Texnosferin əhali və ətraf mühitə törətdiyi təhlükə-sənayedə, energetikada və kommunal təsərrüfatında böyük miqdarda radioaktiv, kimyəvi, bioloji təhlükəli, habelə yanğın və partlayış qorxusu yaradan istehsalat və texnologiyaların olması ilı şərtləşir. Respublikamızda təxminən yüz min belə istehsalat mövcuddur. Burada əsas istehsalat fondlarının yüksək aşınma dərəcəsi müvafik tmir və profilaktika işlərinin vaxtında yerinə yetirilməməsi, istehsalat və texnoloji intizamın zəifləməsi qəza ehtimallarını daha da artırır.
Əldə olunan məlumatlara görə, 1992-1998-ci illər ərzində respublikamızda texnogen xarakterli 100-dək fövqaladə hadisə qeydə alınmışdır. Onların böyük əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində kimya, neft kimyası və nəqliyyat sahələrində baş vermişdir.
Texnogen xarakterli fövqaladə hadisələrinin artmasının səbəbi.Mühəndislər və alimlər təhlükəsizliyin yüksəldilməsi problemi üzərində müntəzəm surətdə çalışırlar. Bu istiqamətdə geniş əhatəli texniki, ekoloji, hüquqi məsələlər fövqaladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi üzrə tam mütəxəssislər assosiasiyasının fəaliyyəti çərçivəsində də həll edilir. Bununla belə göstərilən səylərə baxmayaraq bütün sahələrdə, xüsusən də mürəkkəb texnika işlədilən sahələrdə qazların vaxt ərzində sayca get-gedə artması tendensiyası durmadan güclənir. Deməli, bunun səbəblərini tapmaq lazımdır. Problemin tam həlli iddiasında olmadan texnogen qəza və fəlakətlərin sayca artmasının, zənnimcə, prinsipal və başlıca səbəblərindən birini göstərməyə çalışaq.
Bu səbəb texnikanın gücünün və mürəkkəbliyinin kəskin surətdə, siçrayışla artması, texnikanı idarə edən insanların isə parametrlərdən kənarda, yəni geridə qalmasıdır. İnsanın psixofizioloji sistemlərinin imkanları məhduddur, təbiət bu sistemləri heç də müasir texnogen həyat şəraiti üçün yaratmamışdır və onları "yaxşılaşdırmaq", "yenidən düzəltmək" və ya "modifikasiya etmək" mümkün deyil. Lakin hazırda insanlardan nəinki onların imkanlarından çox-çox artıq, həm də prinsipcə demək olar ki, imkandan kənar fəaliyyət tələb edilir.
Azərbaycan Respublikasının ərazisində yüksək dərəcədə texnogen təhlükələr mövcuddur ki, bunlar da müxtəlif növ FH-ın başlıca mənbələrindəndir. Bunların əsas səbəbləri aşağıdakılardır:
İstehsalat sahələrində təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi mexanizminin zəifləməsi: respublikada iqtsadiyyatın strukturca yenidən qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün ahələrində əmək və texnoloji intizamın, habelə istehsalatda qəzaya qarşı davamlılıq tədbirlərinin zəifləməsi;
Bəzi sənaye sahələrində istehsalat vasitələrinin, xüsusən də texnoloji avadanlıqların, nəqliyyat vasitələrinin, əsas istehsalat fondlarının yol verilməz dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması;
sənaye istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan məhhsulun keyfiyyətcə kəskin surətdə aşağı düşməsi;
isehsalatda təhlükəli, zərərli amilləri aşkar və nəzarət edən cihazların, belə amillərdən kolletiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və onların keyfiyyətiz olması;
sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, habelə idarəetmə sahələrində təhlükəsizliyin təmin edilməsi sistemlərinin texnoloji etibarlığının zəif olması;
Ölkədə həyat fəaliyyətinin təmin olunması sahələrində aparılan əsaslı və tətbiqi tədqiqatların keyfiyyətinin aşağı olması;
Partlayış, yanğın, kimyəvi, radiasiya, biolpji təhlükəli maddələr və texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi;
Qəza və fəlakətlərin qabaqlanması və qarşısının alınması, insan tələfatı və maddi itkilərin azaldılması üzrə görülən tədbirlərin kifayət dərəcədə olmaması və əlaqələndirilməməsi;
İqtisadiyyatın bütün sahələrində yeni təhlükəsiz və qənaətcil texnologiyaların yavaş və keyfiyyətsiz səviyyədə tətbiqi, texnoloji proseslərin və qəza əlehinə mühafizənin avtomatlaşdırılmasının zəif templə aparılması;
Ölkənin ərazisində zəif istehsalatların və təhlükəli potensiallı obyektlərin yaşayış zonalarının və onların həyat təminatı sistemlərinin yaxınlığında yerləşməsi;
Potensial təhlükəli istehsalat və obyektlərin vəziyyətinə nəzarət və müşahidənin kifayət dərəcədə olmaması;
Sənaye obyektlərinin heyəti və əhali üçün kollektiv v fərdi mühafizə vasitələrinin inşaatı və istehsalı həcmlərinin kəskin surətdə azalması;
Təhlükə potensiallı obyektlərdə qəzalar barədə lokal xəbərdarlıq sistemlərinin olması;
Təhlükəsizliyin təminatı, FH-ın qabaqlanması və aradan qaldırılması üçün cavabdeh olan işçilərin sayının azaldılması;
Qəza-xilasetmə xidmətlərinin fəaliyyətinin kifayət dərəcədə səmərəli olmaması;
Qəza və fəlakətlərin aradan qaldırılması üçün lazımi həcmdə ehtiyatların olmaması;
Güclü istehsalat qəzaları, eləcə də təbii fəlakətlər bir sıra hallarda müharibələrdən daha dağıdıcı olur. Xüsusən də belə hallarda ətrafa çıxan enerji meqatonluq nüvə partlayışlarının enerjisini dəfələrlə üstələyir.
Keçmişdə olduğu kimi müasir şəraitdə də hərbi təhlükənin mənbələri:
Kəskin beynəlxalq ziddiyyətlərdən;
Silahlanmanın genişləndirilməsindən, silahın sürətlə və keyfiyyətcə təkmilləşdirilməsindən, başqa cür fiziki prinsiplərə əsaslanan yeni silah növlərinin yaradılması yolunda göstərilən ciddi cəhdlərdən;
Dünyanın müxtəlif ölkələrində çox güclü orduların saxlanmasından;
Bir sıra ölkələrdə beynəlxalq problemlerin hərbi yolla həllinə can atan nüfuzlu militarist siyasi dairələrin mövcudluğundan, dövlətlərin konkret hərbi-siyasi qərarların qiymətləndirilməsində ikili standartlara yol verilməsindən ibarətdir.
Müasir dövrdə və yaxın prespektivdə hərbi təhlükələrin artması heç də istisna edilmir. Bu hər şeydən əvvəl hərbi-siyasi münasibət subyektlərinin maraq dairəsi və imkanlarının dəyişməsi ilə əlaqədar ola bilər. Həmçinin dünyanın əsas dövlətləri , onların iqtisadi, hərbi-siyasi ittifaqları və blokların arasında qüvvələr nisbətinin xeyli dəyişməsi, mövcud regional münaqişə ocaqlarında vəziyyətin gərginləşməsi və bunun əsasında hərbi toqquşma və müharibənin alovlanması prosesləri də müharibə təhlükəsini artıra bilər.
Dostları ilə paylaş: |