmaqdan   imtina   etmiş,   nəticədə   Midiya   hökmdarı   Kiaksar   Lidiya
ərazisinə yürüş etmişdir. 
Beş   il   davam   edən   müharibənin   sonuncu   döyüşü   e.ə.   585–ci   il   28   may   tarixində   baş
vermişdir.   Tərəflər   indiki Türkiyə Cümhuriyyəti   ərazisində,   Halis   (Qızılirmaq)   çayının
sahilində   qarşılaşdılar.   Tarixə Halis   döyüşü adı   ilə   düşmüş   bu   döyüş   zamanı   çox
gözlənilməz bir hadisə baş verdi. Döyüş zamanı baş verən günəş tutulmasından qorxan və
bu   hadisəni   tanrıların   qəzəbi   sayan Kiaksar və II   Aliatt döyüşü   dayandırmaq   və   sülh
bağlamaq qərarına gəlmişlər. Əldə edilmiş razılaşmaya əsasən sahilində döyüş baş vermiş
Halis   çayı   Midiya   və Lidiya arasında   sərhəd   elan   edilmiş,   II   Aliattın
qızı Aryenis isə Kiaksarın oğlu Astiaqa ərə getmişdir.
Bu hadisə ilə bağlı Herodot yazır:"Müharibənin altıncı ilində çay kənarındakı döyüşlərdən
birində birdən-birə gündüz gecə oldu və hər yer qaranlığıa qərq oldu. Bunun tanrıların
qəzəbi   olduğunu   başa   düşən   hər   iki   tərəf   aralarında   sülh   bağlayaraq   müharibəyə   son
qoydular. Sülh qərarı qohumluq əlaqələri ilə də möhkəmləndirildi və Aliattın qızı Aryenis,
Kiaksarın oğlu Astiaqa ərə verildi. Bundan sonra tərəflər arasında hansısa bir toqquşma və
ya anlaşmazlıq baş vermədi."


                                Halis   döyüşündən   qısa   müddət   sonra   Midiyanın   ən   qüdrətli
hökmdarı Kiaksar vəfat etdi. Kiaksarın vəfatından sonra hakimiyyətə onun oğlu Astiaq (e.ə.
585-550)   gəlir.   Astiaqın   uzunmüddətli   hakimiyyəti   onun   haqqında   müxtəlif   rəvayət   və
əfsanələrin yaranmasına  səbəb oldu. Hakimiyyətinin ilk dövrlərində ölkənin tərəqqisinə,
iqtisadi və sosial vəziyyətin gücləndirilməsinə böyük diqqət ayıran Astiaqın hakimiyyət
dövrünü Midiya  mədəniyyətinin  müxtəlif  sahələrinin  inkişafı dövrü kimi  də xarakterizə
etmək mümkündür. 
Ona qayınları Lidiyalı Kroesus və Babilli Navoxadonnozor ilə birgə nəhəng imperiya miras
qalmışdı. Navoxadonnozorun arvadı Astiaqın bacısı Amitis idi, hansı ki, əri onun şərəfinə
qədim dünyanın yeddi möcüzəsindən biri olan Babilin asma bağlarını inşa etdirmişdi.
Astiaq   özü   isə   iki   imperiya   arasında   əldə   edilmiş   razılığa   əsasən   Lidiya   hökmdarı
Kroesusun bacısı Aryenis ilə evlənmişdi. Astiaqın tacqoyma mərasimi atasınn ölümündən
bir il sonra keçirilmişdi. Onun qızı Mandana isə fars şahzadəsi, I Kambizə ərə verilmişdi. 
Astiaqın hakimiyyəti dövrü daha çox iki şeylə — daimi stabil vəziyyət və inkişafla yadda
qalmışdır.   Həmin   dövrdə   imperiya   şərqində,   dünyanın   ən   qədim   ilahi   dinlərindən
olan zərdüştilik təşəkkül   tapmış,   Qərbində   Kroesus   tərəfindən   tanınmış   filosoflar
(Tales, Solon, Aesop və   s.)   himayə   edilmiş,   həmçinin   Navoxadonnozor   Babil   şəhərini
inkişaf etdirərək qədim dünyanın ən böyük şəhərlərindən birinə çevirmişdir.
Lakin   bir   müddət   sonra   dövlət   işlərini   bir   tərəfə   buraxıb   vaxtını   yalnız   eyş-işrət
məclislərində   keçirən   Astiaqın   yüksək   rütbəli   saray   əyanları   və   maday   zadəganları   ilə
əlaqələri pozuldu. Buna görə də o, hökmdar üçün çox vacib olan zadəganların dəstəyindən
məhrum oldu. Məhz bu səbəbdən də Astiaqın hakimiyyətinin son illərində Midiyanın daxili
və xarici vəziyyəti mürəkkəbləşməyə başladı.
Harran vilayətinə   görə   qonşu Yeni   Babilistan dövləti   ilə   də   münasibətlər   gərginləşmidi.
Belə ki, hər iki dövlət Harran vilayətinə iddia edirdi. Astiaq daha cəld tərpənərək Harrana
hərbi dəstələr yeritdi. Astiaqa qarşı olan saray əyanlarının bir qismi bu fürsətdən istifadə
etdi. Daxili siyasətdə Astiaq nəsli zadəganların hüquqlarını məhdudlaşdırdığı üçün hökmdar
ilə əyanlar arasında ziddiyyətlər daha da kəskinləşdi. 
Fars qiyamıMidiya haqqında digər qaynqlarda olmayan məlumatları dövrümüzə çatdırmış
Nabonidin salnaməsi
Herodot göstərir ki, Midiya sarayında fars meylli qüvvələr gizli fəaliyyət göstərirdi. Bir
qrup   əyan   başda Harpaq olmaqla II   Kir ilə   əlaqəyə   girir   və   onun   hakimiyyətə   ələ
keçirməsinə kömək edirdilər. Farslar uzun müddətli müharibələrdə madayların mövqeyinin
zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə
Midiya dövlətini parçalamışlar. 
Fars qüvvələrinin başında Astiaqın nəvəsi (qızı Mandananın oğlu) II Kir dururdu. Astiaq
qızı   Mandananın   doğulacaq   uşağının   gələcəkdə   onun   üçün   təhlükə   törədəcəyi   ilə   bağlı
yuxu
[101]
 gördükdən sonra, Harpaqı uşaq doğulan kimi onu öldürməsi üçünAnşana göndərir.
Harpaq isə əlini hökmdar nəslindən olan insanın qanına bulamaq istəmədiyi üçün uşağı (II
Kir) Mitridat adlı bir çobana verir və o da uşağı öz övladı kimi böyüdür.
[102]
Ön il keçdikdən sonra, Kirin sağ olmasını öyrənən Astiaq bundan qəzəblənərək Harpaqı
cəzalandırır. O, onun yeganə oğlunu kəsdirərək, sarayda təşkil olunmuş ziyafətdə içində
uşağın atası Harpaqın da olduğu saray adamlarına yedirdir. Harpaq ziyafət zamanı bunu
öyrəndikdən   sonra,   heç   bir   reaksiya   verməyərək   sakitcə   oğlunun   qalıqlarını   masalardan
toplayaraq məclisdən çıxır və qalıqları dəfn edir. Astiaq daha sonra, maqlarla Kirin taleyini


necə   həll   etmək   haqqında   məsləhətləşməyə   başladı.   Onlar,   dağda   yoldaşları   ilə   oyun
oynayarkən   tapılan   uşağın   kəhanəti   gerçəkləşdirərək   onun   hakimiyyətini   əlindən   ala
biləcəyini,   ona   görə   də   saraydan   uzaqda   saxlanması   gərəkdiyini   söylədilər.   Onların
məsləhəti   ilə,   Astiaq   uşağı   valideyinləri I   Kambiz və Mandananın   yanına,   Anşana
(xarablıqlarıŞiraz yaxınlığında yerləşən qədim şəhər) göndərdi. 
Kir   e.ə.   559–cu   ildə   hakimiyyətdə   öz   atasnı   əvəz   edir   və   e.ə.   553-cü   ildə
çoxdan Astiaqdan qisas   almaq   istəyən Harpaqın   məsləhəti   ilə   babaı   Midiya   hökmdar
Astiaqa   qarşı   üsyan   qaldırır.
[104]
 Tərəflər   arasında   irili   xırdalı   bir   neçə   döyüş   baş
verir. Farslar və madaylar arasında gedən müharibənin üçüncü ilində, Pasarqad döyüşündə
maday ordusu hökmdarın əmrlərinə tabe olmayaraq dağılır və beləliklə də maday sülaləsi
devrilir.
[105]
 Midiya dövlətinin varlığına son qoyulur. KirAstiaqın hakimiyyətini əlindən alır
və onu təhqir edir. 
m.ə. 553–cü ildə Persia hakimi II Kir babası Midiya padşahı Astiaqa qarşı çıxaraq e.ə. 550–
ci   ildə   ona   qalib   gəlir   və   hakimiyyəti   ələ   keçirir.   Kirin   hakimiyyəti   ələ   keçirməsində
Astiaqın   hakimiyyətdə   olduğu   illər   ərzində   buraxdığı   səhvlər   ucbatından   Midiya
zadəganlarının ondan üz döndərməsi də mühüm rol oynamışdı. Beləliklə Maday dövlətinin
xarabalıqları üzərində tarixdə ilk farsdövləti olan Əhəmənilər dövləti quruldu. 
X.   Xəlili   yazır   ki, "Madaylar   siyasi   hakimiyyətlərini   itirsələr   də,   yüksək   mədəni   təsr
gücünə,   yaradıcılıq   enerjisinə   malik   olduğundan,   yad   fars   mədəniyyətinin   təsirinə
düşmədilər,   əksinə,   gəlmə   farslara   mədəniləşdirici   təsir   göstərdilər.   Azərbaycanda
mərkəzləşmiş   dövlətin   yaranması, Azərbaycan   türklərinin ilkin   təşəkkülü   yad   fars
mədəniyyətinin,   siyasi   hakimiyyətnin   dəf   edilməsi   şəraitində   baş   verdi.   Midiya
– Manna mədəniyyəti   bütün   komponentləri   ilə   fars   mədəniyyəti   üzərində   dominantlıq
göstərdi." 
Kirin əldə etdiyi qələbədən sonra madaylar daima onlara qulluq etmiş, həmişə özlərindən
aşağı   səviyyədə   qəbul   etdikləri
[110]
farslara tabe   olmağa   məcbur   oldular.   Həmin   dövrdən
madayların təhqir olunması, alçaldılması və talan edilməsi dövrü başladı. Kir madayların
üstünə ağır vergilər qoydu. Yeni imperiyada farslar üstün mövqeyə sahib oldular. Madaylar
isə   birmənalı   olaraq   öz   mövqelərini   itirdilər.   Orduda   və   şərəf   düzümündə   farslar
madaylardan   öndə   durmağa   başladılar,   ölkədə   bütün   qayda   –   qanunlar   farsların   adət-
ənənəsinə uyğunlaşdırıldı, hətta müqəddəs kitab olan Avestaya da dəyişiklər edildi.
Əhəmənilər   imperiyasının   çöküşü   ərəfəsində   kadussilər   və   digər   dağlı   tayfalar   öz
müstəqilliklərini   elan   etdilər, Ermənistan isə   ayrıca   satraplıq   elan   olundu.   Lakin   bu
dövrdə Assuriya Kiçik   Midiya   ilə   bir   satraplıqda   birləşdirildi.   Bu   səbəbdən
də Ksenofon Anabasis əsərində Assuriya ərazisini də Midiya adıyla yad edir.
[118]
Beləliklə Maday dövlətinin xarabalıqları üzərində tarixdə ilk fars dövləti olan Əhəmənilər
dövləti quruldu. 
Fars  (pers)  epik  əsərlərinin  leytmotivi  olan İran-Turan qarşıdurmasının  qaynağı, fars-
türk münaqişələrinin  başlanğıcı  pers  və  mada  əyanlarının  hakimiyyət  uğrunda  mübarizəsi,
İran  imperiyası  sarayındaki  çevrilişlərdə  gah  pers,  gah  da  mada  sülalələrinin  qələbəsi  ilə
bağlı yaranmışdır. Belə saray çevrilişlərindən biri də məşhur Qam Ata (Qaumata) üsyanıdır.
Bu   tarixi   şəxsiyətin   İran   imperiyasındakı   rolunu   geniş   tədqiq   və   təsvir   edən   onlarla
iranşünasın heç biri onun etnik mənsubiyətini açmağa cəhd göstərməmişdir.
Herodot   bu   etnik   qarşıdurmanı   Əhəməni   sülaləsindən   olan   İran
şahı Kambizin (Kuruşun oğlu) dilindən verir. Qam Ata üsyanını eşidən Kambiz ölümqabağı


fars   əyanlarını   yanına   çağırıb   deyir:  "Şahların   öcünü   sürdürən   Tanrıların   adını   anaraq,
sizlərə   borcunuzun   nə   olduğunu   söyləyirəm;   bunu   hamınıza,   xüsusilə   aranızda   olan
əhəmənilərə   deyirəm.   Taxtın madalılara keçməsinə   yol   verməyin,   əgər   hiylə   ilə   ələ
keçirsələr, siz də hiyləyə baş vurun, əgər zorla alsalar, siz də zorla ordularınızla onların
əlindən   alın.   Əgər   bu   dediklərimə   əməl   etsəniz,   mən   də   diləyərəm   ki,   torpağınız   sizə
bərəkət,   arvadlarınız   evlad,   sürüləriniz   sərvət   versin.   Hər   zaman   azad   yaşayın.   Amma
hakimiyəti   geri   almasanız   və   ya   almağa   cəhd   etməsəniz,   Tanrıdan   dilərəm   başınız
bəlalardan qurtarmasın və yenə dilərəm ki, bütün iranlıların sonu mənimki kimi olsun"—
Herodot, II, 65.
Əhəməniərin ikinci şahı Kambiz e.ə. 522 – inci ilin martında Misir yürüşündə olarkən belə
bir bəd xəbər alır ki, kiçik qardaşı Bardiyanın adıyla bir maq (Qam – Ata) üsyan qaldırıb,
saray   çevrilişi   edibdir.   Tələsik   geri   qayıdarkən   yolda   Kambiz   müəmmalı   şəkildə   ölür.
Hakimiyəti   ələ   alan   Qam-Ata   paytaxtı Ekbatana köçürür.   Beləliklə,   şahlıq   yenə   Mada
sülaləsinə keçir. Yeddi aydan sonra yeddi pers əyanı sui-qəsd hazırlayaraq, gecə ikən maqı
öldürürlər.   Sui-qəsdçilərdən   biri   – Dara şah   seçilir.   Əhəməni   sülaləsinin   başqa   qoluna
mənsub soydan olan Dara yenidən hakimiyəti perslərə qaytarır. Bütün bu hadisələri Dara üç
dildə (qədim fars, elam və akkad) Baqastan qayasına həkk etdirmişdir. Həmin hadisələri
Herodot və digər tarixçilər də azacıq fərqlərlə qələmə almışlar və bütün bu olaylar İran-
Turan qarşıdurmasının kəskin çağlarını əhatə edir. Sonralar Avesta bu qarşıdurmaya dini
don geydirmişdir.
Herodot yazır ki, Smerdisi (Qam-Atanı) xalq çox sevirdi, çünki xalq üçün çox iş görmüşdü,
o öləndə "perslərdən başqa" bütöv Asiya ağlayırdı.
[120]
Açıq mübarizəyə cəsarəti çatmayan Dara gecə qatili kimi hərəkət etdi
[121]
. Təsadüfi deyildi
ki, Qam-Atadan sonra hakimiyətə keçən Daraya qarşı imperiyanın əksər əyalətləri üsyana
qalxdı. Tarixdə misli görünməmiş belə geniş xalq üsyanı bütöv Ön Asiyanı bürümüşdü.
"Dədə   Qorqud"   qəhrəmanlarından   biri   Kam-büre   (müqəddəs   qurd)   adlanır,   hadisələrdə
birbaşa   iştirak   etməsə   də,   boylarda   adı   hörmətlə   tutulan   Bayındır   xan   ulu   şaman
soyundandır, Qam-qan (Qam xan) oğludur. Ona görə də, oğuz başçıları Bayındır xanın
məsləhətləri ilə oturub-durur, mühüm dövlət işlərində onun tövsiyələrinə uyğun hərəkət
edirlər. Atillanın qurduğu hun dövlətində Ata-Kam sayılan bəylərdəndir. Quzey Qafqazda
Kam-bulat adını Noqay xanı (XVII əsr) və Kabarda knyazı da daşımışdır.
Maq üsyanından bəhs edən İ.M.Dyakonov deyir ki, Qaumatanı ideallaşdırmaq olmaz
[122]
, bu
münasibətdə   daha   irəli   gedən   M.A.Dandamayev   isə,   ümumiyətlə   tarixdə   Qaumata   adlı
üsyançının   olmadığını   yazır.   Lakin   Herodotun   mada-pers  olaylarını   özündən   uydurması
fikri   qəbul   edilsə   belə   (Mada   –   fars   müharibələrini   təkcə   herodot   yox,   bir   çox   antik
tarixçilər təsvir etmişlər) pers şahı Daranın üç dildə Qam-Ata adını daşa həkk etdirməsi
məsələsini izah etmək mümkün deyil. 
Qam-atanı öldürən 7 fars sırasında Dara daha məkrli şəxsiyətdir. Herodot onun sifətlərini
aydın   cizgilərlə   verir.   Dara   sui-qəsdi   təxirə   salmamaq   üçün   həmkarlarını   şantaja   çəkir,
onlara – əgər başladığımız işi bu gün bitirməsək, özüm gedib maqa xəbər verəcəyəm –
deyir
[124]
. Yalançı olduğunu Dara özü də gizlətmir, saraya maneəsiz girə bilmək üçün belə
plan cızır:"Persiadan yeni gəldiyimi və şaha atamdan xəbər gətirdiyimi söyləyəcəyəm. Zira
yalanın gərəkli olduğu yerdə yalan söyləməkdən çəkinməməliyik; istər yalançı olaq, istərsə
doğrudan heç ayrılmamış olaq, eyni amacı güdmürükmü?"— Herodot, III, 72.


Dara altı farsla xəlvətcə saraya girib Qam-Atanı öldürür və bununla da madalılar yenidən
Əhəməni hakimiyətinin məngənəsinə düşürlər. Doğrudur, Daraya qarşı imperiyanın digər
əyalətlərində olduğu kimi, Madada da xalq hərəkatı başlandı, lakin bu, son azadlıq üsyanı
güclü orduya qarşı davam gətirməyən bir hərəkat idi. Buna baxmayaraq düz 200 ildən sonra
Madanın bir parçası – Atropatena imperiyadan qırılıb müstəqil dövlət ola bildi.
Qaumata adının elam   dilində mixi   yazı ilə   yazılış   forması.   Bu   halda   ad Kamatta kimi
oxunur.
çəkişmələr   başladığı   dövrdə,   Kiçik   Midiya   ərazi   bölüşdürülmələrindən   uzaqda   qaldı   və
bütün Azərbaycan tayfaları Atropatın vahid hakimiyyəti altında birləşdirildi. 
xatırlanmış hökmdarların, tanrıların adlarıdır. Daha sonra erkən Mada ərazisində aparılmış
arxeoloji   qazıntılar   nəticəsində   aşkara   çıxarılmış   məbədlərdir.Bu   zonanın   e.ə.   IX-VIII
əsrlərə aid olan onomastikasında spesifik mazdaistik anlayışlar mövcuddur. Bu cəhət erkən
Mada vilayətlərində və ona qərbdən bitişik olan vilayətlərdə mazdaizm və yaxud bir sıra
mazdaistik   təlimlərinin   yayılması   haqqında   alimlərə   fikir   söyləməyə   imkan   verir.Lakin
mütəxəssislər, bu erkən mazdaizmin "Avesta"da öz əksini tapmış zərdüşti 
Madalıların dini təsəvvürləri Qərbi İran vilayətlərində (daha dəqiqi Güney Azərbaycanda)
meydana gəlmiş  "Vidivdad"da əks olunmuş  cəhətlərə uyğundur. "Videvdat"ın tərtibçiləri
isə Mada maqları ola bilərdilər. Diogen Laertli "maqların təlimi"ndən danışarkən məlumat
verir ki, maqlar odu, torpağı və suyu tanrı hesab edirlər. Erkən zərdüştilik kimi, maqların
təliminə də bütpərəstlik yaddır. Maqlar tanrıların təsvirlərini tanımırdılar.
Qərbi İran vilayətlərində (Güney Azərbaycanda) hələ e.ə. I minilliyin başlanğıcında oda
sitayiş  edirdilər.   Bu   ərazidəki atəşpərəstlik məbədləri,   xüsusilə Nuşi-Cantəpədəki   Mada
məbədi bunu tam müəyyənliklə təsdiq edir (e.ə. VIII əsrə aiddir).
Madayların mənəvi mədəniyyətində dini görüşlərdən və mifologiyadan başqa habelə epik
yaradıcılıq   da   mühüm   yer   tuturdu.   Məlumdur   ki,   hələ   çox   qədim   zamanlarda Kiçik
Asiyada müxtəlif epik əsərlər mövcud idi. Həmin əsərlərin süjetləri çox zaman miflərlə
bağlı olurdu.
Birinci dövrdə Zərdüştün dini görüşləri hələ ortaya çıxmamışdı. E.ə. IX – VIII əsrlərdə
Şimali Midiya tayfalarının – kutilərin, lulubilərin, kassilərin çox qədim, şumerlərin dünya
görüşü ilə bağlı olan dini təsəvvürləri hökm sürməkdə idi. Hətta babillərin də dini etiqadları,
Midiya   mədəniyyətinə   təsir   göstərmişdir.   Mərkəzi   Midiyanın   bir   rayonu   Babilistanın,
şumerlərdən gəlmə, xeyir, bərəkət və sevgi ilahəsi olan İştarın adı ilə əlaqədar olaraq Bit –
İştar (İştarın Ev) adlandırılmışdı. Assurilər bu dövrdə, Midiyaya hücum edərkən, Midiyanın
gələcək paytaxtı Ekbatanın yaxınlığında "Babil qalasına" və Babilistan tanrısı Mardukun,
madaylar arasında kök salmış dini əqidəsinə rast gəlmişdilər. Əslən Qərbi Midiyadan olan
hökmdarlar, çox vaxt ilahi şumer adları daşıyırdılar.
Bu dövrdə babillər və assurlar vasitəsiylə qədim şumerlərin mədəniyyəti və dini təsəvvürləri
Qərbi Midiyaya qüvvətli təsir göstərirdi. 
Ksreks   keçmiş   qəbilə   tanrılarına   etiqad   qadağan   edərək,   Mehr,   Anahit,   Vertraqna   kimi
qədim   tanrıların   məbədlərini   dağıtdırmışdır.   Əhəməni   şahları   Zərdüştün   irəli   sürdüyü
təkallahlılıq ideyasını qəbul edir, lakin onun təliminin demokratik cəhətlərini, əkinçi və
maldarların   həyatlarının   maddi   cəhətdən   yaxşılaşdırılmasına   xidmət   edən   cəhətləri   rədd
edirdilər.   Onlar   Zərdüştü   dinin   peyğəmbəri   kimi   rədd   edərək,   özlərini "böyük
hökmdar" və"dini lider" elan edirdilər.
[140]
 Lakin bu dinə yalnız şah sarayları, məbədlər və
quldarlar ibadət edirdi. Xalq isə həmişəki kimi, Zərdüştdən əvvəlki dini etiqadlarına sadiq


qalmışdı. Odur ki, Əhəməni şahları I Artakserks (e.ə. 462 – 424) və II Dara (e.ə. 424 – 405)
Zərdüştdən əvvəlki dini əqidələri bərpa etməyə, qanuniləşdirməyə məcbur oldular. Dinin bu
üçüncü   dövründə   Ahura-Mazda   ilə   yanaşı Mitra (Mehr)   və Anahit kimi   qədim   tanrı   və
tanrıçalara da itaət göstərilirdi. Bu yenilmiş köhnə tanrılar "yazat" adı ilə yad edilməyə
başlamışdı. 
Dinin   bu   üçüncü   dövründə   atəşpərəstlər   özlərini   "mazdayasna"   və   "zərdüştilər"
adlandırırdılar. Bu əsl Zərdüşt dini deyildi, sonrakı dövrlərin qarışıq, sinkretik bir dini idi.
"Mazdayasna" qədim devaları (tayfa tanrılarını) lənətləyir, "yazatlara" dua edirdi. Əslində
isə onlar hər ikisi dini mahiyyət etibarilə eyni bir şey idi.
Bu dövrdə (e.ə. 440-cı ilə yaxın) ilk dəfə mazdaist salnaməsi qeydə alındı və mazdaistlər
tərəfindən Avesta ciddi redaktə edildi. Bu Avesta dövrün və hakim sülalə Əhəmənilərin
tələbinə uyğun olaraq Zərdüşt monoteizmi ilə ondan əvvəlki politeizmi birləşdirmiş oldu.
Beləliklə   qədim  tanrıların  –  "altı  müqəddəsin"   (farsca   Ameşa   spenta)  keçmiş  hüquqları
bərpa edildiyindən Mehr, Anahit, Tiştriya, Rtiş, Vertraqna və Homa kimi qədim tanrıların
hüquqları rəsmiləşdirildi.                                
E.ə. V əsrə aid Təxti-Cəmşid qabartılarından birində, madayların qoşa at qoşulmuş döyüş
arabası göstərilir. Bu təsvir əvvəlki qabartını tamamlayıb tədqiqatçılara madayların qoşqu
qaydası haqqında məlumat vermişdir.
E.ə. V əsrdə yaradılmış bir Təxti-Cəmşid qabartısında Midiya padşahının nökərləri – qulları
təsvir edilmişdir. Burda midiyalıların başqa geyim forması (mütəxəssislər bu geyimi Midiya
zadəganlarına aid edirlər) təsvir edilmişdir. Belə Midiya geyimli fiqurlara Təxti-Cəmşid
qabartılarının bir çox yerində rast gəlmək mümkündür. Lakin onlardan öz dəqiq və aydın
təsviri   ilə   ən   çox   diqqət   çəkəni   yanaşı   dayanmış   üç   madayın   təsviri   olan   qabartıdır.
Onlardan ortada dayanan insanın paltar forması Assur qabartılarında və Təxti-Cəmşiddəki
bir çox maday təsvirləri ilə eyniyyət təşkil edir. Kənardakı iki insanın geyii və silahları isə
Midiya varlılarınn surətini əks etdirən başqa bir Təxti-Cəmşid qabartısı ilə eyniyyət təşkil
edir.
Avestanın X yaştında Mitra "geniş otlaqlara malik", "sürü və uşaq bəxş edən", "torpaqları
və atları düşməndən qoruyan" bir qəhrəman kimi təsvir edilir. Həmin qabın qulpu altındakı
düzbucaqlı, çox güman ki, Mitranın himayəsində olan "geniş otlaqlar"ın təsviridir.
[162]
Bu dövrün (e.ə. X – VIII əsrlər) Təpəsiyalk keramikasında nəzərə çarpan orijinal dulusçuluq
formalarından biri də, gil qablarda qaulpların şaquli vəziyyətdə hazırlanması idi. E.ə. X –
VIII   əsrlərdə   Təpəsiyalk   dulusçuları   dulusçuluq   məmulatının   plstik   zənginliyinə   xüsusi
əhəmiyyət   vermişlər.   Bu   dövrün   keramik   nümunələrində   gövbələr   düzbucaqlı,   kürəvi,
silindr və s. şəkillərdə olub, çox zaman üçayaq üzərində yerləşdirilirdi. Qabların boğazları
qəsdən   uzadılır,   oyma   və   qabarıq   halqalarla   bəzədilirdi.   Qabların   gövdələri   həm   rəngli
naxışlar, həm də qabarıq ünsürlərlə dekorativləşdirilirdi.
                   Tək qulplu və qulpsuz kuboklar zərif siluetə malik olurdu. Bu dövrün təpəgiyan
dulusçuları kubokların siluetində əsaslı dəyişikliklər edərək, onların plastik quruluşunu daha
da mürəkkəbləşdirmiş, dekorativ bəzəyinə isə, yeni, daha qabarıq ünsürlər əlavə etmişlər.
Təpəsiyalk və Təpəgiyan dulusçularının bu nailiyyətləri bir-birinə çox yaxın olub, ümumi
bir incəsənətin – Midiya incəsənətinin tərkib hissələridir.
Bu   dövrə   Təpəsiyalk   dulusçuları   dini   əqidələrlə   bağlı   olan   çoxlu   zoomorf   qablar
hazırlamışlar.   Onlar   qoyun,   quş,   ördək   fiqurları   formasındadır.   Bundan   başqa   boyalı
keramikada uzun silindrik camların və konusvari, uzun axıcılı qabların qulpu üstündə qoç


və maral başlarının fiquru da yaradılırdı. Əksər hallarda bu zoomorf ünsürlər genişağızlı,
boyalı camların gövdəsinə yapışdırılırdı. Zoomorf fiqurların istiqaməti qabların bəzən içinə,
bəzən də xaricinə tərəf yönəldilirdi. Bu "sehrkar" fiqurlar qabların içini, guya xarici "bədxah
təsirlərdən   qoruyurmuş".
[164]
 Nadir   hallarda   zoomorf   motivləri   ilan,   keçi   və   s.   təsvirlər
şəklində,   boyalı   qabların   xaricində   də   çəkirdilər.   Bu   qabların   dekorativ   tərtbatında
naxışalrın rəng kontraslığına, ritmik düzülüşünə və dinamik kompozisiya quruluşuna xüsusi
diqqət yetirilirdi.
Babil-şumer xalqlarının   mədəni   nailiyyətlərindən   qidalanmış   Midiya   dulusçuları   orijinal
dulusçuluq   sənəti   yaratmaqla,   bu  sahədə   İran   yaylasına   köç   etmiş  farsdilli   xalqların   də
mədəniyyətini böyük təsir etmişlər.        Midiya dövründə çoxlu bədii əhəmiyyəti olan metal
əşyaların yaradılması madayların bu sahədə də geniş bilik və bacarığa malik olduqlarını
sübut   edir.   Lakin   Midiyanın   mərkəzi   şəhərlərində   və   böyük   yaşayış   yerlərində
(Ekbatan, Hirbə, Raqa və s.) qazıntı və tədqiqat işləri aparılmadığından, belə əsərlər nadir
tapıntılar hesab edilir.
E. Hersfeld birinci və ikinci təsvirləri Ahura Mazda ilə Mitranın simvolları hesab edir.
Üçüncü təsvir – ulduzlu lövhə qədim Şumerdə İştarı və Venera planetini təmsil edirdi. Bu
abidədə isə onun Anahitin simvolu olması güman edilir
[174]
.
Bu   sərdabənin   qabarıq   təsvirlərində   solda   xarakterik   maq   geyimində   olan   kahin
dayanmışdır. Maq bu paltarın üstündən boş qolları sallanmış uzun əba geymişdir. Kahinin
başında başlıq (Əhəməni dövründə bu geyim "patidana" adlanırdı), ağzında isə sarğı vardır.
Maqın qarşısında üçpilləli od ibadətgahı görünür. Bu ibadətgahın sağ tərəfində dayanmış
qısa geyimli padşahın da ağzında sarğı vardır. Həm padşahın, həm də maqın sol əlində
kaman   vardır.   Burada   kaman,   qələbə,   hökmranlıq   rəmzidir.   Onların   sağ   əllərinin
hərəkətindən,   ibadətgah   qarşısında   dua   oxuduqları   anlaşılır
[175]
.   Bu   qabarıq   təsvir   ciddi
simmetrik kompozisiyada yaradılmışdır. Fiqurlar alçaqboylu göstərilsə də, dinamik təsvir
edilmişdir. Od ibadətgahı isə daha təmtəraqlı və əzəmətli verilmişdir.
Urartu hökmdarı II Sardurun (e.ə. VII əsrin ortaları) salnaməsinin məzmunundan bəlli olur
ki,   Midiyanın   şimal-qərb   vilayətlərində   (Azərbaycanda)   geniş   miqyaslı   inşaat   işləri
aparılmışdır. SalnamədəAzərbaycanın cənub-qərb vilayətləri sərhəddində iyirmi qalanın və
yüz iyirmi yaşayış məntəqəsinin salındığı haqqında məlumat verilir.
[182][183]
Midiya   dövründən   bizə   bəlli   olan  bir  çox   tikinti  tipləri   əslində   hələ   çox   əvvəl,  Manna
dövründə yaradılmışdı. Xüsusilə Urmiya gölü rayonunda bir sıra qaya sərdabələri, qayalar
və Dur-Şarukkindən olan (e.ə. VIII əsrin sonları) məşhur Assur qabartılarında təsvir edilən
tikintilər hələ Midiya dövründən əvələ aid edilməlidir. 
Midiya
 
dövründə Azərbaycan
 
memarlığı başlıca
 
olaraq
 
indiki Cənubi
Azərbaycan ərazisində   (Arazçayından   cənubda)   və Azərbaycan respublikasının   cənub
rayonlarında   inkişaf   etmişdir.   Bu   rayonun   əsas   mədəni   inkişaf   mərkəzi   isə Urmiya
gölü ətrafı ərazi olmuşdur. Midiya memarlığının inkişafına şübhəsiz ki, bir tərəfdən qaya
məskənləri,   digər   tərəfdən   ağac   qurğuları   müəyyən   təsir   göstərmişdir.   Monumental
memarlıq öz inkişafında başlıca olaraq daş tikintilərdən ibarət olmuşdur.
VII   əsrdə   böyük   dövlət   kimi   formalaşan   Midiya,   Yaxın   Şərq   memarlığının   inkişafında
əhəmiyyətli rol oynamışdır.
Midiyanın qüdrəli imperiyaya çevrilməsi möhtəşəm saray tikintiləri üçün şərait yaratmışdır.
Tarixi səlnamələr Midiyanın paytaxtı Ekbatanda salınmış böyük tikintilər haqqında geniş
məlumat   verir.   Qədim   müəlliflərdən Herodot və Polibinin təsvirinə   görə "bu   şəhərin


daxilində böyük saray var idi. O, halqaşəkilli qüdrətli qala divarlarına malik idi. Akropol elə
tikilmişdi ki, bir halqaşəkilli qala divarı digərinin üzərində yüksəlirdi...Bütün divar halqaları
yeddi idi ki, bunların da sonuncusunda padşahın sarayı və xəzinə yerləşirdi." 
Ekbatan saraylarını   təsvir   edən Polibi onların   genişliyini   və   bəzək   zənginliyini   xüsusilə
qeyd etmişdir. O, sər və sidr ağaclarından düzəldilən, üstü gümüş və qızıl vərəqləri ilə
örtülmüş sütunlardan bəhs edir.
]
Əhəmənilər dövləti (е.ə. 550 - е.ə. 330) Midiya dövlətinin zəifləməsindən istifadə edən fars
tayfa başçısı II Kir e.ə. 553-cü ildə muharibəyə başladı və e.ə. 550-ci ildə Midiya dövlətinə
son qoydu. e.ə. 550-ci ildə 
II Kambizin dövrü (e. a. 530- e. a. 522)-II Kambiz Kipr və Finikiyaliların donanmasından
istifadə   edərək   Misirə   hücum   etdi.   e.ə.525-ci   il   Pelusiya   döyüşündə   qələbə   qazanan   II
Kambiz   özünü   firon   elan   etdi.Qaumata   üsyanı   (e.   ə.   522)-   II   Kambiz   Misirdə   olarkən
Qaumata   adh   bir   kahin   e.ə.   522   -ci   ildə   qiyam   qaldıraraq   hakimiyyəti   ələ   aldı.   O,   öz
hakimiyyətini möhkəmləndirmək üçün imperiyaya daxil olan bütün xalqları 3 il müddətinə
vergi və hərbi mükəlləfiyyətdən azad etdi. II Kambiz Qaumata üsyanını yatırmaq üçün
Misirdən Irana doğru hərəkət etdi.   Asiyanın cənubunda yerləşən İran qədim Şərqin inkişaf
etmiş ölkələrindən biri olmuşdur. Bu inkişaf mədəniyyətdə də özünü təzahür etdirmişdi.
Qədim İran mədəniyyəti öz mənəvi zənginliyi iləşöhrət tapmışdır.   Qədim İran əhalisinin
etnik tərkibi müxtəlif idi: buraya elamlılar, kutilər, lullubilər, sular, turukilər, prototürklər
və başqaları daxil idi. Ölkənin «İran» adlandırılmasına gəldikdə isə, onun coğrafi anlayış
olduğu   bir   çox   müəllifləridə   məsələn,   Y.Yusifovun   «Qədim   Şərq   tarixi»   əsərində   qeyd
edilir.   Qədim İranın zəngin mədəniyyəti incəsənətin müxtəlif sahələrində – ədəbiyyatda,
təsviri sənətdə, memarlıqda, həmçinin elmdə, təhsildə əks olunmuşdu. Ədəbiyyatın əsas
nümunələri əfsanələrdə, dini rəvayət və hekayətlərdə;  təsviri sənət müxtəlif məişət tipli
əşyaların bəzədilməsində; memarlıq isə, zərdüşt ideologiyası ilə bağlı məbəd tikililərində
təcəssümtapırdı. 

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin