Qədim Misir Plan


Roma Respublikasının süqutu



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix30.12.2021
ölçüsü0,8 Mb.
#49471
1   ...   14   15   16   17   18   19   20   21   22
qədim dünya tarixi

Roma Respublikasının süqutu
Plan:
     1. Qrakx qardaşları və onların islahatları
     2. Qay Marinin hərbi islahatı. Yuqurta müharibəsi
     3. Vətəndaş müharibəsi və respublikanın süqutu
     4. Roma imperiyasının formalaşması
     5. Dominatlıq dövrü
     6. Roma imperiyasının parçalanması və Qərbi Roma imperiyasının süqutu          
Romanın apardığı müharibələr ölkəyə qul axınını çoxaltdı. Buna görə, kəndli əməyini
ucuz qul əməyi sıxışdırırdı. Varlı quldarlar kəndlilərin torpağını zorla satın alırdılar.
Bu da kəndlilərin var-yoxdan çıxmasına. səbəb olurdu. Var-yoxdan çıxmış kəndlilər
şəhərlərə, birinci növbədə Romaya axışır, lakin iş tapmırdılar, çünki burada da bütün
işləri qullar görürdü, nəticədə kəndlilər işsiz qalır, ölkədə evsiz-eşiksiz adamların sayı
artırdı.Kəndlilər var-yoxdan çıxdığı üçün Roma ordusu zəifləməyə başladı. Çünki
Roma qoşununun əsasını kəndlilər təşkil edirdi. Kəndlilərin yoxsullaşması, çoxlu qul
kütləsi   Roma  üçün  təhlükə   törədirdi.  Bir  çox  Romalı  aristokratlar  kimi  plebeylər
nəslindən olan Tiberi və Qay Qrakx qardaşları da bunu yaxşı başa düşürdülər. Tiberi
xalq qarşısında çıxış edərkən deyirdi: «Hətta vəhşi heyvanların da öz yuvaları var.
Roma uğrunda vuruşan və ölənlərin isə hava və işıqdan başqa heç nəyi yoxdur».
Tiberi və Qay qardaşları Roma quldarlıq dövlətini xilas etmək üçün torpaq islahatı
hazırladılar. E.ə. 133-cü ildə Tiberi Qrakx tribun seçildi. Onun təklif etdiyi torpaq
qanununa görə, hər bir romalı ailəsi 250 hektardan artıq dövlət torpağından istifadə
edə  bilməzdi;  qalan torpaqlar pulsuz  həmişəlik  yoxsul  kəndlilərə verilməli idi  və
onları satmaq qadağan olunmalı idi.   Senat bu təklifi rədd etdi. Forumda çağırılmış
xalq yığıncağında Tiberi xalqa müraciət edib irəli sürdüyü qanunun ədalətli olduğunu
sübut etdi. Xalq yığıncağı torpaq qanununu qəbul etdi. Senat xalqdan qorxub xalq
yığıncağının qanununa qarşı çıxmadı. Tiberinin düşmənləri ona böhtan atıb dedilər
ki, Tiberi padşah olmaq və respublikanı məhv etmək istəyir. Bundan istifadə edən


senat   xalqı   «respublikanı   xilas   etməyə»   çağırdı.   Onlar   isə   Tiberini   və   onun   300
tərəfdarını öldürdülər. Ölənlərin meyitini cinayətkar kimi Tibr çayına atdılar. Torpaq
qanunu həyata keçmədi.On ildən sonra, yəni e.ə. 123-cü ildə Tiberinin qardaşı Qay
Qrakx tribun seçildi. O, qardaşının işini davam etdirib torpağı kəndlilərə paylamağa
başladı.   80   min   yoxsul   torpaq   aldı.   O,   senatın   hüququnu   məhdudlaşdırmağı,
yoxsulları   dövlət   işlərinə   cəlb   etməyi   irəli   sürdü,   lakin   Qayın   tribun   vaxtı   başa
çatandan   sonra   senatorlar   ona   qarşı   çıxdılar.   Roma   küçələrində   baş   verən
vuruşmalarda Qay və onun üç min tərəfdarı həlak oldu. Qayı öldürənə onun başı
ağırlığında   qızlı   vəd   etdilər.   Torpağın   yoxsullara   verilməsi   yenə   də   dayandırıldı.
Kəndlilərin dövlətdən aldığı torpağın satılmasını qadağan edən qanun ləğv edildi.
Varlılar kəndlilərin torpaqlarını satın almağa başladılar.
Qay Mari (e.ə. təqr. 157, Sereate-e.ə. 86, Roma) - Roma siyasi xadimi və sərkərdəsi.
Xalq tribunu (e.ə. 119), pretor (e.ə. 115), konsul (e.ə. 107, 104-100, 86) seçilmişdi.
Siyasi   hakimiyyətə   nail   olmaq   üçün   populyarlarla   ittifaqa   girmiş,   e.ə.   100   ildə
optimatların   tərəfinə,   e.ə.   89   ildən   isə   yenidən   populyarların   tərəfinə   keçmiş,
respublikada ali hakimiyyət uğrunda Sullaya qarşı inadlı mübarizə aparmışdı. Sulla
Romanı   tutduqdan   (e.ə.   88)   sonra   Mari   Afrikaya   qaçmış,   e.ə.   87   ildə   İtaliyaya
qayıdaraq Romanı ələ keçirmiş və rəqiblərini darmadağın etmişdi.
Qrakxus   qardaşlarının   hərəkatının   yatırılmasından   sonra   hakim   qruplaşmanın
mövqeləri   möhkəmləndi.   Roma   siyasi   həyatı   azsaylı   adlı-sanlı   nəsillər   tərəfindən
idarə   olunurdu;   onlar   müstəsna   vəziyəti   dövlətin   bütün   sahələrini   əhatə   edən,
görünməmiş korrupsiya yaratdı. Yeni siyasi böhrana Yuqurta müharibəsi təkan verdi.
E.ə 118-ci ildə Numidiya çarı Masinissa ölür. Romalıların vasitəçiliyi ilə onun mirası,
qardaşı oğlu Yuqurta da daxil olmaqla iki oğlu arasında bölüşdürülür. Ancaq bir neçə
ildən   sonra   Yuqurta,   Romanın   arbitrajına   məhəl   qoymayaraq   və   hər   iki   rəqibini
aradan götürərək Numidiyanı ələ keçirir. Yuqurta romalı səfirləri satın aldığına görə
senat vaxtında tədbir görə bilmir və Yuqurta Tsirta şəhərini ələ keçirərək, romalılar
da daxil onun əhalisini qətl edir. Hiddətlənən Roma atlılarının təzyiqi ilə Yuqurtaya
müharibə elan olunur. E.ə 111-ci ildə romalılar uğurla hucuma keçirlər, lakin Yuqurta
satın  alma  yolu ilə  özünə  sərf edən  sülh  müqaviləsinə  nail olur. E.ə  109-cu  ildə
müharibə   yenidən   başlayır.   Roma   oliqarşisinin   nümayəndələrindən   biri   olan   Avl
Postuminin   başçılığı   altında   romalı   ordu   rüsvayçı   məğlubiyətə   uğrayır.   Bu
romalıların səbr kasasını daşdırır. Xalq, atlılar və hətta nobilitetin bir hissəsi hakim
qruplaşmaya qarşı çıxış edir. Yuqurta ilə bağlı hadisələrin araşdırılması üçün xüsusi
komisiya   yaradılır.   Bir   sıra   xüsusi   ilə   korupsiyalaşmış   zadəganlar   qovulur.
Numidiyaya, bir azdan uğur qazanan, yeni sərkərdə göndərilir - Kvint Sesili Metell.
Yuqurta yenilir, ama müharibə uzanır. Numidyalıların partizan mübarizəsi vəziyəti
olduqca   çətinləşdirirdi.   Romada,   tezliklə   qələbə   gözlənilən   Metelldən,   narazılıq
başlayır.   Qay   Mari   bu   vəziyətdən   istifadə   edir.   E.ə   107-ci   ildə   Mari   konsul   və
Yuqurtaya qarşı vuruşan ordunun komandanı seçilir. Yaxın gələcəkdə həlledici rol
oynayacaq qüvvə kimi ordu çıxış edir. İtaliyada azad kəndlilərin azalması ordunun
səciyəsini dəyişdi. Şəhərlərdə yoxsulluqları ucundan senz siyahılarına daxil olmayan
və buna görə də qoşunda iştirak etməyənlər vardı. E.ə 107-ci ildə konsul seçilən Qay
Mari Afrikada Yuqurtaya qarşı müharibə aparmaq üçün, ilk dəfə senz siyahılarında
olmayan könüllüləri yığmağa başladı. Bu ordunun səciyəsini dəyişdi. Könüllülərin


orduya qəbul olunmasından sonra, ordu artıq azad kəndlilərdən yığılan ənənəvi polis
qoşunu   olmaqdan   çıxırdı,   və   əsasən   yoxsul   proletarilərdən   ibarət,   peşəkar   və   öz
sərkərdəsinə sadiq, respublika üçün isə təhlükəli bir qüvvəyə çevrilirdi. Mülkiyətdən
məhrum olan yoxullardan ibarət qoşun indi sərkərdələri ətrafında birləşirdilər və öz
lider-komandirlərindən nəinki dəyərli qənimətlər, eləcə də sonradan torpaqla təltif
olunmaqlarını gözləyirdilər. Bir az sonra Mari başqa bir islahat da keçirir. O leqionu
koqortalara bölür. Koqortalar üç manipuldan təşkil olunur. Lakin buna baxmayaraq
Nuakşot — Mavritaniyanın paytaxtı.
Nuakşot Qərbi Afrikanın şimal-qərbində yerləşən Mavritaniya İslam Respublikasının
paytaxtı   olmaqla   bərabər,   həm   də   ölkənin   ən   böyük   şəhəridir.   Bərbər   dilindən
tərcümədə "Küləklər diyarı" mənasını verən Nuakşot şəhəri Atlantik okeanının sahili
boyunca uzanır. Şəhərin mərkəzi sahildən təqribən 5 km aralıda yerləşir.
Yuqurta   ancaq   e.ə   105-ci   ildə   öz   qaynatası   Mavritaniya   çarı   Bokxun   mülklərinə
sıxışdırılır.   Uzun   tərədüddən   sonra   Boxk   Yuqurtanı   romalılara   təslim   edir.   Lakin
Bokx   Yuqurtanı   Mariyə   yox,   Lusi   Korneli   Sullaya   təhvil   verir.   Sulla   ilə   Mari
arasında ziddiyətlər yaranır. Lakin heç nəyə baxmayaraq Marinin nüfuzu olduqca çox
idi. E.ə 104-cü ildə o Romada triumf keçirir. Yuqurta öldürülür, Numidiyanın bir
hissəsi   Roma   əyalətinə   çevrilir.   E.ə   113-cü   ildə   İtaliyanın   şimalında   qermanların
kimvr və tefton tayfaları peyda olur. Bir sıra məğlubiyətlərdən sonra Roma çox çətin
vəziyətə   düşür.   E.ə   105-ci   ildə   Arauzion   yaxınlığında   romalı   ordusu   darmadağın
edilir.   İtaliya   işğal   təhlükəsi   ilə   qarşı-qarşıya   qalır.   Bu   şəraitdə,   Romanın   faktiki
diktatoruna çevrilmiş Marinin yeni yüksəlişi başlayır. Beş il dalbadal o konsul seçilir.
E.ə 102-ci ildə Seksti Akvaları yaxınlığında Mari teftonları, sonrakı il isə Versella
yaxınlığında kimvrları darmadağın edir. Əsirlər qul kimi satılır. Keçid et: naviqasiya,
axtar 
Lutsi Korneli Sulla (lat. Lucius Cornelius Sulla (Felix); e.ə. 138-78) — romalı hərbi
və siyasi xadim. Sərkərdə kimi Yuqurta müharibəsi dövrü önə çıxır. E.ə. 104-102-ci
illərdə kimvrlar və teftonlarla, e.ə. 90-88-ci illərdə Müttəfiq müharibəsində və e.ə.
89-84-cü   illərdə   1-ci   Mitridat   müharibəsində   iştirak   edir.   Sonuncunun   əsnasında,
Romanı   tutur,   Qay   Marinin   tərəfdarlarını   neytrallaşdırır,   bütün   hakimiyəti   quldar
aristokratiyanın əlinə verir. Sonra ordusu ilə Şərqə yollanır, e.ə. 86-cı ildə Afinanı
alır, həmin il VI Mitridat Yevpator üzərində qələbə çalır. E.ə. 84-cü ildə onunla sülh
sazişi bağlayır. Onun yoxluğundan istifadə edən Sinna və Mari tərəfdarları Romada
hakimiyəti   ələ   keçirirlər.   E.ə.   83-cü   ildə   ordusu   ilə   İtaliyada   enir,   öz   siyasi
rəqiblərinin   qoşunlarını   darmadağın   edir   və   sərt   repressiyalarla   müşayət   olunan
diktatura rejimi qurur. Sullanın rəqiblərindən müsadirə olunan torpaqlarda, İtaliyada
koloniyalarla   yerləşdirilən   keçmiş   legionerlər   Sulla   rejiminin   vacib   dayağına
çevrilirlər. Sulla diktaturası Roma quldar respublikasının dərin böhranından xəbər
verirdi. E.ə. 79-cu ildə, siyasi həyata təsirini saxlayaraq, səlahiyətlərini təhvil verdi. 
GÖRƏRSİNİZ, BU SEZARDA BİR NEÇƏ MARİ MÜRGÜLƏYİR! 
Romanın   yaranmasından   693   il   keçirdi.Əbədi   şəhər   böyük   Pompeyin   qələbəsini
bayram edirdi.Əylənən adamlar arasında orta yaşlı,hündür boylu ,səliqəylə geyinmiş
ağbəniz bir şəxs biganəliyi ilə diqqəti cəlb edirdi.Sanki onu nə romalıların triumf
dedikləri bu təntənə,nə də müharibənin qənimətləri maraqlandırırdı.Yalnız legionların
əzəmətli addım səsləri qəlbində əks-səda verir ,onu həyəcanlandırırdı.Ordu elə bir


qüvvə     idi   ki   ,istənilən   bacarıqlı   adamı   hakimiyyətin   ən   yüksək   pilləsinə   qaldıra
bilərdi.Bu yüksəklikdən hətta müqəddəs Olimp belə kiçik bir təpəciyə bənzəyirdi. Bu
adam Qay Yuli Sezar idi.Gəncliyindən şöhrət və mənsəb arzusuyla yaşayan Sezarın
hakimiyyət  başına  gəlmək  üçün  nə   legionları  ,nə  də  pulu  vardı.  Hələlik  Romada
hakimiyyət Pompeyin əlində idi.Şəhərin ali idarə şurası olan Senatın binasında da
onun möhtəşəm heykəli ucalırdı.Pompeylə rəqabətə girə bilən yeganə şəxs Spartak
üsyanını  yatırmış  ən varlı    romalı  Mark  Lisini  Krass idi.Sezar  başqaları kimi  bu
mənsəb   sahiblərinə   nə   pərəstiş,nə   də   paxıllıq   edirdi.O,yalnız   öz   gücünə
arxalanırdı,onun gücü isə iti ağlında,əyilməz iradəsində və qələbə əzmindəydi. 
Qay Yuli Sezar e.ə. 100-cü ildə doğulmuşdu.Əsil-nəcabəti ona yüksək mənsəb sahibi
olmağa   imkan   verirdi.Lakin   dikbaşlığı   ucbatından   o,Romanın   qüdrətli   hakimi
Sullanın qəzəbinə düçar olmuşdu.Sezarın qohumu Mari Sullanın hakimiyyət uğrunda
apardığı   mübarizədə   ən   təhlükəli   rəqibi   idi.Uzaqgörən   Sulla   yeniyetmə   gəncdə
gələcəyin güclü şəxsiyyətini görür və ə`yanlarına: Görərsiniz,bu Sezarda bir neçə
Mari mürgüləyir -deyə ehtiyatlı olmağı tapşırırdı.
Beləliklə,on səkkiz yaşlı Sezar İtaliyanı tərk etməli olur.Yolda o ,dəniz quldurlarına
əsir düşür.Onlar 20 talant bac tələb edirlər.O vaxtın hesabıyla ,bu, çəx böyük pul olsa
da,Sezar dikbaşlığından qalmır: Yə`ni məni belə ucuz tutursunuz? deyə girov pulunu
50 talanta qaldırır.Əsirlik qırx gün çəkir,Sezar isə sanki istirahətdəymiş kimi şe`r
yazır,tez-tez   xəyallara   dalır   amiranə   tərzdə   hamıdan   sakitlik   tələb   edir.O   hərdən
quldurlara   öz   şe`rlərindən   oxuyurdu,amma   onlardan   tə`rif   və   alqış   eşitməyəndə
əsəbləşir,     kəmsavad   və   barbar   adlandıraraq   söyür,hamısını   e`dam   edəcəyini
deyirdi.Quldurlar bu qəribə gəncin hərəkətlərini qəhqəhə ilə qarşılayır,təlxəklik kimi
qəbul   edirdilər.     Nəhayət   ,Sezarın   qohumları   tələb   olunan   pulları   gətirirlər   və
o ,əsirlikdən qurtarır.Azadlığa çıxmış Sezarın yubanmadan döyüş gəmiləri tutur,dəniz
quldurlarını tə`qib edərək onları haqlayır və söz verdiyi kimi çarmıxa çəkərək e`dam
etdirir.Bax,beləcə Sezar öz zarafat ını dəhşətli bir həqiqətə çevirmişdi.
Sullanın ölümündən sonra Sezar Romaya  qayıtdı.Lakin burada avaraçılıq onu tez
təngə gətirdi və o,Rodos adasına,məşhur ritorika müəllimi Apolloni Molonun yanına
gedib ondan natiqlik sənətini öyrənməyə başladı.Sezar müasiri,məşhur natiq Siseron
da  bu sənəti məhz Apolloni Molondan öyrənmişdi.Deyilənə görə ,Sezar ritorikanın
sirlərinə dərindən yiyələnmişdi və çox güclü natiq idi,lakin natiqlik onun məqsədi
deyildi,bu sənət ona şöhrət qazanmaq və hakimiyyətə  yiyələnmək üçün lazım idi.
    Bir   il   sonra   Sezar   yenidən   Romaya   qayıdır.Bu   dövrdə   o,artıq   natiqlik   sənətinə
yiyələnmiş   və   xeyli   həyat   təcrübəsi   qazanmışdı.Görkəmli   patrisilərə-əsil-nəcabətli
romalılara qarşı məhkəmə proseslərindəki ehtiraslı çıxışları,qara camaat üçün təşkil
etdiyi səxavətli məclislər ona sadə xalqın rəğbətini qazandırdı.Sezarın gündən-günə
artan   şöhrətindən   narahat   olan   bədxahları   tez-tez   Sullanın   sözlərini
xatırlayırdılar.Lakin Sezar yaxşı bilirdiki ,hakimiyyət uğrunda açıq mübarizəyə hələ
hazır deyil,buna görədə şəhərli cavanlara məxsus ədalarla rəqiblərini çaş-baş salır-
guya
 
hakimiyyətə
 
can
 
atmadığını
 
nümayiş
 
etdirirdi.
Krassla dostlaşıb onun rəğbətini qazanan Sezar,nəhayətki,İspaniyanın canişini təyin
olundu. İspaniyaya gedən yolda,kiçik əyalət kəndlərinin  yanından keçərkən Sezarın
ə`yanlarından biri soruşur :Görəsən   burada da adamlar vəzifə uğrunda bir -birini
didirlər?         -Bilmirəm,ancaq mən Romada ikinci olmaqdansa,burada birinci olmağı


üstün   tutardım!-deyə   Sezar   cavab   verir.   İspaniyada   Sezar   bir   çox   tayfaları   ram
edib,müharibədə   qazandığı   qənimətləri   səxavətlə   legionerlər   arasında
bölüşdürürdü.Onların   alqışlarını   eşidən   Sezar   birdən-birə   anlamışdıki,hakimiyyətə
gəlməkdə  ona  Romanın  yoxsul  camaatı  yox,yalnız sədaqətli  legionlar  kömək edə
bilər.Deyilənə   görə,bir   gün   İspaniyada   Herakl   məbədinə   gələn   sezar   burada
Makedonyalı  isgəndərin  heykəlini  görür  və  çox  kədərlənir.Səbəbini  soruşanda  isə
deyir:
-33 yaşında İskəndər,görün,necə ölkəni idarə edirdi,mən isə bu yaşa çatmışam,hələ
bir   şərəfli   iş   gərməmişəm.   İtaliyaya   qayıdandan   sonra   Sezar   yenidən   siyasi
mübarizəyə qoşulur.O,Pompeylə Krassı barışdırıb onlarla müttəfiq olur.Beləliklə e.ə.
60-cı   ildə   Romada   Pompeyi   ,Krassı   və   Sezarı   birləşdirən   hakimiyyət-   triumvirad
deyilən   üçlərin   ittifaqı     yaranır.Bu,gücün,qızılın   və   ağlın   birliyi   idi.Bu   qüvvədən
məharətlə   istifadə   edən   Sezar   e.ə.59-cu   ildə   Romanın   hakimi-konsulu   təyin
olunur.Ənənəyə görə Romanın bir il ərzində iki konsul bərabər idarə etməli idi. Lakin
Sezar işləri elə düzüb qoşdu ki,bütün hakimiyyət təkcə onun əlində cəmləşdi.İkinci
konsul Sezarın qorxusundan evində gizləndi və konsulluq dövrünün sonuna qədər
küçəyə   çıxmadı.Romalılar   həmin   ili   zarafatla   Yulinin   və   Sezarın   konsulluq   ili
adlandırırdılar.  Konsulluğu dövründə Sezar Romada yeni binalar tikdirdi.O,romalılar
üçün tez-tez məclislər qurur,qladiator döyüşləri təşkil edirdi. Bundan başqa, Sezar
əmr   etmişdiki   şəhərdə   baş   verən   yenilikləri   və   Roma   Senatının   məclislərindən
hesabatları bina divarları üzərində həkk etsinlər.Bu yazıları ilk qəzetlərin sələfidə
hesab etmək olar. Konsulluq dövrü sona çatdıqdan sonra Sezar Qalliyanın Romaya
məxsus hissəsinin canişini təyin olundu. Səkkiz il ərzində o ,bütün Qalliyanı fəth etdi
və Reyn çayını keçib uzaq Britaniyanın sərhədlərinə yaxınlaşan ilk Roma sərkərdəsi
oldu.   Bu   qələbələr   Sezara   məğlubedilməz   sərkərdə   şöhrəti,qalaq-qalaq   qızıl   və
legionların sədaqətini qazandırdı. Əskərlər onu əsl döyüş yoldaşı kimi sevir, Sezar isə
öz   nöbəsində   müharibənin   bütün   çətinliklərinə   onlarla   bərabər   qatlaşırdı-onlar
yediyindən   yeyir,   əskər   tonqalı   yanında   onlarla   bir   gecələyirdi.
Döyüşlərin birində bir dəstə legioner qiyam etmiş qalların mühasirəsinə düşdü.Sezar
cəmi 7 min əsgərlə qarlı dağları,keçilməz meşələri ,düşmən hücumlarını dəf edib onu
ümidlə gözləyən döyüşçülərinin köməyinə gəlmişdi.Bu keçid zamanı Sezar dəfələrlə
ölümlə   üz-üzə   gəlmiş   ,lakin   ölümü   əsgərlərin   etibarını   itirməkdən   üsdün
tutmuşdu.Çünki bu legionlarsız hakimiyyət arzusu boş bir xülya idi. 
Sezarın Qalliyadaki qələbələrinin zirvəsi Aleziya şəhəri yaxınlığında qallarla döyüşü
oldu.Bu döyüşdə Sezar 30-40 min romalıyla 470 minlik qall ordusunu darmadağın
etdi. 1 ildən sonra isə bütün Qalliya zəbt edildi.
Sonralar   Sezar   Qall   müharibəsi   haqqında   qeydlər     əsərinda   roma   əskərlərinin
şücayətini təsvir etdi.Bu əsər həmdə onun öz adını tarix üçün əbədiləşdirdi və yazıçı
kimi   də   tanıtdı.Qalliyadaki   qələbədən   sonra   Sezar   artıq   elə   bir   gücə   malik   idi
ki,hakimiyyət uğrunda mübarizədə ona mane olan hər kəsi açıq döyüşə çağıra bilərdi.
  Qədim yunan tarixcisi Plutarx e.ə. 50-ci illərin Roma respublikasını açıq dənizdə
yırğalanan   yelkənsiz   gəmiyə   bənzədirdi.Çoxları   belə   hesab   edirdiki,   Romanı
təkhakimiyətlilik xilas edə bilər.Diqtator simasında isə hamı Pompeyi görürdü.Krass
hələ   e.ə.   53-cü   ildə   şərqin   ən   güclü   dövləti   Parfiyaya   qarşı   müharibədə   həlak
olmuşdu. Lakin Sezar Roma siyasilərinin fikirlərini alt-üst etdi:artıq o,hakimiyyət


uğrunda   açıq-aşkar   vuruşurdu.Son   vaxtlar   Sezar   yunan   dramaturqu   Evripidin
sözlərini tez-tez təkrar edirdi:
Bil ki, əməl etməlisən sən həmişə qanuna,   Əgər onu pozursansa,poz hakimiyyət
naminə.
Hakimiyyət Pompeyi yaman çaşdırmışdı,yaxınlaşan təhlükəni duymur,özündən razı
halda fikirləşirdi ki,legionlar onun bircə işarəsinə bənddirlər;ayağını yerə vuran kimi
bütun İtaliyanı tutacaqlar.
E.ə. 49-cu ildə Sezar bircə legionla Romaya doğru hərəkət etməyə başladı.O,Qalliya
ilə İtaliyanın sərhəddində Rubikon adlanan çayın sahilində yürüşə fasilə verdi.Sezarın
tərəddüdünü anlamaq olardı:Rubikonu Keçmək respublikaya qarşı açıq qiyam demək
idi.
Deyilənə görə,Sezarın düşərgəsindən bir az aralı uca boylu ,yaraşıqlı bir gənc oturub
tütək   çalırmış.Döyüşçülər   yavaş-yavaş   onun   başına   toplaşırlar.Qəfildən   o   ,
əsgərlərdən birinin əlindən şeypuru alıb döyüş havası çalır və çaya atılıb o biri sahilə
dogru üzməyə başlayır.
-İrəli,irəli   Allahların   iradəsi   və   düşmənlərin   ədalətsizliyi   bizi   döyüşə   çağırır.Püşk
atılıb!-deyə Sezarda onun arxasınca suya atıllr.Bu səhnə cəsarətli,amma Allahlardan
qorxan   romalılara   çox   təsir   edir.Onlar   möcüzədən   ilhamlanır   Rubikonu
keçirlər.Tədbirli   Sezarın   ağlından   xəbərdar   olanlar   üçün   bu     möcüzənin   kim
tərəfindən   düşünüldüyünü   analmaq   çətin   deyil.Bu   tarixi   hadisədən   sonra   bir   çox
dünya qalqlarının dilində   Rubikonu keçmək  ifadəsi    nəyə isə  qəti qərar vermək
mənasında   işlədilir.Sezarın   çevikliyi   Senatı   iflic   vəziyyətinə   saldı.Keyləşmiş
Pompeyi hamı qınayır,istahsa ilə ona ayağını yerə vurmağı   təklif edirdilər. Özünü
itirən Pompeyçilər Balkanlara tərəf üz tutdular.Sezar paytaxda daxil oldu və özünü
Romanın sahibi kimi aparmağa başladı.Xalq tribunu Sezara xəzinədən pull götürməyi
isdədikdə   o   demişdi:   -Silah   qanunlarla   hesablaşmır.   Sonra   isə   tribunu   ölümlə
hədələyib əlavə etmişdi:  Allaha and olsun,bunu etmək mənim üçün deməkdən daha
asandır.Sezarla   Pompeyin   mübarizəsinin   taleyi   Balkanlarda   həll
olunurdu.Donanmanın   köməyi   olmadan   Sezar   öz   ordusunu   ərzaqla   təmin   edə
bilmirdi.Lakin döyüşcülər mərdlik və cəsarətlərini itirmir,vuruşurdular.Bununla belə
ilk döyüşdə pompey qələbə çaldı,amma Sezarı tam məğlub edə bilmədi.
Ağıllı bir manevrlə Sezar pompeyçiləri Donanmanın köməyindən məhrum etdi və
Farsal şəhəri yaxınlığında sərfəli mövqe tutdu.Burada e.ə. 48-ci ildə həll edici döyüş
baş verdi.Pompeyin 47 minlik piyada, 7 minlik süvari ordusuna qarşı Sezar 22 minlik
piyada   və   1000   nəfərlik   süvari   qoşunu   çıxardı.   Pompeyin   süvari   dəstəsi   əla
silahlanmış   gənc   roma   kübarlarından   ibarət   idi.   Onlar   hücuma   keçərkən   qəflətən
Sezarın   əhtiyatda   qalan   leygionlarının   əks   zərbəsiylə   üzləşdilər.   Sezarın   əmriylə
zərbələr   düşmənlərin   sifətinə   endirilməliydişcavan   və   gözəl   romalılar   sifətlərinin
yaralanıb eybəcərləşəcəyindən qorxaraq qaçmağa üz tutdular.Hücum alınmadı, atlılar
geriyə çəkilərək elə öz piyadalarını əzdilər. Sezar ordusunu əks-hücumu pompeyçiləri
tamamilə darmadağın etdi.
Olan-qalan gücünü itirən Pompey Misirə qaçmağa  məcbur oldu və orada fironun
satqın   əyanları   tərəfindən   öldürüldü.İskəndəriyyəyə   gəlmiş   Sezara   yaltaq   əyanlar
Pompeyin  başını  göstərdilər.Lakin Sezar  üzünü  çevirdi  və deyijənə  görə  hətta öz
qüdrətli düşməninin cəsədi üzərində göz yaşı tökdü.Bu siyasətçi hiyləgərliyi idi,yoxsa


səmimi peşmançılıq-indi heç kim bunu dəqiq deyə bilməz.   Sezar bir çox Roma
kübarlarını   əvf   etdi   və   hətta   öz   əhatəsinə   yaxınlaşdırdı.Misirdə   isə   o,əyanların
hakimiyyət uğrunda mübarizəsinə qarışıb cazibədar Kleopatranı taxt-taca oturtdu.
Tezliklə Sezar Asiyaya yürüş etdi və cəmi üç legionla elə birinci döyüşdə Pont kralı
Farnaka qalib gəldi.Romaya məktubunda bu hadisəni o,üç kəlməylə təsvir etmişdi
Veni ,vidi,   vici
-Gəldim,gördüm , qələbə çaldım.     Romaya qayıdandan sonra Sezar beş qələbəsini
birdən bayram etdi.Əsgərlərə bahalı hədiyyələr,torpaq paylanır,qara camaata isə hər
gün ziyafətlər verilir,tamaşalar göstərilirdi.Üstəlik  vergiləri də azaltmışdılar.  Artıq
e.ə. 45-ci il idi.Sezarı Romanın qüdrətli hakiminə çevirən Rubikon keçidindən düz 4
il ötürdü...
    E.ə. 44-cü ilin 15 mart səhəriydi.Dan yeri hələ sökülməmişdi.Sezar bütün gecəni
oyaq qalmışdı.Nə idi onu narahat edən,qəlbini ağrıdan?Neçə müddət əvvəl bir falçı
ona mart ayının ortalarında sui-qəsddən qorunmağı məsləhət görmüşdü...
...Sui-qəsd?!Bu   kimin   ağlına   gələ   bilərdi?Nankorlar...Mən   axı   müharibədən   sonra
hamınızı   bağışladım,hamınızı   mənsəb,vəzifə   sahibi   etdim.Pompeyin   heykəlini
Senatda   saxlatdıran   mən,bunları   isə   mənim   pulların   üstünə   döyülən   şəklim
əsəbiləşdirir!Deyirlər,guya  respublikanın   qanunları  pozulur.İkiüzlülər...Onlar  ancaq
öz hakimiyyətlərini bərpa etmək istəyirlər.Hələ bu qara camaatı demirəm...həmişə
onlara   qahmar   çıxan   mən,Sezar   deyildimmi?Mükafatım   nə   oldu?Sədaqətli   Mark
Antoni   başıma   tac   qoymaq   istəyəndə   alqış   əvəzinə   eşitdiyim   bir-iki   çəpik   səsi
oldu,ona   görə   tacdan   da   imtina   etdim.   Nanəciblər!!!Azadlıq   istəyirlər!Nəylərinə
lazımdır azadlıq-Forumda xırıldayana kimi qışqırmaq üçün,yalan danışmaq,bir-birini
aldatmaq üçün?!Mən onlara sakit həyat,tox güzəran bəxş edirəm,onlar isə kif   iyi
verən   hüquqlardan   danışırlar.Eybi   yox,tezliklə   Sezarın   qarşısında   diz
çökəcəksiniz!...Mən qüdrətli parfiyalılar üzərinə yürüş edib onları fəth edəcəyəm,öz
legionlarımı Xəzərin sahillərindən və Qafqazdan keçirib Skif çöllərinə ,Almaniyaya
aparacağam.Makedoniyalı   İskəndərin   yürüşlərini   kölgədə   qoyacağam.Romanın
sərhədlərini Okeana qədər genişləndirəcəyəm.Bax,onda hamı,hamı Sezarı Romanın
tək hakimi kimi tanıyacaq...
Sezar   Romada   500   ilə   qədər   mövcud   olan   demokratiya   ən`ənələrini
pozurdu.Doğrudur,e.ə. 1-ci yüzillikdə Roma daha bu ənənələrlə yaşaya bilmirdi,lakin
Respublika hələ təkhakimiyyətliliyi də qəbul etməyə hazır deyildi.
E.ə.   44-cü   ilin   martında   Sezara   qarşı   sui-qəsd   artıq   hazır   idi.Bu   sui-qəsdin
təşkilatçılarından biri vaxtilə   Sezarın əfv etdiyi və özünə çox   yaxın saydığı Mark
Yuni Brut idi.Çevriliş arzusunda olanlar nə vaxtsa Romanın sonuncu çarı Tarkvinini
devirən   Brutu   nəzərdə   tutaraq   divarlara     Sən   Brut   deyilsən!sözlərini   yazır,onu
qıcıqlandırır və xəyanətə təhrik edirdilər.
Martın   15-i   gəlib   çatdı.Bir   qədər   tərəddüddən   sonra   Sezar,nəhayət   ki,Senatda
çağırılan vacib yığıncağa getməyə qərar verdi.Yolda o ,tanış falçıya rast gəldi və
zarafatla ona dedi: Öz aramızdır,martın ortası gəldi ha.... Doğrudur,gəlib,amma hələ
keçməyib-deyə  falçı cavab verdi.
Sezar   Senata   daxil   olub   əyləşən   kimi   sui-qəsdçilər   ona   hücum   etdilər.Əlbəyaxa
vuruşma   başladı.Sezar   özünü   müdafiə   etməyə   çalışırdı,amma   qatillərin   arasında
Brutu görəndə əl-ayağı soyudu.


-Sən   sə,övladım?Brut,sən   də?-deyə   toqasını   başına   çəkib   daha   müqavimət
göstərmədi.Qatillər ona 23 bıçaq  yarası  vurdular.Sezar həmişə  ona göz dağı olan
Pompeyin heykəlinin ayaqları altında həlak oldu.
Ertəsi gün Brut Sezarın öldüyünü və Respublikanın bərpa olunduğunu  camaata xəbər
verdi.Lakin   heç   kəsdən   səs   çıxmadı.Bu   o   demək   idi   ki,Respublika   hələ   Sezarın
ölümündən xeyli qabaq iflasa uğramışdı.
İllər   keçəcək,Sezarın   varisi   Oktavian   Avqust   respublikaçıları   məğlub   edib   dahi
sələfin   başladığı   işi   sona   çatdıracaq,yeni   idarəetmə   sistemi   –imperiya
yaradacaq.Sezarın   şərəfinə   bütün   Roma   imperatorları   adlarının   önünə   fəxrlə   dahi
sərkərdə və hökmdar Qay Yuli Sezarın adını əlavə edəcəklər. 
 Qədim Roma əvvəlcə şəhər-dövlət, sonralar (e.ə. 3 əsrin sonundan) Avropanın qərb
və   cənub-şərq   hissələrinin,   Kiçik   Asiyanın,   Şimali   Afrika   sahilinin,   Suriya   və
Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin
varisləri Romul və Rem tərəfindən salınmışdır. Romanın tarixi ənənəvi olaraq üç
dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və
ya 27), İmperiya və ya prinsipat dövrü (e.ə. 30 və ya 27-eramızın 193 ili) və dominat.
Roma dövlətinin tarixində ordu böyük rol oynamışdır. Romalılar əvvəlki quldarlıq
dövlətlərinə nisbətən daha mükəmməl, nizami ordu yarada bilmişdilər. Onun əsas
qüvvəsi koqorta və manipulalara bölünmüş legiondan ibarət olan piyada idi. Süvari
qoşunu yardımçı rol oynayırdı.E.ə. 2 əsrin ortalarında Aralıq dənizi sahilinin bir çox
ərazisi Roma tərkibinə qatıldı və Roma əyalətləri yarandı. Lakin sinfi ziddiyyətlərin
hədsiz kəskinləşməsi böyük üsyanlara - Siciliyada qul üsyanlarına və Kiçik Asiyada
Aristonikin üsyanına səbəb olmuşdu. Kəndlilərin torpaq uğrunda mübarizəsinə Qrakx
qardaşları başçılıq etdilər. E.ə. 133 ildə xalq yığıncağı ictimai torpaqların tutulmasını
məhdudlaşdırmaq haqqında qanun qəbul etdi. Siyasi qruplaşmalar - optimatlar ilə
populyarlar   arasında   silahlı   mübarizə   şiddətləndi.   Xarici   siyasətdə   Yuqurta
müharibəsinin   (e.ə.   111-105)   əvvəlində   Roma   ordusu   məğlubiyyətə   uğradı.
Müttəfiqlər müharibəsi (e.ə. 90-88) nəticəsində Roma italiklərə vətəndaşlıq hüququ
verməyə məcbur oldu. Sulla və Mari tərəfdarlarının mübarizəsi (e.ə. 87-82) köhnə
siyasi quruluş formalarının yeni şəraitə uyğun gəlmədiyini göstərdi. E.ə. 82 ildə Sulla
müddətsiz diktator oldu; xalq yığıncağının və xalq tribunlarının rolu heçə endirildi.
Sullanın rejimi geniş müxalifət doğurdu və o, e.ə. 79 ildə səlahiyyətindən əl çəkməyə
məcbur oldu. Qədim dövrün ən böyük qul üsyanlarından olan Spartak üsyanı (e.ə. 74
və ya 73-71) Romada ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermişdi. Siyasi
qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə şiddətləndi. E.ə. 60 ildə Qney
Pompey,   Mark   Lisini   Krass   və   Yuli   Sezar   ittifaq   bağlayaraq   birinci   triumvirat
yaratdılar. Lakin onların arasında təfriqə düşdü və yeni mübarizə Sezar diktaturasının
qurulması ilə nəticələndi. O, yeni əraziləri (Qalliya, Britaniya və s.) işğal etdi. Sezar
öldürüldükdən (e.ə. 44) sonra ölkədə bir neçə il vətəndaş müharibəsi davam etdi və
Oktavianın qələbəsi ilə 
     E.ə 49-cu ilin əvvəlində Sezar, İtaliyanı Qalliyadan ayıran Rubikon çayını keçdi,
və sürətli hücumla Şimali İtaliyanı ələ keçirdi. Pompey və onun tərəfdarları hətta
dövlət   xəzinəsini   götürə   bilməyərək   Romadan   qaçdılar.   Pompeyin   qoşunlarının
mühüm   hissəsi   Korfini   yaxınlığında   təslim   oldu,   Pompeyin   özü   beş   leqionla
Brindiziyə çəkildi, oradan isə Yunanıstana keçdi. E.ə 49-cu ilin iyul-avqust aylarında


Sezar, Pompeyin yeddi leqionu durduğu İspaniyaya yollandı, və onları təslim olmağa
məcbur etdi. Sonrakı 48-ci ildə Sezar Yunanıstana keçdi. Uzun hərbi əməliyatlardan
və   Dirraxi   yaxınlığındakı   məğlubiyətdən   sonra   o   Pompeyi   Farsalda(Fessaliyada)
həlledici döyüşdə məğlub etdi. Pompey Misirə qaçdı, ancaq Misir hakimyəti onun
yerə   enməsinə   belə   imkan   vermədilər:   o   sahilə   yaxınlaşmaqda   olan   qayıqda
öldürüldü. Pompeyi qovaraq, Sezar kiçik dəstə ilə İskəndəriyyəyə gəlir, və burada
XII   Ptolemeylə   onun   bacısı   Kleopatra   arasındakı   sülalə   mübarizəsinə   qarışır.
Ptolemeylə   uzun   və   təhlükəli   müharibədən   qalib   çıxan   Sezar   taxta   Kleopatranı
otuzdurur. Sezarın olmamasında istifadə edən Pompeyin tərəfdarları Afrikada böyük
qoşun   toplayırlar.  Burada  onları  Numidiya  çarı  Yuba  dəstəkləyir.  Mitridatın  oğlu
Farnak   Romada   vətəndaş   müharibəsindən   istifadə   edərək,   öncə   itirdiyi   əraziləri
qaytarmağa başlayır. Sezar ona qarşı hərəkət edir. E.ə 47-ci ilin avqustunda Farnak
məğlub   edilir.   Bundan   bir   az   avqustunda   Taps   yaxınlığında   pompeyanları
darmadağın edir. Afrikada Sezar əleyhinə olan koalisiyanın üzvlərinin,Katon və Yuba
daxil, bütün rəhbərləri məhv 
  
 İtaliyanın istila edilməsindən sonra Romanın təcavüzkar baxışları, artıq neçə
ildir Roma ilə Karfaqen arasında uğrunda mübarizə getdiyi, Siciliyaya yönləndi. E.ə
III əsrin 60-cı illərinəcən Karfaqen demək olar ki bütün adanı işğal etmişdi. E.ə 289-
cu ildə Sirakuza qarşı onların cənubi italyan muzdluları qalxdılar,mamertinlilər, hansı
ki   Messana   şəhəri   ilə   birlikdə   adanın   bütün   şimal-şərq   hissəsini   zəbt   etdilər.
Mamertinlilərlə mübarizəni Sirakuzun çarı olandan Qiyeron başçılıq etdi. E.ə 265-ci
ildə   o   düşməni   döyüşdə   məğlub   etdi   və   Messananı   mühasirəyə   aldı.   Çıxılmaz
vəziyyətə düşən mamertinlilər iki hissəyə bölündülər: bir hissəsi Karfagenə müraciyət
etdi,   o   birisi   -   Romaya.   Karfaqenlilər   özlərini   birinci   çatdırdılar,   lakin   romalılar
Messanaya daxil olun oradan pun qarnizonunu sıxışdırıb çıxardılar. Bu Birinci Pun
müharibəsinin başlanğıcı oldu (e.ə 264-241-ci illər).
Tərəflərin qüvvələri müxtəlif idi. Karfaqen dənizdə üstünlüyə malik idi, Romanın isə
heç   donanması   yox   idi.   Roma   həm   də   sayca   üstün   idi   və   karfaqenli   muzdlular
romalılardan   keyfiyyətsiz   olmasalar   da,   onlar,   romalıların   polis   yığma   qoşununa
nisbətən, olduqca daha az etibarlı və idarəolunan idilər. Karfaqenin daha güclü süvari
qoşunu   vardı,   başqa   bir   üstünlük   onun   sabit   komandan   heyyəti   idi.   Nəhayət
Karfaqenin daha böyük maddi qaynaqları vardı. Siciliyadaki müharibə romalılar üçün
uğurla başladı. E.ə 264-263-cü illərdə onlar karfaqenlilərin və Sirakuzun birləşmiş
qüvvələrini darmadağın edərək, Sirakuz hakimi Qiyeronu onlarla anlaşma və ittifaq
bağlamağa məcbur etdilər. E.ə 262-ci ildə Karfaqenin Siciliyadaki dayaqlarından biri
Aqriqent zəbt olundu. Lakin tezliklə aydınlaşdı ki, dənizdə ağalığı təmin etməmiş
Karfaqen üzərində qələbə mümkün deyil. Çox qısa vaxt ərzində Roma donanma tikir.
E.ə 260-cı ilin yazında Mila yaxınlığından romalılar dənizdə ilk qələbəyə nail olurlar,
və   256   ildə   Afrikaya   böyük   donanma   göndərirlər.   Eknom   burnu   yaxınlığında
karfaqenlilər yenə məğlubiyyətə uğrayırlar. Romalılar Afrikaya enirlər və bir neçə
şəhəri   zəbt   edirlər.   Karfaqen   məğlubiyyət   həddində   idi,   lakin   gücünü   toplayaraq
punlar   konsul   Requlun   böyük   desant   ordusunu   darmadağın   edirlər.   Afrikadakı
məğlubiyyətdən sonra Roma donanması iki dəfə dənizdə ştorma düşüb məhv olur.
Ancaq 250 ildə romalılar Panorm yaxınlığında qələbə qazanırlar, və indi Karfaqenin
Siciliyada iki böyük dəniz istehkamı qalır - Drepana və Lilibey. Buna baxmayaraq


Roma   bu   uğuru   gerçəkləşdirə   bilmədi.   247   ildə   Siciliyaya   istedadlı   karfaqenli
sərkərdə   Qamilkar   Barka   gəlir.   Öz   bazalarına   dayanaraq   Qamilkar   romalıların
hucumunu   tamamilə   iflic   edir.   Az   qüvvələrlə   və   xərclərlə   karfaqenlilər   uğurla
düşmənin tükənməsi üçün müharibə aparırdı. 242 ildə dövlətə borc vermiş, xüsusi
şəxslərin vəsaiti hesabına, yeni donanma tikilir, 241 ilin martında isə konsul Lutasi
Katul karfaqenliləri Eqat adaları yaxınlığında məğlub edir və Qamilkarın Afrika ilə
əlaqəsini kəsir. Karfaqen sülh bağlamağa məcbur olur. E.ə 241-ci ilin müqaviləsinə
görə   Karfaqenin   bütün   Siciliya   mülkləri   Romaya   keçir.   Karfaqen   3200   talant
kontribusiya verməyə məcbur olur.   Pun müharibələri (e.ə. 264-146, adı punlardan,
yəni karfagenlilərdən gəlir) — Karfagenlə Qədim Roma arasında əvvəlcə Siciliyada,
sonra Aralıq dənizinin bütün qərb sahilində hökmranlıq uğrunda müharibələr.
1-ci Pun müharibəsi (e.ə. 264-241) Siciliya uğrunda aparılırdı. Romalılar dənizdə bir
sıra qələbələr (e.ə. 260, 256, 251, 241) qazandılar. E.ə. 241 ildə Roma Siciliyanı
(Sirakuza və ətrafından başqa) və bəzi adaları, sonra isə Sardiniya və Korsikanı ələ
keçirdi. 2-ci Pun müharibəsi (e.ə. 218-201) Karfagenin qisas cəhdindən doğmuşdu.
E.ə. 218 ildə Hannibalın ordusu Alpı keçirdi və Po dərəsinə daxil oldu. Trazimen
gölü   (e.ə.   217)   və   Kann   (e.ə.   216)   yaxınlığındakı   vuruşmalarda   Roma   ordusu
darmadağın  edildi. E.ə. 212  ildən romalılar  təşəbbüsü   ələ keçirdilər. Metavr  çayı
yaxınlığında   (e.ə.   207)   qələbə   qazanan   romalılar   Zama   yaxınlığındakı   həlledici
vuruşmada   Hannibalın   ordusunu   darmadağın   etdilər   (e.ə.   202).   E.ə.   201   ildə
bağlanmış müqaviləyə görə Karfagen Afrikadakı ərazisi ilə kifayətləndi, donanmadan
məhrum oldu, böyük təzminat verməyə məcbur edildi. 3-cü Pun müharibəsində (e.ə.
149-146) Karfagen məğlub oldu və dağıdıldı (e.ə. 146), sakinləri isə kölə kimi satıldı.
Pun müharibələr nəticəsində Roma Aralıq dənizinin ən güclü 
E.ə 241-ci ildən sonra tərəflər yeni müharibəyə hazırlaşmağa başladılar. Karfaqenlilər
İspaniyada güclü baza yaradırlar. Roma əleyhinə siyasətin başında, Qamilkarın, onun
yeznəsi Qazdrubalın, sonra isə oğulları Hannibal, Qamilkar və Maqonun başçılığı
altında, Barkidlər partiyası durdu. Roma da fəal xarici siyasət aparırdı. E.ə 238-ci ildə
o Karfaqenin daxili siyasi çətinliklərindən istifadə edərək Sardiniyanı zəbt etdi. E.ə
225-222-ci illərdə romalılar, qall tayfaları olan boyi və insubrları məğlub edərək Po
çayı vadisini istila etdilər. Şimalda, Romanı Tsizalpin Qalliyasının əsas şəhəri olan
Mediolanla(gələcək Milan) birləşdirən Flamini yolu adlandırılan yol tikildi. İlliriya
müharibələri (e.ə 230-228 və 220-219) gedişində romalılar Adriatik dənizinin şərq
sahili zolağını zəbt etdilər və oranı illiriyalı piratlardan təmizlədilər. Bu Romanın
Balkanlarda ilk zəbtləri idi. Bu uğurlar Makedoniya ilə mübahisəyə təkan verdilər.
Müharibənin Karfagen üçün uğursuz nəticəsi ölkədə kəskin sosial ziddiyətlər yaratdı
- muzdlu əskərlərin, liviyalı kəndlilərin və qulların üsyanı(Karfagen muzdlularının e.ə
241-239-ci illər üsyanı)dövləti fəlakət həddinə gətirdi. Görkəmli sərkərdələr və siyasi
xadimlər   Matos,   Spendiya   və   Avtaritin   rəhbərliyi   ilə   üsyançılar   qurudan   Utikanı,
Hippon-Diariti və Karfageni mühasirəyə aldılar. Bu böhranlı vəziyyətdə Karfagen
hökuməti üsyanın yatırılmasını Qamilkar Barkaya tapşırdı. Uzun və çətin kampaniya
nəticəsində o üsyançıları darmadağın etdi. Üsyanın yatırılmasından sonra fəal işğalçı
siyasətini tələb edən, Karfagenin tacir-sənətkar dairələrinə başçılıq edən Qamilkar
Barkanın   nüfuzu   xeyli   artdı.   Qamilkar   Barkanın   fikrinə   görə   Roma   ilə   yeni
müharibənin   dayaq   mövqeyi,   ərazisində   Karfagenin   müttəfiqləri   olan,   İspaniya


olmalıydı. E.ə 237-ci ildə o Pireney yarımadasına endi və onun məqsədyönlü işğalına
başladı.   Onun   ölümündən   sonra   bu   siyasəti   onun   yeznəsi,   Karfagen   demokratik
hərəkatının rəhbərlərindən biri Qasdrubal davam etdirdi, onun ölümündən sonra isə
Qamilkar Barkanın oğlu Hannibal. Karfagenin demokratik təbəqələri Hannibalın ali
baş komandanlığda təstiq olunmasını, ciddi müqavimət göstərən oliqarxiyadan tələb
etdi.   Nəticədə   Karfagendə   hərbi   diktatura   yarandı;   siyasətin   əsas   istiqamətlərini
İspaniyada   olan   Hannibal   müəyyən   edirdi.   E.ə   221-220-ci   illər   ərzində   Hannibal
İbera(Ebro) çayından cənuba bütün Pireney yarımadasını zəbt etdi. E.ə 219-cu ildə
Hannibal, Romanın müttəfiqi olan, İspaniya şəhəri Saquntu zəbt etdi, və bu İkinci
Pun müharibəsinə bəhanə oldu(e.ə 218-201 illər) Romalılar Karfaqenə kombinasiyalı
zərbə   endirmək   niyyətində   idilər.   Konsul   Publi   Sçipionun   komandanlığı   altında
ordulardan   biri   İspaniyaya   göndərildi,   ikincisi   konsul   Semproni   Lonqun
komandanlığı altında Afrikaya istiqamətləndi. Bu niyyət Hannibalın strateji planı ilə
iflic edildi. Ən əvvəldən o müharibəni İtaliyaya köçürmək qərarına gəldi. Öz taktiki
üstünlüyünə  dayanaraq,  Hannibal  romalıları darmadağın  edib və  iflasa   uğradaraq,
italik ittifaqını dağıtmaq və Romanı kapitulyasiyaya məcbur etmək istəyirdi. Roma
əleyhinə koalisiyaya qalların, Sirakuzun və Makedoniyanın qatılması əlavə amil oldu.
Romalıların dənizdə ağalığına görə Hannibal quru yolla Qalliya və Alplar arasından
getmək qərarına gəldi. E.ə 218-ci ilin mayın əvvəlində Hannibal Yeni Karfaqendən
çıxaraq şimala doğru hərəkət etdi. O Pireneyləri keçib tezliklə Rodana(müasir Rona)
yaxınlaşdı, və burada İspaniyaya yollanan Sçipionla qarşılaşır. Toqquşmadan uğurla
qaçaraq, Hannibal Alplara yaxınlaşır. Polibinin dediklərinə görə Hannibalın ordusu
90 min piyada və 12 min atlıdan ibarət idi. Karfagenilərin fillərdən ibarət korpusu da
vardı.   Pireneylərdən   İtaliyaya   qədər   yol,   romalıların   yerli   müttəfiqləri   ilə   yaxud
sadəcə   yerli   tayfalarla   mübarizədə   keçdi.   Bu   dağ   silsiləsindən   15   günlük   keçid
yürüşün ən çətin mərhələsi olur, Hannibalın xəritələri yox idi, və o yerli bələdçilərə
güvənməli   idi.   Çox   guman   ki   karfagenlilər   yolda   ordunun   yarısını   və   fillərin
çoxusunu   itirdilər.   Ordunun   yarısı   çətin   şəraitdə   məhv   olur,   və   ancaq   senyabrın
sonunda, 20 min piyada və 6 min atlısı olan kiçik ordu ilə Po çayı vadisinə daxil olur.
Burada onun ordusuna romalılar tərəfindən bu yaxınlarda tabe edilən qallar qoşuldu.
Hannibalın   niyyəti   tamamilə   həyata   keçir.   Roma   ordusu   gecikdi   və   Hannibalın
Rodan(Rona)çayı üzərindən keçməsinə əngəl ola bilmədi. E.ə 218-ci ilin sonunda
Hannibalın   ordusu   Pada(Po)çayının   yuxarı   axarında   peyda   oldu.   Tisian   yanında
romalıların suvariləri, 218 ilin dekabrında isə Trebi yanında Sçipionun və Lonqun
birləşmiş   orduları   Hannibal   tərəfindən   darmadağın   edilir.   O,   Trebi   yanındakı
vuruşmada ilk dəfə, sonralar Kann vuruşmasında parlaq nəticə verən - cinahdan alma
- taktikini istifadə edir. E.ə 217-ci ildə konsul Qay Flamininin komandanlığı altında
romalı ordusu Etruriyadaki Arresi şəhəri yaxınlığında karfaqenlilərin cənuba yolunu
kəsir. Bir neçə gün ərzində Hannibal Arno çayının bataqlıqlı vadisi ilə dolanaraq,
romalıların   arxalarında   peyda   olur.   Flamini   onları   qovmağa   başlayır.   Hannibal
Trazimen gölü yaxınlığında pusqu qurur. Burada e.ə 217-ci ilin 21 iyununda göl ilə
ona   yaxınlaşan   dağların   arasında   romalıların   30   minlik   ordusu   məhv   edilir.
Flamininin   özü   də   öldürülür.   İkinci   konsul   da   məğlub   olur.   Roma   təşviş   içində
Hannibalın Romaya varmasını gözləyir, ancaq Hannibal İtaliyanın cənubuna doğru
hərəkət edir. Romalılar komandanlığı diktator təyin olunan Kvint Fabiya verirlər.


Fabi müharibənin üsulunu dəyişir. O romalı sərkərdələrdən, yeni üsul tətbiq edən ilk
sərkərdə   olur.   Diktator   Hannibalın   ardınca   yürüyürdü,   onu   kiçik   toqquşmalarla
narahat   edərək   həlledici   vuruşmadan   qaçırdı(buna   görə   o   "Kunktator"   yəni
yavaşlayan,   ayamasını   almışdı).   Fabinin   strateqyası   özünü   doğruldan   yeganə
strateqiya idi, ama o müharibənin üzanmasına və kəndlilərin müflis olmasına aparırdı
və buna görə də Romada narazılıqla qarşılanırdı. E.ə 216-cı ildə demokratların lideri
və   hucum   taktikasının   tərəfdarı   Mark   Terrensi   Varron   və   aristokrat   Emili   Pavel
konsul   seçilirlər.   Romalılar   Hannibala   həlledici   döyüş   verməyə   qərara   alırlar;   e.ə
216-cı   ilin   avqustun   2   də   ordular   Apuliyada   Kann   yaxınlığındakı   düzdə
görüşürlər.Romalıların sərəncamında 80 min piyada və 6 min suvari vardı. Vuruşma
romalıların dəhşətli məğlubiyyəti ilə nəticələndi: romalı ordu dövrəyə alındı və 70
min   adam   döyüş   meydanında   qaldı.   Bu   Romanın   və   onun   müttəfiqlərinin
qaynaqlarının 1/3 idi. Döyüşdə Emili Pavel öldürüldü, Varron isə ordunun qalıqları
ilə qaçdı. Məğlubiyyət Romanı fəlakət həddinə gətirdi, və ancaq inanılmaz cəhdlər
hesabına senat bu vəziyyətdən qurtula bildi. Bütün qüvvələr səfərbər olundu. E.ə 215-
ci ilə qədər romalıar 20-25 leqion saxlayırdılar, iki legion azad olunmuş qullardan
ibarət   idi.   Kann   məğlubiyyətinin   başqa   təhlükəli   nəticəsi   İtaliyanın   cənubunun
Hannibalın tərəfinə keçməsi oldu: ilk növbədə samnitlərin, lukanların və apulların;
216-cı ilin payızında karfaqenlilərə Kapuya qoşuldu. Əksinə Orta İtaliya Romaya
sadiq qaldı. Kann Roma üçün yaxşı dərs oldu. Böyük vuruşmalardan qaçaraq və
düşməni kiçik toqquşmalarla yoraraq, romalılar yavaş-yavaş, lakin mütəmadi olaraq
Hannibalı   cənuba   sıxışdırırdılar.   E.ə   214-cu   ildə   romalılar   Hannibalı   Noladan
sıxışdırdılar   və   Lukaniyada   hucuma   keçdilər.   E.ə   214-211-ci   illərdə   hər   iki   tərəf
Apuliyada,   Lukaniyada   və   Samnidə   mövqe   müharibəsi   aparırdılar.   Ancaq,tezliklə
Roma   yeni   uğursuzluqlara   uğradı.   Hannibalın   böyük   anti-Roma   ittifaqının
yaradılması yolundaki çabaları həyata keçməyə başladı. Müharibə bütün Qərbi Aralıq
dənizi   hövzəsini   bürüdü.   E.ə   211-ci   ildə   karfaqenlilər   əlavə   yardım   alaraq,
İspaniyadakı romalı qoşunlarını məhv etdi; 214-cü ilin yayında Sirakuzda Karfaqen
yönlü   partiya   qalib   gəldi.   Karfaqenlilər   bundan   istifadə   edərək,   adanın   böyük
parçasını tutdular. Təxminən eyni vaxtı Hannibal, Romaya qarşı hərbi əməlyyatlara
başlayan, makedoniyalı çar V Filiplə saziş bağladı. Romalılar müdafiyə olunurdular.
Onlar, Filipi neytralize edən yunan şəhərlərinin güclü koalisiyasını yarada bildilər.
E.ə 211-ci ildə romalılar iki illik mühasirədən sonra Sirakuzu aldılar. Talan vaxtı
Sirakuzun müdafiyəsinin təşkilatçısı məşhur alim Arximed öldürüldü. Karfaqenlilər
Siciliyadan   sıxışdırıldılar.   E.ə   211-ci   ildə   romalılar   Kapuyanı   mühasirəyə   aldılar,
Hannibalın   mühasirəni   qırmaq   cəhdləri   puç   oldu.   Romalı   qoşunların   Kapuyadan
yayındırmaq məqsədi ilə Hannibal nümayişkaranə surətdə Romaya yaxınlaşdı. Roma
həndəvərində   karfaqenlilərin   görünməsi   şəhərdə   təşviş   yaratdı.   Lakin   Hannibal
qüvvəsinin yetərsizliyini anlayaraq, şəhərə hucum etməyə cəhd etmirdi. Romalılar
Kapuyanın   mühasirəsini   kəsmədilər,   Hannibal   Romadan   uzaqlaşdı,   Kapuya   isə
süquta   uğradı.   Kapuyanın   süqutu   Hannibalın   İtaliyadakı   müttəfiqlərinin   ondan
uzaqlaşmasına səbəb oldu. İki ildən sonra romalılar Tarenti aldılar. E.ə 210-cu ildə
Roma,   218-ci   ilin   konsulunun   oğlu   gənc   sərkərdə   Publi   Sçipionun   başçılığı   ilə
hucuma keçdi. İspaniyaya göndərilərək, o Barkidlərin ispan dövlətinin mərkəzi Yeni
Karfaqeni   zəbt   edərək,   e.ə   207-ci   ilədək   karfaqenliləri   İspaniyadan   sıxışdırdı.


İtaliyada müharibə uzandı. Romalılar Hannibalı Bruttiyə sıxışdırdılar. Onun üzərində
hər kiçik qələbə romalılara baha otururdu. İtaliyadakı çoxillik müharibə onun insan
və   maddi   qaynaqlarının   tükənməsinə   aparırdı.   Hannibalın   strateqiyası   az   qaldı
Romanın   məğlubiyyətinə   gətirsin.   E.ə   208-ci   ildə   romalıların   üzərində   ölümcül
təhlükə asıldı: Hannibalın qardaşı, Qasdrubalın güclü ordusu Alpları keçərək onun
köməyinı yollandı. Ama e.ə 207-ci ilin yazında Metavr çayında karfaqenlilər məğlub
oldular, Qasdrubal isə döyüşdə həlak oldu.
İspaniyadan qayıdan Sçipion yeni hərəkət planı təklif etdi. O müharibənin Afrikaya
köçürülməsinə nail oldu. E.ə 204-cü ildə Sçipionun ordusu Utika yaxınlığında sahilə
endi. Romalıların uğurları Karfaqen hökumətini Hannibalı İtaliyadan geri çağırmağa
məcbur   etdi.   E.ə   202-ci   ilin   payızında   Sçipion   və   onun   müttəfiqi   Numidiya   çarı
Masinissa   Karfaqendən   cənubda   yerləşən   Zamada   Hannibal   üzərində   qələbə
qazandılar. Karfaqen məğlub oldu.
E.ə 201-ci ildə Roma və Karfaqen, Romanın qələbəsini və Karfaqenin məlubiyyətini
bildirən müqavilə bağladılar. Sonuncu Afrikadan kənarda olan bütün mülklərindən
imtina etdi, bütün gəmilərini və fillərini təhvil verdi, və 10 min talant kontribusiya
ödədi.   Bundan   başqa   Karfaqen   Romanın   icazəsi   olmadan   müharibə   aparmaq
hüququndan   məhrum   edildi.   Karfaqenin   sərhədində   onun   qəddar   düşməni   olan
Masinissanın çar olduğu Numidiya çarlığı yarandı.
Karfaqenin Masinissa ilə mübahisəsindən istifadə edən romalılar yeni müharibəyə
başladılar.  Üçüncü  Pun müharibəsi  (e.ə 149-146)belə başladı.   E.ə  149-cu  ildə 80
minlik romalı ordusu Karfaqeni mühasirəyə aldı. İki il uğursuz mühasirədən sonra
romalı ordunun başında Publi Korneli Sçipion Kornelian durdu. E.ə 147-ci ildə o
şəhərin həndəvərini aldı və Qazdrubalın səhra ordusunu darmadağın etdi. E.ə 146-ci
ilin yazında Karfaqen alındı. Senatın əmri ilə şəhər qazıldı, onun durduğu yerə lənət
oxundu. 55 min karfaqenlini qul kimi satıldı. Karfaqenin keçmiş mülkləri Romanın
Afrika əyalətinə çevrildi.
         Romanın apardığı müharibələr ölkəyə qul axınını çoxaltdı. Buna görə, kəndli
əməyini ucuz qul əməyi sıxışdırırdı. Varlı quldarlar kəndlilərin torpağını zorla satın
alırdılar. Bu da kəndlilərin var-yoxdan çıxmasına. səbəb olurdu. Var-yoxdan çıxmış
kəndlilər şəhərlərə, birinci növbədə Romaya axışır, lakin iş tapmırdılar, çünki burada
da   bütün   işləri   qullar   görürdü,   nəticədə   kəndlilər   işsiz   qalır,   ölkədə   evsiz-eşiksiz
adamların sayı artırdı.
Kəndlilər var-yoxdan çıxdığı üçün Roma ordusu zəifləməyə başladı. Çünki Roma
qoşununun əsasını kəndlilər təşkil edirdi. Kəndlilərin yoxsullaşması, çoxlu qul kütləsi
Roma üçün təhlükə törədirdi. Bir çox Romalı aristokratlar kimi plebeylər nəslindən
olan  Tiberi  və   Qay  Qrakx  qardaşları   da  bunu  yaxşı  başa  düşürdülər.  Tiberi  xalq
qarşısında çıxış edərkən deyirdi: «Hətta vəhşi heyvanların da öz yuvaları var. Roma
uğrunda vuruşan və ölənlərin isə hava və işıqdan başqa heç nəyi yoxdur». Tiberi və
Qay qardaşları Roma quldarlıq dövlətini xilas etmək üçün torpaq islahatı hazırladılar.
E.ə. 133-cü ildə Tiberi Qrakx tribun seçildi. Onun təklif etdiyi torpaq qanununa görə,
hər bir romalı ailəsi 250 hektardan artıq dövlət torpağından istifadə edə bilməzdi;
qalan  torpaqlar  pulsuz  həmişəlik  yoxsul  kəndlilərə verilməli idi  və onları satmaq
qadağan olunmalı idi.


Senat   bu   təklifi   rədd   etdi.   Forumda   çağırılmış   xalq   yığıncağında   Tiberi   xalqa
müraciət edib irəli sürdüyü qanunun ədalətli olduğunu sübut etdi. Xalq yığıncağı
torpaq qanununu qəbul etdi. Senat xalqdan qorxub xalq yığıncağının qanununa qarşı
çıxmadı. Tiberinin düşmənləri ona böhtan atıb dedilər ki, Tiberi padşah olmaq və
respublikanı məhv etmək istəyir. Bundan istifadə edən senat xalqı «respublikanı xilas
etməyə» çağırdı. Onlar isə Tiberini və onun 300 tərəfdarını öldürdülər. Ölənlərin
meyitini cinayətkar kimi Tibr çayına atdılar. Torpaq qanunu həyata keçmədi.
On ildən sonra, yəni e.ə. 123-cü ildə Tiberinin qardaşı Qay Qrakx tribun seçildi. O,
qardaşının işini davam etdirib torpağı kəndlilərə paylamağa başladı. 80 min yoxsul
torpaq aldı. O, senatın hüququnu məhdudlaşdırmağı, yoxsulları dövlət işlərinə cəlb
etməyi irəli sürdü, lakin Qayın tribun vaxtı başa çatandan sonra senatorlar ona qarşı
çıxdılar. Roma küçələrində baş verən vuruşmalarda Qay və onun üç min tərəfdarı
həlak oldu. Qayı öldürənə onun başı ağırlığında qızlı vəd etdilər. Torpağın yoxsullara
verilməsi   yenə   də   dayandırıldı.   Kəndlilərin   dövlətdən   aldığı   torpağın   satılmasını
qadağan   edən   qanun   ləğv   edildi.   Varlılar   kəndlilərin   torpaqlarını   satın   almağa
başladılar.
Qay Mari (e.ə. təqr. 157, Sereate-e.ə. 86, Roma) - Roma siyasi xadimi və sərkərdəsi.
Xalq tribunu (e.ə. 119), pretor (e.ə. 115), konsul (e.ə. 107, 104-100, 86) seçilmişdi.
Siyasi   hakimiyyətə   nail   olmaq   üçün   populyarlarla   ittifaqa   girmiş,   e.ə.   100   ildə
optimatların   tərəfinə,   e.ə.   89   ildən   isə   yenidən   populyarların   tərəfinə   keçmiş,
respublikada ali hakimiyyət uğrunda Sullaya qarşı inadlı mübarizə aparmışdı. Sulla
Romanı   tutduqdan   (e.ə.   88)   sonra   Mari   Afrikaya   qaçmış,   e.ə.   87   ildə   İtaliyaya
qayıdaraq Romanı ələ keçirmiş və rəqiblərini darmadağın etmişdi.
Qrakxus   qardaşlarının   hərəkatının   yatırılmasından   sonra   hakim   qruplaşmanın
mövqeləri   möhkəmləndi.   Roma   siyasi   həyatı   azsaylı   adlı-sanlı   nəsillər   tərəfindən
idarə   olunurdu;   onlar   müstəsna   vəziyəti   dövlətin   bütün   sahələrini   əhatə   edən,
görünməmiş korrupsiya yaratdı. Yeni siyasi böhrana Yuqurta müharibəsi təkan verdi.
E.ə 118-ci ildə Numidiya çarı Masinissa ölür. Romalıların vasitəçiliyi ilə onun mirası,
qardaşı oğlu Yuqurta da daxil olmaqla iki oğlu arasında bölüşdürülür. Ancaq bir neçə
ildən   sonra   Yuqurta,   Romanın   arbitrajına   məhəl   qoymayaraq   və   hər   iki   rəqibini
aradan götürərək Numidiyanı ələ keçirir. Yuqurta romalı səfirləri satın aldığına görə
senat vaxtında tədbir görə bilmir və Yuqurta Tsirta şəhərini ələ keçirərək, romalılar
da daxil onun əhalisini qətl edir. Hiddətlənən Roma atlılarının təzyiqi ilə Yuqurtaya
müharibə elan olunur. E.ə 111-ci ildə romalılar uğurla hucuma keçirlər, lakin Yuqurta
satın  alma  yolu ilə  özünə  sərf edən  sülh  müqaviləsinə  nail olur. E.ə  109-cu  ildə
müharibə   yenidən   başlayır.   Roma   oliqarşisinin   nümayəndələrindən   biri   olan   Avl
Postuminin   başçılığı   altında   romalı   ordu   rüsvayçı   məğlubiyətə   uğrayır.   Bu
romalıların səbr kasasını daşdırır. Xalq, atlılar və hətta nobilitetin bir hissəsi hakim
qruplaşmaya qarşı çıxış edir. Yuqurta ilə bağlı hadisələrin araşdırılması üçün xüsusi
komisiya   yaradılır.   Bir   sıra   xüsusi   ilə   korupsiyalaşmış   zadəganlar   qovulur.
Numidiyaya, bir azdan uğur qazanan, yeni sərkərdə göndərilir - Kvint Sesili Metell.
Yuqurta yenilir, ama müharibə uzanır. Numidyalıların partizan mübarizəsi vəziyəti
olduqca   çətinləşdirirdi.   Romada,   tezliklə   qələbə   gözlənilən   Metelldən,   narazılıq
başlayır.   Qay   Mari   bu   vəziyətdən   istifadə   edir.   E.ə   107-ci   ildə   Mari   konsul   və
Yuqurtaya qarşı vuruşan ordunun komandanı seçilir. Yaxın gələcəkdə həlledici rol


oynayacaq qüvvə kimi ordu çıxış edir. İtaliyada azad kəndlilərin azalması ordunun
səciyəsini dəyişdi. Şəhərlərdə yoxsulluqları ucundan senz siyahılarına daxil olmayan
və buna görə də qoşunda iştirak etməyənlər vardı. E.ə 107-ci ildə konsul seçilən Qay
Mari Afrikada Yuqurtaya qarşı müharibə aparmaq üçün, ilk dəfə senz siyahılarında
olmayan könüllüləri yığmağa başladı. Bu ordunun səciyəsini dəyişdi. Könüllülərin
orduya qəbul olunmasından sonra, ordu artıq azad kəndlilərdən yığılan ənənəvi polis
qoşunu   olmaqdan   çıxırdı,   və   əsasən   yoxsul   proletarilərdən   ibarət,   peşəkar   və   öz
sərkərdəsinə sadiq, respublika üçün isə təhlükəli bir qüvvəyə çevrilirdi. Mülkiyətdən
məhrum olan yoxullardan ibarət qoşun indi sərkərdələri ətrafında birləşirdilər və öz
lider-komandirlərindən nəinki dəyərli qənimətlər, eləcə də sonradan torpaqla təltif
olunmaqlarını gözləyirdilər. Bir az sonra Mari başqa bir islahat da keçirir. O leqionu
koqortalara bölür. Koqortalar üç manipuldan təşkil olunur. Lakin buna baxmayaraq
Yuqurta   ancaq   e.ə   105-ci   ildə   öz   qaynatası   Mavritaniya   çarı   Bokxun   mülklərinə
sıxışdırılır.   Uzun   tərədüddən   sonra   Boxk   Yuqurtanı   romalılara   təslim   edir.   Lakin
Bokx   Yuqurtanı   Mariyə   yox,   Lusi   Korneli   Sullaya   təhvil   verir.   Sulla   ilə   Mari
arasında ziddiyətlər yaranır. Lakin heç nəyə baxmayaraq Marinin nüfuzu olduqca çox
idi. E.ə 104-cü ildə o Romada triumf keçirir. Yuqurta öldürülür, Numidiyanın bir
hissəsi   Roma   əyalətinə   çevrilir.   E.ə   113-cü   ildə   İtaliyanın   şimalında   qermanların
kimvr və tefton tayfaları peyda olur. Bir sıra məğlubiyətlərdən sonra Roma çox çətin
vəziyətə   düşür.   E.ə   105-ci   ildə   Arauzion   yaxınlığında   romalı   ordusu   darmadağın
edilir.   İtaliya   işğal   təhlükəsi   ilə   qarşı-qarşıya   qalır.   Bu   şəraitdə,   Romanın   faktiki
diktatoruna çevrilmiş Marinin yeni yüksəlişi başlayır. Beş il dalbadal o konsul seçilir.
E.ə 102-ci ildə Seksti Akvaları yaxınlığında Mari teftonları, sonrakı il isə Versella
yaxınlığında kimvrları darmadağın edir. Əsirlər qul kimi satılır. Keçid et: naviqasiya,
axtar 
Lutsi Korneli Sulla (lat. Lucius Cornelius Sulla (Felix); e.ə. 138-78) — romalı hərbi
və siyasi xadim. Sərkərdə kimi Yuqurta müharibəsi dövrü önə çıxır. E.ə. 104-102-ci
illərdə kimvrlar və teftonlarla, e.ə. 90-88-ci illərdə Müttəfiq müharibəsində və e.ə.
89-84-cü   illərdə   1-ci   Mitridat   müharibəsində   iştirak   edir.   Sonuncunun   əsnasında,
Romanı   tutur,   Qay   Marinin   tərəfdarlarını   neytrallaşdırır,   bütün   hakimiyəti   quldar
aristokratiyanın əlinə verir. Sonra ordusu ilə Şərqə yollanır, e.ə. 86-cı ildə Afinanı
alır, həmin il VI Mitridat Yevpator üzərində qələbə çalır. E.ə. 84-cü ildə onunla sülh
sazişi bağlayır. Onun yoxluğundan istifadə edən Sinna və Mari tərəfdarları Romada
hakimiyəti   ələ   keçirirlər.   E.ə.   83-cü   ildə   ordusu   ilə   İtaliyada   enir,   öz   siyasi
rəqiblərinin   qoşunlarını   darmadağın   edir   və   sərt   repressiyalarla   müşayət   olunan
diktatura rejimi qurur. Sullanın rəqiblərindən müsadirə olunan torpaqlarda, İtaliyada
koloniyalarla   yerləşdirilən   keçmiş   legionerlər   Sulla   rejiminin   vacib   dayağına
çevrilirlər. Sulla diktaturası Roma quldar respublikasının dərin böhranından xəbər
verirdi. E.ə. 79-cu ildə, siyasi həyata təsirini saxlayaraq, səlahiyətlərini təhvil verdi. 
      Romanın yaranmasından 693 il keçirdi.Əbədi şəhər böyük Pompeyin qələbəsini
bayram edirdi.Əylənən adamlar arasında orta yaşlı,hündür boylu ,səliqəylə geyinmiş
ağbəniz bir şəxs biganəliyi ilə diqqəti cəlb edirdi.Sanki onu nə romalıların triumf
dedikləri bu təntənə,nə də müharibənin qənimətləri maraqlandırırdı.Yalnız legionların
əzəmətli addım səsləri qəlbində əks-səda verir ,onu həyəcanlandırırdı.Ordu elə bir
qüvvə     idi   ki   ,istənilən   bacarıqlı   adamı   hakimiyyətin   ən   yüksək   pilləsinə   qaldıra


bilərdi.Bu yüksəklikdən hətta müqəddəs Olimp belə kiçik bir təpəciyə bənzəyirdi. Bu
adam Qay Yuli Sezar idi.Gəncliyindən şöhrət və mənsəb arzusuyla yaşayan Sezarın
hakimiyyət   başına   gəlmək   üçün   nə   legionları   ,nə   də   pulu   vardı.
Hələlik Romada hakimiyyət Pompeyin əlində idi.Şəhərin ali idarə şurası olan Senatın
binasında da onun möhtəşəm heykəli ucalırdı.Pompeylə rəqabətə girə bilən yeganə
şəxs Spartak üsyanını yatırmış ən varlı  romalı Mark Lisini Krass idi.Sezar başqaları
kimi   bu   mənsəb   sahiblərinə   nə   pərəstiş,nə   də   paxıllıq   edirdi.O,yalnız   öz   gücünə
arxalanırdı,onun gücü isə iti ağlında,əyilməz iradəsində və qələbə əzmindəydi. 
Qay Yuli Sezar e.ə. 100-cü ildə doğulmuşdu.Əsil-nəcabəti ona yüksək mənsəb sahibi
olmağa   imkan   verirdi.Lakin   dikbaşlığı   ucbatından   o,Romanın   qüdrətli   hakimi
Sullanın qəzəbinə düçar olmuşdu.Sezarın qohumu Mari Sullanın hakimiyyət uğrunda
apardığı   mübarizədə   ən   təhlükəli   rəqibi   idi.Uzaqgörən   Sulla   yeniyetmə   gəncdə
gələcəyin güclü şəxsiyyətini görür və ə`yanlarına: Görərsiniz,bu Sezarda bir neçə
Mari mürgüləyir -deyə ehtiyatlı olmağı tapşırırdı.
Beləliklə,on səkkiz yaşlı Sezar İtaliyanı tərk etməli olur.Yolda o ,dəniz quldurlarına
əsir düşür.Onlar 20 talant bac tələb edirlər.O vaxtın hesabıyla ,bu, çəx böyük pul olsa
da,Sezar dikbaşlığından qalmır: Yə`ni məni belə ucuz tutursunuz? deyə girov pulunu
50 talanta qaldırır.Əsirlik qırx gün çəkir,Sezar isə sanki istirahətdəymiş kimi şe`r
yazır,tez-tez   xəyallara   dalır   amiranə   tərzdə   hamıdan   sakitlik   tələb   edir.O   hərdən
quldurlara   öz   şe`rlərindən   oxuyurdu,amma   onlardan   tə`rif   və   alqış   eşitməyəndə
əsəbləşir,  kəmsavad və barbar adlandıraraq söyür,hamısını e`dam edəcəyini deyirdi.
Quldurlar bu qəribə gəncin hərəkətlərini qəhqəhə ilə qarşılayır,təlxəklik kimi qəbul
edirdilər.     Nəhayət ,Sezarın qohumları tələb olunan pulları gətirirlər və o ,əsirlikdən
qurtarır.Azadlığa çıxmış Sezarın yubanmadan döyüş gəmiləri tutur,dəniz quldurlarını
tə`qib   edərək   onları   haqlayır   və   söz   verdiyi   kimi   çarmıxa   çəkərək   e`dam
etdirir.Bax,beləcə Sezar öz zarafat ını dəhşətli bir həqiqətə çevirmişdi.
Sullanın ölümündən sonra Sezar Romaya  qayıtdı.Lakin burada avaraçılıq onu tez
təngə gətirdi və o,Rodos adasına,məşhur ritorika müəllimi Apolloni Molonun yanına
gedib ondan natiqlik sənətini öyrənməyə başladı.Sezar müasiri,məşhur natiq Siseron
da  bu sənəti məhz Apolloni Molondan öyrənmişdi.Deyilənə görə ,Sezar ritorikanın
sirlərinə dərindən yiyələnmişdi və çox güclü natiq idi,lakin natiqlik onun məqsədi
deyildi,bu sənət ona şöhrət qazanmaq və hakimiyyətə  yiyələnmək üçün lazım idi.
         Bir il sonra Sezar yenidən Romaya qayıdır.Bu dövrdə o,artıq natiqlik sənətinə
yiyələnmiş   və   xeyli   həyat   təcrübəsi   qazanmışdı.Görkəmli   patrisilərə-əsil-nəcabətli
romalılara qarşı məhkəmə proseslərindəki ehtiraslı çıxışları,qara camaat üçün təşkil
etdiyi səxavətli məclislər ona sadə xalqın rəğbətini qazandırdı.Sezarın gündən-günə
artan   şöhrətindən   narahat   olan   bədxahları   tez-tez   Sullanın   sözlərini
xatırlayırdılar.Lakin Sezar yaxşı bilirdiki ,hakimiyyət uğrunda açıq mübarizəyə hələ
hazır deyil,buna görədə şəhərli cavanlara məxsus ədalarla rəqiblərini çaş-baş salır-
guya hakimiyyətə can atmadığını nümayiş etdirirdi.   Krassla dostlaşıb onun rəğbətini
qazanan   Sezar,nəhayətki,İspaniyanın   canişini   təyin   olundu.   İspaniyaya   gedən
yolda,kiçik əyalət kəndlərinin  yanından keçərkən Sezarın ə`yanlarından biri soruşur :
Görəsən     burada   da   adamlar   vəzifə   uğrunda   bir   -birini   didirlər?
-Bilmirəm,ancaq   mən   Romada   ikinci   olmaqdansa,burada   birinci   olmağı   üstün
tutardım!-deyə   Sezar   cavab   verir.   İspaniyada   Sezar   bir   çox   tayfaları   ram


edib,müharibədə   qazandığı   qənimətləri   səxavətlə   legionerlər   arasında
bölüşdürürdü.Onların   alqışlarını   eşidən   Sezar   birdən-birə   anlamışdıki,hakimiyyətə
gəlməkdə  ona  Romanın  yoxsul  camaatı  yox,yalnız sədaqətli  legionlar  kömək edə
bilər.Deyilənə   görə,bir   gün   İspaniyada   Herakl   məbədinə   gələn   sezar   burada
Makedonyalı  isgəndərin  heykəlini  görür  və  çox  kədərlənir.Səbəbini  soruşanda  isə
deyir:-33   yaşında   İskəndər,görün,necə   ölkəni   idarə   edirdi,mən   isə   bu   yaşa
çatmışam,hələ bir şərəfli iş gərməmişəm. 
İtaliyaya   qayıdandan   sonra   Sezar   yenidən   siyasi   mübarizəyə   qoşulur.O,Pompeylə
Krassı   barışdırıb   onlarla   müttəfiq   olur.Beləliklə   e.ə.   60-cı   ildə   Romada
Pompeyi ,Krassı və Sezarı birləşdirən hakimiyyət- triumvirad  deyilən üçlərin ittifaqı
yaranır.Bu,gücün,qızılın   və   ağlın   birliyi   idi.Bu   qüvvədən   məharətlə   istifadə   edən
Sezar e.ə.59-cu ildə Romanın hakimi-konsulu təyin olunur.Ənənəyə görə Romanın
bir il ərzində iki konsul bərabər idarə etməli idi. Lakin Sezar işləri elə düzüb qoşdu
ki,bütün hakimiyyət təkcə onun əlində cəmləşdi.İkinci konsul Sezarın qorxusundan
evində   gizləndi   və   konsulluq   dövrünün   sonuna   qədər   küçəyə   çıxmadı.Romalılar
həmin   ili   zarafatla   Yulinin   və   Sezarın   konsulluq   ili   adlandırırdılar.     Konsulluğu
dövründə   Sezar   Romada   yeni   binalar   tikdirdi.O,romalılar   üçün   tez-tez   məclislər
qurur,qladiator döyüşləri təşkil edirdi. Bundan başqa, Sezar əmr etmişdiki şəhərdə
baş   verən   yenilikləri   və   Roma   Senatının   məclislərindən   hesabatları   bina   divarları
üzərində həkk etsinlər.Bu yazıları ilk qəzetlərin sələfidə hesab etmək olar. Konsulluq
dövrü   sona   çatdıqdan   sonra   Sezar   Qalliyanın   Romaya   məxsus   hissəsinin   canişini
təyin olundu. Səkkiz il ərzində o ,bütün Qalliyanı fəth etdi və Reyn çayını keçib uzaq
Britaniyanın sərhədlərinə yaxınlaşan ilk Roma sərkərdəsi oldu. Bu qələbələr Sezara
məğlubedilməz   sərkərdə   şöhrəti,qalaq-qalaq   qızıl   və   legionların   sədaqətini
qazandırdı.   Əskərlər   onu   əsl   döyüş   yoldaşı   kimi   sevir,   Sezar   isə   öz   nöbəsində
müharibənin bütün çətinliklərinə onlarla bərabər qatlaşırdı-onlar yediyindən yeyir,
əskər tonqalı yanında onlarla bir gecələyirdi. Döyüşlərin birində bir dəstə legioner
qiyam   etmiş   qalların   mühasirəsinə   düşdü.Sezar   cəmi   7   min   əsgərlə   qarlı
dağları,keçilməz   meşələri   ,düşmən   hücumlarını   dəf   edib   onu   ümidlə   gözləyən
döyüşçülərinin köməyinə gəlmişdi.Bu keçid zamanı Sezar dəfələrlə ölümlə üz-üzə
gəlmiş   ,lakin   ölümü   əsgərlərin   etibarını   itirməkdən   üsdün   tutmuşdu.Çünki   bu
legionlarsız hakimiyyət arzusu boş bir xülya idi. 
Sezarın Qalliyadaki qələbələrinin zirvəsi Aleziya şəhəri yaxınlığında qallarla döyüşü
oldu.Bu döyüşdə Sezar 30-40 min romalıyla 470 minlik qall ordusunu darmadağın
etdi. 1 ildən sonra isə bütün Qalliya zəbt edildi.
Sonralar   Sezar   Qall   müharibəsi   haqqında   qeydlər     əsərinda   roma   əskərlərinin
şücayətini təsvir etdi.Bu əsər həmdə onun öz adını tarix üçün əbədiləşdirdi və yazıçı
kimi   də   tanıtdı.Qalliyadaki   qələbədən   sonra   Sezar   artıq   elə   bir   gücə   malik   idi
ki,hakimiyyət uğrunda mübarizədə ona mane olan hər kəsi açıq döyüşə çağıra bilərdi.
                     Qədim yunan tarixcisi Plutarx e.ə. 50-ci illərin Roma respublikasını açıq
dənizdə yırğalanan yelkənsiz gəmiyə bənzədirdi.Çoxları belə hesab edirdiki, Romanı
təkhakimiyətlilik xilas edə bilər.Diqtator simasında isə hamı Pompeyi görürdü.Krass
hələ   e.ə.   53-cü   ildə   şərqin   ən   güclü   dövləti   Parfiyaya   qarşı   müharibədə   həlak
olmuşdu. Lakin Sezar Roma siyasilərinin fikirlərini alt-üst etdi:artıq o,hakimiyyət


uğrunda   açıq-aşkar   vuruşurdu.Son   vaxtlar   Sezar   yunan   dramaturqu   Evripidin
sözlərini tez-tez təkrar edirdi:
Bil ki, əməl etməlisən sən həmişə qanuna,     Əgər onu pozursansa,poz hakimiyyət
naminə.Hakimiyyət   Pompeyi   yaman   çaşdırmışdı,yaxınlaşan   təhlükəni
duymur,özündən   razı   halda   fikirləşirdi   ki,legionlar   onun   bircə   işarəsinə
bənddirlər;ayağını yerə vuran kimi bütun İtaliyanı tutacaqlar.
E.ə. 49-cu ildə Sezar bircə legionla Romaya doğru hərəkət etməyə başladı.O,Qalliya
ilə İtaliyanın sərhəddində Rubikon adlanan çayın sahilində yürüşə fasilə verdi.Sezarın
tərəddüdünü anlamaq olardı:Rubikonu Keçmək respublikaya qarşı açıq qiyam demək
idi.
Deyilənə görə,Sezarın düşərgəsindən bir az aralı uca boylu ,yaraşıqlı bir gənc oturub
tütək   çalırmış.Döyüşçülər   yavaş-yavaş   onun   başına   toplaşırlar.Qəfildən   o   ,
əsgərlərdən birinin əlindən şeypuru alıb döyüş havası çalır və çaya atılıb o biri sahilə
dogru üzməyə başlayır.
-İrəli,irəli   Allahların   iradəsi   və   düşmənlərin   ədalətsizliyi   bizi   döyüşə   çağırır.Püşk
atılıb!-deyə Sezarda onun arxasınca suya atıllr.Bu səhnə cəsarətli,amma Allahlardan
qorxan   romalılara   çox   təsir   edir.Onlar   möcüzədən   ilhamlanır   Rubikonu
keçirlər.Tədbirli   Sezarın   ağlından   xəbərdar   olanlar   üçün   bu     möcüzənin   kim
tərəfindən   düşünüldüyünü   analmaq   çətin   deyil.Bu   tarixi   hadisədən   sonra   bir   çox
dünya qalqlarının dilində   Rubikonu keçmək  ifadəsi    nəyə isə  qəti qərar vermək
mənasında   işlədilir.Sezarın   çevikliyi   Senatı   iflic   vəziyyətinə   saldı.Keyləşmiş
Pompeyi hamı qınayır,istahsa ilə ona ayağını yerə vurmağı   təklif edirdilər. Özünü
itirən Pompeyçilər Balkanlara tərəf üz tutdular.Sezar paytaxda daxil oldu və özünü
Romanın sahibi kimi aparmağa başladı.Xalq tribunu Sezara xəzinədən pull götürməyi
isdədikdə   o   demişdi:   -Silah   qanunlarla   hesablaşmır.   Sonra   isə   tribunu   ölümlə
hədələyib əlavə etmişdi:  Allaha and olsun,bunu etmək mənim üçün deməkdən daha
asandır.Sezarla   Pompeyin   mübarizəsinin   taleyi   Balkanlarda   həll
olunurdu.Donanmanın   köməyi   olmadan   Sezar   öz   ordusunu   ərzaqla   təmin   edə
bilmirdi.Lakin döyüşcülər mərdlik və cəsarətlərini itirmir,vuruşurdular.Bununla belə
ilk döyüşdə pompey qələbə çaldı,amma Sezarı tam məğlub edə bilmədi.
Ağıllı bir manevrlə Sezar pompeyçiləri Donanmanın köməyindən məhrum etdi və
Farsal şəhəri yaxınlığında sərfəli mövqe tutdu.Burada e.ə. 48-ci ildə həll edici döyüş
baş verdi.Pompeyin 47 minlik piyada, 7 minlik süvari ordusuna qarşı Sezar 22 minlik
piyada   və   1000   nəfərlik   süvari   qoşunu   çıxardı.   Pompeyin   süvari   dəstəsi   əla
silahlanmış   gənc   roma   kübarlarından   ibarət   idi.   Onlar   hücuma   keçərkən   qəflətən
Sezarın   əhtiyatda   qalan   leygionlarının   əks   zərbəsiylə   üzləşdilər.   Sezarın   əmriylə
zərbələr   düşmənlərin   sifətinə   endirilməliydişcavan   və   gözəl   romalılar   sifətlərinin
yaralanıb eybəcərləşəcəyindən qorxaraq qaçmağa üz tutdular.Hücum alınmadı, atlılar
geriyə çəkilərək elə öz piyadalarını əzdilər. Sezar ordusunu əks-hücumu pompeyçiləri
tamamilə darmadağın etdi.
Olan-qalan gücünü itirən Pompey Misirə qaçmağa  məcbur oldu və orada fironun
satqın   əyanları   tərəfindən   öldürüldü.İskəndəriyyəyə   gəlmiş   Sezara   yaltaq   əyanlar
Pompeyin  başını  göstərdilər.Lakin Sezar  üzünü  çevirdi  və deyijənə  görə  hətta öz
qüdrətli düşməninin cəsədi üzərində göz yaşı tökdü.Bu siyasətçi hiyləgərliyi idi,yoxsa
səmimi peşmançılıq-indi heç kim bunu dəqiq deyə bilməz.   Sezar bir çox Roma


kübarlarını   əvf   etdi   və   hətta   öz   əhatəsinə   yaxınlaşdırdı.Misirdə   isə   o,əyanların
hakimiyyət uğrunda mübarizəsinə qarışıb cazibədar Kleopatranı taxt-taca oturtdu.
Tezliklə Sezar Asiyaya yürüş etdi və cəmi üç legionla elə birinci döyüşdə Pont kralı
Farnaka qalib gəldi.Romaya məktubunda bu hadisəni o,üç kəlməylə təsvir etmişdi
Veni ,vidi,   vici
-Gəldim,gördüm , qələbə çaldım.     Romaya qayıdandan sonra Sezar beş qələbəsini
birdən bayram etdi.Əsgərlərə bahalı hədiyyələr,torpaq paylanır,qara camaata isə hər
gün ziyafətlər verilir,tamaşalar göstərilirdi.Üstəlik  vergiləri də azaltmışdılar.  Artıq
e.ə. 45-ci il idi.Sezarı Romanın qüdrətli hakiminə çevirən Rubikon keçidindən düz 4
il ötürdü...
   E.ə. 44-cü ilin 15 mart səhəriydi.Dan yeri hələ sökülməmişdi.Sezar bütün gecəni
oyaq qalmışdı.Nə idi onu narahat edən,qəlbini ağrıdan?Neçə müddət əvvəl bir falçı
ona mart ayının ortalarında sui-qəsddən qorunmağı məsləhət görmüşdü...
...Sui-qəsd?!Bu   kimin   ağlına   gələ   bilərdi?Nankorlar...Mən   axı   müharibədən   sonra
hamınızı   bağışladım,hamınızı   mənsəb,vəzifə   sahibi   etdim.Pompeyin   heykəlini
Senatda   saxlatdıran   mən,bunları   isə   mənim   pulların   üstünə   döyülən   şəklim
əsəbiləşdirir!Deyirlər,guya  respublikanın   qanunları  pozulur.İkiüzlülər...Onlar  ancaq
öz hakimiyyətlərini bərpa etmək istəyirlər.Hələ bu qara camaatı demirəm...həmişə
onlara   qahmar   çıxan   mən,Sezar   deyildimmi?Mükafatım   nə   oldu?Sədaqətli   Mark
Antoni   başıma   tac   qoymaq   istəyəndə   alqış   əvəzinə   eşitdiyim   bir-iki   çəpik   səsi
oldu,ona   görə   tacdan   da   imtina   etdim.   Nanəciblər!!!Azadlıq   istəyirlər!Nəylərinə
lazımdır azadlıq-Forumda xırıldayana kimi qışqırmaq üçün,yalan danışmaq,bir-birini
aldatmaq üçün?!Mən onlara sakit həyat,tox güzəran bəxş edirəm,onlar isə kif   iyi
verən   hüquqlardan   danışırlar.Eybi   yox,tezliklə   Sezarın   qarşısında   diz
çökəcəksiniz!...Mən qüdrətli parfiyalılar üzərinə yürüş edib onları fəth edəcəyəm,öz
legionlarımı Xəzərin sahillərindən və Qafqazdan keçirib Skif çöllərinə ,Almaniyaya
aparacağam.Makedoniyalı   İskəndərin   yürüşlərini   kölgədə   qoyacağam.Romanın
sərhədlərini Okeana qədər genişləndirəcəyəm.Bax,onda hamı,hamı Sezarı Romanın
tək hakimi kimi tanıyacaq...
Sezar   Romada   500   ilə   qədər   mövcud   olan   demokratiya   ən`ənələrini
pozurdu.Doğrudur,e.ə. 1-ci yüzillikdə Roma daha bu ənənələrlə yaşaya bilmirdi,lakin
Respublika hələ təkhakimiyyətliliyi də qəbul etməyə hazır deyildi.
E.ə.   44-cü   ilin   martında   Sezara   qarşı   sui-qəsd   artıq   hazır   idi.Bu   sui-qəsdin
təşkilatçılarından biri vaxtilə   Sezarın əfv etdiyi və özünə çox   yaxın saydığı Mark
Yuni Brut idi.Çevriliş arzusunda olanlar nə vaxtsa Romanın sonuncu çarı Tarkvinini
devirən   Brutu   nəzərdə   tutaraq   divarlara     Sən   Brut   deyilsən!sözlərini   yazır,onu
qıcıqlandırır və xəyanətə təhrik edirdilər.
Martın   15-i   gəlib   çatdı.Bir   qədər   tərəddüddən   sonra   Sezar,nəhayət   ki,Senatda
çağırılan vacib yığıncağa getməyə qərar verdi.Yolda o ,tanış falçıya rast gəldi və
zarafatla ona dedi: Öz aramızdır,martın ortası gəldi ha.... Doğrudur,gəlib,amma hələ
keçməyib-deyə  falçı cavab verdi.
Sezar   Senata   daxil   olub   əyləşən   kimi   sui-qəsdçilər   ona   hücum   etdilər.Əlbəyaxa
vuruşma   başladı.Sezar   özünü   müdafiə   etməyə   çalışırdı,amma   qatillərin   arasında
Brutu görəndə əl-ayağı soyudu.


-Sən   sə,övladım?Brut,sən   də?-deyə   toqasını   başına   çəkib   daha   müqavimət
göstərmədi.Qatillər ona 23 bıçaq  yarası  vurdular.Sezar həmişə  ona göz dağı olan
Pompeyin heykəlinin ayaqları altında həlak oldu.
Ertəsi gün Brut Sezarın öldüyünü və Respublikanın bərpa olunduğunu  camaata xəbər
verdi.Lakin   heç   kəsdən   səs   çıxmadı.Bu   o   demək   idi   ki,Respublika   hələ   Sezarın
ölümündən xeyli qabaq iflasa uğramışdı.
İllər   keçəcək,Sezarın   varisi   Oktavian   Avqust   respublikaçıları   məğlub   edib   dahi
sələfin   başladığı   işi   sona   çatdıracaq,yeni   idarəetmə   sistemi   –imperiya
yaradacaq.Sezarın   şərəfinə   bütün   Roma   imperatorları   adlarının   önünə   fəxrlə   dahi
sərkərdə və hökmdar Qay Yuli Sezarın adını əlavə edəcəklər. 
  Qədim Roma əvvəlcə şəhər-dövlət, sonralar (e.ə. 3 əsrin sonundan) Avropanın qərb
və   cənub-şərq   hissələrinin,   Kiçik   Asiyanın,   Şimali   Afrika   sahilinin,   Suriya   və
Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin
varisləri Romul və Rem tərəfindən salınmışdır. Romanın tarixi ənənəvi olaraq üç
dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və
ya 27), İmperiya və ya prinsipat dövrü (e.ə. 30 və ya 27-eramızın 193 ili) və dominat.
Roma dövlətinin tarixində ordu böyük rol oynamışdır. Romalılar əvvəlki quldarlıq
dövlətlərinə nisbətən daha mükəmməl, nizami ordu yarada bilmişdilər. Onun əsas
qüvvəsi koqorta və manipulalara bölünmüş legiondan ibarət olan piyada idi. Süvari
qoşunu yardımçı rol oynayırdı.E.ə. 2 əsrin ortalarında Aralıq dənizi sahilinin bir çox
ərazisi Roma tərkibinə qatıldı və Roma əyalətləri yarandı. Lakin sinfi ziddiyyətlərin
hədsiz kəskinləşməsi böyük üsyanlara - Siciliyada qul üsyanlarına və Kiçik Asiyada
Aristonikin üsyanına səbəb olmuşdu. Kəndlilərin torpaq uğrunda mübarizəsinə Qrakx
qardaşları başçılıq etdilər. E.ə. 133 ildə xalq yığıncağı ictimai torpaqların tutulmasını
məhdudlaşdırmaq haqqında qanun qəbul etdi. Siyasi qruplaşmalar - optimatlar ilə
populyarlar   arasında   silahlı   mübarizə   şiddətləndi.   Xarici   siyasətdə   Yuqurta
müharibəsinin   (e.ə.   111-105)   əvvəlində   Roma   ordusu   məğlubiyyətə   uğradı.
Müttəfiqlər müharibəsi (e.ə. 90-88) nəticəsində Roma italiklərə vətəndaşlıq hüququ
verməyə məcbur oldu. Sulla və Mari tərəfdarlarının mübarizəsi (e.ə. 87-82) köhnə
siyasi quruluş formalarının yeni şəraitə uyğun gəlmədiyini göstərdi. E.ə. 82 ildə Sulla
müddətsiz diktator oldu; xalq yığıncağının və xalq tribunlarının rolu heçə endirildi.
Sullanın rejimi geniş müxalifət doğurdu və o, e.ə. 79 ildə səlahiyyətindən əl çəkməyə
məcbur oldu. Qədim dövrün ən böyük qul üsyanlarından olan Spartak üsyanı (e.ə. 74
və ya 73-71) Romada ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermişdi. Siyasi
qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə şiddətləndi. E.ə. 60 ildə Qney
Pompey,   Mark   Lisini   Krass   və   Yuli   Sezar   ittifaq   bağlayaraq   birinci   triumvirat
yaratdılar. Lakin onların arasında təfriqə düşdü və yeni mübarizə Sezar diktaturasının
qurulması ilə nəticələndi. O, yeni əraziləri (Qalliya, Britaniya və s.) işğal etdi. Sezar
öldürüldükdən (e.ə. 44) sonra ölkədə bir neçə il vətəndaş müharibəsi davam etdi və
Oktavianın qələbəsi ilə 
     E.ə 49-cu ilin əvvəlində Sezar, İtaliyanı Qalliyadan ayıran Rubikon çayını keçdi,
və sürətli hücumla Şimali İtaliyanı ələ keçirdi. Pompey və onun tərəfdarları hətta
dövlət   xəzinəsini   götürə   bilməyərək   Romadan   qaçdılar.   Pompeyin   qoşunlarının
mühüm   hissəsi   Korfini   yaxınlığında   təslim   oldu,   Pompeyin   özü   beş   leqionla
Brindiziyə çəkildi, oradan isə Yunanıstana keçdi. E.ə 49-cu ilin iyul-avqust aylarında


Sezar, Pompeyin yeddi leqionu durduğu İspaniyaya yollandı, və onları təslim olmağa
məcbur etdi. Sonrakı 48-ci ildə Sezar Yunanıstana keçdi. Uzun hərbi əməliyatlardan
və   Dirraxi   yaxınlığındakı   məğlubiyətdən   sonra   o   Pompeyi   Farsalda(Fessaliyada)
həlledici döyüşdə məğlub etdi. Pompey Misirə qaçdı, ancaq Misir hakimyəti onun
yerə   enməsinə   belə   imkan   vermədilər:   o   sahilə   yaxınlaşmaqda   olan   qayıqda
öldürüldü. Pompeyi qovaraq, Sezar kiçik dəstə ilə İskəndəriyyəyə gəlir, və burada
XII   Ptolemeylə   onun   bacısı   Kleopatra   arasındakı   sülalə   mübarizəsinə   qarışır.
Ptolemeylə   uzun   və   təhlükəli   müharibədən   qalib   çıxan   Sezar   taxta   Kleopatranı
otuzdurur. Sezarın olmamasında istifadə edən Pompeyin tərəfdarları Afrikada böyük
qoşun   toplayırlar.  Burada  onları  Numidiya  çarı  Yuba  dəstəkləyir.  Mitridatın  oğlu
Farnak   Romada   vətəndaş   müharibəsindən   istifadə   edərək,   öncə   itirdiyi   əraziləri
qaytarmağa başlayır. Sezar ona qarşı hərəkət edir. E.ə 47-ci ilin avqustunda Farnak
məğlub edilir. Bundan bir az sonra Sezar Romadakı narazılığı kəsə bilir. E.ə 47-ci ilin
sonunda o Afrikada enir, və 46-ci ilin avqustunda Taps yaxınlığında pompeyanları
darmadağın edir. Afrikada Sezar əleyhinə olan koalisiyanın üzvlərinin,Katon və Yuba
daxil,   bütün   rəhbərləri   məhv   olur.   E.ə   45-ci   ildə   İspaniyanın   Mund   şəhəri
yaxınlığında, Pompeyin oğullarının başçılıq etdiyi ordu darmadağın edilir, Pompeyin
böyük oğlu Qney həlak olur, Sekst isə qaça bilir. E.ə 59-cu ildən başlayaraq Sezar
prokonsul olaraq imperini öz əlində saxlaya bilir; 48-ci ildə konsul seçilir. Farsaldan
sonra   onun   hakimiyətinin   yeni   mərhələsi   başlayır.   48-ci   ildə   o   qeyri-   müəyən
müddətə, 46-cı ildə 10 illik , 45-ci ildən sonra isə - ömürlük diktator seçilir. Bundan
əlavə e.ə 48-ci ildən - 44-cü ilə qədər Sezar hər il konsul seçilir, senzor və tribun
səlayiyətləri alır, imperator və vətənin atası titullarını daşıyır. Bundan başqa o fəxri
pontifik - Romanın baş kahini olur. Roma monarxiyasının spesifikası ondan ibarət
olur ki, polis təsisatları qalaraq onun üzərində Sezarın diktaturası qurulur. Senaztın
sayı   900,   kvestorların   isə   40   qədər   artırılır.   Senzura   ləğv   olunur,   senatın
komplektləşdirilməsi diktatorun əlinə keçir. Maqistratların sayı- 16 pretor və 6 edilə
qədər   artır.   Sezarın   fəaliyəti   özparitiyasının   gücləndiriliməsinə,   ümumi   stabilliyin
bərqərar olmasına, eyni zamanda Romanın imperiyaya çevrilmə məqsədlərinə tabe
olur. Onun tərəfdarlarından bir çoxu maqistratlarda və senatda yer tutur. Əskər və
zabitlərə pul mükafatları verilir, 80 min vəteranı isə torpaq payları ilə təltif olunur.
Sulladan   fərqli   olaraq   Sezar   repressiya   keçirmir.   Taps   döyüşündən   sonra   ümumi
amnistiya elan olunur. Çörək paylanışı iki dəfə azaldılır. Romada və əyalətlərdə iri
inşaat   işləri   aparılır.   Təvqiv   islahatı   keçirilir.   Sezar   əyalətlərin   romanizasiyasına
başlayır.   Qalliya,   İspaniya,   Afrika   və   başqa   əyalətlərə   veteranların   koloniyaları
çıxarılır. Sezar bütöv əyalətlərə Roma vətəndaşlığı verir. E.ə 49-cu ildə Transpadan
Qalliyası, sonra isə İspaniyanın və Narbon Qalliyasının bir çox əyaləti vətəndaşlıq
alır. Yeni qanunlar əyalət idarəçiliyini tənzimləyir. Ölümündən bir az əvvəl Sezar
Parfiyaya və şimali Avropa barbarlarına qarşı böyük yürüşlər hazırlayır. E.ə 45-ci ilin
sonunda Mark Yuni Brutun və Qay Kassi Lonqinin başçılığı altında Sezara qarşı sui-
qəsd   hazırlanır.   Sui-qəsdçilər   arasında   keçmiş   pompeyanlar   və   Sezarın   bəzi
tərəfdarları olur. E.ə 44-cü ilin martın 15 Sezar senatda ödürülür. Sezarın islahatları
respublikanın əvvəlki inkişafının məntiqi nəticəsi idi və respublikadan imperiyaya
keçid əsnasını geriyə dönməz etdi qurtardı. Qədim Romada vətəndaş müharibələri —
İctimai-sosial  münasibətlərdə  baş verən dəyişkliklərin nəticəsində  Qədim Romada


respublika   quruluşundan   imperiya   üsul-idarəsinə   keçidi   müşayət   edən   vətəndaş
müharibələri..
         Eramızdan əvvəl 40-cı ildə iki yeniyetmə Romanın məşhur kahinlərindən olan
Teaqanın   yanına   gəlir.   Yeniyetmələrdən   biri   öz   qoroskopunu   öyrənmək   istəyir.
Məşhur astroloq ikinci yeniyetəmənin də qoroskopuna baxmaq istəyini dilə gətirirkən
yeniyetmə etiraz edir. Buna baxmayaraq dostunun israrı ilə doğum tarixini astroloqa
söyləyir.   Teaqan yeniyetmənin qoroskopuna baxdıqdan sonra onun qarşısında diz
çökür…
Yeniyetmələrdən bir Romanın ilk imperatoru Qay Oktavian Avqust, digəri isə onun
uşaqlıq dostu Mark Aqrippa idi… 
Eramızdan   əvvəl   44-cü   il   aprelin   15-də   Romadan   gələn   yorğun   kuryer
Makedoniyanın   kiçik   liman   şəhəri   olan   Apollanidə   gəmidən   enib   gənc   Qay
Oktavianın   evinə   doğru   yollandı.   Kuryer   uzun   bir   yol   gəlmişdi.   Romadan
Brundiziyaya qədər olan yolda atının bağrını çatladan kuryer burdan gəmiyə oturaraq
vacib   xəbəri   Apollonidə   hərb   taktikalarını   və   fəlsəfəni   öyrənən   gənc   Oktaviana
çatdırmaq üçün tam 1 ay yol gəlmişdi.
                 Kuryerin gətirdiyi məktubda anası Atiya və atalığı Marçiy Filipp Qay Yuli
Sezarın   martın   15-də   sui-qəsdlə   öldürüldüyünü   və   Sezarın   Senatda   açıqlanan
vəsiyyətnaməsində Oktavianın varis elan etdiyini xəbər verirdilər. Buna baxmayaraq
anası Atiya Romada və bütün imperiyada qarışıqlığın olduğuna diqqət çəkərək israrla
Oktaviandan Romaya dönməməyi xahiş edirdi.
             Senatın giriş qapısında öldürülən böyük Roma fatehi Qay Yuli Sezar Qay
Oktavianın   anasının   dayısı   idi.   Vəsiyyatnamə   elan   olunarkən   məlum   olmuşdu   ki,
Romada  çoxlarının  tanımadığı Oktavian  adlı birisi  böyük Sezarın varisidir.  Sezar
vəziyyatnaməsində bacısının nəvəsini oğulluğa götürür və varisi elan edirdi.
Anasının Romaya dönməməsi üçün yalvarmasına baxmayaraq Oktavian mirası qəbul
etmək qərarına gəlir. Üç gün sonra o, sürətlə Neopala doğru yola çıxır.
      Oktavian Roma döndüyü zaman imperiya bir neçə yerə parçalanmışdı.  Romada
hakimiyyəti Yuli Sezarın sağ əli Mark Antoni ələ keçirmişdi, əyalətlərdə isə Sezarın
qatilləri   Mark   Brut,   Qay   Kassi,   Deçim   Brut,   Luçi   Çimber   möhkəmlənmişdilər.
Gələcəyin       böyük   imperatoru   ilk   dəfə   Senatın   qarşısınna   çıxarkən   senatorlar
qarşılarında kürən saçlı, arıq və orta boylu yeniyetmə gördülər. 
         Buna baxmayaraq yeniyetməninin açıq və zəhmli baxışları senatorlara təsir edir.
Bütün   aurası   ilə  yeniyetmə  ətrafına  qəribə   özünəinam  şuaları  yayır.  İlk  görüşdən
sonra gələcək imperatorun hamisinə çevrilən məşhur Roma filosofu  və natiqi Siseron
Oktavianı belə xarakterizə etmişdi: «O məxmər qutuda olan kövrək brilliant kimi
adamlara təsir göstərirdi. Məlumdur ki, brilliant nə qədər kövrək görünsə də, ondan
möhkəm heç   nə yoxdur. Qay Oktavian nə qədər kövrək görünsə də, bir o qədər
möhkəmdi».
             Senat qarşısında çıxış edən Oktavian elan edir ki, Sezarın son iradəsini həyata
keçirəcək və onun qatillərindən intiqam alacaq. Sezarın legionlarının veteranları onun
çağırışına səs verib ətrafına toplanırlar. Oktavian ilk olaraq Mark Antonidən Sezarın
ona miras buraxdığı pulları tələb edir. Bunun cavabında isə Mark Antoni gülərək


bildirir   ki,   o   həmin   pulları   senatorlara   rüşvət   verib   ki,   Roma   senatı   Sezarın
tərfdarlarını müdafiə  etsin.
                 Mark Antoninin pulu qaytarmaqda imtina etməsinə baxmayaraq, Oktavian
mülklərini   sataraq   hər   bir   Roma   vətəndaşına   300   sestersi   paylayır.   Sezarın
vəsiyyətində Oktaviana belə buyurmuşdu və bununla Oktavian sübut edir ki, Mark
Antonidən fərqli olaraq o, Sezarın vəsiyyətinə sadiqdir. 
                         Bundan sonra o, iflas etdiyini elan edərək Mark Antonini Romanın
məhsuldar   və   varlı   əyalətlərini   Sezarın   qatillərinin   ixtiyarına   buraxmaqda   ittiham
edir. Siseron Senatda Oktavianın tərəfini tutuduqdan sonra Mark Antoni məcburən
Qalliyanın idarəsini artıq xalq arasında məşhurlaşan Oktaviana verməli olur.
          İlk addımda siyasi oyunların ustası kimi özünü təqdim edən 19 yaşlı Oktavian
Qalliyanı aldıqdan sonra Mark Antoninin legionerlərinə yüksək mükafat sözü verərək
ona qoşulmağa çağırır. Mark Antoninin legionerlərinin bir qismi ona qoşulduğunda
isə   o,   elan   edir   ki,   o,   hərbi   qüvvəsindən   Senatı     Mark   Antondən   qorumaq   üçün
istifadə   edəcək.   Mark   Antoni   Sezarın   qatillərindən   biri   olan   Deçim   Bruta   qarşı
müharibə elan etdikdə isə Oktavian Senatı Brutun tərəfinə kesməyə məcbur edir. 
                 Bir ildən sonra o, Deçim Bruta, Mark Bruta və Qay Kassiyə qarşı vuruşda
məğlub  olarkən  onu  məğlubiyyətdən köməyə  gələn  Mark  Antoni  xilas  edir.  Tam
məğlub olan Deçim Brut, Mark Brut və Qay Kassi intihar edirlər. Oktavian Sezarın
qatillərinin   başını   kəsib   Romaya   göndərir.   Onların   başlarını   Sezarın   heykəlinin
ayaqları altına atırlar. Beləliklə Sezarın qatilləri ölür və dolayısı ilə Oktavian sözünü
tütmüş olur. Oktavian  və Mark  Antoni  Romaya  triumviator olaraq  girirlər.  Senat
hakimiyyəti onların arasında bölərək hər ikisini uzun müddətə diktator səlahiyyətləri
ilə konsul seçir.
                    Amma   Mark   Antoni   köməyə   gəlməsəydi,   gələcək   imperatorun   taleyi
müəmmalı olacaq və Oktavian söz verdyii kimi Sezarın qisasını ala bilməyəcəkdi.
Həmin döyüşdə həlak olan iki Roma konsulunun isə məhz Oktavianın gizli əmri ilə
öldürülməsi ilə bağlı Romada uzun müddət şayiələr dolaşır.
       Sezarın hakimiyyətinin göydən   düşdüyündən əmin olan Mark Antoni özünü
böyük siyasət ustası kimi göstərməsinə baxmayaraq hələ də 20 yaşlı Oktavianı uşaq
hesab edir.  Artıq Siseronla Oktavianın yolları da ayrılıb. Siseronun siyasi planları ilə
Oktavianın siyasi planları arasında yerlə göy qədər fərq var. Digər tərəfdən Mark
Antoni özünün əsas rəqiblərindən biri olan Ssiseronun qətlini israrla Oktaviandan
tələb edir. Artıq Siserona ehtiyacı qalmayan Oktavian Siseronu müdafiə etməkdən
imtina edir. 
                  Sezarın   veteranlarını   ətrafına   toplayaraq   hərbi   gücünü   artıran   Oktavian
həmçinin Romanın ayrı-ayrı patrisiləri də ətrafına toplamaqda davam edir. O hər kəsə
bir şeylər vəd edir və tezliklə Mark Antonini Romadan qaçmağa məcbur edir. Misirə
gələn Mark Antoni burda kraliça Klepatra tərəfindən imperator kimi qəbul edilir. 
   Klepatra bütün gücü ilə Antonini yanında saxlamaq istəyir. Antoni onun üçün həm
Roma taxtına gedən yol, həm də Misirin təhlükəsizlyidi. Elə ona görə firon Antonini
özünə   evləndirir.     Gözəl   Misir   kraliçası   ilə   evlənmək   üçün   Mark   Antoni   daha
əvvəldən siyasi məqsədlə evləndiyi Oktavianın bacısı Oktaviyadan boşanır. 
Mark Antoninin Misir fironu kraliça Kleopatra ilə münasibətlərini önə sürürək öz
hakimiyyət   şərikini   vətən   xaini   elan   edir.   O   Senatda   Mark   Antoninin


vəsiyyatnaməsini   oxuyur.   Vəsiyyatnamədə   Mark   Antoni   Sezarın   Kleopatradan
doğulan   oğlu   Sezarionu   Roma   imperatorluğuna   varis   olaraq   göstərir,   özünün
Kleopatradan olan oğlanlarına isə digər Roma vilayətlərini verir. Bütün senat bir-
birinə dəyir və Mark Antoni vətən xaini elan olunur. Edamdan qaçmaq üçün Mark
Antoninin senator tərəfdarları Romadan qaçırlar.
Oktavian Romanın bütün gücünü toplayıb vətən xaini elan etdiyi   Mark Antoninin
üzərinə gedir. Mark Antonindən sonra bütün Roma imperiaysı onun olacaqdı…
                     Mark Antoninin legionları   sərkərdəni tərk edib Oktavianın qərargahına
qaçırlar. Bir zamanlar uşaq hesab etdiyi Oktaviana son döyüşü belə verə bilməmək
Antonini qəhr edir. 
               Mark Antoninin intihar etməkdən savayı yolu yoxdur. Hər halda onun, bir
zamanlar Romanı idarə edən birisinin Romaya rəzil əsir kimi aparılmasından söhbət
belə ola bilməzdi. Mark Antoni özünü qılınsının üstünə yıxaraq intihar edir.
            Oktavian Kleopatraya həyat bəxş edəcəyini bildirsə də, kraliça zəhər içərək
özünü öldürməyə   qərar verir. Çünki ətrafda gəzən söz-söhbətlərə görə trimviator
olaraq Romaya girəcək olan Oktavian onu arabasının arxasnca qəfəsdə sürütləyərək
bütün Romanın qarşısında rəzil etməyə planlaşdırır. 
             Ölümdən qurtulmaq üçün Mark Antoninin oğlanları, (həmçinin Kleopatradan
olanlar), Yuli Sezarın abidəsinə sığınırlar. Oktavianın əmri ilə uşaqların hamısının
boynunu vururlar. Yuli Sezarın Klepatradan olan oğlu Sezar Həbəşistana  qaçmaq
istəsə də, yeniyetməni yolda tuturlar.   Oktavian Sezarın oğlunun edam olunmasını
əmrini verir. Sezarion onun qarşısında diz çöküb yalvarmasına baxmayaraq, Oktavian
sonralar tez-tez söylədiyi məşhur kəlamını söyləyir: «Sən ölməlisən».
       Bununla da Misir fironlarının sonuncu nümayəndəsi öldürümüş oldu və Oktavian
Misir dövlətini ləğv elədi. Bundan sonra Misir Oktaviana birbaşa tabe olan Roma
əyaləti olacaqdı. Mark Antoninin öldürülməsindən sonra Roma imperiyasında 17 il
sürən vətəndaş müharibəsi eramızdan əvvəl 27-ci ildə sona çatdı. Oktavian bütün
rəqiblərini   yenərək   yanvarın   13-də   Romaya   trimvuator   olaraq   döndü.   Senatdakı
çıxışında o özütün diktator səlahiyyətlərindən imtina edərək Respublikanının yenidən
bərpa olunduğunu elan etdi.
Əslində   isə   bu   bir   oyundu.   O   əlində   olan   sonsuz   hakimiyyətdən   imtina   etməyi
düşünmürdü belə. 
         Oktavian sözünü bitirər bitirməz onun yaxın silahdaşı Qay Mesenat irəli çıxaraq
Avqusta   etiraz   etdi:   «Azadlıq   və   demokratiya   ağıllı   adamlar   üçündür.   Vətəndaş
müharibəsi göstərdi ki, romalılar heç də ağıllı deyillər. Bu insanlara azadlıq vermək
uşağın, ya da dəlinin əlinə qılınc vermək kimi bir şeydir».
             300 il əvvəl monarx hakimiyyətindən imtina edən Senat rəsmən Oktavianı
imperator   elan   etməsə   də,   onun   sonsuz   hakimiyyətini   tanıyır.   Yeni   imperatora
prinseps (birinci senator) titulunu verirlər. Bundan başqa Oktaviana bundan əvvəl
ancaq tanrılara şamil olunan «Avqust» (xeyir paylayan) ünvanını verirlər.
          Bununla da Oktavian faktiki olaraq tanrı elan olundu və onun hakimiyyətinin
sonsuzluğu   və   mütləqliyi   bu   yolla   təsdiqləndi.   Bundan   sonra   bütün   Roma
imperatorları   özlərini   bu   yüksək   titulla,   Sezar   Avust   titulu   mükafatlandıracaq   və
adətən sonsuz hakimiyyətdən dəli olacaqdılar…


             Buna baxmayaraq Oktavian senatorların təklifini rədd edir və hakimiyyətdən
imtina edir. Ancaq Roma xalqı Palatin sarayının qarşısına toplanaraq onun qarşısında
diz   çöküb   hakimiyyəti   qəbul   etməyi   istədikdən   sonra   Oktavian   bütün   titulları   və
hakimiyyət   rəmzlərini   qəbul   edir.   Müasirləri   bunu   onun   usta   siyasətçi   və   ikiüzlü
olması ilə əlaqələndirirlər.
        Avqustun yaratdığı dövlət quruluşu 300 ildən artıq yaşadı və hüquqi cəhətdən
Roma imperiyası respublika adlansa da, prinsnepslərin hakimiyyətinin sonsuzluğu
tarixi dəhşətə gətirdi…
             Sezardan fərqli olaraq bağışlamağı sevməyən Avqust Roma imperatorları
arasında ən az qan tökən və əxlaqsızlıq girdabına ən az yuvarlanan imperator kimi
tarixə keçib. O heç bir zaman ona hökmdar deyə müraciət edilməsinə icazə vermirdi.
Elə bil ki, bu sözdən qorxurdu. Hətta bir dəfə teatrda kütlə qarşısında ona hökmdar,
deyə müraciət edən aktyoru edam belə etdirmişdi.
          Avqust sələflərindən fərqli olaraq ədalətli olmağa çalışırdı. Vaxtının çoxunu
məhkəmə   çəkişmələrində   keçirir,   Romanın   baş   hakimi   olaraq   ədalətli   qərarlar
verməyə cəhd edirdi.
                  Bir   dəfə   varisi   və   oğulluğu   Tiberi   onun   haqqında   pis   danışdıqlarından
qəzəbləndiyi zaman Avqust ona etiraz etmişdi: «Fikir vermə Tiberi. Vecinə də alma.
Əgər kimsə mənim haqqımda pis sözlər söyləyirsə, qoy söyləsin. Əsas odur ki, onlar
mənə heç bir şey edə bilməz. Amma mən edərəm».
          Hakimiyyəti dövründə onun adına tikilən çoxlu  sayda məbədlərə getməsə də,
bu məbədlərin tikilməsinə etiraz etmir və onu tanrı   elan edənlərə böyük bəxşişlər
verirdi. Avqustun qeyri-rəsmi olaraq mədəniyyət naziri rolunu oynayan və bu bu gun
adı xeyirxahlıq və humanizmin sinonimi kimi bilinən Qay Mesenat məhz bu yolla,
Avqusta ifrat yaltaqlığı sayəsində inanılmaz sərvət sahibi olmuşdu.
                 Buna baxmayraq öz fikirlərini söyləyənlərə qarşı Avqust repressiya tətbiq
etmirdi. Ancaq həddini aşanlara sadəcə üç kəlmə  söz deyirdi: «Sən artıq ölməlisən».
                      Avqusta   qədər   bir   zamanlar   kifayət   qədər   mühafizəkar   olan   Roma
cəmiyyətində   qədim   əxlaq   normaları   artıq   tənəzzülə   uğramışdı.   Artıq   eramızdan
əvvəl 100-ci ilin başlanğıcından Roma cəmiyətinin ali zümrəsi olan patritstlərin həyat
tərzi demək olar ki, heç bir əxlaq dəyəri tanımırdı. Pleybeylərdən isə danışmağa belə
dəyməzdi.   Bu   daha   çox   Romanın   qüdrətinin   gətirdiyi   özünəarxayınlıq   və   quldar
patritsilərin həddindən artıq varlanması ilə əlaqəli idi.
         Heç kəs onun əmrinə qarşı çıxmağı ağlına belə gətirmirdi. Çünki həmin şəxs
səhərisi   gün   intihar   etmək   əmrini   alacaq   və     onun   bütün   sərvəti   imperatorun
xəzinəsinə keçəcəkdi.
Avqustun   46   illik   mütləq   hakimiyyəti   Romanın   qızıl   dövrü   də   hesab   olunur.   O
uzaqgörən və ehtiyatlı, doğru zamanda doğru qərarları verməyi başaran bir siyasətçi
idi.   Özünün   bir   kəlamını   həmişə   təkrar   edirdi:   «Yavaş-yavaş   tələs».   O   siyasətdə
həmişə bu devizinə riayət edirdi.
O uzun zaman yaşadı. Ölürkən 77 yaşı vardı. Ölümündən sonra tarixçilər üç böyük
uğurunu qeyd edirdilər.
                   Birinci, 19 yaşlı gənc ikən vətəndaş müharibəsi içinə girən Romanı xilas
etməsini.  17 illik mübarizədən  sonra Avqust nəhayət  dövlətin birliyini təmin edə
bilmişdi.


                       İkinci, de-yure olaraq Respublikanı saxlasa da, mütləq hakimiyyət əldə
etməsini. Avqust demək olar ki, heç bir hüquqi statusu olmadan dünya imperiyasını
idarə edirdi və prinsepsin mütləq hakimiyyəti  faktiki olaraq onun nüfuzu və iradəsi
üzərində təşəkkül tapmışdı. O özünü adətən «dövləti qoruyan əsgər» adlandırırdı.
           Üçünsü, ən böyük uğuru isə, Romanın sərhədlərini daxilində əmin-amanlıq və
sülh yaratmasıydı. Onun 46 illik hakimiyyəti dönəmində Roma heç bir qonşusu ilə
müharibə   etmədi   və   Roma   tarixində   ilk   dəfə   yarım   əsrlik   bir   dönəmi   müharibə
aparmadan   yaşadı.   Elə   buna   görə   də   onun   hakimiyyət   dönəmi   «Qızıl   dövr»
adlandırılırdı.    Avqustun oğlu yox idi və arvadının birinci ərindən olan oğlu Tiberini
mirasçısı elan etmişdi. O Tiberinin sevmirdi amma arvadı Livtyanın onun üzərində
olan təsiri Tiberinin hakimiyyətə gedən yollarını açmışdı.
                           O eramızın 14-cü ilində avqustun 19-da Neapol yaxınlığındakı Noll
şəhərciyində   yay   istirahəti   zamanı   birdən-birə   xəstələnib   öldü.   Arvadı   Liviya
yaşadıqları villanı legionerlərlə mühasirəyə   aldıraraq bir neçə gün onun ölumunu
gizli   saxladı.   Yalnız   oğlu   Tiberi   Nolla   gəldikdən   sonra   prinsepsin   ölüm   xəbəri
Senatda   elan   olundu.   Elə   həmin   gün   Tiberi   Senat   tərəfindən   yeni   prinseps   elan
olundu.
                    O   Romada   özünü   imperator  elan   etmək   niyyəti  ilə   çevriliş  hazırlayan
Katalinanın   edam   olunduğu   gün   doğulmuşdu   və   ölürkən   Romada   tam   mütləq
hakimiyyət formalaşdırmışdı.
Ölümündən sonra Senat onu bir daha tanrı elan etdi…
             Prinsipat (lat. principatus, prinseps Məclisi açan ilk senator) – şərti termin
olub   Qədim   Romanın   ilkin   imperiya   dövrünə   (27   e.ə.   —   284   b.e.)   xas   olan
hakimiyyət-idarə   üsülunun   adı.   Monarx   və   respublika   hakimiyyətini   özündə
birləşdirən idarəetmə üsulu. Bu idarə üsulunun başında duran prinseps termini ilə
adlandırılır.   Prinseps   monarx   olmayıb,   bərabər   olanların   birincisi   sayılır.   Bu   o
deməkdir   ki,   dıvlətin   idarəetmə   səlahiyyətlərinə   xalq   trubinas   kimi   prinseps   də
malikdir. Bəzən bu titul imperatorla qarışdırılır.
              Prisipat sistemi Avqustun zamanından, hakimiyyətin müxtəlif magistratlara
əsaslandığı   bir   dıvrdə   tətbiq   edilməyə   başlanılmışdır.   Avqust   və   onun   xələfləri
sonralar prinseps kimi öz əllərində ali vətəndaş (xalq tribunası) və magistratlara aid
hərbi   hakimiyyəti   cəmləyərək   respublika   idarəçiliyini:   senatı,   komisi   (xalq
tribunasını)   və   magistratları   (senzorlardan   başqa)   daha   da   formallaşdırırlar.   Bu
institutlara seçkilər və onların fəaliyyəti prinsepsin nəzarəti ilə həyata keçirildiyindən
funksiyalarını   getdikcə   itirərək,   beləliklə   prinsipat   hakimiyyəti   siyasi   simasını
dəyişərək onun yerini imperator idarə üsulu tutmağa başlamış olur. Tarixdə prinsepat
imperiyanın
 
ilkin
 
yaranma
 
dövrünü
 
səciyyələndirir
Oktavian Avqust (Auqustos -müqəddəs, möhtəşəm)adını daşıdı. Sezarda olduğu kimi
bu   adlar   sakral   mənada   daşımağa   başladı   və   faktiki   olaraq   titula   çevrildi.
E.ə   23-cü   ildə   Avqust   konsulluqdan   imtina   etdi.   Bunun   əvəzinə   o   tam   tribun
hakimiyyəti aldı, prokonsul imperisi isə o zamana qədər bütün maqistratlardan üstün
oldu. Onun həmçin senatı çağırmaq, iclaslar vaxtı isə iki konsulun arasında oturmaq
hüququ vardı. Avqust bütün əsas kahin kolleqiyalarının üzvü idi, e.ə 12-ci ildən isə
Romanın   baş   pontifiki(baş   kahini)   oldu.   Nəhayət   o   birinci   senator   idi(senatın
prinsepsi) və "dövlətin birinci vətəndaşı" sayılırdı.


          Hüquqi amildən başqa Avqustun hakimiyyətinin güclü mənəvi-siyasi əsası da
var idi. Təzə prinsepsin nüfuzu böyük idi: vətəndaş müharibəsinin sonunu, dövlətin
bərpasını   və   (Pax   romana)Roma   dünyasının   dəstəklənməsini   onun   adı   ilə
bağlayırdılar.   Avqustun   ətrafında   kult   ünsürləri   yarandı.   Onun   şəxsi   tanrıları
(qeni(düha), laralar, penatlar)dövlət səviyyəsində qeyd olunurdu, onun adı ilə isə and
içirdilər.
Bütün bunlarla birlikdə, polis-respublika siyasi sistemi, hüquqi cəhətdən demək olar
ki   tamamilə   toxunulmamış   qaldı.   Senat,   maqistratlar   və   xalq   yığıcağı   qalırdı.
Komsialar   qanun   qəbul   edirdilər   və   maqistratları   seçirdilər.   Bununla   belə   xalq
yığıncağı prinsepsin sözünə baxırdı. Avqust Romanın təminatını əlində saxlayırdı.
Lap əvvəldən prinsipat xalqın siyasi həyatdan uzaqlaşdırmaq kursunu tutdu. Nəhayət
obyektiv olaraq belə romalı komisialar imperiyanın çoxmillionlu əhalisinin marağını
əks etdirə bilmirdi.      Senat ilə münasibətlər daha qəliz idi. Senat Avqustun "berpa
etdiyi" respublikanın təcəssümü idi, bundan başqa öz idarə aparatı olmayan prinsipat
senatı   istifadə   etməyə   məcbur   idi.   Hüquqi   baxımdan   imperator   və   senat   ümimi
sistemin iki ünsürü idi. Bu ünsürlərdən biri güclü idi, ancaq hələ ikincisini tamamilə
tabe etmək üçün yetərincə güclü deyildi.   E.ə 27-ci ildən sonra əyalətlər prinsepslə
senatın   arasında   bölüşdürüldü.   Senat   əyalətlərini   senatın   seçdiyi   prokonsul   və
propretorlar   idarə   edirdi,   imperator   əyalətlərinə   isə   Avqust   pretorilərdən   və
konsulyarlardan   olan   leqatlar   təyin   edirdi.   Bütün   yeni   zəbt   edilmiş   əyalətlər
imperatorun əyalətləri olduğu üçün nisbət  getdikcə imperatorun xeyrinə dəyişirdi.
Ordu   bütövlüklə   imperator   əyalətlərində   idi,   lakin   ona   senator   dərəcəsində   olan
şəxslər   komandanlıq   edirdi.   Hər   iki   hakimiyyət   qanun   qəbul   edə   bilərdi:   senat   -
senatus-konsultlar,   imperator   isə   -edikt   və   dekretlər.   Maliyyə   məsələlərində   də
dualizm var idi: ümudövlət xəzinəsi - eraridən başqa, imperator xəzinəsi - fisk də
yarandı. Avqust senatın tərkibi üzərində nəzarəti də inhisara aldı. Təxminən 10 ildən
bir o senat senzi keçirirdi (e.ə 28, 18, 8 və eramızın 4,14 illərində). Senatorların sayı
1000 dən 600 endi. Senatda qalma və irəli getmə birinci olaraq prinsepsdən asılı idi.
O həmçin namizədləri irəli sürmək və geri çağırmaq hüququna malik idi. E.ə 36-cı
ildə Avqust köhnə əyyanlarla barışdı.     Prinsipat (lat. principatus, prinseps Məclisi
açan ilk senator) – şərti termin olub Qədim Romanın ilkin imperiya dövrünə (27 e.ə.
—   284   b.e.)   xas   olan   hakimiyyət-idarə   üsülunun   adı.   Monarx   və   respublika
hakimiyyətini özündə birləşdirən idarəetmə üsulu. Bu idarə üsulunun başında duran
prinseps termini ilə adlandırılır. Prinseps monarx olmayıb, bərabər olanların birincisi
sayılır.   Bu   o   deməkdir   ki,   dıvlətin   idarəetmə   səlahiyyətlərinə   xalq   trubinas   kimi
prinseps də malikdir. Bəzən bu titul imperatorla qarışdırılır.Prisipat sistemi Avqustun
zamanından,   hakimiyyətin   müxtəlif   magistratlara   əsaslandığı   bir   dövrdə   tətbiq
edilməyə başlanılmışdır. Avqust və onun xələfləri sonralar prinseps kimi öz əllərində
ali   vətəndaş   (xalq   tribunası)   və   magistratlara   aid   hərbi   hakimiyyəti   cəmləyərək
respublika   idarəçiliyini:   senatı,   komisi   (xalq   tribunasını)   və   magistratları
(senzorlardan başqa) daha da formallaşdırırlar. 
       II əsrin sonu və III əsrdə Romada quldarlıq təsərrüfatı tənəzzülə başlayır. Qul
əməyi ucuz başa gəlirdi, lakin qullar çox pis işləyirdilər, çünki əməklərinin nəticəsinə
heç   bir   maraqları   yox   idi.   Köləlik   texnikanın   inkişfına   mane   olurdu.   Sənət


emalatxanalarında   və   mədənlərində   qullara   yalnız   sadə,   kobud   əmək   alətləri
verirdilər, çünki bu alətləri sındırmaq çətin idi. 
Əkinçilikdə, heyvandarlıqda və sənətkarlıqda əsas əməyin qullara həvalə edilməsi
təsərrüfatı   tənəzzülə   doğru   aparırdı.   Ən   çox   qul   İtaliyada   idi.   Odur   ki,   burada
təsərrüffat daha çox tənəzzül etmişdi. 
Qul əməyi quldarlar üçün əlverişsiz olmağa başlamışdı. Buna görə də II əsrdə bir çox
malikanə sahibləri öz malikanələrini xırda – xırda torpaq sahələrinə bölür, bunları
azad yoxsullara icarəyə verirdilər. Romada xırda torpaq icarədarlarına   “kolonlar”
deyilirdi. İcarədar məhsulun bir   hissəsini  torpaq sahibinə verdikdən sonra, qalan
hissəsini özündə saxladığına görə, daha yaxşı işləyərək, daha çox məhsul toplamağa
çalışırdı. O quldan yaxşı işləyir, mal – qaranı və əmək əlatlərini  qoruyurdu.
Bəzən quldarlar qullara torpaq sahəsi, əmək alətləri və toxum verir, onların təsərrüfat
yaratmaları və ailə qurmalarına imkan verirdilər. Şəhərlərdə quldarlar öz qularına
icazə verirdilər ki, xırda emalatxanalar düzəltsinlər və kiçik dükanlar açsınlar.Qullar
öz qazanclarının bir hissəsini quldarlara verirdilər. Öz təsərrüfatı, ailəsi olan qullara
“daxmalı qullar” deyilirdi.
Qulların bir hissəsi öz vəziyyətləini bir qədər yaxşılaşdırmağa müvəffəq olsalar da,
onların vəziyyəti yenə də ağır idi və buna görə də quldarlara qarşı mübarizəni davam
etdirirdilər.   Kolonlar   da   bu   mübarizədə   iştirak   edirdi.   İmperiyanın   müxtəlif
yerlərində   baş   verən   üsyanlar   III   əsrin   ortalarında   daha   da   gücləndilər.   Bütün
Qalliyanı   üsyan   bürümüşdü,   üsyançılar   özlərini   “baqaudlar”,   yəni   mübarizlər
adlandırırdılar.   Baqaudlar   quldarların   malikənələrinə   od   vurub   yandırır,   ələ
keçirdikləri əmlakı öz aralarına bölüşdürürdülər.
III   əsrdə   imperator   taxtı   uğrunda   tez   –   tez   baş   verən   çarpışmalar   mərkəzi
hakimiyyətin   zəifləməsinə   səbəb   olmuşdu.   III   əsrin   ortalarında   Qalliya,   İspaniya,
Misir,   Asiyada   və   Aşağı   Dunaydakı   əyalətlərin   demək   olar   ki,   hamısı   Romadan
ayrıldı. Yalnız 284 – cü ildə taxta çıxmış və 21 il dövləti idarə etmiş Diokletian
imperator hakimiyyətini möhkəmləndirən bir sıra tədbirlər gördü: imperiyada hələ
mühafizə edilmiş respublika vəzifələrini ləğv etdi. O, dövləti özünün təyin etdiyi
məmurlar vasitəsi ilə idarə edirdi. Diokletian qeyri – məhdud hakimiyyətə malik idi.
İmperatorun   sözü   qanun   idi.   O,   özünü   Yupiterin   oğlu   elan   etmişdi.   Məbədlərdə
heykəlləri   qoyulmuşdu.   Diokletian   ordunu   artırmaq   və   qiyamçılarla   mübarizədə
etibarlı dayaq əldə etmək üçün, bütöv barbar tayfalarını muzdla qulluğa götürürdü.
 Diokletianın  çox böyük qoşunu Qalliyada baqaudları məğlub edib, üsyançıların bir
hissəsini öldürdü, qalanlarını qul etdi. Roma qoşunları Şimali Afrika quldarlarının
köməyi   ilə   burada   üsyanı   yatıra   bildilər.   İmperiyanın   sərhədlərində   barbarlardan
müdafiə   olunmaq   üçün   möhkəm   qalalar   tikilərək,   aralarında   xəndək   qazılmışdı.
İmperiyanın özündəki üsyanlarla yanaşı, onun sərhədlərində də şiddətli   mübarizə
gedirdi. Barbar tayfalarının Romaya hücumu artırdı. (Romalılar yadelliləri barbarlar
adlandırırdılar). III əsrdə imperiya ən çox german tayfalarının basqınlarına məruz
qalırdı.     –   Germanlar   qəbilə   icmasının   dağılması   mərhələsində   yaşayırdılar.   Yeni
yaranan   qəbilə   əyanlarında   varlanmaq   ehtirası   güclü   idi.   İmperiyanın   münbit
düzənlikləri və sərvətləri germanları cəlb edirdi. 
IV əsrin sonlarından barbarların Roma imperiyasının ərazisinə kütləvi axını başlayır.
Bu hərəkətə IV əsrin ikinci yarısından köçəri hunlardan ibarət çox böyük ordunun


Xəzəryanı çöllərdən gəlməsi səbəb oldu. Bir az bundan əvvəl qara dənizin Şimal
sahillərində   məsgən   salmış   german   qot   tayfaları   hunların   sarsıdıcı   hücumlarına
davam   gətirməyib   Dunay   çayı   sahillərinə   çəkildilər.Qotlara   Roma   imperiyası
ərazisində yerləşməyə icazə verildi, lakin imperiyanın məmurları onlarla pis rəftar
etməyə başladılar. Qotlar bir tikə çörək üçün qul olmalı və ya övladlarını köləliyə
verməli idilər. 
Qotlar   üsyan   edib   Konistintinapol   şəhərinin   üzərinə   yeridilər.   378   –   ci   ildə
Andrianopol   şəhəri   yaxınlığındakı   vuruşmada   qotlar   imperatorun   özünün   başçılıq
etdiyi Roma qoşununu qəti məğlubiyyətə uğratdılar. İmperator özü də həlak oldu.
Yeni   imperator   Böyük   Feodosi   qotların   başçılarını   pulla   ələ   alıb,   üsyanın
dayandırılmasına nail oldu. Qotlara Balkan yarımadasının qərbində torpaq verildi.
İmperator   Böyük   Feodosi   ölümündən   bir   az   öncə,   Roma     imperiyasını   iki   oğlu
arasında   paylaşdırdı. 395 – ci ildə imperiya Şərqi və Qərbi imperiyalara bölündü.
Şərqi imperiya kiçik qardaşı Arkadiya, Qərbi imperiya isə böyük qardaşı Honoriya
çatdı. Balkan yarımadası, misir və Asiyadakı Roma torpaqları Şərqi, İtaliya, habelə
Avropa və Afrikadakı qərb əyalətləri Qərbi imperiyanın tərkibinə daxil oldu. Qərbi
imperiyanın vəziyyəti daha ağır idi, çünki onun əhalisi dağılmış, hər yerini üsyanlar
bürümüşdü.Qotlar Qərbi Roma imperiyasının zəifliyindən istifadə etdilər. Onlar 410
–   cu   ildə   Alarixin   başçılığı   ilə   İtaliyaya   soxuldular.   Roma   elçiləri   şəhər
müdafiəçilərinin  çöxluğu   ilə  Alarixi  qoxutmaq   istədilər,  o,   istehza   ilə   belə  cavab
vermişdi:   “Ot   nə   qədər   sıx   olursa   onu   biçmək   daha   asandır”.   İmperator   qalada
gizləndi,   Qotlar   Roma   şəhərini   mühasirəyə   aldılar.   Gecə   vaxtı   şəhərdəki   qullar
darvazaları açdılar və qotlar Romaya soxuldular. Onlar üç gün ərzində şəhəri qarət
edib, getdilər.
  Qotlardan   sonra   digər   german   tayfaları   da   böyük   bir   sel   kimi   Qərbi   Roma
imperiyasının   ərazisinə   axışdılar.   Ciddi   müqavimətə   rast   gəlməyən   germanlar
Qalliyanı, İtaliyanı və İspaniyanı işğal edərək oradan Şimali Afrikaya keşdilər. 
German vandal tayfaları V əsrin ortalarında Afrikadan İtaliyaya keçib Roma şəhərini
aldılar.   Şəhərdə   soyğunçuluq   və   qarət   iki   həftə   davam   etdi.   Vandallar   heykəlləri
sındırır,   kitabları   məhv   edir,   evləri   yandırırdılar.   Vandalların   basqınından   sonra
romada cəmi 7 min   nəfər əhali qalmışdı.Vandalların Romanı qarət edib dağıtması
nəticəsində   əmələ   gələn   “vandalizm”   sözünün   mənası   incəsənət   əsərləri   və   digər
mədəniyyət abidələrinin məhv edilməsi deməkdir.
476   –   cı   ildə   Romadakı   muzdlu   german   qoşununun   başçısı   Odoakr   son   Roma
imperatoru   Romul   Avqustulu   taxtdan   salıb   imperatorluq   nişanlarını   Şərqi   Roma
imperiyasına göndərdi, bununla da Qərbi Roma imperiyasının ömrü başa çatdı. Şərqi
imperiya   çətinliklə   də   olsa,   barbarların   hücumunu   dəf   etdi   və   1453   –   cü   ildə
osmanlılar Konstantinopolu alanadək yaşadı.
  Beləliklə, məzlumların üsyanları və barbarların hücumları Qərbi Roma imperiyasını
dağıtdı, Bununla da Qərbi Avropada quldarlıq qurluşu tamamilə dağıldı. Buna görə
də   Qərbi   Roma   imperiyasının   süqutu   Qədim   Dünya   Tarixinin   sonu   hesab   edilir.
Oktavian Avqust imperiya dövrünün başlanğıcını qoymuş prinsipat sistemini (e.ə. 27
ildən) yaratdı. Roma imperiyasının yüksəlişi Antoninlər sülaləsi dövrünə (96-192)
təsadüf   edir.   Trayanın   dövründə   (98-117)   Roma   dövlətinin   əraziləri   maksimum
genişlənmiş, daxili ticarətin və sənətkarlığın inkişafına şərait yaranmışdı. İtaliyada


başlanan   sosial-iqtisadi   böhran   ("3   əsr   böhranı")   quldarlığı   aradan   qaldırdı.
Markoman müharibəsində Roma barbarların hücumunu güclə dəf edə bildi. İmperator
Karakallanın   212   ildə   bütün   azad   əyalət   adamlarına   Roma   vətəndaşlığı   vermək
haqqında qanunu da vəziyyəti yüngulləşdirmədi. 3 əsrin ortalarında Roma imperiyası
əslində dağıldı. İmperatorlardan Diokletian (284-305) və I Konstantinin (306-337)
dövründə imperiya bərpa edilmiş, dominat rejimi bərqərar olmuşdu. 313 ildən sonra
hakim kilsə olan xristian kilsəsi dövlətin sədaqətli müttəfiqi idi. 4 əsrdə ticarətin,
sənətkarlığın   tənəzzülü   ilə   yanaşı,   orduda   və   inzibati   idarələrdə   barbarların
mövqeyinin xeyli güclənməsi də müşahidə edilirdi. 378 ildə Roma ordusunda xidmət
edən   vestqotlar   üsyana   qalxdılar.   Adrianopol   yaxınlığında   üsyançılar   imperator
Valentinin ordusunu darmadağın etdilər. 395 ildə imperiya iki hissəyə - Qərbi və
Şərqi Roma imperiyasına bölündü. 410 ildə vestqotlar Roma şəhərini ələ keçirib qarət
etdilər. Qalliya və İspaniyanı baqaudların üsyanı bürürdü. 476 ildə Odoakr Qərbi
Roma imperiyasının sonuncu imperatoru Romul Avqustulu devirdi və Qərbi Roma
imperiyası süqüt etdi.
Oktavian Avqust imperiya dövrünün başlanğıcını qoymuş prinsipat sistemini (e.ə. 27
ildən) yaratdı. Dövlətin sərhədləri xeyli genişləndirilmiş, Misir, Şimali İspaniya işğal
edilmiş,   Ermənistan,   Qara   dəniz   sahilinin   xeyli   hissəsi   asılı   vəziyyətə   salınmışdı.
Avqustun xələfləri Tiberi (14-37), Kaliqula (37-41), Klavdi (41-54), Neron (54-68)
əyalətlərdə xalq kütlələrinin üsyanları yatırır, respublika qaydalarını bərpa etməyə
can   atan   Roma   aristokratiyasına   qarşı   şiddətli   mübarizə   aparırdılar.   Bu   zamanda
xristianlıq   yaranmağa   başladı.   Roma   imperiyasının   yüksəlişi   Antoninlər   sülaləsi
dövrünə (96-192) təsadüf edir. Trayanın dövründə (98-117) Roma dövlətinin əraziləri
maksimum genişlənmiş, daxili ticarətin və sənətkarlığın inkişafına şərait yaranmışdı.
İtaliyada başlanan sosial-iqtisadi böhran ("3 əsr böhranı") quldarlığı aradan qaldırdı.
Markoman müharibəsində Roma barbarların hücumunu güclə dəf edə bildi. İmperator
Karakallanın   212   ildə   bütün   azad   əyalət   adamlarına   Roma   vətəndaşlığı   vermək
haqqında qanunu da vəziyyəti yüngulləşdirmədi. 3 əsrin ortalarında Roma imperiyası
əslində   dağıldı   Roma   ordusu   dövrünə   görə   çox   güclü   təlim   keçmiş,   əsas   gücü
piyadalardan ibarət olan bir ordu idi. Hər 4500 nəfərlik dəstə "Legion" adlanırdı.
Roma   ordusunun   döyüş   qaydasına   görə   döyüşü   yüngül   silahlı   döyüşçülər
başlayırdılar. Onlar düşmən sıralarını pozmaq üçün ox,mızra atırdılar. Legionun əsas
gücü ağır silahlı piyadalardan ibarət idi. Onlar nizə və qılıncla silahlanır, zirehli paltar
geyirdilər. Süvarilər piyadaları cinahlardan qoruyur, qaçan düşməni təqib edirdilər.
Legion   hər   bir   şəraitdə(meşədə,   dağlıq   yerdə   və   s.)vuruşa   bilən   xırda   hissələrə
bölünürdü.   Orduda   sərt-nizam   intizama   riayət   olunurdu.   Silahı   itirmək,   keşikdə
yatmaq üstündə edam cəzası tətbiq olunurdu. Roma ordusunda süvari dəstələr olsada
onlar piyadalar qədər güclü deyildilər. Ümumiyyətlə Romada hökmdarlırdıq etmiş bir
çox şəxslər özlərinə uyğun ordular yaratmışlarki, bunların adları Roma Total War
kompyüter   oyununda   görmək   olar.   Romada   yaşları   ötmüş,   xidmət   müddəti   başa
çatmış döyüşçülərdən veteran hərbi dəstələri yaradılırdıki, onlarda imperiyaya tabe
olan şəhərlərdə asayişi qorumaqlar məşğul olurdular
Dominat   (lat.   dominātus   hökumranlıq)   —   Qədim   Romada   tetrarxiya   dövründə
prinsipatın yerini tutmuş idarəetmə forması olub, dəfələrlə konsul olmuş Qay Avreli
Valeri Diokletianın hakimiyyəti zamanından (284—305) tətbiqini tapmışdır.


Dominat sözü adətən Qədim Roma tarixinin sonrakı antik dövrünə, IV - VI əsrlərə
aid   olub,   imperatora   müraciət   forması   -   lat.   dominus   et   deus   olub,   mənası   "ağa
(hökmdar) və allah" deməkdir. Dominat dövründə senat dekorativ funksiya malik
olmuş, bütün hakimiyyət "avqust" ("müqəddəsin") və ya "dominusun" ("hökmdarın")
əlində cəmləşmişdir. Yerdə qalanlar isə onun qulu sayılırdı.
İmperatorlardan   Diokletian   (284-305)   və   I   Konstantinin   (306-337)   dövründə
imperiya bərpa edilmiş, dominat rejimi bərqərar olmuşdu. 313 ildən sonra hakim
kilsə   olan   xristian   kilsəsi   dövlətin   sədaqətli   müttəfiqi   idi.   4   əsrdə   ticarətin,
sənətkarlığın   tənəzzülü   ilə   yanaşı,   orduda   və   inzibati   idarələrdə   barbarların
mövqeyinin xeyli güclənməsi də müşahidə edilirdi. 378 ildə Roma ordusunda xidmət
edən   vestqotlar   üsyana   qalxdılar.   Adrianopol   yaxınlığında   üsyançılar   imperator
Valentinin ordusunu darmadağın etdilər. 395 ildə imperiya iki hissəyə - Qərbi və
Şərqi Roma imperiyasına bölündü. 410 ildə vestqotlar Roma şəhərini ələ keçirib qarət
etdilər. Qalliya və İspaniyanı baqaudların üsyanı bürürdü. 476 ildə Odoakr Qərbi
Roma imperiyasının sonuncu imperatoru Romul Avqustulu devirdi və Qərbi Roma
imperiyası süqüt etdi
Mark Avreli (* 26 aprel 121 – † 17 mart 180) — Roma imperatoru (161-180), filosof.
İlk vaxtlar imperiyanı Lusi Verlə birgə idarə etmişdir. Parfiyalılar (162-166), german
və sarmatlarla (166-180, Markoman müharibəsində) hərblər aparmışdır. Stoisizmin
ardıcıllarından olan Mark Avreli fəlsəfədə ("Özü ilə təklikdə" əsəri) əxlaqi kamilliyi
təbliğ   etmiş,   siyasi   quruluşu   təkmilləşdirməyin   qeyri-mümkünlüyü   ideyasını   irəli
sürmüşdür.139-cu ildə atası vəfat etdikdən sonra imperator Antonin Piy tərəfindən
oğulluğa götürüldükdən sonra Mark Avreli Ver Sezar adlandırılmağa başlanmışdır.
Gözəl təhsilə yiyələnmiş Avreli fəlsəfəyə və təsviri sənətə böyük maraq göstərmişdir.
Dioqnetin, şagirdi olan Avreli fəlsəvi görüşlərinə görə məhz quru taxt üzərində yatar
və üstünü heyvan dərisi ilə örtərmiş. Bacarığına görə gənc olmasına baxmayaraq
Adrianın   vəfatından   yarım   il   sonra   5   dekabr   138   ci   ildə   kvestor   vəzifəsinə   irəli
çəkilərək karyerasına inzibati idarəçiliklə başlamışdır. Elə həmin il Antonin Piyin qızı
ilə nişanlandıqdan sonra tax-taca varislik əldə edir. 140 ci ildə konsul və sezar elan
edilir. 146 cı ildə Antonin Piy Mark Avreliyə konsul kimi dövləti idarə etmək hüquq
verir. 1 yanvar 161 ci ildə qardaşlığı Lusi ver ilə birlikdə üçüncu dəfə konsul kimi
dövləti idarə edir. 169-cu ildən Lusi Verin ölümündən sonra dövləti təkbaşına idarə
edir.
Atası kimi senata və onun üzvlərinə hörmət yanaşarmış. Məhkəmə işinə böyük diqqət
verərmiş. Bir çox köhnəlmiş qanunları bərpa etmişdir.
Afinada   dörd   fəlsəfə   kafedrası   yaradaraq,   professorları   dövlət   himayəsinə
götürmüşdür. Bir çox döyüş və hərbi yürüşlərdə şəxsən iştirak etmişdir. 166 cı ildə
məğlubiyyətdən   sonra   Parfiya   ilə   sülh   bağlamağa   məcbur   olur.   Həmin   il   Roma
germanların Dunay çayı boyu hücumları, vandallara qarşı müharibə, şimali Misir
üsyanına baxmayaraq 178ci ildə germanlara qarşı müharibədə böyük uğurlar qazanır,
lakin   imperiya   qoşunlarını   yoluxucu   xəstəlik   taun   epidemiyası   bürüyür.   Daimi
müharibələr imperiyanı zəiflətmiş, epidemiyaya və əhalinin dilənçiləşməsinə səbəb
olmuşdu.       Filosof Maksim Klavdi Mark Avrelinin müəllimi olmuşdur. Mark avreli
özündən   sonra   yunan   dilində   yazmış   olduğu   12   fəlsəfi   qeydlər   kitabını   miras
qoymuşdur. Stoisizmin ardıcıllarından olan Mark Avreli fəlsəfədə ("Özü ilə təklikdə"


əsəri)   əxlaqi   kamilliyi   təbliğ   etmiş,   siyasi   quruluşu   təkmilləşdirməyin   qeyri-
mümkünlüyü   ideyasını   irəli   sürmüşdür.   Mark   Avrelinin   xarakterində   hünər   və
məyusluq hissləri bir-birini tamamlayır. Onun antimaterialist baxışlarının mərkəzində
insanın   öz   cisminə   canı   və   ruhu   ilə   şəxsi   əqidəsi,   hünəri,   alicənablığı   hesabına
yiyələnməsi, kimi fikirlər durur.Mark Avrelinin silahdaşları onun xəstə halına acıyıb
ağlayarkən,   üzünü   onlara   tutub   deyir:   "   Niyə   mənim   halıma   acıyıb   ağlayırsınız,
sizona ağlayın ki bu taun hamımızı məhv edəcək." 17 mart 180-ci ildə Vindobon
(müasir   Vyana)   deyilən   yerdə   taundan   vəfat   edir.   Mark   Avreli   (külü)   Adrian
məqbərəsində indiki Müqəddəs Ancelo qəsrində dəfn edilmişdir. Onun ölümündən
sonra həmin dövrü antik tarixi ənənəyə görə "Qızıl əsr" özünü isə tax-taclı filosof
adlandırırdılar. Senat onun şərəfinə ölümündən sonra Romada hal-hazırda it. Piazza
Colonna   adlanan   meydanda   "Şərəf  sütunu"   (Mark   Avreli   sütunu)  qoydurtmuşdur.
Obrazı   "Qladiator"   filmində   istifadə   edilmişdir.   Konstantin   sülaləsi   —   Roma
imperatoru   I   Konstansi   Xlordan   başlamış   (305)   Mürtəd   Yuliana   qədərki   (363)
hökmdarlar   ailəsinin   qeyri-rəsmi   adı.   Sülalənin   adı   I   Konstantinin   324-cü   ildə
təkbaşına   mütləq   hökmranlığı   dövründən   məhşurlaşmışdır.   Sülalə   həm   də   Yeni
(İkinci)   Flavilər   də   adlandırılırdı.   Belə   ki,   sülalənin   hər   bir   üzvü   öz   adına   I   əsr
Flavilərinə müvafiq Flavilər soy kökünü də əlavə edirmişlər
           Roma, bütün Aralıq dənizi hövzəsini əlinə keçirməyi bacaran bir imperatorluq
idi.   Bu   imperatorluğun   tərkibində   azad   sayılan   insan   sayısı   çox   az   idi   və
imperatorluğa bağlı ölkələr də müstəmləkəçilik hökm sürürdü. Dövlət xəzinəsi bağlı
əyalətlərdən   alınan   vergilərlə   doldulurulurdu.   Romanın   əyalətlərə   tətbiq   etdiyi
vergilər o qədər ağır idi ki, vergiləri ödəyə bilməyən insanlar bəzən ya özlərini, ya da
uşaqlarını satmağa məcbur olurdu. 
           Romada qədim tarixdə ailədə ata, mütləq hakim idi. Ata uşaqlarını və hətta
yoldaşını belə istəsə qul kimi sata bilərdi. Oğullar yuxarı vəzifəyə gəlsələr də, varlı
olsalar   da,   bütün   var-dövlətləri   atanın   sayılırdı.   Ata   istəsə   öz   yeniyetmə   oğlunu
öldürdə bilərdi. Buna dövlət heç nə deyə bilməzdi. Ata ölənə qədər övladlar onun
köləsi kimi yaşayırdı.
        Romalılar, müharibədə əsir götürdükləri güclü kişiləri qladiator kimi yetişdirir
və   onları   arenada   ölüncəyə   qədər   döyüşdürürdülər.   Onsuz   da   öləcəyini   bilən
qladiatorlar   bəzən   intihar   edərdi.   Məğlub   edən   qladiator   məğlub   olan   qladiatoru
bağışlasa da, xalqın istəyi də onu yenə də öldürə bilərdi. 
     Ölümə məhkum edilən insanlar günlərlə ac qalan şir və pələnglərə atılırdı. Xalq bu
cür ölüm səhnələrinə tamaşa etməkdən zövq alırdı. Qısaca, xalq bütün zövqlərini
sonunə qədər istifadə etmişdi.
            Senatorlar öz aralarından bir nəfəri ömürlük padşah seçirdilər. E.ə. VI əsrin
başlanğıcında   Romada   dövləti   padşah   və   senat   idarə   edirdi.   Romada   Kapitoli
təpəsində möhtəşəm qala tikilmişdi. Düşmən hücum edəndə əhali burada müdafiə
olunurdu. Romadakı təpələr arasında olan bataqlıqlar qurudulmuş və forum deyilən
bazar   meydanı   yaradılmışdı.   Romaya   başqa   yerlərdən   köçüb   gəlmiş   insanların
nəsilləri   plebeylər   adlanırdı.   Onlar   azad   əhalinin   yoxsul   təbəqəsini   təşkil   edirdi.
Plebeylər vergi versə də, qoşunda xidmət etsə də, icma torpaqlarından istifadə etmək,
yüksək   vəzifələrə   seçilmək   hüququna   malik   deyildilər.   Onlar   torpağı   varlılardan
icarəyə götürürdülər. 


Romada   seçkili   idarəni   patrisilər   latınca   respublika,   yəni   «ümumxalq   işi»
adlandırırdılar.   Respublika   müəyyən   müddətə   seçilmiş   adamlar   tərəfindən   idarə
olunan dövlət deməkdir. Romada respublika quruluşu e.ə. 30-cu ilə qədər davam
etmişdir.   Konsullar   bir   il   ərzində   Romanı   idarə   edir,   məhkəmə   işlərinə   baxır,
müharibə zamanı orduya komandanlıq edirdilər. Respublika dövründə Senat maliyyə
işlərinə baxır, müharibə və sülh məsələlərini həll edir, xalq yığıncağında səsə qoymaq
üçün qərarlar hazırlayırdı.
       Roma İmperatorluğu qurulduğu dövrdən 313-cü ilə qədər bütpərəstlik inancı ilə
yaşamışdı. Romalılar bütpərəstlik dövründə tanrıların heykəllərini düzəltmişdilər və
onları insanlara oxşatmışdılar. Fələstində meydana çıxan Xristianlığa Roma çox sərt
formada rədd etmişdi. Ancaq 313-cü ildə Milano Fərmanı ilə xristianlığı qəbul etmək
azad   olmuşdu.   Yüzillərlə   bütpərəst   yaşayan   Romalılar   üçün   qədim   dinlərini   tərk
etmək o qədər də asan olmamışdı. Ona görə də xristianlığa qədim inanclarında qalmış
adətləri də əlavə etmişdilər.   Roma imperatoru I Teodosios, xristianlıqdan dönənlər
üçün cəza tətbiq etməyə başladı. Bu cəza ölüm idi. Bunun da nəticəsində dindən
dönənlərin sayı azaldı.
                 452-ci ildə Attila, Roma üzərində üstünlük qazanmışdı və bu dövləti Hun
dövlətinə tabe etməyə çalışmışdı. Lakın Papa, xristianlığın xatirinə bunu etməməsini
yalvardırdıqda Attila bu fikrindən daşınmışdı. Attila Romadan qayıdarkən ağzından
qan   gələrək   ölmüşdü.   Ölümünü   Romanın   qatil   şahzadə   qadınının   etdiyini   irəli
sürmüşdülər. Beləliklə, böyük dövlətlərin bacara bilmədiyini bir qadın bacarmışdı.
  Təqribən 376-cı ildə cənubi Rusiyada böyük bir regionun hakimləri hunlar idi. 384-
cü ilin yazında hun atlıları Norikum və Raetiyadan Qalliyaya keçdilər. 395-ci ildə
hunların böyük orduları Don çayını keçərək cənub-şərqə döndülər, Qafqazdan keçib
Ermənistanın   cənub-qərbinə,   Roma   əyalətlərinə   və   İrana   hücum   etdilər.   Bir   qrup
hunlar Anti-Taurusdan cənuba və qərbə tərəf olan ölkələri qarət etdilər. Onlar Fərat
çayını keçəndə romalılar hücum edib onları məhv etdi. Digər qrup, Basiç və Kursixin
rəhbərliyi ilə Dəclə və Fəratın vadiləri ilə Stesifona tərəf getdilər. Fars ordusunun
onlara tərəf gəldiyini eşitdikdə geri döndülər, lakin onlar məhv edildi, digər dəstə isə
Azərbaycana qaçdılar, Xəzər qapılarından keçərək cənubi rus çöllərinə üz tutdular.
Üçüncü   qrup   Şərqi   Kiçik   Asiyanı   və   Suriyanı   qarət   etdi.[4]   Erkən   orta   əsrlərdə
Azərbaycana gəlmiş türkdilli etnoslar hun ittifaqında birləşmişdilər. Bu ittifaqa bir
çox türk etnosları, o cümlədən kəngər, peçənəq, bulqar, qıpçaq, sabir, utiqur, onoqur,
xəzər, türk, uz, heptal, barsil tayfaları daxil idi. Hun ittifaqında adı çəkilən bir çox
tayfalar qədim  dövrdən  Ön  Qafqaz  ölkələrinin sakinləri  olmuşlar.  Onların  adı ilə
bağlı bir çox toponimlər yaranmışdı. Beləliklə, qısa zamanda Ural dağlarından Dunay
çayınadək əraziləri ələ keçirən hunlar Avropada öz dövlətlərini qurdular. Pannoniya
(müasir Macarıstan) bu dövlətin mərkəzinə çevrildi. "Xalqların böyük köçü" VI əsrdə
slavyanların   Bizans   imperiyasında   məskunlaşması   ilə   başa   çatdı.   Yeni   eranın
başlanğıcında onlar digər tayfalarla birlikdə antik quldarlıq sistemini məhv etmiş,
Avropa   tarixinin   yeni   səhifəsinin   yazılmasında   mühüm   rol   oynamışdılar.   Barbar
qanunnamələri   (lat.   Leges   barbarorum)   Qərbi   Roma   imperiyası   ərazisində
dövlətlərini yaratmış german tayfalarının adət hüquqları aktları V-IX əsrlərdə tərtib
olunmuşdur. Vestqot, Burqund, Saliça, Ripuar, Aleman, Bavar, Sakson, Anqlosaks və
s.   qanunnamələri   məlumdur.   Barbar   qanunnamələri   (Anqlosaks   qanunnaməsindən


başqa) latınca yazılmış və onlara Roma hüququnun müəyyən təsiri olmuşdur. Barbar
qanunnamələri kral və hersoqların təşəbbüsü ilə yazılmış, formalaşmaqda olan feodal
sinfinin   imtiyazlarını   möhkəmləndirmişdi.   Əsasən,   prosessual,   cinayət   hüququnu
tənzim edən Barbar qanunnamələrində xüsusi və bəzi ümumi hüquq normaları var.
Barbar qanunnamələri Qərbi Avropada meydana gələn ilk feodal dövlətlərinin ictimai
quruluşunu   öyrənmək   üçün   çox   mühüm   mənbədir.   Onlarda   tayfa   qurluşundan
feodalizmə   keçid   dövrünün   müxtəlif   mərhələsi   müşahidə   olunur.   Barbar
qanunnamələri xarakterinə görə "Əkinçilik qanunu"na, şəriət  qanunlarına və  s.-yə
yaxındır.   Feodalizm   quruluşunun   möhkəmlənməsi   ilə   Barbar   qanunnamələri
əhəmiyyətini   itirmişdirRomada   sərkərdələr   arasında   gedən   mübarizədə   Konstantin
(306-337) qalib gəldi. O, Romanı sevmirdi və şərqdə yaşayırdı. Konstantin Bosfor
boğazının Avropa hissəsində yerləşən qədim Vizanti (Bizans) yunan şəhərini paytaxt
seçdi.   330-cu   ildə   paytaxt   Vizantiyə   köçürüldü.   Şəhər   Konstantinopol   (indiki
İstanbul)   adlandı.IV   əsrin   sonlarından   başlayaraq   barbarların   Roma   imperiyasına
hücumu gücləndi. Roma imperatorları barbarlara xərac verməyə məcbur olurdular,
bəzən barbar tayfalarından muzdla istifadə edirdilər. IV əsrin sonunda Xəzərətrafı
çöllərdən hunlar qərbə doğru hərəkət etdilər. Onlar Qara dənizin şimalında yaşayan
ostqot tayfalarını qərbə sıxışdırdılar. Ostqotlar Dunay sahillərinə çəkildilər. Roma
imperatoru   imperiyanın   sərhədlərini   müdafiə   etmək   üçün   ostqotlara   imperiya
sərhədlərində məskən salmağa icazə verdi və onları ərzaqla təmin etməyi öhdəsinə
götürdü. Lakin imperator vədini yerinə yetirmədi, bir parça çörək üçün oğlunu və
özünü satmağa məcbur olan ostqotlar üsyan etdilər. 378-ci ildə üsyançılar imperator
qoşununu məğlub etdi və imperator Valenti öldürdülər. Yeni imperator Böyük Fedosi
üsyançıların başçısını ələ alıb üsyanı yatırdı. Qotları Balkan yarımadasının şimal-
qərbində yerləşdirdi. İmperator Böyük Fedosi ölümündən əvvəl imperiyanı iki oğlu
arasında bölüşdürmüşdü. 395-ci ildə Roma imperiyası Qərb və Şərq imperiyalarına
ayrıldı. Balkan yarımadası, Misir və Asiyadakı Roma torpaqları Şərq imperiyasına,
yəni Bizansa daxil idi. Paytaxt Konstantinopol oldu. Bizansın başında kiçik qardaş
Arkadi dururdu. Qərb imperiyasına İtaliya, Qərbi Avropa və şimali Afrikadakı qərb
əyalətləri daxil idi. Ona böyük qardaş Honori başçılıq edirdi.
          Roma imperiyasının zəifləməsindən istifadə edən Alarixin başçılığı ilə qotlar
Yunanıstan   və   Makedoniyanı   tutdular.   Onlar   təcrübəli   döyüşçü   Alarixin   başçılığı
altında   hücumu   davam   etdirib   İtaliyaya   soxuldular.   410-cu   ildə   onlar   Romanı
tutdular.   Avropa,   Asiya,   Afrika   xalqlarını   itaətdə   saxlayan   Roma   barbarların
hücumuna dözə bilmədi. Qullar, kəndlilər və kolonlar barbarlara kömək edirdilər.
Şəhər  üç  gün  qarət  edildikdən  sonra  qotlar  çıxıb  getdilər.  Qotlarla  yanaşı,  Roma
imperiyasına   başqa   xalqlar   da   hücum   edirdi.   Vandallar   Qalliyanı,   daha   sonra
İspaniyanı   tutdular,   daha   sonra   Afrikaya   köç   edib   burada   Vandal   Alan   krallığı
yaratdılar.   V   əsrin   əvvəllərində   hunlar   Romaya   hücum   etdilər.   451-ci   ildə   hun
imperatoru   Atilla   ilə   Roma   sərkərdəsi   Aetüs   arasında   Fransa   ərazisində   gedən
Katalaun vuruşmasında hər iki tərəf böyük itki verdi. Bir ildən sonra 452-ci ildə
Atilla Roma şəhərini mühasirəyə aldı. Roma papası I Leon başda olmaqla nümayəndə
heyəti şəhərə aman verilməsini xahiş etdilər. Atilla onların xahişini yerinə yetirdi.
Bandal-Alan kralı Kayzerix 455-ci ildə Afrikadan İtaliyaya keçib Romanı ələ keçirdi
və   talan   etdi.   Vandallar   heykəlləri   sındırır,   kitabları   yandırır,   incəsənət   əsərlərini


məhv edirdilər. Vandalların hücumundan sonra Romada cəmi 7 min əhali qalmışdı.
Romanın   qarət   edilməsindən   sonra   «vandalizm»   sözü   meydana   gəldi.   Bu   söz,
incəsənət   və   digər   maddi-mədəniyyət   abidələrinin   amansızlıqla   məhv   edilməsi
mənasında   işlənir.Roma   imperiyasında   ağalıq   edən   barbar   başçıları   imperatorlarla
oyuncaq   kimi   rəftar   edirdilər.   Onlar   imperiyada   istədikləri   kimi   davranır,
imperatorlara   məhəl   qoymurdular.   476-cı   ildə   german   qoşununun   başçısı   Odoakr
sonuncu Roma imperatoru Romul Avqustu taxtdan saldı, imperatorluq nişanını Şərqi
Roma   imperiyasına   göndərdi   və   Roma   imperiyasının   məhv   olduğunu   elan   etdi.
Bizans imperiyası isə çətinliklə olsa da, barbarlara qarşı müqavimət göstərir və öz
varlığım qoruyurdu.
476-cı ildə Qədim Roma imperiyası süqut etdi, beləliklə, Qərbi Romada quldarlıq
quruluşu dağıldı, qədim dünya tarixi sona çatdı. Orta əsrlər tarixi başlandı.
  


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin