Yüngülləşmə və ya stimullaşma modeli endoekogenetik suksessiya fazasına uyğun gəlir, bu fazada ilk
köçərilər öz fəaliyyətilə mühiti dəyişdirərək sonrakı orqanizmlər üçün əlverişli edir. Tolerantlıq modeli –
rəqabət əlaqələri şəklində təzahür olunur, bunun nəticəsində daha tolerant və rəqabətə davamlı növlər seçilir.
Növlərin dəyişməsi onların resurslardan istifadə mövqeyinin müxtəlifliyinə əsaslanır: sonrakı mərhələlərdəki
növlər daha davamlı olur.
- İlkin (birinci) və ikinci (törəmə) suksessiyalar
Ümumi xarakterinə görə suksessiyalar ilkin (birinci) və ikinci suksessiyalara bölünür. İlkin suksessiyalar
canlı orqanizmlərin fəaliyyətilə dəyişməmiş substratda başlayır. Belə ki, aralıq qruplaşmaları seriyasından sonra
qayalıqda, qumluqda, uçqunda, sürüşmədə, çay gətirmələrində davamlı biosenozlar formalaşır. Bu cür sukses-
siyalar kseroseriya kateqoriyasına aid edilir və kserik suksessiyalar adlanır. Belə suksessiyanın əsas funksiyası
ilkin kalonistlər (orqanizmlər, bitkilər) tərəfindən torpaq yaratmaqdır.
Ekosistem yaradan suksessiyalar canlı orqanizmsiz substratda formalaşırsa ekogenetik suksessiyalar
adlanır. Qayalıqda formalaşan biosenoz buna klassik misal ola bilər. Bu proses qayalıqda şibyələrin məskən
salması ilə başlayır. Bu mərhələdə artıq mikroskopik yosunların, ibtidailərin, nematodların, bəzi həşərat və
gənələrin kompleksi formalaşaraq ilkin torpağın yaranmasına səbəb olur. Sonralar şibyələrin başqa növləri,
mamır növləri, daha sonra isə əmələ gələn torpağın bazasında borulu bitkilər peyda olur. Paralel olaraq heyva-
nat aləminin zənginləşməsi gedir.
Dostları ilə paylaş: |