Qədim Misir Plan


qalır.  Heksoslar Misirdə  100 ildən artıq



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix30.12.2021
ölçüsü0,8 Mb.
#49471
1   2   3   4   5   6   7   8   9   ...   22
qədim dünya tarixi

qalır.  Heksoslar Misirdə  100 ildən artıq  hökmranlıq etsələr də müstəqil
dövlət yarada bilmədilər.  E.ə. 17 ci əsrin sonunda Misirin XVII sülalə
fironlarının   başçısıYaxmosun   dövründə   hiksosların   ölkədən
qovulmalarına başlanıldı.
Bu   dövrün   başlanğıcı   adətən   XI   sülalə   zamanının   ortalarına   II
Mentuhotepin   hakimiyyəti   illərinə   təsadüf   edir.   Birinci   aralıq   zaman
kəsiyində   kiçik   çarlıqlara   parçalanmış   Qədim   Misir   X   sülalə   sonu
şimalda   mərkəzi   Herakleopol   cənubda   isə   Teben   hakimiyyəti
formalaşmış olur.
E.ə.   2040   cı   ildə   Fivan   monarxı   II   Mentuhotep   Herakleopol
fironunu   devirərək   insani   və   maddi   nemətləri   cəmləşdirərək   ən   qədim
çarlıq   dövründəki   ümumi   Misir   irriqasiya   sistemini   bərpasına   başlamış
olur   və   bu   prosses   sonrakı   XI   xüsusən   də   XII   sülalə   dövründə   davam
etdirilir.   Amenemhet   –   Senusert   sülalələri   dövründə   (e.ə.   1991-1783),
xüsusən   də   III   Senusertdövründə   ölkədə   vəziyyətin   sabitləşməsi   və
qüvvətlənməsi   baş   verir.   Ölkənin   hərbi   və   iqtisadi   potensiyalı   xeyli
güclənmiş   olur.   Bu   dövrdə   çox   zaman   feodal   münasibətlərinin   höküm
sürdüyü   qeyd   edilir.   Misir   tarixinin   elə   bir   dövrü   yoxdur   ki,   bu   dövr
qədər tarixi abidələrə rast gəlinsin.
Orta qədim dövr özlüyündə iki hissəyə bölünür.
İlkin   Orta   qədim,   II   Senusertə   qədərki   mərkəzləşmə   meyillərinin
artığı dövr,
Sonrakı   Orta   qədim   III   Senusertdən   başlayaraq   XIII   sülaləyə
qədərki güclü mərkəzləşmiş dövlət və intibah dövrü.
Orta   padşahlıq   dövründə   Misirdə   elementar   cəbri   anlayışlar
meydana gəldi, iki məchullu tənliklər həll edildi. Düzbucağın, üçbucağın
və   dairənin   sahəsini,   ehramların   səthini   və   həcmini   hesablaya   bildilər.
Meyitlərin   balzamlanması,   anatomiya   və   cərrahiyyənin   inkişafına   zəmin
yaratdı.   Misirlilər   ürəyin   funksiyasını   öyrənmiş,   qan   düvranı   qanununu
kəşf   etmiş,   kəllənin   trepanasiyasını   həyata   keçirmişlər.   Mumiyalama,
ətir.   Dərman,   rəng   və   s.   Hazırlanması,   şüşə   və   saxsı   istehsalı   kimyanın
inkişafına səbəb oldu.
Turin   çar   papiruslarında   XI   sülalənin   yeddi   çarı   və   bir   də   XI   sülalənin
sonunda   "yeddi   əbəs   buraxılmış   vaxt"   qeyd   edilir.   XI   sülalənin   ümumi
hökumranlıq   müddəti   143   il   göstərilmişdir.[2]   Bunu   nəzərə   alaraq   XI


sülalənin   e.ə.   1994   –   2137   ci   illəri   əhatə   etməsini   demək   olar.   Karnak
çar   siyahısında   I   Mentuhotepdən   sonra   II   Mentuhotep   deyil   I   Antef
göstərilmişdir.   XII   sülalə   çarları   cənub   Misirdə,   IX-X   sülalə   çarları   isə
şimalda   qərar   tutmuş   olmuş,   aralarındakı   çəkişmələr   III   Antefin   oğlu   II
Mentuhotep   Fivdə   hakimiyyətə   gəldikdən   sonra   daha   da   dərinləşərək
onun   hakimiyyətinin   təxminən   39-cu   ilində   yuxarı   və   aşağı   Misir
hakimiyyətilərinin   birləşdirilməsi   ilə   nəticələnir.   Onun   oğlu   III
Mentuhotep   3000   nəfərlik   dəstəsi   ilə   Qırmızı   dəniz   sahillərinə   bir
ekspedisiya   təşkil   etmişdir.   IV   Mentuhotep   hakimiyyəti   görünür   zəif
olmuş, XII sülalənin yaradıcısı I Amenemhet tərəfindən e.ə. 1994 cü ildə
devrilmişdir.I   Amenemhet   güman   ki,   Teben   xalqının   nümayəndəsi
olmuşdur.   Ana   tərəfdən   Elefantinalı   hesab   edilir.   Onun   əsasını   qoymuş
olduğu sülalə hakimiyyəti imperiyada ən qüdrətlisi sayılırdı. O, paytaxtı
şimala   köçürtmüşdür.   Yeni   idarə   üsulu   tətbiq   edərək,   sağlığında   ikən
vərəsəsi   ilə   hakimiyyəti   birlikdə   idarə   etmişdir.   I   Amenemhetin   oğlu   I
Senusert orta qədim dövrün ən möhtəbər çarlarından sayılırdı. Hələ atası
ilə   müştərək   ölkəni   idarə   edərkən   e.ə.   1975   ci   ildə   nubilərin   üzərinə
yürüş   etmiş   və   bir   sıra   mühüm   mövqeləri   ələ   keçirmişdir.   Onun
hökmranlığı   dövründə   ədəbiyyat   və   mədəniyyət   özünün   çiçəklənən
dövrünü   yaşamışdır.   I   Senusert   mühüm   məbədlərin   tikintisinə   və
köhnəlmiş   çiy   kərpic   tikililərin   yeni   daş   tikililərlə   əvəz   olunmasına
xüsusi   fikir   vermişdir.I   Senusertin   oğlu   II   Amenemhet   özünün   Fələstin
yürüşü ilə xatırlanmşdır. Onun xələfi II Senusert cəmi 8-9 il hökmranlıq
etmişdir. Onun tikdirtmiş olduğu ehram El-Lahunda yerləşir. III Senusert
Misirin   ən   böyük   məna   kəsb   edən   fironu   sayılır.Herodot   və   Maneto   öz
səlnamələrində   III   Senusertin   Asiyaya   çoxsaylı   yürüşlərindən   bəhs
etmişlər.   O,   hakimiyyəti   əlində   mıhkəm   cəmləşdirərək,   yerli   hakimlərin
səlahiyyətlərini   xeyli   azaltmışdır.   XII   sülalınin   növbəti   çarı   III
Amenemhet   də   ölkəni   mıhkəm   əllə   idarə   etmişdir.   Onun   xələfi   IV
Amenemhet   və   çariça   Nofrusobek   haqqında   günümüzə   bir   o   qədər   də
məlumat   gəlib   çatmamışdır.   Orta   qədim   dövr   tax-tac   uğrunda   gedən
çəkişmələr, parçalanmalarla dolu İkinci aralıq zamanınbaşlaması ilə sona
çatmış   olur.E.ə.   XV   əsrin   ortalarından   Babilistan   yenidən   ÖnAsiyanın
qüdrətli   dövlətləri   sırasına   çıxır,   onun   qonşu   ölkələrə   mədəni-   siyası
təsiri   güclənir.   Kassi-   babil   şahı   I   Karaindaşın   hakimiyyəti   dövründə
Babilistan   Misirlə   diplomatik   əlaqələr   yaradır   və   sonralar   bu   əlaqələr
daha   da   genişlənir.   Babilistan   Misir   əlaqələri   haqqında   XIX   əsrin
sonlarında   Misirdə   Ell-Amarn   arxivindən   tapılmış   diplamatik   məktublar
ətraflı   məlumat   verirlər.   Amarn   arxivində   firon   III   Amenxotepin   Babil
şahı Kadaşman -Enlilə (e.ə.1374-1360) iki məktubu və Kadaşman-Enlilin
ona üç cavab məktubu II Burna-buriaşın (e.ə.1359-1333) III Amenxotepe
bir, IV Amenxotepə (Exnaton) beş məktubu
Göründüyü   kimi,   Babil-Misir   yazışmaları   e.ə.XIY   əsrin   təxminən   30-40
illik   bir   dövrünü   əhatə   edir.   Lakin   məktublardakı   bəzi   qeydlər
Babilistan-   Misir   əlaqələrinin   əsasının   e.ə   XV   əsrin   ikinci   yarısında,


kassi şahı I Karaindaşın dövründə qoyulduğunun göstərir. Məsələn, kassi
şahı   II   Burna-buruaşın   Exnatona   yazdığı   bir   məktubda   göstərilirdi:
"Karaindaşın   dövründən,   sənin   əcdadlarının   səfirləri   mənim
əcdadlarımın   yanına   gələn   vaxtdan   indiyə   qədər   onlar   (II   Burna-buruaş
və   Exnatonun   əcdadları)   dost   olmuşlar."   Buradan   aydın   olur   ki,   Misir
fironu   birinci   olaraq   Babilistana   səfirlər   göndərmiş   və   onunla   dostluq
əlaqələri   yaratmağa   cəhd   göstərmişdir.   Bu   şübhəsiz   ki,   I   Karaindaşın
dövründə   Babilistanın   beynəlxalq   nüfuzunun   olduqca   artdığını   göstərir.
II   Burna-buruaşın   başqa   bir   məktubundan   aydın   olur   ki,   kassi   şahı   I
Kuriqalzu   (e.ə.XIY   əsrin   əvvəlləri)   qədim   Fələstin   və   Suriyanın   Misir
əleyhinə   ittifaq   bağlamaq   təklifini   rədd   etmiş   və   Misir   fironun   özünün
müttəfiqi   adlandırmışdı.   Yenə   II   Burna-buruaşın   Exnatona   yazdığı   bir
məktubda   I   Kuriqalzunın   Misirdən   çoxlu   qızıl   aldığı
göstərilirdi.Ümumiyyətlə, Babilin Misirdən aldığı mallar içərisində qızıl
əsas   yer   tuturdu.   I   Kuriqalzunun   dövründən   başlayaraq   ölkədə   inşaat
işlərinin   geniş   miqyas   alması   bu   qiymətli   metala   ehtiyacı   xeyli
artırmışdı. Təsədüfu deyil ki, istər Kadaşman - Enlil, istərsə də II Burna-
buruaş   Misir   fironlarından   qızıl   göndərmələrini   xahiş   edərkən   onun
inşaat   işləri   üçün   lazım   olduğunu   xüsusi   qeyd   edirlər.   Kadaşman   Enlil
III Amenxotepə yazırdı: "haqqında sənə yazdığım qızıla gəldikdə isə, nə
qədər   mümkünsə   çoxlu   qızıl   göndər,   sənin   səfirlərinin   mənim   yanıma
gəlməsindən   də   tez   göndər.   Onu   indi   nə   qədər   mümkünsə   tez,   bu   biçim
vaxtı, ya Duzu (iyun-iyul), ya da Ab (iyul-avqust) ayında göndər ki, mən
gördüyüm   işi   başa   çatdıra   bilim.Qızılın   əsasən   insaat   işlərinə   sərf
edilməsi haqqında Durr-Kuriqalzudan tapılmış və e.ə XIII əsirə aid olan
sənədlər   daha  ətraflı  məlumat  verirlər,  bu  sənədlərin   xeyli  hissəsi  Durr-
Kuriqalzudan   tikilən   iki  sarayın   müxtəlif  hissələrini   bəzəmək,   mebelləri
haşiyələmək,   bəzək   əşyaları   hazırlamaq   və   s.   üçün   sənətkarlara   verilən
qızıl, gümüş, qiymətli və yarımqiymətli daşların qəbzləridir. Qeyd etmək
lazımdır   ki,   Babil   şahdarının   adətən,   Misirə   «yaxşı   qızıl»   sifariş
vermələrinə   baxmayaraq   alınan   qızılın   keyfiyyəti   həmişə   yüksək
olmurdu.   Mənbələrə   görə   XVIII   sülalənin   sonlarından   Misirdə   bəzən
qızılın   əyarlılığını   süni   şəkildə   aşağı   salmaq   təcrübədən   keçirdilirdi.
Tarixi dəqiq müəyyən olmayan bir üzüyün təhlili onun tərkibində 75 faiz
mis,   25   faiz   isə   qızıl   olduğunu   göstərmişdir.   El-Amarn   məktublarında
Misirdən   göndərilən   qızılın   keyfiyyətindən   narazılığına   tez-tez   rast
gəlmək   olur.   Məsələn,   Kadaşman-Enlil   məktublarının   birində   Misir
fironunun   göndərdiyi   30   minə   (15   kq)   qızılın   gümüşə   bənzədiyini
göstərirdi.II   Burna-buruaş   Exnatondan   xahiş   edirdi   ki,   o,   göndərəcəyi
qızılı   məmurlarına   etibar   etməsin   və   yalnız   özü   görəndən   sonra   onu
möhürləyib   yola   salsın.   Daha   sonra   o   yazırdı:   «Qardaşım   əvvəl
göndərdiyi   qızılı   özü   görməmiş   və   onu   qardaşımın   məmuru   möhürləyib
göndərmişdir.   Ona   görə   də   onun   gətirdiyi   40   mina   qızılı   kürəyə
qoyduqdan   sonra   onun   çəkisi   düz   gəlməmişdir.   II   Burna-buruaşın
xahişinə   baxmayaraq,   Misir   yenə   də   keyfiyyətsiz   qızıl   göndərməkdə


davam   edirdi.   "Sənin   göndərdiyin   səfirə   gəldikdə   isə,   onun   gətirdiyi   20
mina   qızılın   çəkisi   düz   olmamışdır   və   onu   kürəyə   qoyduqdan   sonra   heç
15   mina   da   qızıl   alınmamışdır."Qaynaqların   təhlili   göstərir   ki,
Babilistanla   Misir   arasında   vaxtaşırı   baş   verən   düşmənçiliyə
baxmayaraq,   nəinki   ticarət-iqtisadi,   habelə   siyasi   əlaqələr   də   heç   zaman
kəsilməmiş,   ayrı-ayrı   hökmdarların   dövründə   isə   "nigah
diplomatiyasından"   da   istifadə   edilmşidir.El-Amarn   məktublarında
qızılla   yanaşı,   Babil   şahlarının   başqa   sifarişlərinə   də   rast   gəlmək   olur.
Məsələn,   Kadaşman-Enlil   və   II   Burna-buruaş   Misir   fironlarından
«umamu»   adlanan   heyvanın   canlıya   bənzər   müqəvvasını   göndərmələrini
xahiş edirdilər. II Burna-buruaşın məktubunda onların həm suda, həm də
quruda   yaşayan   heyvanlar   olduğu   göstərilirdi.   Görünür,   burada
Babilistanın   heyvanat   aləminə   yad   olan   timsah   və   begemot   nəzərdə
tutulurdu.   Ola   bilsin   ki,   Babil   şahları   bu   qəribə   heyvanlar   haqqında
eşitmiş və onlara öz saraylarında nümayiş etdirmək istəmişdilər.Bunlarla
yanaşı Babilistan Misirdən çoxlu məişət əşyaları, bəzək şeyləri, paltarlar
və   b.   mallar   alırdı.   Babilistanın   Misirdən   aldığı   malların   çeşidini
öyrənmək   baxımından   Exnatonun   II   Burna-buruaşa   göndərdiyi
hədiyyələrin   siyahısı   böyük   maraq   doğurur.   Dörd   sütundan   və   307
sətirdən ibarət bu siyahıda qızıl, gümüş tunc və b. materiallardan onlarca
nəfıs əşyanın adı göstərilir. Qızıldan müxtəlif qablar, onlarla qızıl üzük,
qolbağı,   boyunbağı,  Pamassu   (hami-allah)  allahının   qızıl  heykəlləri,   daş
qablar,   fil   sümüyündən   müxtəlif   əşyalar   və   b.   -Exnatonun   II   burna-
buruaş göndərdiyi hədiyyələrin tam olmayan siyahısı bunlardır.
Göstərilən   əşyaların   tərkibindəki   qızılın   çəkisi   1200   minadan   çox
(təxm.600   kq),   gümüşün   çəkisi   293   mina   3   şəkəl   (təxm.   146kq),   tuncun
çəkisi ilə 860 mina 20 şekel təxm. 430 kq idi.Babilistanla Misir arasında
ticarət   əlaqələri   hər   iki   ölkəyə   iqtisadi   mənfəət   verməklə   yanaşı,   siyasi,
əlaqələrin   möhkəmləndirilməsi   üçün   də   zəruri   idi.   Təsadüfi   deyil   ki,   II
Burna-buruaş   məktublarda   bunu   dəfələrlə   qeyd   edirdi.   Hələ   ilk
məktublarının   birində   o,   III   Amenxatepe   yazırdı.   «Sənin   atanla   mənim
atam   əvvəllər   bir-biri   ilə   dost   olduqları   kimi,   gəl   indi   biz   də   bir-
birimizlə   dost   olaq   və   qoy   bizim   aramızda   bədxah   sözlər
deyilməsin”.Başqa   bir   məktubda   II   Burna-buruaş   Exnatona   bildirildi   ki,
«şahlar arasında qardaşlıq, dostluq, ittifaq və başqa əlaqələr o zaman ola
bilər ki, qiymətli daşlar ağır gəlsin, gümüş ağır gəlsin, qızıl ağır gəlsin.»
Göründüyü kimi,  ölkələr  arasında  hər cür münasibətlərin  inkişafı  ticarət
əlaqələrinin   miqyasından   asılı   idi.   Bu   əlaqələr   isə,   qeyd   edildiyi   kimi,
hər   iki   ölkə   üçün   faydalı   idi.   Babilistana   zəruri   mallar   göndərən   Misir
əvəzində   özü   üçün   eyni   dərəcədə   zəruri   olan   mallar   alırdı.   Amarn
məktubları   Babilistanın   Misirə   göndərdiyi   mallar   haqqında   da   aydın
təsəvvür yaradır. Bu malların içərisində lazurit üstünlük təşkil edirdi.
Qeyd   etmək   lazımdır   ki,   hələ   III   Tutmosun   salnaməsində   Misirin
Mesopotamiyadan   lazurit   aldığı   göstərilirdi.   Kadaşman-Enlil   və   II
Burna-buruaşın Misirə göndərdiyi hədiyyələrin içərisində demək olar ki,


həmişə   lazuritə   və   ya   lazuritdən   hazırlanmış   əşyalara   rast   gəlmək   olur.
Məsələn II Burna-buruaş Exnatona ümumiyyətlə, 8 mina lazurit (4kq) və
lazuritdən   bir   sıra   qiymətli   əşyalar   göndərmişdi.Məlum   olduğu   kimi,
Mesopotamiyada   lazurit   və   b.   qiymətli   və   yarımqiymətli   daşlar   yox   idi
vəən   qədim   zamanlardan   Mesopotamiya   dövlətləri   bu   qiymətli   malları
xaricdən   alırdılar.   Mənbələrdə   lazuritin   Mesopotamiyaya   müasir
Əfqanıstanın   Bədəxşan   rayonundan   və   ya   Urmiya   gölü   zonasından
gətirildiyi göstərilir.
Şübhə   yoxdur   ki,   kassilər   dövründə   Babilistan   şərqlə   sıx   ticarət
əlaqələri   saxlamış   və   oradan   çoxlu   miqdarda   dazurit   və   başqa   mallar
almışlar.   Bu   dövrdə   Babilistanda   dekorativ   tətbiqi   sənətdə   lazurit   və
başqa   qiymətli   və   yarımqiymətli   geniş   istifadə   edilməsi,   habelə   onların
geri ixracı bunu sübut edir.
Lazuritb yanaşı, Misirə daha çox və çənk arabası göndərilirdi. II
Burna-buruaş   Exnatona   10   cüt   at,   5   çənk   arabası   göndərmişdi.   Amarna
məktublarında   Babilistanın   Misirə   göndərdiyi   bir   sıra   başqa   malların   da
da   adı   çəkilir.   Məsələn,   II   Burna-buruaşın   dövründə   Misirə   çoxlu
qiymətli əşya göndərilmişdi. Bunlar əsasən lazurit, gümüş, qızıl, tunc fil
sümüyündən   bəzəklər   və   məişət   şeylərindən   ibarət   idi.   İstər   Babilistan,
istərsə də Misir tərəfi yuxarıda adları çəkilən malları 
Supiiluliumasın   dövründə   Xet   dövləti   ilə   Misir   arasında   münasibətlər
yaxşı   idi.   Buna   əsasən   Supiiluliumasın   firon   Exnatona   taxt-taca   çıxması
münasibətilə   yazdığı   təbrik   məktubunu   göstərmək   olar.   LakinII
Ramsesin  şahlığının 21-ci ilin qışın əvvəlində Xattusilisin  səfiri, misirli
tərcüməçinin   müşayiəti   ilə   fironun   paytaxtı   Per   -   Ramses   şəhərinə   gəldi
və   Misir   şahına   öz   hökmdarı   adından   üzərində   müqavilənin   mixi   yazılı
mətni olan gümüş lövhəciyi təqdim etdi. Bu lövhəcikdən müqavilə Misir
dilənə tərcümə edildi və sonradan Misir heroqrifləri ilə daş üzərinə həkk
edildi.   Müqavilənin   qısa   mətni   belədir:   «Qoy   gələcəkdə,   əbədiyyətə
qədər   tanrı   Misirin   böyük   hökmdarı   və   Xet   ölkəsinin   böyük   hökmdarı
arasında   bu   müqaviləyə   uyğun   olaraq   düşmənçilik   yaranmasına   imkan
verməsin. Qoy Het ölkəsinin böyük hökmdarının övladları Misirin böyük
hökmdarı   Ramses   Meriamunun   övladları   ilə   qardaş   olsunlar   və   sülh
şəraitində yaşasınlar. Qoy Misirin böyük hökmdarı Ramses hər hansı bir
yeri   tutmaq   məqsədi   ilə   heç   vaxt   Xet   ölkəsinə   hücum   etməsin».
Müqavilənin   mətnində   daha   sonra   deyilirdi:   Əgər   hər   hansı   bir   düşmən
Misirin   böyük   hökmdarı   Ramsesin   torpaqlarına   hücum   edərsə   və   o,   Xet
ölkəsinin   böyük   hökmdarına   «Mənimlə   düşmənə   qarşı   qalibiyyətli
qoşununla birgə çıxış et deyə müraciət edərsə, Xet ölkəsinin böyük 
hökmdarı gələcək və onun düşmənlərini darmadağın edəcək. Və əgər Xet
ölkəsinin böyük hökmdarı şəxsən özü gəlmək istəməsə, o, ləngimədən öz
piyada   və   cəng   arabalarından   ibarət   qoşunu   göndərəcək   və   onlar   onun
düşmənlərini   darmadağın   edəcək.Əgər   Misirin   böyük   hökmdarı   Ramses
Meriamun öz xidmətçilərinə qəzəblənərsə və ya onlar Ramsesə  qarşı hər
hansı   bir   çıxış   edərlərsə   və   o,   onları   darmadağın   enmək   istəyərsə   Xet


ölkəsinin   hökmdarı   onunla   birlikdə   olacaq   və   Ramsesin   qəzəblənməsinə
səbəb   olanların   hamısını   məhv   edəcək.Əgər   hər   hansı   bir   düşmən   Xetin
böyük   hökmdarının   torpaqlarına   hücum   edərsə   və   o,   Misir   ölkəsinin
böyük   hökmdarına   müraciət   edərsə,   Misir   ölkəsinin   böyük   hökmdarı
gələcək   və   onun   düşmənlərini   darmadağın   edəcək.Əgər   böyük   Xet
hökmdarının qulluqçuları ona qarşı qalxarlarsa, onda, Ramses Meriamun
da   müqaviləyə   uyğun   olaraq   onunla   birlikdə   olacaq.   Və   əgər   Xet
ölkəsinin  hökmdarı «Mən  öldükdən  sonra  qoy, Ramses  Meriamun  böyük
Xet   hökmdarının   varisinə   köməyə   gəlsin,   »   -   deyərsə   onda,   o   gəlsin.
Əgər hansı bir əyan Misir torpağından Xet ölkəsinin hökmdarının yanına
qaçarsa   və   yaxud   Ramses   Meriamuna   tabe   olan   Asiyadakı   hər   hansı   bir
şəhər   ondan   ayrılarsa   və   o,   Xet  hökmdarına  müraciət   edərsə   qoy,  böyük
Xet hökmdarı onları qəbul etməsin vəəmr etsin ki, onları ağaları Ramses
Meriamuna   qaytarsınlar.   Və   əgər   hər   hansı   bir   əyan   Xet   ölkəsindən
qaçaraq böyük Misir hökmdarı Ramsesin yanına gələrsə yaxud hər hansı
bir şəhərli, hər hansı bir kəndli... Ramsesin yanına gələrsə, qoy, Ramses
onları   qəbul   etməsin   vəəmr   etsin   ki,   onları   Xet   hökmdarına
qaytarsınlar.Əgər   Misir   torpaqlarından   I,   2   və   ya   3   adam   qaçarlarsa,   və
Xet   hökmdarın   yanma   gələrlərsə,   qoy,   Xet   hökmdarı   onları   tutsun   və
böyük   Misir   hökmdarına   qaytarmağı   əmr   etsin.   Ramses   Meriamuna
qaytarılacaq adama gəldikdə isə qoy, ona qarşı bu cinayətlə bağlı heç bir
iş   qaldırılmasın.   Qoy,   onun   evini,   arvad   və   uşaqlarını   məhv   etməsinlər,
qoy,   onun   özünü   öldürməsinlər.   Qoy   onun   gözlərinə,   qulaqlarına,
ayaqlarına xətər yetirməsinlər. Qoy ona qarşı hər hansı cinayətə görə də
iş qaldırmasınlar. Eyni qaydada Xet ölkəsindən adamlar, fərdi yoxdur, I,
2 və ya 3 nəfər olsun, qaçıb böyük Misir hökmdarının yanına gələrlərsə,
qoy   böyük   Misir   hökmdarı   Ramses   onları   tutsun   və   böyük   Xet
hökmdarına qaytarmağı əmr etsin və qoy böyük Xet hökmdarı da onların
cinayətləri   ilə   bağlı   heç   bir   iş  qaldırmasın,   evlərini,   arvad   və   uşaqlarını
məhv etməsin, özünü öldürməsin, qulaqlarına, ağzına, ayaqlarına heç bir
xətər gətirməsin, ona qarşı başqa bir cinayət işi qaldırmasın».
Müqaviləni   nəzərdən   keçirdikdə   görürük   ki,   heç   bir   bənddə   Misirlə
Xet   şahlığının   sərhədindən   danışılmır.   Amma   bütün   məlumatlara   görə
aydın olur ki, II Ramses Misirin Asiya torpaqlarını genişləndirə bilmədi.
Suriya   və   Finikiyanın   çox   hissəsi   xetlərin,   yalnız   Cənubi   Finikiya,
Cənubi   Suriya   və   Fələstin   Misirin   nüfuz   dairəsində   qald     Misirdə   yazı
e.ə.   IV   minilliyin   sonlarında   meydana   çıxmışdır.Müxtəlif   dövrləri   əks
etdirən   Misir   yazı   abidələri   indiyə   qədər   qalmaqdadır.   Misirdə   də   ilk
yazı   növü   şumerlərdə   olduğu   kimi   piktoqrafiya,   yəni   şəkli   yazı
olmuşdur.   Burada   yazılar   əsasən   papirus   üzərində   cızılırdı   ki,   bu   da
onlar   üçün   kağızı   əvəz   edirdi.   Yazı   "lövhəsi"   düzəltmək   məqsədilə
misirlilər   papirusun   qabığını   hissə-hissə   kiçik   zolaqlarla   kəsir,   sonra
onları   sıra   ilə   bir-birinə   yapışdırırdılar.   Papirus   hissələrinin   uzunluğu
bəzən   40   metrə   çatırdı.   Yazılmış   papirusu   burur   və   iplə   bağlayırdılar.
Misir yazısı qarışıq yazı hesab olunur. Bu yazıda 700 işarə ilə yanaşı, 21


heroqlif   də   vardır   ki,   onlar   ayrı-ayrı   hərfləri   ifadə   edirlər.Misir
yazılarını ilk dəfə 1822-ci ildə fransız alimi Şampolon oxumuşdur.Misir
yazısını   öyrənmək   olduqca   çətin   idi.   Məktəbdə   oxuyan   şagirdlər   sərbəst
və   asan   yazmağı   5-6   il   müddətinə   öyrənirdilər.   Təlim   prosesində
şagirdləri   müxtəlif   şəkildə   cəzalandırırdılar.   Baxmayaraq   ki,
məktəblərdə   oxuyanlar   var¬lıların   və   adlı-sanlı   adamların   övladları   idi,
mirzəlik   çox   hörmətli   sənət   hesab   olunduğundan   valideynlər   bu
münasibətə   (övladlarının   mirzələr   tərəfindən   cəzalandırılmasına)   pis
yanaşmırdılar.   Papiruslardan   olan   Misir   dəftərlərinin   kənarlarında   çox
vaxt   belə   bir   atalar   sözü   yazılırdı:   "Uşağın   qulaqları   belindədir,   ancaq
döyüldüyü zaman qulaq asır". Misir yazı sistemi təkmilləşdikcə, onun dil
quruluşu da minilliklər ərzində dəyişmişdir. III-VII əsrlərdə qədim Misir
dili   artıq   ölü   dillərdən   hesab   olunurdu.   Həmin   dövrdə   Misirdə   çipti
dilindən   istifadə   olunurdu.   VII   əsrdən   başlayaraq   ərəb   dili   yayılmağa
başlanmışdır (İslamla bağlı). Hazırda Misir ərazisində dörd milyon yerli
çipti   yaşayır.Onlar   xristian   olsalar   da,ərəb   dilində   danışır,ancaq   öz
ibadətlərini   çipti   dilində   edirlər.     Qədim   Misirdə   bədii   ədəbiyyatın
əsasında   şifahi   xalq   yaradıcılığı   dayanır.   Ən   qədim   əsərlər   e.ə.   V
minilliyə   aiddir.   Qədim   misirlilər   üç   min   il   ərzində   müxtəlif   janrlarda
zəngin bədii ədəbiyyat nümunələri yaratmışlar. Şifahi xalq yaradıcılığına
daxil   olan   nağıllar   əsasən   əkinçi   həyat   tərzini,   dünyagörüşünü   əks
etdirırdi. Belə nağıllarla yanaşı fironlar və əyanlara həsr edilmiş nağıllar
da   geniş   yayılmışdı.   Fironlar   üçün   onların   sevdiyi   nağıllar   yazılırdı   və
adətən   mumiya   ilə   birlikdə   sərdabələrinə   qoyulurdu.   Qədim   misirlilər
nağıl   vasitəsilə   müdrikliyi,   humanistliyi   tərənnüm   edir,   sadə   insanların
əqlini,   mübarizliyini,   dönməzliyini   göstərməyə   çalışırdılar.   Belə
nağıllardan   "Gəmi   qəzasına   uğrayan   adam",   "Düz   və   əyri   haqqında
nağıl",   "Firon   Xufu   və   cadugərlər",   "İki   qardaş   haqqında   nağıl"   və   s.
göstərmək olar. Qədim misirlilər nağıl vasitəsilə xeyirxahlığı, müdrikliyi
tərənnüm   edirdilər,   sadə   adamın   fərasətini,   ədalətini   və   cəsarətini
açıqlayırdılar. Nağıllarda allah və fironların qüdrətinin sarsılmaz olması
ideyası   əks   olunmuşdur,   əyanların   zalımlığı   və   qəddarlığı   təsvir
edilmişdir.   Qədim   misirlilər   təbiətdə   və   insan   həyatında   olan   hadisələri
dini   ideologiya   ilə   izah   edirdilər.   Misirlilərin   ölən   və   yenidən   dirilən
təbiət   allahı   hesab   etdikləri   Osiris   haqqında   əfsanə   bu   baxımdan
səciyyəvidir. Orta və Yeni səltənət dövründə ədəbiyyatda mövcud dövlət
və   ictimai   quruluşu   müdafiə   edən   nəsihətlərə   təsadüf   olunur.   Belə
nəsihətlərdə   sosial   ziddiyyətlər,   yuxarıların   aşağıdakılara   münasibəti,
xalq   üsyanlarının   xoşagəlməz   nəticələri   və   s.   öz   əksini   tapır.   Bu
nəsihətlərə   misal   olaraq,   "Heraklopol   hökmdarı   Axtoyun   oğlu   Merikaya
nəsihəti",   "I   Amenemxetin   nəsihəti",   "Duauf   oğlu   Axtoyun   nəsihəti",
"İpuserin   kəlamı",   "Nefertifm   nəsihəti"   və   s.   göstərə   bilərik.     Sinifli
cəmiyyətin   meydana   çıxması   ilə   bağlı   incəsənət   firon   hakimiyyətinin
güclənməsinə   xidmət   etməyə   başladı.   Qədim   Misir   memarlağlında   dinin
təsiri   aydın   hiss   olunur.   Ehramların   klassik   nümunəsi   Sakkarada   təmsil


olunmuşdur.Buradakı   pilləli   ehram   firon   Coserə   həsr   olunmuşdur.   IV
sülalə   fironlarmdan   Xeops   (hündürlüyü   147   m.),   Menkauha   (hündürlüyü
6   m.),   Xafra   (hündürlüyü   140   m.)   gözəl   ehramlar   tikdirmişlər.
Məbədlərin   divarlarında   ilahiləşdirilmiş   firon   həyatı   ilə   yanaşı   sadə
insanların,   məsələn,   dalaşan   qayıqçılar,   işləyən   sənətkarlar,   dəfn
mərasimləri   və   s.   təsvirlər   həkk   olunmuşdur.   Yeni   səltənət   zamanında
incəsənət və memarlıq özünün daha yüksək inkişaf dövrünü yaşayır. Belə
ki,   qayalar   yarılıb   yeraltı   dəfn   sərdabələri   yaradılır.   Məsələn,   I   Setinin
yeraltı   sərdabəsində   yüzdən   çox   otaq   vardır.   Ən   əzəmətli   memarlıq
nümunəsi   Fivadakı   (Karnak   və   Luksor)   Ason   məbədi   hesab   olunur.   Bu
məbədin   böyük   salonu   16   cərgədə   ucaldılmış   134   sütundan   ibarət   imiş.
Həmin   salonun   12   mərkəz   sütununun   hündürlüyü   21   metr   imiş.   Salonun
sahəsi   isə   5   min   kv/m-dən   çox   imiş.   Misir   memarlığının   əsas   sahəsini
heykəltəraşlıq   təşkil   edirdi.   Bütün   məbəd   və   saraylar   heykəllərlə   dolu
olmuşdur.   Əsasən   misir   allahlarından   və   fironlardan   ibarət   olan   bu
heykəllər   içərisində   sadə   insanlara   həsr   olunmuş   heykəllər   də   var   idi.
Allahlar   haqqında   təsəvvürlər   müxtəlif   təbiət   qüvvələrinin   və   ictimai
hadisələrin   təcəssümü   kimi   yaranmışdı.   Dini   təsəvvürlərin   əsasında
yerli,   vilayət   və   ümummisir   ibadətgahları   möhkəmlənirdi.   Misirin   ən
qədim   dövründə   əcdadlara   və   mərhumlara   ibadət   mövcud   olmuşdur.
İbadətdə   də   təbəqələşmə   özünü   göstərirdi.   Zaman   keçdikcə   Misirdə
ibadətin   məzmun   və   forması   dəyişir.Qədim   misirlilər   fironun
şəxsiyyətini ilahiləşdirmişdilər. Əvvəlcə onu allahın oğlu, daha sonra isə
allah adlandırdılar.
Firona   kainatın   allahı   kimi   sitayiş   və   ibadət   olunurdu.   İncəsənətdə   də
hökmdarın allah oğlu olması fikri təbliğ edilirdi. 
Firona ibadət üçün məbədlərdə xüsusi otaqlar təşkil Misirdə yazı e.ə. IV
minilliyin   sonlarında     meydana   çıxmışdır.Müxtəlif   dövrləri   əks     etdirən
Misir  yazı  abidələri  indiyə  qədər qalmaqdadır.
  Misirdə     də   ilk   yazı   növü   şumerlərdə     olduğu   kimi   piktoqrafiya,   yəni
şəkli yazı olmuşdur. Burada yazılar əsasən  papirus üzərində cızılırdı ki,
bu   da   onlar   üçün     kağızı   əvəz     edirdi.     Yazı     "lövhəsi"     düzəltmək
məqsədilə   misirlilər   papirusun   qabığını   hissə-hissə   kiçik   zolaqlarla
kəsir, sonra onları sıra ilə bir-birinə yapışdırırdılar. Papirus hissələrinin
uzunluğu   bəzən   40   metrə   çatırdı.   Yazılmış   papirusu   burur   və   iplə
bağlayırdılar.   Misir   yazısı   qarışıq   yazı   hesab   olunur.   Bu     yazıda   700
işarə   ilə   yanaşı,   21   heroqlif   də   vardır   ki,   onlar   ayrı-ayrı   hərfləri   ifadə
edirlər.Misir   yazılarını   ilk     dəfə   1822-ci   ildə   fransız     alimi   Şampolon
oxumuşdur. Misir yazısını öyrənmək olduqca çətin idi. Məktəbdə oxuyan
şagirdlər sərbəst   və asan yazmağı   5-6 il müddətinə öyrənirdilər. Təlim
prosesində     şagirdləri     müxtəlif     şəkildə     cəzalandırırdılar.   Baxmayaraq
ki,   məktəblərdə   oxuyanlar   var¬lıların   və   adlı-sanlı   adamların   övladları
idi,   mirzəlik     çox   hörmətli   sənət   hesab   olunduğundan   valideynlər   bu
münasibətə (övladlarının mirzələr   tərəfindən   cəzalandırılmasına)    pis
yanaşmırdılar.Papiruslardan   olan   Misir   dəftərlərinin   kənarlarında   çox


vaxt  belə   bir  atalar  sözü   yazılırdı:  "Uşağın  qulaqları    belindədir,    ancaq
döyüldüyü zaman qulaq asır".  Misir yazı  sistemi təkmilləşdikcə,   onun
dil    quruluşu    da  minilliklər  ərzində  dəyişmişdir.   III-VII  əsrlərdə   qədim
Misir dili artıq ölü dillərdən hesab olunurdu. Həmin dövrdə Misirdə çipti
dilindən istifadə olunurdu. Bildiyimiz  kimi, VII əsrdən başlayaraq  ərəb
dili   yayılmağa   başlanmışdır   (İslamla   bağlı).     Hazırda   Misir   ərazisində
dörd milyon yerli   çipti   yaşayır. Onlar xristian olsalar da,   ərəb dilində
danışır,ancaq   öz   ibadətlərini   çipti   dilində   edirlər.   Qədim     Misirdə   bədii
ədəbiyyatın       əsasında       şifahi     xalq   yaradıcılığı   dayanır.   Ən   qədim
əsərlər   e.ə.   V   minilliyə   aiddir.   Qədim   misirlilər   üç   min     il   ərzində
müxtəlif janrlarda zəngin bədii ədəbiyyat nümunələri yaratmışlar. Şifahi
xalq   yaradıcılığına   daxil   olan   nağıllar   əsasən     əkinçi     həyat     tərzini,
dünyagörüşünü     əks     etdirırdi.     Fironlar   üçün   onların   sevdiyi     nağıllar
yazılırdı   və   adətən   mumiya   ilə   birlikdə   sərdabələrinə   qoyulurdu.   Belə
nağıllardan   "Gəmi   qəzasına   uğrayan   adam",   "Düz   və   əyri   haqqında
nağıl",   "Firon   Xufu   və   cadugərlər",   "İki   qardaş   haqqında   nağıl"   və   s.
göstərmək olar.             

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin