Qərbi Kaspi Universitetinin kolleci Sərbəst iş Tələbə: Sinan Vəlizadə



Yüklə 76,33 Kb.
səhifə5/5
tarix24.12.2023
ölçüsü76,33 Kb.
#193070
1   2   3   4   5
Komputerin proqram təminatı
Kompüterin hər hansı bir işi yerinə yetirməsi üçün aparat təminatı ilə yanaşı,ona göstərişlər toplusu, yəni proqramlar lazımdır. Klaviaturada kla vişin basılmasına,siçanın hərəkətinə, başqa kompüterdən informasiyanın alınmasına və digər hərəkətlərə kompüterin necə reaksiya verməsini məhz proqramlar müəyyən edir. Ekrana gö rün tünün çıxarılmasını, sənədin printerdə çap olunması üçün hazırlanmasını, kom püterdə musiqinin səsləndirilməsini proqramlar həyata keçirir.
Kompüterin proqram təminatı [software] kompüter sisteminin ayrılmaz bir hissəsi olub, kompüterin texniki təminatının məntiqi davamını təşkil edir. Kompüterin konkret tətbiq sahəsi onun proqram təminatı ilə müəyyən olunur.Kompüterin özlüyündə heç bir “bacarığı” yoxdur. Bütün “bacarıqlar” kompüterdəicra olunan proqramlarda cəmləşdirilib. Müasir kompüterlərin proqram təminatı oyun proqramlarından tutmuş elmi proqramlara kimi milyonlarla proqramdan ibarətdir. Kompüterdə olan bütün proqramları şərti olaraq üç sinfə ayırmaq olar: sistem proqramları, tətbiqi proqramlar, proqramlaşdırma alətləri.
Sistem proqramları.
Sistem proqramları kompüterin resurslarını – mərkəzi prosessoru, yaddaşı, giriş-çıxış qurğularını idarə etmək üçündür. Onlar bütün istifadəçilər üçün nəzərdə tutulmuş proqramlardır. Kompüterin sistem proqramları elə hazırlanır ki, tətbiqi proqramlar səmərəli işləyə bilsin. Sistem proqramları arasında əməliyyat sistemləri xüsusi yer tutur, sistem proq ram təminatının əsasını əməliyyat sistemi təşkil edir. O, fərdi kompüterlərin vacib elementlərindən biridir. Əməliyyat sistemi kompüter yandırıldıqda işə düşən, kompüterin bütün hissələrinin tam bir vəhdət halında işləməsini təmin edən və informasiyanı idarə edə bilən proqramlar sistemidir.
Əməliyyat sisteminin köməyilə:
• kompüterlə istifadəçi arasında dialoq yaranır;
• operativ və daimi yaddaş qurğuları işə salınır;
• kompüter idarə olunur;
• istənilən proqram yerinə yetirilməyə başlayır və s.
Vaxtilə IBM PC tipli kompüterlərdə əsasən Microsoft firmasının hazırladığı MS-DOS əməliyyat sistemindən istifadə olunurdu. Bu əməliyyat sistemində işləyən istifadəçi yalnız konkret bir məsələni həll edə bilərdi. Hazırda fərdi kompüterlərdə çoxtapşırıqlı əməliyyat sistemlərindən istifadə olunur

  • Fərdi kompüterlərin yaddaşında eyni zamanda bir neçə proqram və məsələlər olur ki, mikroprosessor kompüterin resurslarını onların arasında bölüşdürür. Belə əməliyyat sistemlərinə misal olaraq OS/2, MacOS, UNIX, Linux, Windows XP, Windows Vista və digər əməliyyat sistemlərini misal gös tər mək olar.

Sistem proqramlarının digər vacib hissəsini xidməti proqramlar – utilitlər (lat. “utilitas” – xeyir, fayda) təşkil edir. Onlar əməliyyat sistemini tamamlayır və onun imkanlarını artırır, həmçinin, müstəqil olaraq bir çox vacib məsələləri də həll edir. Utilitlərin bəzi növləri bunlardır:
• interfeys proqramları;
• antivirus proqramları;
• arxivləşdirmə proqramları;
• proqram örtükləri;
Kompüter qurğularının iş qabiliyyətini yoxlayan proqramlar;
• qurğuların işini idarə edən proqramlar (drayverlər) və s.

Tətbiqi proqramlar.


İnsan fəaliyyətinin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün nəzərdə tutulan proqram təminatına tətbiqi proqramlar deyilir. İndiki zamanda fərdi kompüterlər üçün yüz minlərlə tətbiqi proqramlar işlənib hazırlanmışdır. Onlardan ən çox istifadə olunanlar bunlardır:
• mətn redaktorları (prosessorları);
• cədvəl verilənlərinin emalı proqramları – elektron cədvəllər;
• nəşriyyat sistemləri;
• verilənlər bazasının idarə olunması sistemləri;
• təqdimatların hazırlanması proqramları;
• qrafik redaktorlar;
• verilənlərin statistik təhlili proqramları;
• kompüter oyunları, öyrədici proqramlar və s.

Proqramlaşdırma alətləri.


Bu sinfə aid olan proqramlar sistem və tətbiqi proqram təminatını yaratmaq üçün nəzərdə tutulmuşdur. Proqram təminatının hazırlanması üçün Basic, C++, Pascal və b. proqramlaşdırma dillərindən istifadə olunur. Dünyanın bir çox təhsil müəssisələrində uşaqlara proqramlaşdırmanın əsaslarını öyrətmək üçün LOGO dilindən istifadə olunur.


Nəticə

XX əsrin ən böyük kəşflərindən biri hesab edilən kompüter texnologiyası böyük bir sürətlə inkişaf edərək, cəmiyyətin inkişafetdirici qüvvəsinə, elmi-texniki, iqtisadi tərəqqinin, ictimai-siyasi münasibətlərin, bir sözlə həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu gün dünyamızı kompütersiz təsəvvür etmek demək olar ki, mümkün deyil. Artıq bütün sahələrdə kompüterin istifadəsi bizim gündəlik işimizə çevrilmişdir.


Kompüterlərin yaranmasından yetmiş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu müddət ərzində onlar çox böyük sürətlə inkişaf etmişdir. Bu inkişaf yolu kompüterlərin istehsalında, həcmində və funksionallığında özünü açıq şəkildə büruzə verir. Kompüterlər, yalnız hesablama əməliyyatı aparmağa qadir olan, istehsalı və istismarı böyük xərc tələb edən böyük həcmli cihazlardan, kütləvi istehsal edilən, çox funksiyalı və maya dəyəri az olan, kiçik ölçülü cihazlara çevrilmişdir. Kompüterlərin sürəti, böyük həcmli informasiyaları qəbul etmək, saxlamaq və emal etmək qabiliyyəti kəskin surətdə yüksəlmişdir.
İstifadəçi kompüterlərdə tələb olunan məsələləri həll etmək üçün dəqiq başlanğıc informasiyalar, səhvsiz alqoritm və səmərəli proqram təminatına malik olmalıdır. Belə proqramların yaradılması isə kompüter texnikasının arxitekturasını və funksional imkanlarını, alqoritmik dilləri bilməyi və proqramlaşdırma vərdişinə malik olmağı tələb edir.
Kompüter sistemi — müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunu nəzərdə tutur.
Kompüterin normal işləməsi üçün həm aparat təminatı, həm də proqram təminatı tələb olunur.İlk kompüter 1642-ci ilde Blez Paskal tərəfindən icad olunub. Kompüter müasir dövürdə çox lazımlı bir qurğudur.


İstifadə olunan ədəbiyyat siyahısı
Kərimov S.O, Həbibullayev S.B, İbrahimzadə T.İ- İnformatika
https://yusif.az/main/?p=772
https://www.google.com/url?sa=t&source=web&rct=j&opi=89978449&url=https://az.m.wikipedia.org/wiki/Proqram_t%25C9%2599minat%25C4%25B1&ved=2ahUKEwiI05C9heOCAxVaHRAIHceICsEQFnoECAkQAQ&sqi=2&usg=AOvVaw1YhT2w86xXKghYBR9a0ITo
https://www.google.com/url?sa=t&source=web&rct=j&opi=89978449&url=http://www.e-derslik.edu.az/books/454/units/unit-1/page11.xhtml&ved=2ahUKEwi7x5nxhOOCAxW1QvEDHSgdC7QQFnoECAcQAQ&usg=AOvVaw1-Qm6LzeFnS5tFH_9EmbsQ


Yüklə 76,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin