«Bioloji yay», əksinə, zooplanktonun kütləvi artımı, plankton yosunlarının isə azalması ilə fərqlənir. «Bioloji
payız» Arktika dənizlərində planktonun ümumi azalması, mülayim zona dənizlərində isə «payız çiçəkləməsi» -
plankton orqanizmlərinin sayının ikinci partlayışı ilə əlamətdardır. Qış planktonun biokütləsinin minimum
vaxtıdır, bununla belə bu mövsümi bir çox növlər sükut mərhələsində keçirir. Ayrı-ayrı mövsümlərin uzunluğu
geniş miqyasda dəyişir: tropiklərdə vegetasiya mövsümü praktiki olaraq ilboyu davam edir, Arktika
dənizlərində isə adətən 2-3 aydan artıq çəkmir.
Qeyd edildiyi kimi, biosenozun sutkalıq və mövsümi aspektləri növlərin sayının dəyişməsindən asılı ola
bilər, lakin həmin biosenoz tipinin parametrlərinə prinsipial toxunmur. Belə hallarda sistemin kəmiyyət
dəyişkənliyindən söhbət açmaq olar, sistemin keyfiyyət xarakteristikası isə dəyişməmiş qalır.
Dostları ilə paylaş: |