Qərbi Kaspi Universitetinin Kolleci hesabat tədris Təcrübəsi TƏLƏBƏ: SƏMƏdova xəDİCƏ



Yüklə 115,22 Kb.
səhifə3/4
tarix10.05.2022
ölçüsü115,22 Kb.
#57423
1   2   3   4
Tarixi və mədəni turizmin təsnifatı (2)

Mədəni turizm anlayışı

Tarixi mədəniyyət abidələri turizmin inkişafına təsir göstərən, ölkənin turistlər üçün cəlbedici olmasını şərtləndirən mühüm faktorlardandır. Çünki istənilən ölkəyə səyahət edən turist həmin ölkənin tarixinə, yaşayış tərzini əks etdirən maddi-mədəniyyət nümunələrinə maraq göstərir. Öz növbəsində hər bir ölkə də qədimliyini, bəşər sivilizasiyasının formalaşmasındakı rolunu sübuta yetirmək, onu dünyaya təqdim etmək üçün mədəni irs nümunələrindən faydalanmış olur. Deməli, turizm də öz növbəsində ölkənin mədəni irsinin dünyaya tanıdılmasında vasitə rolu oynayır.

Ərazisində qədim yaşayış məskənlərinın, abidələrin olduğu Azərbaycanda son dövrlər turizmin digər növləri ilə yanaşı, mədəni turizmin inkişafına xüsusi önəm verilir. 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən bərpa edilərək istifadəyə verilən Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi hazırda minlərlə yerli və xarici turistlərin axışdığı məkanlardandır. Ötən il “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun cəlbedici turizm obyektinə çevrilməsi məqsədilə ölkə rəhbərliyi tərəfindən bir milyon manat vəsait ayrıldı. Bundan əlavə, təbiətin başqa bir möcüzəsi olan Yanar dağda təbiət və dövlət qoruğunun yaradılması ilə əlaqədar iki il öncə sərəncam imzalanıb.

Bu ilin aprelində ölkə başçısı tərəfindən təsdiq edilən 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramında da tarixi-memarlıq və mədəniyyət qoruqlarının ərazilərində müasir turizm infrastrukturunun yaradılmasına xüsusi yer ayrılıb.

Turizm üzrə mütəxəssis, «Sevgün Travel» şirkətinin rəhbəri Bahadur Bilalovun sözlərinə görə, ilin bütün fəsillərində turistləri cəlb etmək istəyən ölkələrdə mədəni turizmin inkişafına xüsusi önəm verirlər: «Çünki mədəni turizm mövsümlə əlaqəli deyil. Ölkəmizdə də turizmin bu növünün inkişaf etdirilməsi üçün böyük işlər görülür. Hazırda statistikaya əsasən, respublikamızın ərazisində 6500-dən çox tarixi abidə var. Təəssüflər olsun ki, bəzi abidələrimiz haqqında nəinki xaricilər, hətta yerli mütəxəssislər də az məlumata malikdir. Bu abidələrin pasportlaşdırılması, yerləşdikləri ərazilərə turizm marşrutunun müəyyən edilməsi mühüm önəm kəsb edir. Əgər biz ölkəmizdəki abidələrdən turizm məqsədi üçün lazımi səviyyədə istifadə etsək, xeyli sayda turist cəlbinə nail ola bilərik».

Mütəxəssis deyir ki, mədəni turizmin də müxtəlif istiqamətləri var: «Turistlərin bir qismi teatrla, bəziləri tarixi-memarlıq abidələri ilə maraqlanırlar. Ölkəmizə gələn turistlərin əksər hissəsini daha çox tarixi mədəniyyət nümunələrimiz maraqlandırır. Azərbaycanın ən böyük mədəni turizm marşrutlarından biri «İpək yolu» marşrutudur. Ölkəmizə gələn mədəni turizm həvəskarlarını Qobustan qayaüstü rəsmləri, İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası da çox maraqlandırır. Maraqlıdır ki, biz Qız qalasını turistlərə müdafiə istehkamı kimi təbliğ ediriksə, yaponlar onu bir astrofizik obyekt kimi dəyərləndirirlər. Bundan başqa, biz mədəni turizm həvəskarlarına Atəşgahı, Yanardağı, Ramana və Mərdəkan qalalarını, yeni yaradılmış Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksini təqdim edirik. Ölkəmizə gələn yapon turistləri Şəkiyə də böyük maraq göstərirlər. Yolüstü onlara Diri baba məqbərəsi, Şamaxıda Cümə məscidi və Yeddi Günbəz məqbərə-kompleksi göstərilir».

Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinin direktoru Fikrət Abdullayevin dediyinə görə, qoruğa gələn xarici turistlərin sayı hər ay artır: «Hazırda ölkəmizdə olan xarici ölkə səfirlərinin hamısı muzeydə olublar. Maraqlıdır ki, indi də səfirliklər öz qonaqları ilə, ailə üzvləri ilə tez-tez buraya gəlirlər. Kompleksdə müasir muzey texnologiyalarından istifadə olunması və muzeyin açıq səma altında yerləşməsi seyrçilərin xüsusi marağına səbəb olur. Ötən il kompleksi 11 minədək insan ziyarət edib ki, bunun da təxminən 10 faizi xarici turistlər olub.





  1. Yüklə 115,22 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin