Qədim Misir Plan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix30.12.2021
ölçüsü0,8 Mb.
#49471
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
qədim dünya tarixi

Qədim Hindistan
       Plan: 
      1.Erkən dövlətlər.
      2.Arilərin Hindistana köçü.
      3.Hindistan quldarlıq dövründə.   
 
                 Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların
önündə gedərək zəngin tarixi-mədəni irsə malikdir. Qədim sivilizasiya ərzində əldə etdiyi
zəngin mədəni irs ərəb və iran xalqlarına, sonra isə Avropaya əhəmiyyətli şəkildə təsir
göstərib. Qədim hind alimlərinin dünya elmində çox böyük bəşəri əhəmiyyət kəsb edən kəşf
və nailiyyətləri olmuşdur. «Sıfır» anlayışı və 10-luq say sisteminin müəllifi hesab olunan
hind alimləri çox da böyük olmayan xətalarla Yerin Ay və Günəşlə olan məsafəsini, Yerin
radiusunu və digər astronomik, elmi kəşflər etmişlər. Artıq hind sivilizasiyası dövründə
(b.e.ə. III minillikdə) onlar şəhərlərin planlaşdırılması, monumental tikililərin qurulmasında
uğurlar əldə etmiş, uzunluq ölçüsü və çəki sistemindən istifadə etmişlər. 
Hindistanda   ilk   dövlətlərin   təşəkkülü,   formalaşması   bir   sıra   imperiyaların   –   Mauri,
Quptların   hökmranlığı   zamanı   bəşəriyyət   tarixində   sivilizasiyanın   inkişafı   ilə   müşahidə
edilirdi. Məhz həmin dövrdə elm, incəsənət, din öz çiçəklənmə prosesini keçirmişdi. Bu


ölkənin tərəqqisi dünya fatehlərinin — Makedoniyalı İskəndərdən tutmuş əfqan və türk
xanlarının   ciddi   marağına   səbəb   olmuşdur.   İslam   hakimlərinin   XI   əsrdən   başlayan
Əfqanıstan və İrana olan hücumları bir əsrdən sonra hind raclarının (ölkənin şimalında)
məğlubiyyəti ilə nəticələndi ki, sonralar bu, cənubdan başqa, demək olar ki, bütün ölkənin
müsəlmanların əsarətinə keçməsilə nəticələndi. Sözsüz ki, bu əsarət və müstəmləkəçilik
hind   mədəniyyət   və   incəsənətinə   də   öz   güclü   təsirini   göstərdi. 
Hindistanda   dünyanın   bütün   dinləri   –   induizm,   islam,   xristianlıq,   buddizm,   zərdüştlük
mövcud olmuşdur. Lakin Qədim Hindistanın «öz» dinləri də mövcud olmuşdu ki, bunlara
çaynizm   və   sikhizm   aiddir.   Bunlar   hind   mədəniyyətinin   rəngarəngliyinə   ciddi   təsir
göstərmişdi. Hazırda Hindistanda əhalinin 80%-i induizmə etiqad edir ki, bu da ölkənin ən
qədim   dinlərindən   biri   hesab   olunur.   O   ilk   dəfə   vedlərin   dini   kimi   (vedizm)   təzahür
tapmışdır. 
Bu   din,   ilk   müstəqil   fəlsəfi   sistem   kimi   b.e.ə.   I   minillikdə   təşəkkül   tapmışdı.   Onun
gələcəkdə dini istiqamətlərin müəyyənləşməsində böyük rolu oldu. Vedizm üçün politeizm
(çoxallahlılıq) xarakterik idi. Onun əsas allahları günəş allahı Surya, səhər şəfəqi Uşas,
dünyanın sahmançısı Varuna, od allahı Aqni, ildırım allahı İndra, külək allahı Vayu, qasırğa
allahı Rudra və s. idi.   Vedanın son dövrünə üç əsas allah – Brahma, Vişna, İşva aiddir.
Sonralar   bunlar   trimurti   vahid   triadasına   çevrildi.   Bu   dinin   əsas   etiqadlarından   birinə
qurbanvermə ayini aid edilir. Bu isə, sonralar kahinlərin (brahman) yaranmasına səbəb oldu.
Kahinlər   qurbankəsmə   ritualını   həyata   keçirənlərdir.   Beləliklə,   induizmin   dini   əqidəsi
vedizm və brahmanizm ehramlarının təkamülü nəticəsində inkişaf etmişdi. İnduizm özündə
veda  inanclarına  geniş yer verərək  müqəddəs heyvan,  təbiət, əcdadların ruhuna  sitayişə
başlıca   yer   verirdi.   İnduizm   ruhun   əbədiliyi   və   ölməzliyinəinanır. Qədim   Hindistan
mədəniyyəti ( b.e.ə. IV minilliyin ortaları- b.e.-nın VI əsri) dünyanın ən unikal və nəhəng
sənət məbədlərindən biri hesab edilir. Qədim Hindistan tarixi yazılı və arxeoloji mənbələr
əsasında öyrənilir. Bu dövrün tarixini əks etdirən yazılı mənbələr çox məhduddur. Bu qədim
ölkə və dövlətin tarixini öyrədən mənbələr Hindistanın həmin tarixi ərzində mədəniyyətinin
bir   neçə   səviyyədə   olmasını   göstərir.   Məsələn,   qədim   Hindistanda Harappa

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin