Qərbi Kaspi Universiteti Sərbəst iş Kafedra: Pedaqokiya,psxalogiya və hüquq



Yüklə 0,89 Mb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#42081
1   2
ək

İndikatorlar – radiasiya kəşfiyyatı üçün ən sadə cihazlardır; bu cihazlar vasitəsilə şüalanmaları aşkar etmək, β və γ – şüalanma dozalarının gücünü təxmini qiymətləndirmək mümkündür. Cihazlar işıq və səs siqnalı verən sadə elektrik sxeminə malikdir. İndikatorlar vasitəsilə doza gücünün artdığını və ya azaldığını təyin etmək olur. Belə cihazlarda verici olaraq qazboşalma sayğacı tətbiq edilir

DP-64 indikator-siqnalizatoru;

Rəqəm göstəricili CIT 200;

Rəqəm göstəricili CIT 250;

Dioqram göstəricili CIT 350;

Rəqəm göstəricili çox kanallı CIT 650.

Cihazın sxemində çevrilən siqnalların xarakterinə görə dozimetrik qurğular iki qrupa ayrıla bilər: Birinci qrupa elə cihazlar aid edilir ki, burada nəzarət edilən şüalanmaların hissəcikləri və ya fotonları detektor vasitəsilə qısa, ardıcıl elektrik siqnallarına (impulslara) çevrilir. Bu qrup cihazların elektrik sxemi çevirici və impuls gücləndiricisi rolunu oynayır. İkinci qrupa aid olan dozimetrik cihazlarda isə cihazın detektoru ona təsir göstərən şüalanmaları fasiləsiz sabit cərəyana çevirir. Belə halda cihazın sxemi sabit cərəyan gücləndiricisi və çevirici rolunu oynayır.

İonlaşdırıcı şüalanmaları aşkar etmək, onların enerjisini və digər xassələrini ölçmək üçün istifadə edilən cihaza detektor deyilir. Detektor tədqiq edilən şüalanmaları ölçmək üçün istifadə olunan cihazların əksəriyyətinin, habelə mürəkkəb qurğuların vacib hissəsidir. Detektorun iş prinsipi şüalanma ilə detektorun qarşılıqlı təsiri zamanı meydana çıxan halın (effektin) xarakteri ilə müəyyən edilir, cihazın işi (şüalanmanı qeyd etməsi) ilə bu effektin aşkar edilməsi və ölçülməsi ilə əlaqədardır. Məlum olduğu kimi, ionlaşdırıcı şüaların maddələrə keçməsi – elektronlar və atomun nüvələri ilə qarşılıqlı təsirin müxtəlif proseslərində onların enerjisinin itirilməsi ilə müşayiət olunur. Detektor özündə udulan şüalanma enerjisini qeyd etmək üçün daha münasib olan digər bir enerji növünə çevirir. Adətən elə detektorlar tətbiq olunur ki, onlarda ionlaşdırıcı şüalanma enerjisi elektrik siqnalına çevrilir.

Detektorların əksəriyyətinin işi ionlaşdırıcı şüalanmadan maddənin şüalanması, ya da onun atomlarının və ya molekullarının təsirlənməsi (həyəcanlanması) effektinin aşkar olunmasına əsaslanır. Qazlarda ionlaşma effektinin aşkar olunması əsasında işləyən detektorlara ionlaşma kameraları və qazboşalma sayğacları aid edilir. İonlaşma kamerasında şüalanmanın yaratdığı elektronlar və müsbət ionlar elektrik sahəsi qüvvəsinin təsiri altında müvafiq elektrodlara tərəf hərəkət edir, nəticədə xarici dövrədə cərəyanın kəmiyyətinə görə ionlaşma effektini ölçmək mümkün olur.

Qazboşalma sayğacında, ionlaşma kamerasından fərqli olaraq, ikinci ionlaşma hesabına qaz güclənməsi effektindən istifadə olunur ki, belə halda müvafiq elektrodlara çatan elektronların və müsbət ionların sayı ionlaşma zamanı yaranan ionların sayından bir neçə dəfə artıq olur. İonlaşdırıcı şüalanmalar bəzi maddələrdən keçərkən təsirlənmiş atomların və ya molekulların öz normal halına qayıtması nəticəsində flüoressensiya (işıqlanma) baş verir. İşıq pırıltıları fotoelektron gücləndiricisi vasitəsilə elektrik siqnalına çevrilir. Flüoressensiya hadisəsindən istifadə olunan detektorlar ssintilyasiya sayğacları (işıqlanma sayğacları) adlanır. Qoşun dozimetrik cihazlarında yuxarıda sayılan metodlar (əsasən ionlaşdırıcı metod) geniş tətbiq edilir. Digər metodlar isə xüsusi hallarda istifadə edilir.

Aktivlik – radioaktiv maddənin müəyyən vaxt ərzində radioaktiv çevrilmələrin sayı ilə ifadə olunan miqdar ölçüsünə deyilir. Beynəlxalq vahidlər sistemində aktivlik vahidi olaraq bir saniyə ərzində bir nüvə çevrilməsi (parçalanma/saniyə) qəbul edilmişdir. Bu vahid Bekkerel (BK) adlanır. Sistemdən kənar ölçü vahidi Küri – elə miqdar maddənin aktivliyidir ki, burada hər saniyədə 3,7*10¹° dəfə parçalanma baş verir. 1Ku=3,7*10¹° Bk; Xüsui aktivlik – BK/ml; Bk/sm²; Bk/kq 1Ku=2,22*10¹² parçalanma/dəq 1mq-ek Ra – qalınlığı 0,5 mm olan platin süzgəcdə yerləşdirilmiş 1mq Ra-un yaratdığı qədər doza gücü yaradır. İonlaşdırıcı şüalanmanın təsiri zamanı bioloji obyektlərdə (canlı orqanizmlərdə) baş verən şüa zədələnmələrinin dərəcəsi, dərinliyi və forması – ilk növbədə bu obyektdə udulan şüalanma enejisinin kəmiyyətindən asılı olur. Bu göstəricini xarakterizə etmək üçün udulan doza anlayışından istifadə olunur. Udulan dozanın vahidi olaraq hər kiloqrama düşən Coul (C/kq) qəbul edilmişdir. Radiobiologiyada udulan dozanın sistemdən kənar ölçü vahidi olaraq rad daha geniş işlədilir. Havadan törətdiyi ionlaşmanın effektivliyinə görə dozanı xarakterizə etmək üçün rentgen və γ- şüalanmaların ekspozisiya adlanan dozadan, yəni rentgen və γ- şüalanmaların kəmiyyət xarakteristikalarından istifadə edilir ki, bu da onların ionlaşdırıcı təsirinə əsaslanır və elektron müvazinəti şəraitində havanın vahid həcmində yaranan eyni işarəli ionların elektrik yükünün cəmi ilə ifadə olunur. Rentgen və γ- şüalanmaların ekspozisiya dozası vahidi olaraq bir kiloqrama düşən kulon-kiloqram (Kl/kq) qəbul edilmişdir. İMD-21 doza gücünü ölçən cihaz γ- şüalarının ekspozisiya dozalarının gücünü ölçmək və bu dozaların gücü müəyyən edilmiş həddin kəmiyyətindən artdıqda işıq siqnalı vermək üçündür. Cihaz stasionar (İMD-21 S) və ya səyyar (İMD-21 B) obyektlərdə tətbiq edilir. O, ətraf mühitdə temperatur - 10ºS-dən +50º S-dək və 35ºS temperaturda nisbi rütubət 98%-dək olarkən normal işləyir. İMD21 ölçmə cihazı 80 keV-dən 2,6 MeV-dək enerji diapazonunda 1-dən 1000 R/saatadək olan qamma şüalanmanın ekspozisiya dozalarının gücünü ölçür və ölçmənin nəticələrini idarəetmə pultuna verə bilir

Cihaz qamma-şüalanma üzrə ekspozisiya dozasının gücü müəyyən edilmiş 1; 5; 10; 50; 100 R/saat hədlərinin kəmiyyətlərindən artıq olduğu barədə siqnal verilməsini və məlumatın idarəetmə pultuna ötürülməsini təmin edir. Ölçmə və siqnalın işə düşməsi müddəti 10 saniyədən artıq olmur. Cihazın iş rejimini müəyyən edən vaxt dəqiqədir. Bu cihaz fasiləsiz surətdə gecə-gündüz işləyə bilir və detektirləmə blokuna birləşdirilmiş 200 m uzunluqlu kabellə birlikdə işlədilmək üçün nəzərdə tutulmuşdur

DP-64 indikator-siqnalizatoru fasiləsiz olaraq radiasiya müşahidəsi aparmaq və ərazinin radioaktiv zəhərlənməsi barədə xəbər vermək üçündür. Cihaz nəzarət rejimində işləyir və ərazidə şüalanma dozasının gücü 0,2 R/s-a çatanda bu barədə səs və işıq siqnalları verilməsini təmin edir. Siqnalın işə qoşulması müddəti 3 san-dən artıq olmur. Cihaz 127/220 V gərginlikli dəyişən cərəyan şəbəkəsindən və ya 6 V gərginlikli akkumlyatordan qidalanır, -40ºS-dən +50°S-dək temperaturda və ətrafdakı havanın nisbi rütubəti 98%-dək olarkən işləyə bilər. Cihaz şəbəkəyə qoşulandan 30 saniyə sonra işə hazır olur

DP-64 indikator-siqnalizatoru komplektinə cihaz, onun texniki təsviri, istismarı üzrə təlimat, formulyar, ehtiyat hissələri və ləvazimat daxildir. Cihazın vericisinə 30 m uzunluqda kabel vasitəsilə siqnal verən pult birləşdirilmişdir. Pult isə ikinci kabel vasitəsilə elektrik qida mənbəyinə birləşdirilmişdir; bu kabelin ucunda onu dəyişən cərəyan mənbəyinə qoşmaq üçün çəngəl və akkumulyator batareyasına qoşmaq üçün iki (+ ; -) çıxım vardır. Vericidə ionlaşdırıcı şüalanma detektoru – STS-5 qazboşalma sayğacı və stronsium-90 radioaktiv nəzarət preaparatı yerləşdirilmişdir

DP-5 sovet dönəminin ən kütləvi hərbi radiometr-rentgenometrdir. Keçən əsrin 50-ci illərində işlənən, müxtəlif modifikasiyalarda dövrümüzə kimi gəlib çatmışdır. DP-5A bu modelin ilk növüdür. Təyinatı: DP-5A səhra radiometr - rentgenmetri γ-şüalanma səviyyələrini, habelə ərazinin və müxtəlif əşyaların γ-şüalanma nəticəsində məruz qaldığı radioaktiv zəhərlənməni ölçmək üçün nəzərdə tutulmuşdur. γ-şüalanma dozasının gücü, ölçmə zamanı cihazın müvafiq sayğac yerləşən sahədə, millirentgen-saat (mR/saat) və ya rentgen saatla (R/saat) təyin edilir.

1 – üst qapağı;

2 - ölçmə pultu;

3 - elastik kabelli zond;

Mikrometrdən ibarət elektrik-ölçü cihazı iki üst və alt şkalaya malikdir. Üst şkalanın 16 bölgüsü var, bu şkala 5 R/s-dək γ-şüalanma səviyyələrini ölçmək üçündür. Cihaz ancaq II – VI yarımdiapazonlarda işlədilərkən onun göstəricisi üst şkalada hesablanır. Alt şkalanın 18 bölgüsü var. Cihaz ancaq I yarımdiapozonda işlədilərkən onun göstəricisi alt şkalada hesablanır. I yarımdiapozonda 5-dən 200 R/sdək olan γ-şüalanma səviyyələri ölçülür. Yarımdiapazonlar çevirgəci (şəkil) səkkiz vəziyyətdə qoyula bilər. Bu yarımdiapazonların təyinatı, burada aparılan ölçmələrin növü və kəmiyyətləri aşağıdakı cədvəldə verilmişdir. Şkalanın 0-dan I qiymətli rəqəmədək olan hissəsi ölçmələr zamanı işlək sahə sayılmır. Buna görə də, ölçmə vaxtı əgər cihazın əqrəbi bu sahədə dayanarsa, ölçmələri daha həssas olan digər yarımdiapazonda aparmaq lazımdır

DP-22V dozimetrlər komplekti şüalanma dozalarını ölçmək üçündür. γ-şüalanma dozalarının gücü 0,5-dən 200 R/s-dək dəyişərkən dozimetrlərin ölçmə diapozonu 2-dən 50 rentgenədəkdir. Ölçmələrin öz-özünə boşalması bir sutka ərzində 4 R-dən artıq olmur. Dozimetrlər -40ᵒS-dən +50ᵒS hədlərində və havanın nisbi rütubəti 98 faiz olan hallarda işləyə bilir; bir komplekt qidalandırma mənbəyilə fasiləsiz iş müddəti 30 saat, dozimetrin kütləsi 50 q,komplektin kütləsi 5,6 kq-dır. Doldurucu pultunun işə hazırlamaq müddəti 1-2 dəqiqədir. DP-22V dozimetrlər komplekti 50 ədəd birbaşa göstərən DKP-50A dozimetrindən, 3D-5 doldurucu pultdan, futlyardan (qutu) və texniki sənədlərdən ibarətdir Fərdi dozimetrlər komplekti udulan γ-neytron şüalanma dozalarını ölçmək üçündür; cihaz - 50ᵒS-dən +50ᵒS temperatur hədlərində, habelə havanın nisbi rütubəti 98 faiz ədək dəyişərkən işləyə bilər. Doldurucu pult dozimetrin kondensatorunu doldurmaq üçündür. Dozimetr dozanın gücü 10-dan 366000 rad/s-dək olarkən 20-dən 500 radadək diapozonda γ-neytron şüalanmasının udulan dozalarının ölçülməsini təmin edir.

Ölçülən dozalar dozimetrin içərisində yerləşən və radlarla dərəcələndirilmiş şkalada hesablanır. Dozimetrlərin göstəricisinin sabitliyi 6 ay ərzində istismar zamanı ölçmələrin əsas ölçmə xətaları hədlərində aparılmasını təmin edir. Dozimetrlər 3D-6 doldurucu pult vasitəsilə və ya çıxış gərginliyinin 180-250 V hədlərində rəvan dəyişdirilməsinə imkan verən hər hansı (3D-5-dən başqa) doldurucu pult vasitəsilə doldurulur.

Komplekt titrəməyə, zərbəyə, təkana qarşı davamlıdır və istənilən növ nəqliyyat vasitələrində aparıla bilər. Komplektin saz işləmə müddəti ən azı 5000 saat, xidmət müddəti ən azı 15 il, texniki ehtiyatı ən azı 10000saatdır. Futlyarla birlikdə komplektin ölçüləri, dozimetrin və doldurucu pultun ölçüləri aşağıdakı kəmiyyətlərdən artıq deyil:  komplekt futlyarda olarkən – 1500 q;  doldurucu tutqacla birlikdə - 19 x 128,5 mm;  doldurucu pult – 105 x 37 x 122 mm

Mülki müdafiə qərargahı tərəfindən fəaliyyət göstərən dozimetrik alətlərin uzun müddət istismarı ilə əlaqədar olaraq həm alətlərin istismara yararlılığı, həm də verdikləri məlumatların düzgünlüyünə nəzarət üzərində daha təsirli bir nəzarət məsələsi aktuallaşır. Bütün bunlar gündəlik həyatda və müxtəlif texnogen qəzalarda ionlaşdırıcı radiasiyanın idarə edilməsi və qeydiyyatı sahəsində mülki müdafiənin məqsədlərinə çatmasını təmin edən ölçü alətlərinin vaxtında yoxlanılması ilə əldə edilir. Bütün bunlar şirkətimizin işçilərini həyata keçirməyə kömək edəcəkdir. Bu məqalədə həm işləyən cihazların, həm də onları əvəz edən daha müasir cihazların ümumi görünüşü verilir.

Dozimetrik cihazlar yerdəki radiasiyanın səviyyəsini, geyimin, insan dərisinin, yeməyin, suyun, nəqliyyatın və digər müxtəlif əşyaların və əşyaların çirklənmə dərəcəsini, habelə insanların radioaktiv məruz qalma dozalarını ölçmək üçün nəzərdə tutulmuşdur. radioaktiv maddələrlə çirklənmiş obyektlərdə və ərazilərdədirlər ...

İonlaşdırıcı radiasiyanın qeydiyyatı üçün istifadə olunan qurğular və qurğular aşağıdakı əsas qruplara bölünür:

1. Göstəricilər - ən sadə radiasiya kəşfiyyat cihazları. Radiasiya aşkarlanan və doz dərəcəsinin təxmini bir köməyi ilə. Bu cihazlar işıq və ya səs siqnalları ilə ən sadə elektrik dövrələrinə malikdir. Göstəricilərdən istifadə edərək doza nisbətinin artdığını və ya azaldığını təyin edə bilərsiniz.

Bu cihaz qrupuna DP - 63A, DP - 64 göstəriciləri daxildir.



 

2. X-ray sayğacları - rentgen şüalanmasının dozasını ölçmək üçün hazırlanmışdır. Bir rentgen şüasının yüzdə birindən saatda bir neçə yüz roentgenə qədər tətbiqetmə sahəsi var (r / saat). Bu cihazlarda sensor kimi ionlaşma kameraları və ya qaz boşaltma sensorları istifadə olunur.

Bu cür cihazlar DP-5 B və V, IMD - 5 və başqalarıdı r.



 

3. Radiometrlər (radioaktivlik metrləri) - səthlərin, avadanlıqların, silahların, geyim formasının, hava həcmlərinin radioaktiv çirklənmə dərəcəsini aşkarlamaq və təyin etmək üçün istifadə olunur. Radiometrlər aşağı radiasiya səviyyələrini ölçə bilər.

Radiometrlərin sensorları qaz boşalma və sintilyasiya sayğaclarıdır. Bu cihazlar ən çox yayılmış və geniş istifadə olunur.

Bu cihazlar DP - 12 əsas universal, beta-qamma radiometr "Luch-A", radiometr "Tiss", radiometrik qurğular DP-100M, DP-100ADM və başqalarıdır.




4. Dozimetrlər - işçilərin hərəkət zonasında olduqları müddətdə aldığı ümumi radiasiya dozasını təyin etmək üçün hazırlanmışdır. Fərdi dozimetrlər kiçik ionlaşma otaqları və ya filmi olan foto kasetlərdir. Bir sıra kameralar və bir şarj və ölçmə cihazından ibarət olan dəstə fərdi dozimetriya nəzarət dəsti deyilir. Fərdi dozimetr dəstləri DP - 22V, DP-24, ID -1, ID - 11 və s.

Bundan əlavə, dozimetrik cihazların köməyi ilə, müxtəlif texniki vasitələrin, cisimlərin və neytron axınları ilə şüalanmış torpağın induksiyalı radioaktivliyi müəyyən edilə bilər. Müəssisədəki radiasiya (kimyəvi) kəşfiyyat və dozimetrik nəzarət üçün dozimetrlər və məruz qalma dozasının sayğacları istifadə olunur.



   

Mülki müdafiədə istifadə olunan müasir dozimetriya cihazları aşağıdakı əsas qruplara bölünür:

  1. Dozimetrlər - ionlaşdırıcı şüalanma dozasını (ifşa, udulmuş, ekvivalent), həmçinin keyfiyyət faktorunu, məsələn, DKG-AT2140 dozimetrini ölçmək üçün cihazlar






2. Radiometrlər - RKG-AT 1320 A, ionlaşdırıcı şüalanma axınının sıxlığını ölçən cihazlar



3. Universal cihazlar - dozimetr və radiometr, radiometr və spektrometr və s. Funksiyalarını birləşdirən cihazlar, buna misal MKS-AT6130, MKS-AT1125, MKS-AT1117M.

   

4. İonlaşdırıcı şüalanmanın spektrometrləri - MKS-AT1315, ionlaşdırıcı şüalanma sahəsini xarakterizə edən kəmiyyətlərin paylanmasını (spektrini) ölçən cihazlar.

 

Radiasiya kəşfiyyat cihazları aşağıdakılar üçün istifadə olunur:

  • radiasiya dozasının sonrakı ölçülməsi ilə radioaktiv maddələrlə çirklənmiş ərazilərin aşkarlanması;

  • insanlar bir müddət təhlükəli bir ərazidə olduqları zaman alınan radiasiyanın ölçüləri;

  • qidada və radiasiya zonasında olan şeylərdə radiasiya ölçüləri.

Radiasiya kəşfiyyat cihazları məqsədlərinə görə bölünür:

  • xüsusi təyinatlı;

  • hərbi məqsəd (müxtəlif göstəricilərin istifadəsi).

Radiasiya ölçmə metodları:

  • ionlaşma metodu radiasiya səviyyəsini təyin edir. Bunun üçün müxtəlif qaz detektorlarından istifadə olunur. Radiasiya şüalanması radiasiya aşkarlayan cihazın içərisində elektrik cərəyanı yaratmaqla müəyyən edilə bilər. Və nə qədər intensivdirsə, bu ərazidə radiasiya səviyyəsi bir o qədər güclüdür;

  • fotoqrafiya metodu gümüş bromidi olan fotoqrafik emulsiyadan ibarətdir. Radiasiya, məruz qaldıqda çürüyən gümüşü təsir edə bilər. Radiasiya səviyyəsi daha böyükdür, çürümə nəticəsində film qaranlıq olur;

  • kimyəvi üsul aşağıdakı hərəkətlərdən ibarətdir - radiasiya şüalanması altında bəzi elementlər çürüyür və nəticədə asanlıqla izlənilə bilən yeni xüsusiyyətlərə sahib yeni kimyəvi maddələr meydana gəlir. Maddələrin xüsusiyyətlərindəki dəyişiklik müəyyən bir zonada radiasiya dərəcəsini göstərə bilər.

NƏTİCƏ

Radiasiya kəşfiyyat cihazlarına gəldikdə, mülki müdafiənin hərbiləşdirilməmiş birləşmələrini təmin etmək üçün əsas cihaz DP-5V doz dərəcəsi ölçən cihazdır (rentgenmetr).




ƏDƏBİYYAT SİYAHISI



Ocaqov H.O. Nağıyev N.T. Muxtarov R.M-MM-də istifadə edilən dozimetrik cihazlar

ru.wikipedia.org/
Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin