Qədim türk xalqlarının dinləri


Qədim türklərin adət-ənənələri



Yüklə 105,45 Kb.
səhifə13/30
tarix17.05.2022
ölçüsü105,45 Kb.
#58338
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   30
Türk xalqları tarixi

Qədim türklərin adət-ənənələri

Е.ə. I m inilliyin ortalarından b.e.- nın I minilliyinin sonu - II minilliyinin əvvəllərinə qədərki təxminən min beş yüz illik bir dövrdə tədricən Altay dağlarından Qərbi Avropaya qədər geniş coğrafiyada məskunlaşmış türklər öz bilavasitə törəmələri (varisləri) - müasir türk xalqları üçün çox böyük mədəni irs qoyub getmişlər ki, onlardan biridə bugünki dünyanın get-gedə daha çox ehtiyac duyduğu multikulturaliznı, başqa sözlə, müxtəlif dillərdə danışan, müxtəlif dinlərə qulluq edən, müxtəlif adət-ənənələrin (etnoqrafiyanın) daşıyıcısı olan xalqlarla sülh, əmin-amanlıq şəraitində birgə yaşama texnologiyalarıdır.

Qədim türk multikulturalizmi, ilk növbədə, qədim türklərin о dövrlərdə heç bir xalq ilə müqayisə olunmayacaq bir genişlikdəki coğrafiyaya yayılmalarından, müxtəlif etnoslarla six iqtisadi, ictimai-siyasi və mədəni-mənəvi əlaqələrindən irəli gəlir. Doğrudur, qədim dünyada yunanlarda Şərqə doğru miqyaslı bir nüfuz edərək müxtəlif etnosların taleyində tarixi rol oynamışlar, ancaq bu, hər şeydən əvvəl, hərbi-siyasi məzmuna malik olmuş, ciddi müstəmləkəçilik münasibətlərilə müşayiət edilmişdir. Qədim türklərin Şərqdən Qərbə yayılması isə daha çox iqtisadi-təsərrüfat məzmunu daşımışdır.

Qədim türk nıultikulturalizminin birinci mühüm əlaməti başqa dillərə, dinlərə, adət-ənənələrə hörmətlə yanaşılmasıdırsa, ikinci (və birincidən heç də az əhəmiyyətli olmayan) mühüm göstəricisi özlərinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşılmasına tələb edilməsidir ki, bu prinsipə, yaxud birgə yaşayış texnologiyasına həmişə əməl olunmuşdur.

Ümumiyyətlə, tanrıçı olan (tək Tanrı dininə riayət edən) qədim türklərin, prinsip etibarilə, tolerantlığını sübut edən faktlar kifayət qədərdir, məsələn:

a) tanrıçılıqla yanaşı daha qədim inamları da bu və ya digər şəkildə qoruyub saxlamaq;

b) qarşılaşdıqları yeni dinləri (buddizm, xristianlıq, müsəlmanlıq) qəbul etmək;

c) bütün dinlərə sayqı, ehtiram göstərmək.

Xüsusilə orta əsrlər boyu türklərin konsolidasiya (mütəşəkkillik) üçün dildən, ümumən etnik müəyyənlikdən daha çox dinə (islama) üstünlük vermələri, “millət” yox, “ümmət” düşüncəsilə mövcud olmaları danılmaz həqiqətdir. Ancaq bu həqiqət ondan da mühüm olan başqa bir həqiqəti də inkar etmir ki, həmin orta əsrlər boyu türklərin müəyyən hissəsi ya tanrıçılıq başda olmaqla qədim inamların (bütpərəstlik, şamanizm və s.) daşıyıcıları; ya buddist, iudaist, xristian; ya da müxtəlif mənşəli inamların, dinlərin qarışığından ibarət elektrik təriqətlərə mənsub idilər. Və başlıcası isə, müsəlman türklər bütün digər dinlərə tamam ilə dözümlü, tolerant münasibət göstrən əsir seçilirdilər.





  1. Yüklə 105,45 Kb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin