Manefonun təsnifatına görə qədim Misir tarixi bir neçə dövrə
bölünür: ən qədim, qədim, orta, yeni və ən yeni.
Əkinlərinin suvarılması üçun misirlilər kanallar qazıb, Nil çayının
sularını uzun məsafələrə apara bilmişdirlər. Əkin sahələrində müxtəlif
yeməli bitki növləri, o cümlədən buğda, üzüm əkilirdi. Misirlilər xırda
və iri buynuzlu heyvanları, eşşəkləri, atları saxlayıb, otarırdılar. Aramsız
müharibələr nəticəsində Misirə minlərlə hərbi əsir gəlirdi. Onların
hamısı kölə olub, müxtəlif sahələrdə işləyirdilər.
İlk yazı nümunələri də o vaxtlar yaranmışdır. Yazarlar “papirus” (yun.
pápyros) adlanan bitkinin gövdəsindən emal edilmiş lülə halında
bükülmüş kağızlardan istifadə edirdilər. Papiruslar sonra bütün antik
dünyada istifadə edilirdi. Yazılarda misirlilər əlifbadan deyil,
heroqliflərdən istifadə edirdilər. Heroqliflər sözlərin, cümlələrin və
müxtəlif mənaların işarəli ifadəsi olmuşdur. Qədim misirlilər təbiətdə və
insan həyatında olan hadisələri dini ideologiya ilə izah edirdilər.
Misirlilərin ölən və yenidən dirilən təbiət allahı hesab etdikləri
Dostları ilə paylaş: