Qərbi Kaspi Universiteti


Partlamaınış döyüş sursatlarının aşkar edilməsi



Yüklə 61,77 Kb.
səhifə9/12
tarix31.12.2021
ölçüsü61,77 Kb.
#49857
1   ...   4   5   6   7   8   9   10   11   12
Əliyeva Ülviyyə (Mülki Müdafiə)


Partlamaınış döyüş sursatlarının aşkar edilməsi.

  • Partlayıcı maddələrin (döyüş sursatının itirilməsi)

    1. Radioaktiv maddə (RM) ətrafa yayılmaqla baş verən qəzalar.

    • AS və AE qurğularında qəza və ətrafa RM atılması

    • BNİM-qəza

    • Nüvə qurğulu kosmik aparatda qəza baş verməsi

    • Radioaktiv mənbəyinin itirilməsi (aşkar edilməsi)

    1. GTZM yayılmaqla baş verən qəzalar

    • GTZM istehsalat, emal olunarkən, saxlanarkən baş verən qəzalar.

    • GTZM daşınarkən baş verən nəqliyyat qəzası.

    • Kimyəvi döyüş sursatından baş verən qəza.

    • Qəza nəticəsində baş verən kimyəvi reaksiya prosesində GTZM yaranması və yayılması.

    • GTZM mənbələrinin aşkar edilməsi (itirilməsi).

    1. Bioloji təhlükəli maddə (BTM) ətrafa yayılmaqla baş verən qəzalar

    • BTM ətrafa yayılmaqla baş verən qəza

    • BTM ətrafa yayılmaqla nəqliyyat qəzası

    • BTM aşkar edilməsi

    1. Həyat təyinatlı kommunal sistemlərdə qəzalar

    • Kanalizasiya sistemlərində qəza.

    • Su təchizat sistemlərində qəzalar.

    • Kommunal qaz boru kəmərlərində qəza.

    • İstilik şəbəkələrində qəza.

    • Elektrik enerji sistemlərində qəza.

    1. Hidrodinamik qəzalar

    • Bəndlərin yaradılması

    • Binaların qəflətən uçulması

    1. Nəqliyyat

    • Hava nəqliyyatı

    • Su nəqliyyatı

    • Yerüstü nəqliyyat

    • Yeraltı nəqliyyat

    Azərbaycan Respublikasının ərazisində yüksək dərəcədə texnogen təhlükələr mövcuddur ki, bunlar da müxtəlif növ FH-ın başlıca mənbələridir. Bunların əsas səbəbləri aşağıdakılardır:

    • istehsalat sahələrində təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi mexanizminin zəifləməsi; respublikada iqtisadiyyatın strukturca yenidən qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və texnoloji intizamın, habelə istehsalatda qəzaya qarşı davamlılıq tədbirlərinin zəifləməsi;

    • bəzi sənaye sahələrində istehsalat vasitələrinin, xüsusən də texnoloji avadanlıqların, nəqliyyat vasitələrinin , əsas istehsalat fondlarının yol verilməz dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması;

    • sənaye istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan məhsulun keyfiyyətcə kəskin surətdə aşağı düşməsi;

    • istehslatda təhlükəli, zərərli amilləri aşkar və nəzarət edən cihazların, belə amillərdən kollektiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və onların keyfiyyətsiz olması;

    • sənaye, nəqliyyat, energetika, kənd təsərrufatı, habelə idarəetmə sahələrində təhlükəsizliyin təmin edilməsi sistemlerinin texnoloji etibarlılığının zəif olması;

    • zərərli və təhlükəli potensiallı müəssisələrdə kadrların, xüsusən də yüksək ixtisaslı kadrların itirilməsi nəticəsində istehsalat mədəniyyətinin aşağı düşməsi, mütəxəssislərin səriştəsinin və məsuliyyət hissinin zəifləməsi;

    • ölkədə həyat fəaliyyətinin təmin olunması sahələrində aparılan əsaslı və tətbiqi tədqiqatların keyfiyyətinin aşağı olması;

    • partlayış, yanğın, kimyəvi, radiasiya, bioloji təhlükəli maddələr və texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi;

    • qəza və fəlakətlərin qabaqlanması və qarşısının alınması, insan təlafatı və maddi itkilərin azaldılması üzrə görülən tədbirlərin kifayət dərəcədə olmaması və əlaqələndirilməməsi; iqtisadiyyatın bütün sahələrində yeni təhlükəsiz ve qənaetcil texnologiyaların yavaş və keyfiyyətsiz səviyyədə tətbiqi, texnoloji proseslərin və qəza əleyhinə mühafizəsinin avtomatlaşdırılmasının zəif templə aparılması;

    • ölkənin ərazisində zərərli istehsalatların və təhlükə potensiallı obyektlərin yaşayış zonalarının və onların həyat təminatı sistemlərinin yaxınlığında yerləşməsi;

    • potensial təhlükəli istehsalat və obyektlərin vəziyyətinə nəzarət və müşahidənin kifayət dərəcədə olmaması;

    • sənaye obyektlərinin heyəti və əhali üçün kollektiv və fərdi mühafizə vasitələrinin inşaatı və istehsalı həcmlərinin kəskin surətdə azalması;

    • təhlükə potensiallı obyektlərdə qəzalar barədə lokal (məhdud) xəbərdarlıq sistemlərinin olması;

    • təhlükəsizliyin təminatı, FH-ın qabaqlanması və aradan qaldırılması üçün cavabdeh olan işçilərin sayının azaldılması;

    • qəza-xilasetmə xidmətlərinin fəaliyyətinin kifayət dərəcədə səmərəli olmaması;

    • qəza və fəlakətin aradan qaldırılması üçün lazımi həcmdə ehtiyatların olmaması;

    • avtomobil yolları şəbəkəsinin zəif inkişafı;

    • FH-ın baş verməsi ehtimal olunan zonalarda sosial problemlerin yaranması.



    Yüklə 61,77 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   4   5   6   7   8   9   10   11   12




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin