Vahid dövlətin yaranması (I-II sülalələr, e.ə. 3000 — 2778 illər) Misirin şimal və cənubu birləşəndən sonra, birləşmiş ölkə fironlar
tərəfindən idarə olunurdu. Onlar çox vaxt tanrılaşdırılmış və Horus
tanrısının təcəssümü kimi təsəvvür edilirdilər. Fironların ölkənin hər iki
hissəsini simvolizə edən aq və qırmızı rəngli iki tacı olmuşdur. Onların
çoxlu sayda məmurları, canişinləri, xidmətçiləri də var idi. Onlar dövlət
işlərini aparmışdırlar.
Rəvayətlərə görə, ola bilsin ki, vahid Misirin birinci hökmdarı Menes
olmuşdur. O cənublu idi və şimal çarlığa qalib gəlib, ölkəni birləşdirə
bilmişdir. Bəlkə də o 1-ci sülalənin yaradıcısı olmuşdur. Ancaq başqa
rəvayətlərə görə, hələ 1-ci sulalə bərqərar olmamışdan öncə, Misir artıq
birləşmişdi. Ola bilsin ki, 1-ci sülalədən öncə ölkədə birləşmə prosesləri
başlanmış, və birinci fironlar dövründə başa çatmışdır. Yenə rəvayətə
görə Menes birləşmiş Misirin baş şəhəri olmuş Memfisi inşa etmişdir.
Ancaq qədim bir abidənin üzərində şimali Misirə qalib gələn və ölkəni
birləşdirən adamın adı Narmerdir. Bəlkə də Menesi həm də Narmer
çağırırdılar. Hər halda bu məsələ aydın deyil. II-ci sülalənin fironları
özlərini Horusun deyil, Set tanrısının təcəssümü kimi ifadə edirdilər. Bu
sülalənin sonuncu fironları isə hər iki tanrını öz himayədarları kimi
qəbul etmişdirlər.
2. Qədim tarix (III-VI-cı sülalələr, e.ə. 2778 — 2263 illər)
Misirdə vahid dövlət yaranandan sonra, fironlar öz hakimiyyətlərini
genişləndirməyə, nüfuzlarını artırmağa çalışmış, bunlara nail olmaq üçün
qonşuları ilə müharibələr aparmışdırlar. III-cü sülalədən olan firon