Akropolun yaxınlığında aqora adlanan bazar meydanı yerləşirdi. Burada dulusçuluq,
dəmirçilik, toxuculuq, kənd təsərrüfatı məhsulları satılırdı. E.ə. VII əsrdə Afinada gümüş
pul kəsilirdi.
Borc daşı. Köləlik. Afinada varlılar əvvəllər özləri torpaqlarını becərirdilər. Sonra
onlar günəmüzdçülardan, (torpağı və daimi işi olmayan, yalnız gördükləri işə görə haqq
alan), daha sonra isə qullardan istifadə etməyə başladılar. Afinada köləliyin əsas mənbələri
dəniz quldurluğu, müharibədə əsir götürmək, borca görə kişiləri, qul qadınların uşaqlarını
qul etmək idi. Qulları bazarda satır, onları, əsasən, mədənlərdə, sənətkar
emalatxanalarında, kənd təsərrüfatı və ev işlərində işlədirdilər.
Afinada kəndlilər aristokratlardan borca və ya sələminə pul alırdılar. Aristokratlar
verdiyi borcu kəndlinin tarlasının kənarında borc daşına yazırdılar. Buraya borcun
miqdarı, sələm faizi, verildiyi vaxt, qaytarılacağı müddət qeyd edilirdi. E.ə.VII əsrdə,
demək olar, bütün kəndlilər borca düşdülər. E.ə. VII əsrdə demosun bir hissəsi
varlanmışdı, amma yenə də aristokratların hakimiyyəti altında idi.
Demos və aristokratlar arasında mübarizə. E.ə.VII əsrdə Afi¬nada bütün məsələləri
adlı-sanlı adamlardan ibarət Ağsaqqallar Şurasıhəll edirdi. Aristokratlar hakimiyyətlərini
möhkəmləndirmək üçün sərt qanunlar qəbul edirdilər. E.ə. VII əsrdə belə sərt qanunu
Drakon tərtib etmiş və «Drakon qanunu» adlanan bu qanun haqqında deyirdilər ki, o,
«mürəkkəblə deyil, qanla yazılmışdır». Adlı-sanlı olmayan hər kəs cüzi xəta üstündə, hətta
bir salxım üzüm oğurladıqda ölümə məhkum edilirdi. E.ə.VII əsrdə idarəetmədə iştirak
etmək üçün demosla aristokratlar arasında mübarizə başlandı.
Demos yoxsulların borclarını ləğv etməyi, torpağı kəndlilər arasında bölüşdürməyi
tələb edirdi. E.ə. VI əsrin əvvəllərində demosla aristokratlar arasında mübarizə
kəskinləşdi. Aristokratlar xalqın üsyan edəcəyindən qorxdular və demosa güzəştə getməyə
məcbur oldular. E.ə. 594-cü ildə demos və aristokratları barışdırmaq hökmdar Solona
tapşırıldı. Solon xalq yığıncağına arxalanıb islahat keçirdi və islahata əsasən borc daşlarını
və borca görə qul olmağı ləğv etdi. Afinalıların gələcəkdə borca
görə qul edilməsi qadağan
olundıı. Attikanın bütün yerli kişi sakinləri Afina vətəndaşları hesab edildi. Kənar
yerlərdən gəlmələr Afina vətəndaşı sayılmırdılar. Əmlaka görə əhali 4 dərəcəyə
bölünürdü. Onlar iki il hərbi təlim keçir, müharibə başlanan kimi bütün vətəndaşlar silahı
ilə orduya gəlməli idi. Piyada döyüşçülərin əksəriyyəti kəndlilər idi.
Afina vətəndaşları xalq yığıncağında iştirak etmək hüququna malik idilər. Afinada
dövlətin idarə olunmasında daha çox adam iştirak edirdi. E.ə.VI əsrin sonundan başlayaraq
xalq yığıncağı Afina ordusuna və donanmasına başçılıq edən strateqləri də seçirdi.
Beləliklə, e.ə. VIII-VI əsrlərdə Afinada quldarlıq quruluşu bərqərar oldu və quldarlıq
dövləti yarandı.
Sparta dövləti. Peloponnes yarımadasının cənub-şərqində Lakonika, cənub-qərbində
isə Messeniya vilayəti yerləşirdi. Bu ərazinin torpağı çox münbit idi. E.ə. II minillikdə
dorilər hücum edib Lakonikanı tutduqdan sonra Sparta şəhərinin əsasını qoydular və
özlərini spartalılar adlandırdılar. Spartalılar messeniyalılara qarşı uzun müddət mübarizə
apardılar, e.ə.VII əsrdə onlara qalib gəldilər. Tabe olmayanlara ölkədən çıxıb getməyə
icazə verdilər. Spartalılar yerli əhalinin çoxunu qula çevirdilər.
Qulları ilotlar adlandırırdılar. Azad adamlar spartalılara vergi verirdilər. E.ə.VIII-VI
əsrlərdə Spartada quldarlıq dövləti yarandı. Burada xalq yığıncağı ahıl adamlardan
ağsaqqallar şurası seçirdi. Onun üzvləri mühüm işlərə başçılıq edirdilər. Spartalılar ancaq
hərbi işlə məşğul idilər. Qanun onların başqa işlə məşğul olmasına icazə vermirdi. Döyüş
vaxtı onlar bir cərgəyə düzülüb nizələrini qabağa uzadır, irəli yeriyir, sanki divar hərəkət
edirdi. Belə düzülüş falanqa adlanırdı. Spartalılar uşaq vaxtlarından sərt tərbiyə alır, bütün
günü hərbi işlə məşğul olurdular. Spartalılar qısa və aydın danışırdılar. Belə danışıq
Lakonik danışıq adlanırdı. Sparta 30 ilə qədər davam edən Peloponnes müharibəsində (e.ə.
431-404) Afinaya qalib gəlmiş, bütün Yunanıstana hakim olmuşdu. E.ə.l46-cı ildə
Romadan asılı vəziyyətə düşmüşdü.
Yunan koloniyaları Yunan şəhərlərində sənətkarlıq və ticarət inkişaf edirdi. Tacirlər
sənətkarlıq məmulatlarını Aralıq dənizi və ona bitişik olan dənizlərin sahillərində
satırdılar. Kiçik Asiyadakı Milet şəhərində yun parça, Korinf şəhərində ən yaxşı silah,
Afinada əla dulusçuluq məmulatı istehsal olunurdu. Yunanlar hazırladıqları keyfiyyətli
şərab və zeytun məhsullarını xarici ölkə bazarlarına da çıxarırdılar.
Yunanıstanın ticarət şəhərləri Aralıq dənizi və Qara dəniz sahillərində daimi
koloniyalar, yəni daimi məskənlər yaratdılar. Köçüb gələnlər Yunanıstanın müxtəlif
vilayətlərindən idilər, onlar kolonistlər adlanırdılar. Koloniyalara tacirlər, sənətkarlar,
demoslarla aristokratlar arasında mübarizədə məğlub olanlar, aztorpaqlı kəndlilər, üsyan
zamanı məğlub edilənlər gəlirdilər. Qara dəniz sahillərində Pantikapey, Olviya, Xersones,
Fasis, Sinop və başqa yunan şəhər dövlətləri yarandı. Beləliklə, e.ə. VIII-VI əsrlərdə
Qafqazdan tutmuş İspaniyaya qədər dəniz sahillərində çoxlu yunan koloniyaları əmələ
gəldi. Bu koloniyalar yunan şəhərləri ilə əlaqə yaradır və əlaqə saxladıqları həmin
şəhərləri ana şəhər adlandırırdılar.
Koloniyalarla ticarət Yunanıstanda sənətkarlıq və ticarətin inkişafına təkan verdi. E.ə.
VIII-VI əsrlərdə Yunanıstanın bütün şəhərlərində və koloniyalarında şəhər quldarlıq
dövlətləri yarandı, hər bir şəhər dövlətinin qoşunu, hökuməti, xəzinəsi, pulu var idi.
Onların
bəzisini demos, bəzisini isə aristokratlar idarə edirdilər.
Qədim yunanlar yad ölkələrdə məskunlaşsalar da, özlərini vahid xalq hesab edirdilər.
Yad ölkələrdə məskunlaşan yunanlar özlərini ellinlər, vətənlərini Ellada adlandırırdılar.
Harada yaşadıqlarından asılı olmayaraq, ellinləri ümumi dil, adət-ənənələr, qədim
əfsanələr, din və vahid yazı birləşdirirdi.
Yunanıstan Cənub-Qərbi Avropanın ən qonaqpərvər ölkələrindən biridir.
Yunanıstan Tanrıların və qəhrəmanların vətəni hesab olunur. Egey və İon dənizləri
arasında yerləşən möhtəşəm ölkə haqlı olaraq, dünya mədəniyyətinin incisi adlandırılır.
Yunanıstanın e.ə.VIII -VI əsrlərə qədər olan dövrünü əsasən arxeoloji qazıntılar
nəticəsində öyrənmək mümkündür. Yeganə yazılı əsər Homerin “İlliada” və “Odisseya”
əsərləri, habelə Herodotun “Tarix” əsəridir. Bu əsərlərdə yunan-Troya və yunan-İran
müharibələri ilə bağlı maraqlı materiallara rast gəlinir.
Qədim Yunanıstan təkcə sivilizasiyanın erkən vətəni deyil, həm də dövlətlərarası
münasibətlərin konkret məzmuna malik olduğu ölkələrdən biridir. Yunan şəhər dövlətləri
— polislər öz aralarında müəyyən ittifaqlar yaradırdılar ki, bunlar məbəd ittifaqları
adlanırdı. Bu zəmində Anfiktoniya və Prokseniya institutları bərqərar olmuşdur. Xeyli
sonralar ostrakizm yolu ilə ana şəhərdən qovulanlar yeni koloniyalar yaradarkən özləri ilə
yunan-şəhər dövlətlərinə məxsus olan ənənələri də aparmışlar.
Afina və Sparta şəhər-dövlətlərinin ittifaqları bərqərar olandan sonra yunan
diplomatiyasında və hərbi¬siyasi tarixində dualizm qəti olaraq bərqərar olmuşdur