Qədim Misir Plan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix30.12.2021
ölçüsü0,8 Mb.
#49471
1   ...   11   12   13   14   15   16   17   18   ...   22
qədim dünya tarixi

mədəniyyəti kimi böyük bir mədəni sivlizasiyanın olduğu sübuta yetirilir. XX əsrin 20-ci
illərində ingilis alimlərinin arxeoloji tapıntıları Harappa rayonunda e.ə. IV minillik və II
minilliyin ortalarına təsadüf edən mədəniyyəti, Mohenco-Daro və s. aşkar etmişlər. Şəhər
tipli   tapıntılar   ibtidai   sivilizasiya   tarixinin   b.e.ə.   III-II   minilliyə   aid   olduğunu   göstərir. 
Şəhərtipli məskunlaşma sivil qaydalara tam cavab verir: düz küçələrdə ciddi perpendikulyar
formada   planlaşdırılan   2   mərtəbəli   kərpic   evlər;   evlərin   künclərinin   dövrəyə   alınması
(güman edilir ki, insan və yüklərin daşınmasına mane olmamaq şərtinə əməl etmək üçün)
kanalizasiya sistemi üçün keramik boruların tətbiqi və s. yüksək mədəni tərəqqidən xəbər
verir.  Çoxsaylı arxeoloji tapıntılar Harappa mədəniyyətinin b.e.ə. III-II minilliyin ortalarına
aid olduğunu sübut edir. Bu dövrdə metalların aşılanması, torpaq işi təkmilləşdirilir, bir çox
peşələr haqqında biliklər inkişaf etdirilir. Bunların içərisində daş, mis, bürünc alətlər və
silahlar (bıçaq, balta, oraq, mişar və s.), zərgərlik nümunələri (bəzək əşyaları, ilahə fiqurları,
amuletlər və s.) xüsusi yer tutur. Oyun komplektləri -şahmat, dama, dulusçuluq sənətkarlığı
nümunələri və onların hazırlanması üçün xüsusi sobalar və s. arxeloji qazıntılar zamanı əldə
olunub. Harappa   və   Mohenco-Daroda   400-ə   yaxın   piktoqrafiya   (təsvirli   yazı)   yazı
nümunələri tapılmışdır. Mağara təsvirləri, ov səhnələrini əks etdirən rəsmlər də bu dövrün
sənət   nümunələridir.   İlahə   və   allahların   təsvirlərini   əks   etdirən   rəsmlər   də   aşkar


edilmişdir. B.e.ə. II minilliyin I yarısında Harappa mədəniyyətinin tədricən süqutu özünü
göstərir və minilliyin ortalarında bu tamamilə itir. Geoloji tədqiqatların nəticəsi belə bir
məhv olmanın səbəblərini təbii fəlakətlərlə – dəhşətli zəlzələ, Hind çayının öz məcrasını
dəyişməsi və s. ilə izah etməyə imkan verir. Digər fərziyyələr də özünü doğrultmağa çalışır:
bəzi   tayfaların   hakimiyyətdə   olması   və   mədəniyyətin   aşağı   səviyyədə   inkişafına   şərait
yaratması.   Lakin   bütün   bu   fərziyyələrə   baxmayaraq,   belə   bir   fikir   özünü   doğruldur   ki,
Harappa   mədəniyyəti   ölkənin   sonrakı   mədəni   inkişafı   üçün   əsas   baza   oldu. 
Fərziyyələrin   birini   b.e.ə.   II   minilliyin   ortalarında   şimaldan   Hindistanın   şərq   və   cənub
istiqamətlərinə   doğru   hind-   avropa   dillərində   danışan   arilərin   gəlməsi   fikri   təşkil   edir.
Heyvandarlıqla   məşğul   olan   bu   tərəkəmələr   uzun   müddət   öz   ənənələrini   qoruyub
saxlamışlar. Sonralar öz əmək fəaliyyətlərində arilərin torpaqla məşğuliyyəti başlıca yer
tutur. Bu əhali, ilk növbədə kənd sakinləri idi. Böyük mərkəzi şəhərlər yox dərəcəsində idi.
Dülgərlik, toxuculuq, dəmirçilik, dulusçuluq geniş yayılmış peşə sahələri idi. Pul funksiyası
heyvanlar (inəklər) vasitəsilə yerinə yetirilirdi.  Din, fəlsəfə, dünyanı dərketmə və öyrənmə
sahəsi üzrə aparıcı istiqamətlərdən birini mənəvi mədəniyyət abidələri təşkil edirdi. Vedalar
deyilən (hərfi mənası — bilik) mənbələrdə dini təsəvvür və görüşlər öz əksini tapmışdır.
Vedalar   b.e.ə.   II   minilliyin   sonu   —   I   minilliyin   əvvəlinə   aid   edilir.   Bunlar   san-skritlə
yazılmış hərbi, hakimiyyət uğrunda mübarizə, yaradıcı əmək mövzularına həsr edilmişdir. 
«Müqəddəs bilik» sistemi kimi Vedalar induizmin əsas müqəddəs kitabı hesab edilməklə
Qədim hind mədəniyyətinə yeni bir cığır — veda mədəniyyəti kimi daxil olmuşdur. Onun
əsasını 4 toplu təşkil edir: Riq-Veda (himnlər kitabı), Sama-Veda (ritual və mahnı toplusu),
Yadcur-Veda   (qurbanvermə   zamanı   dua   formulları),   Atharva-Veda   (mahnı   və   nəğmə,
qarğışlar). Dini aspektləri ilə yanaşı Vedalarda təmsil, nağıl, satiralar da mövcuddur. Erkən
vaxtlarda   Vedalar   şifahi   yolla   nəsildən-nəsilə   ötürülür,   sonralar   kahinlər   onları   qeydə
almışdı.  Bu  zaman  hər bir Veda  ənənəvi  təfsirə —  Brahmana  mənsub  olmuşdu.   Daha
sonralar   veda   ədəbiyyatının   dini-fəlsəfi   təfsiri   –   Upanişad   və   Aranyaki   formasında   əks
olunur.   Bunlar   veda   teologiyasının   müxtəlif   sahələrinə   həsr   olunmuşdur.   Upanişada   bir
qayda olaraq öyüd-nəsihətlər daxil idi ki, onu da müxtəlif filosoflar yazmışlar. Aranyaklar
—   Brahman   və   Upanişadlar   arasında   əlaqəni   möhkəmləndirən   mənbə   rolunu   oynayır.
Beləliklə, veda ədəbiyyatını vedalar (samhitlər) tərtib etmiş, izahını isə brahman, upanişad,
aranyaklar aparmışlar. 
Qədim hind-veda mədəniyyətində epik poemalar – «Mahabharata» («Bharat nəslinin böyük
müharibəsi») və «Ramayana» («Ramanın qəhrəmanlıqları haqqında hekayələr») mühüm yer
tutur. Poemaların mətnləri b.e.ə. I minilliyin II yarısında reallaşdırılmışdır. Hər iki poema
müqəddəs   kitablar   hesab   edilərək   hər   hansı   bir   münaqişədə,   dini,   fəlsəfi   və   əxlaqi
məsələlərin həllində istifadə edilirdi. Buradakı fantastik səhnələr bir-birini qədim hindlilərin
həyat tərzindən olan səhnələrlə əvəz edir. Bu əsərlərin qəhrəmanları Krişna və Rama hind
dini   panteonuna   Vişna   allahının   təcəssümü   kimi   daxil   olmuşdur.   Sonralar   Konfutsi,
Aristotel, Kant və d. əsərlərində səslənən «Özünə məsləhət bilmədiyini başqasına da bilmə»
fikri ilk dəfə bu poemalarda səslənmişdi. Həqiqətən də Veda, Mahabharata və Ramayana
hind   xalq   müdrikliyinin   əsil   ensiklopediyası   hesab   edilməlidir. 
Veda   ədəbiyyatı   dövrün   bir   sıra   elm   sahələri   haqqında   zəngin   məlumat   verir.   Bunlara
torpaqşünaslıq (gübrə, toxumsəpmə, ipəkçilik, bitki zərərvericiləri və s.), tibb (xəstəliklərin
siyahısı, onların əlamətləri, 760-a yaxın müalicə qaydaları, anatomiya, patologiya, terapiya
və   s.),   həndəsə,   peşə,   hərbi   texnika,   astronomiya   və   s.   aiddir. 


Veda   tədqiqatçıları   veda   allahlarının   bir-birilə   əlaqəsi,   qarşılıqlı   vəhdəti   sistemini   əks
etdirən mənzərə yarada bilməmişlər. Buradakı allahlar təkrarlanmış allahların əlamət və
xüsusiyyətlərini   özündə   əks   etdirir. Vedalarda   dünyanın   yaranması   haqqında   fikir   çox
dumanlıdır.   Burada   onun   yaradılması   bəzən   heçdən,   bəzən   də   mingözlü,   minayaqlı,
minbaşlı   ilk   insan   Puruşa   (allah   tərəfindən   hissələrə   ayrılmış)   tərəfindən   yaranması
söylənilir. Ölümün ardınca, arilərin ölüm dünyasının allahı hesab etdikləri Yama hakimlik
edir. Hindlilərin ən qədim ibtidai dini adətlərindən birini pirlərdə qurbanvermə mərasimləri
təşkil edir. Artıq b.e.ə. I minilliyin əvvəllərində Hindli arilər oturaq həyat tərzinə keçdilər.
Çoxsaylı   knyazlıqların   öz   aralarındakı   didişmələri   adi   hala   çevrildi.   Veda   dinindəki
ayinlərin   mürəkkəbləşməsi   kahin-brahmanların   nüfuz   və   rolunu   gücləndirdi.   Allahlar
panteonunun   tərkib   və   xarakteri   dəyişdi.   Bu   zaman   yeni   bir   dini   cərəya   brahmanizm
formalaşmağa başlayırdı. Həmin dinin nəzəriyyəsinə görə Brahma geniş okeanda üzən qızıl
yumurtadan yaranmışdır. Onun düşüncə gücü yumurtanı iki hissəyə – Səma və Yerə bölür.
Həyatın yaranma prosesində bəzi məqamlar (su, od, torpaq, hava, efir), allah, ulduz, zaman,
relyef və s. yaranır. İnsanlar kişi və qadın başlanğıclarında formalaşır və onların əksi olan
bitki və heyvan aləmi yaranmağa başlayır.   Brahmanizmə keçid hələ də allahların vahid
iyerarxiyasını   üzə   çıxara   bilməmişdi.   Şiva   Allahı   müxtəlif   xarakterli   dini   əqidələri
birləşdirir.   Vişna   Allahı   yer   üzərində   olanların   mühafizəçisi   kimi   qəbul   edilir.
Brahmanizmin başlıca elementlərindən birini sansara (ruhun insan bədənində təcəssümü)
yenidəndoğulma nəzəriyyəsi təşkil edir; bu təlimə görə ölüm nəticəsində insanın ruhu başqa
bir yeni cismə köçür (insana, heyvana, bitkiyə, Allaha). Bu təcəssüm zənciri sonsuz olub,
insan   taleyindən-karmadan   (davranış)   asılıdır.   İlk   quldarlıq   dövlətlərinin   formalaşması
insanların   hüquq,   vəzifə,   ictimai   vəziyyətlərinə   görə   ayrı-ayrı   qruplara   –   varnalara
(keyfiyyət,   rəng)   bölünməsinə   səbəb   oldu.   İki   mühüm   imtiyazlı   varna   mövcud   idi   –
brahman   (kahin)   və   kşatri   (hərbi   zümrə,   şah,   knyaz).   Kənd   təsərrüfatı,   peşə,   ticarət   ilə
məşğul olan digər kütlə xarakterli varna isə vayşilər, lap aşağı səviyyəli varna-şudrlar idi.
Bura tabe olan kütlə aid idi. 
Cəmiyyətin varnalara bölünməsi «Manu Qanunu»nun yaranmasına səbəb oldu ki, burada
hər   bir   varna   nümayəndələrinin   hüquq   və   vəzifələri   əks   olunurdu.
Qədim hind mədəniyyətində Mahadha-Mauri dövrünün də çox böyük mədəni əhəmiyyəti
olmuşdur. Bu dövr b.e.ə. IV-II əsrləri əks etdirən tarixdir ki, bu zaman Qanq çayı ətrafında
mövcud olan quldar dövlətlərindən biri Mahadhaya Mauri sülaləsi hakimlik etmiş və böyük
mədəni   tərəqqisi   ilə   nəinki   Hindistanda,   bütün   Şərq   aləmində   tanınmışdır.   Çaynizm
tərəfdarları dərvişlik edərək buna hər cür karmalardan azad olmanın və nirvanaya çatmanın
yolu kimi yanaşırdılar. Çaynizm brahman allahlarının panteonunu rədd edirdi. Çaynizm
ruhun əbədiliyini qəbul edir və nirvananı əbədi həzz kimi təzahür etdirir. Bu dini cərəyanda
şər-axmaq həyat, dərvişlik – həqiqi dini qəhrəmanlıq kimi dərk edilir. Maurilərin görkəmli
şahı olan Aşoka (b.e.ə. 273-232) buddizmi dövlət dini elan etmişdir. Həmin dinə sitayişlə
əlaqədar   bir   çox   kilsə,   çoxsaylı   məbəd,   monarx   birlikləri   yaradılmışdı. 
Bir çox ədəbi və təsviri mənbələr həmin dövrün yüksək memarlıq və təsviri sənətindən
xəbər   verir.   Xüsusilə,   dini   memarlıqda   türbə,   monastır,   məbədlər   özünəməxsus   yer
tutmuşdur. Təkcə Aşokanın hakimiyyəti dövründə 80 min türbə inşa edilmişdir. Bu dövrdə
tikilən   yarımdairəvi   türbələrin   yuxarısında   dəfn   üçün   yer   ayrılıb. 
Memarlıq və digər sənət elementlərinə görə Aşokanın sarayı da məftunedici idi. Həmin
saray   ağac   memarlığı   ilə   özünün   yüksək   səviyyəsini   nümayiş   etdirib.


Maurilərin ardınca Kuşanlar sülaləsi  (b.e-nın I-III əsrləri) qədim Hindistanın tərəqqisini
yüksəklərə qaldırdı. Xüsusilə, Kanişkinin hakimiyyəti dövrü (b.e. 78-123) buraya aid edilir.
B.e-nın I-III əsrlərində handhar incəsənət məktəbi mühüm yer tutdu. Bu məktəbdə Şimali
Hindistan,   Orta   Asiya,   Yunan-Roma   məktəbinin   ənənələri   üstünlük   təşkil   edirdi.   Bu
məktəbin   özüməxsusluğu   Buddanın   ideallaşdırılmış   gözəl   insan   obrazında   antropomorf
təsvirdə   verilməsi   ilə   izah   edilir.Kuşan   hökmranlığından   sonra   Quptlar   sülaləsinin
hakimiyyəti dövrü başladı ki, onun da əsasını rac Çandraqupt (b.e-nın 320-330) qoydu. Bu
dövrdə   maddi   mədəniyyət   yüksək   inkişaf   əldə   etdi.   Torpaq   təsərrüfatı   inkişaf   edir:
toxumların   yeni   təsnifat   yaranır,   kübrələrin   geniştətbiqinə   yer   verilir,   ipəkçilik   tərəqqi
edir. pək   və   pambıq   parçaların   əldə   edilməsi   və   onların   bəzədilməsinə   xüsusi   diqqət
yetirilir. Misdən (tondan artıq) hazırlanmış Buddanın heykəlinin uzunluğu 2 metrə yaxın
idi. Binaların   daşdan   tikilməsində   irəliləyişəldə   edilir.   Mürəkkəb   ölçmə   işləri   aparılan
mağara məbədləri diqqəti cəlb edir. Bu cür tikililər çoxlu sayda insan əməyini tələb edirdi.
Həmin tikililərin bir cəhəti də onunla izah edilirdi ki, burada ayrı-ayrı sənətkarlar – daş
yonanlar, cilalayanların ustalığı tikililərin gözəlliyini artırırdı.  Qupt incəsənətinin zənginliyi
və əlvanlığını heykəltəraşlıqdakı müxtəliflik, mağara və Açant məbədləririndəki fasad və
divarlardakı təsvirlərdən görmək mümkündür. 30-a yaxın mağarada monumental rəngkarlıq
nümayiş etdirilmişdir. Bu təsvirlərdə xalq həyatının səhnləri, Quptların dövründə inkişaf
etmiş  sahələrdən  biri  də  elm  idi.  Xüsusilə   astronomiyanın  inkişafı  bir  sıra   məqamlarda
özünü təzahır etdirirdi. Yerin kürə şəklində olması haqqında ideyalar səslənməkdə idi. Səma
ekvatoruna görə göy cisimlərinin hərəkəti haqqında cədvəllərin tərtibinə geniş yer verilirdi. 
      Qədim   hind   riyaziyyatçıları   dünya   elminə   əsaslı   tövhələr   vermişlər.   Məhz   Qədim
Hindistanda   rəqəmlərin   sıfırdan   başlamaqla   10-luq   say   sistemi   tərtib   olunmuşdu. 
Kimya və tibb ilə məşğul olma dini-praktiki xarakter daşıyırdı. Qədim hindlilərə metalların
termik aşılanması üsulu məlum idi. Dini səciyyəyə əsasən xəstəliklərin mənbəyi günahla
izah   edilirdi,  lakin  diaqnostika,   müalicə   üsulları  haqqında  qədim  hindli  həkimlər  bəşəri
irəliləyişlər etmişlər. Görkəmli həkimlər Çavaka (b.e.ə. V-IV əsr), Çaraka (e.ə-nın I əsr)
cərrahiyyə   əməliyyatları   zamanı   keyləşdirmə   üsulunu   tətbiq   etmiş,   200dən   artıq   tibbi
alətdən istifadə etmişlər. Bu qısa məlumatlardan bir daha aydın olur ki, qədim Hindistan ilk
sivilizasiyaların beşiklərindən biri olmuşdur. 
İslam hind mədəniyyətinə güclü təsir göstərdi. Burada memarlıq və rəngkarlığı xüsusi qeyd
etmək lazımdır. Monqol imperiyasının hər bir hakimi adının əbədiləşdirilməsi üçün qala-
sarayların,   sərdabə   və   məscidlərin   tikintisinə   xüsusi   diqqət   verirdilər.   Hind   memarlıq
abidələrinin bir çoxuna müsəlman üslubu xasdır. Dehlidəki Qütbminarə kompleksi, Tac-
Mahal saray-qəsri, Dehli və Aqradakı Qırmızı Forit, Fatehnun-Sikradakı, Çaypurdakı saray
tikililəri   belələrindəndir.   Müsəlman   üslubunun   xarakterik   xüsusiyyəti   onunla   təzahür
olunurdu ki, bu tikililər sökülmüş tikililər üzərində qurulurdu. 
İnduizm   dininə   zidd   olan   sikhizm   dini   Hindistanda   XIV   əsrdə   təşəkkül   tapmışdı.
İnduizmdən fərqli olaraq bu din insanların bir allah qarşısında bərabərliyi ideyasını irəli
sürürdü. Bunun üçün sikxlər «5 Ka» prinsipinə əməl etməlidirdər: saçların kəsilməsinə yol
verməmək (keş), onları xüsusi daraqla daramaq (kaçha), polad qolbaq taxmaq (kara) və
xəncər   gəzdirmək   (kirhan).   Hazırda   ortodoksal   sikxlər   bu   prinsipə   əməl   edir. 
Xristianlığı   Hindistana   b.e.ə.   52-ci   ildə   Qərb   sahilindən   gəlib   çıxmış   müqəddəs   Foma
gətirmişdi. O, Hindistanda pravoslavçılığın banisi hesab edilir. XVI əsrdə portuqaliyalılar
bu   ölkədə   katolizmi   yaymağa   başladı.   XVII   əsrdə   isə   protestantizm   yayılmağa   başladı.


Xristianlığın bu üç təriqəti Hindistanda bu günədək yaşamaqdadır.   Zərdüştlik Hindistana
b.e-nın VIII əsrində parslar tərəfindən gətirilmişdir. Bu din Öz adını onun əsasını qoyan
Zərdüştdən götürmüşdür. Bu din onun sələflərinin rəyinə görə unikal olub, bəzi cəhətlərinə
görə yüksəkdir. Zərdüştlik üçün həqiqət, ədalət, sədaqət, qüvvətli olmaq, intizamlı, xeyirxah
olmaq ən vacib anlayışlardır. Zərdüştlükdə əsas dini ayinlər özünü dörd elementdə – su, od,
torpaq   və   havada   təzahür   etdirir.   Baş   allah   olan   Əhrimənə   səcdə   oda   səcdə   ilə   ifadə
olunduğundan   məbədlərin   tikintisinə   böyük   ehtiyac   vardı   ki,   bu   da   parslar   tərəfindən
tikilirdi. Ona görə də zərdüştçüləri – atəşpərəstlər adlandırırdılar. Təmizliyə, saflığa riayət
zərdüştçülərdə   o   qədər   güclü   idi   ki,   bu   çox   zaman   qəddarlıqla   da   müşahidə   olunurdu.
Məsələn, torpağı günaha batırmamaq şərtilə ölüləri xüsusi qüllələrdə (dakma) saxlamaq və
quşlara yem etdirmək qədim hindlilərə atəşpərəstlərdən keçən adət idi.  Hindistanda dinlərin
çoxluğu   ölkənin   mədəniyyətinə   əhəmiyyətli   dərəcədə   təsir   etmişdir.   Dairəvi
heykəltəraşlıqda   Aşokanın   hakimliyi   dövrünə   aid   olan   Şirli   kapitel   mühüm   yer   tutur.
Sonralar   bu   təsvir   Hindistanın   dövlət   gerbinin   başlıca   elementinə   çevrildi.   Aşokanın
dövründə   mağara   məbədlərinin   tikintisi   təşəkkül   tapmağa   başladı.   Onlar   çox   da   böyük
olmurdu.   Xeyli   sonralar,   b.e.ə.   I   əsrdə   Karlidə   (Bombey   yaxınlığında)   böyük   mağara
yaradıldı. Bu budda məbədi olan çaytyanın uzunluğu 38 m-ə çatır. 

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin