Qərbi Kaspi Universitetinin Kolleci hesabat tədris Təcrübəsi TƏLƏBƏ: SƏMƏdova xəDİCƏ


Tarixi turizm və onun perspektivləri



Yüklə 115,22 Kb.
səhifə2/4
tarix10.05.2022
ölçüsü115,22 Kb.
#57423
1   2   3   4
Tarixi və mədəni turizmin təsnifatı (2)

Tarixi turizm və onun perspektivləri

İslam dininin qəbul edilməsi və Azərbaycanın müsəlman dünyasının tərkib hissəsinə çevrilməsi ilə ərəb səyyahlarının səyahətləri genişlənir. Monqol imperiyasının yaranması və hakimiyyəti ilə fərqli bir dövr yaranır. Azərbaycan torpaqlarının geniş ərazili bir imperiyanın tərkibinə daxil edilməsilə buraya da syahətlər artır. Azərbaycan müəlliflərinin ölkənin şəhərləri, tarix və mədəniyyət abidələri haqqında tarixi və bədii əsərlərindəki məlumat və təsvirləri də (Nizaminin “İsgəndərnamə”də Bərdəni təsviri və s.) səyahət təəssüratına əsaslanırdı.

XV əsrdə Azərbaycanda müstəqil dövlətlər yaranır. Güclü Səfəvi imperiya­sına (1501–1736) hərbi-siyasi, iqtisadi maraqlara əsaslanan səyahətlər baş verir. Bu dövrü XVIII əsrin 30-cu illərinədək davam etdirmək olar. Əcnəbi səyyahların və onları müşayət edən rəssamların Azərbaycana səyahəti zamanı yeni bir istiqamət – tarix və mədəniyyət abidələrinin o zamankı vəziyyətini əks etdirən rəsmlər də yaranır. Adam Ole­arinin (1599--1671) səyahətnaməsində “Diribaba türbəsi”nin rəsmi verilir.

Xanlıqların timsalında (əsasən, 1747-ci ildən) Azərbaycan dövlətçiliyi bərpa olunur. Bu dövrdə ən maraqlı məqamlardan biri ölkə tarixinə marağın daha da artması olur.

Azərbaycan torpaqlarının bölüşdürülməsi və Şimali Azərbayacaının Rusiya imperiyası tərkibində olduğu dövr də (XIX əsrin əvvəlləri – XX əsrin əvvəlləri) ayrıla bilər. Rusiya imperiyası­nın işğaqlından sonra Cənubi Qafqazda keçirilən ilk təsvirlərdə Azərbaycanın tarix və mədəniyyət abidələri, tarixi yerlərinə də geniş yer ayrılır. Bu o zamanadək olan ilk praktika idi. Bu dövrdə Azərbaycanda olan F.D.Monpere (1798–1850), A.Düma (1802--1870) və digər səyyahlar və ya onları müşayət edən rəssamlar da tarixi abidələrin rəsmlərini verib.

Azərbaycanın tarix və mədəniyyət abidələri burada yara­dıcılıq səyahətində olan Q.Qaqarin (1810–1893),V.V.Vereşşagin (1842–1904), A.P.Boqolyubov (1824–1896) və digər rəssamların əsərlərində əsas süjetlərdən biri olub. Səyyahlardan fərqli olaraq rəssamların (Rubo və b.) əsərlərində yeni bir istiqamət də meydana gəlib. Bu da özünü döyüş yerləri və səhnələrinin rəsm əsərlərinə gətirilməsində göstərir. Azərbaycanın təşkil olunmuş turizmi də bu dövrdə yaranır.

Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) ölkə həyatının bütün sahələrində yeni bir dövr açdı. Qısa müddətdə mövcud olmasına baxmaya­raq, ölkənin tarixi-mədəni həyatına yenilik gətirildi. İlk dəfə olaraq dövlət muzeyi açıldı.

Sovetləşmə ilə məqsəd-motivasiya dəyişiklikləri turizmə də ciddi təsir göstərdi, belə demək mümkünsə, sovet tarixi turizmi formalaşdı. Onun əsasında sovet ideoloji sistemi dururdu.

Müstəqillik əldə edildikdən sonra, bütovlükdə, turizmə, o cümlədən tarixi turizmə münasibətdı yeni bir dövr baş­landı. Müasir dövrdə Azərbaycan da bu qlobal hadisədə fəal iştirak edir. 2011-ci il ölkədə “Turizm ili” elan olunub, respub­likada ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi qəbul edilib, Dövlət Turizm Agentliyi yaradılıb. Bu da tamamilə təbiidir, çünki bu mühüm sektordan daha çox iqtisadi səmərə əldə etmək strateji məsələyə çevrilib. Bununla eyni zamanda, turizm ölkə daxilində özünüdərk, beynəlxalq aləmdə isə özünü­tanınma üçün unikal imkanlar açır.

Azərbaycanın tarixi turizmində müəyyən problemlər də var. Bu, ilk növbədə, Azərbaycanın Ermənistanın işğalı altında olan 700-dək dünya və ölkə, o cümlədən yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin, beynəlxalq hüqu­qa zidd olaraq, barbarcasına dağıdılması, etnik mənsubiyyətinin saxtalaşdırılması və külli miqdarda zərər vurulması ilə bağlıdır. Azərbaycan Respublikası dəfələrlə dövlət səviyyəsində bu məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırıb. Bu fakt həm də onu göstərir ki, Ermənistan bu ərazilərə işğalçı kimi gəlib, bu yol ilə həmin torpaqlardakı Azərbaycan tarixi irsinə zərbə vurmağa çalışır.

Azərbaycanın tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası üzərində xüsusi dayanmdan daha bir problemi də qeyd etmək lazımdır. Bu, Azərbaycan abidələrinin təbliği ilə bağ­lıdır. Əldə olan faktlardan bir nümunə göstərək: Azərbaycanın tanınmış turizm obyektlərindən olan Kiş kilsəsi haqqında Wikipediya azad ensiklopediyasında “Kiş kilsəsi” məqaləsinə “Qafqaz Albaniyasının kilsələri” adlı xəritə əlavə edilib. Bu xəritə sonda elə verilib ki, məqalədə nə yazılma­sından asılı olmayaraq Albaniya haqqında erməni tarixşünaslığının mövqeyini əks etdirir və antiazərbaycan xarakter daşıyır. Belə ki, Azərbaycan albanşünaslığında Albaniyanın tarixi coğrafiyası 387 və 571-ci il müqavilələri ilə müəyyən edilmir. Bu xəritənin indiyədək orada qalması qətiyyən yolverilməzdir.

Bu və digər problemlər Azərbaycanın tarixi turizminin mövcud təcrübə, həmçinin yeni elmi-nəzəri baxışlar əsasında hərtərəfli nəzərdən keçirilməsini, əsas istiqamət və perspektivlərinin müəyyən edilməsini zəruri edir.

Azərbaycanın tarixi turizminin əsas qaynağı onun keçdiyi zəngin inkişaf tarixi və ondan qalan tarixi irsdir. Azərbaycan qədim insan məskənlərindən biridir. Demək olar ki, dünyada məlum olan bütün arxeoloji dövrləri (daş dövrü, eneolit (xalkolit), tunc və ilk dəmir dövrü və s.) ke­çib. Tarixdə qüdrətli Azərbaycan dövlətləri və onları özlərinə tabe edən güclü impe­riyaların hakimiyyəti bir-birini əvəz edib. Azərbaycan təbii zənginlikləri ilə bərabər, tarixi irsi və gözəllikləri də beynəlxalq aləmdə diqqəti cəlb edib. Bu potensial ölkəyə səyahət üçün vacib infrastrukturu--yolları, karvansarayları, iqtisadi-maliyyə imkanları ilə fərqlənib.

Azərbaycan müharibələr, hərbi yürüşlər meydanı kimi təbii fəlakətlərə də məruz qalıb. Ona görə də tarix boyu yara­dılan böyük irsin ancaq müəyyən hissəsi bu günə çatıb. Bununla eyni zamanda, həmin tarixi irs də Azərbaycanın keçmi­şi haqqında obyektiv mənzərə yarada bilir. Bu tarixi irs tarix və mədəniyyət abidələrində, hərbi-siyasi tarixin izlərində, titul xalqın zaman-zaman formalaşan ta­rixi etnoqrfiyasında, konfessional və etnik xəritədə və s. də əksini tapır.

Azərbaycanın tarix və mədəniyyət abidələrinin dolğun mənzərəsi Azərbaycan Respublikası ərazisnidə dövlət mühafizəsinə götürülmüş daşın­maz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə (dünya, ölkə, yerli) bölgüsünə dair siyahıda əks olunub. Burada 6 min 300-dən çox abidənin adı verilib. Tarix və mədəniyyət abidələri ölkənin keçdiyi tarixi inkişaf yolunu sənədləşdirən şahidlər kimi çıxış edir.

Kəmiyyətlə yanaşı, keyfiyyət göstəriciləri də tarix və mədəniyyət abidələrinin yeni-yeni potensialını aşkara çıxarır. Azərbaycanın dünya və ölkə əhəmiyyətli 430-dan çox tarix və mədəniyyət abidəsinin ümumi xronolo­giyasının hazırlanması və təhlili onun dinamikasını, tarixi dövrlə əlaqəsini aydın şəkildə nümayiş etdirir. Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər, Qobustan dövlət tarixi-bədii qoruğu və Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilib.



  1. Yüklə 115,22 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin