Qərbi Kaspi Universitetinin kolleci Sərbəst iş Tələbə: Sinan Vəlizadə



Yüklə 76,33 Kb.
səhifə4/5
tarix24.12.2023
ölçüsü76,33 Kb.
#193070
1   2   3   4   5
Mövqeli və mövqesiz say sistemi
Say sistemləri iki qrupa ayrılır: mövqeli və mövqesiz say sistemləri.
Mövqesiz say sistemlərində rəqəmlər ədədin yazılışındakı yerindən (tutduğu mövqedən) asılı olmayaraq həmişə eyni bir ədədi ifadə edir. Bu gün də istifadə olunan roma (rum) say sistemi mövqesiz say sistemidir. Bu say sistemində rəqəmlər latin əliftasının hərfləri ilə işarə edilir. Bu hərflər rum rəqəmləri adlandırılır.
Mövqeli say sistemləri
Bu sistemi bizim eradan əvvəl təxminən 40 əsr əvvəl qədim Babilistanda mövqeyə görə nömrələmə əsasında yaranmışdır. Yəni eyni bir rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm müxtəlif ədədləri ifadə edir. Bizim onluq say sistemində nömrələmədə mövqeyə görə nömrələməlidir. Məsələn, 32 ədədində 3 rəqəmi otuzu, yəni 3x10-u ifadə etdiyi halda, 325 ədədində həmin rəqəm 3 yüzü, yəni 3x10x10-u ifadə edir. Onluq say sistemində 10 ədədinin oynadığı rolu Babilistanda mövqeyə görə nömrələmədə 60 ədədi oynayırdı; ona görə də bu nömrələməni 60-lıq nömrələmə adlandırırdılar. Altmışlıq nömrələmədən müasir dövrdə vaxt hesablamalarında istifadə olunur. Məsələn, 60 saat, 60 dəqiqə və s.
İstifadə etdiyimiz onluq say sistemi mövqeli say sistemidir. Mövqeli say sistemlərində ədədlər sağdan sola mərtəbələrə bölünür, ədədin rəqəmləri yazıldığı mərtəbədən asılı olaraq qiymətini dəyişir. Onluq say sistemində hər bir mərtəbənin on vahidi özündən yüksək növbəti mərtəbənin bir vahidini əmələ gətirir. Məsələn, 222 ədədindəki sağdan birinci 2 təklikləri, ikinci 2 onluqları, üçüncü 2 isə yüzlükləri göstərir:
222=2-100 +2•10+2. Göründüyü kimi, hər növbəti mərtəbə vahidi əvvəlki mərtəbə vahidindən on dəfə böyükdür. Ona görə də bu say sistemi onluq say sistemi adlanır.
Onluq say sistemində istənilən ədədi yazmaq üçün yalnız on rəqəmdən istifadə edilir:
0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9
Kompüterə ikilik say sistemi daha uyğun gəlir.
İkilik say sistemində iki rəqəmdən (0 və 1) istifadə edilir.

Məsələn III roma rəqəmləri ilə yazılmış üç və 111 onluq say sistemində yazılmış yüz on bir. (qeyd edək ki roma rəqəmləri mövqesiz onluq say sistemi isə mövqelidir). Birinci haldakı (III) hər üç birin üçü də təklikdir. İkinci halda isə (111) birlərdən biri təklik, biri onluq, digəri isə yüzlükdür. Mövqelidir-mövqedən asılı olaraq ifadə etdiyi məna dəyişir. Qəbul proqramına əsasən bundan sonrakı hissədə ancaq mövqeli say sistemləri ilə məşğul olacağıq. Proqramda olan say sistemləri ilə tanış olaq. İkilik say sistemi: ikicədənə rəqəmi olduğuna görə bu say sisteminə ikilik say sistemi deyilir. Rəqəmləri 0 və 1. Kompyuterdə informasiyanı kodlaşdırmaq üçün bu say sistemindən istifadə olunur. Say sisteminin rəqəmlərinə onun baza elementləri də deyilir. Səkkizlik say sistemi: rəqəmləri: 0, 1, 2, 3, 4, 5, 6, 7 səkkiz rəqəmi olduğuna görə səkkizlik say sitemi adlanır. Onluq say sistemi: rəqəmləri: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 on rəqəmi olduğuna görə onluq say sitemi adlanır.


On altılıq say sistemində 16 rəqəm var. 0-dan 9-a qədər olan rəqəmlər onluq say sistemində olduğu kimidir. Digər rəqəmlər isə hərflərlə işarələnib.
Natural ədədlərin 10-luq say sistemindən 2-lik, 8-lik, 16-lıq say sistemlərinə və əksinə keçid üsulları.
İki əsas çevirmə üsulu var:

  1. Onluq say sistemlərindən digər say sistemlərinə keçid

  2. Digər say sistemlərindən Onluq say sisteminə keçid.




Yüklə 76,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin