İkinci (törəmə) suksessiyalar əvvəlcədən canlı orqanizmlər kompleksinin fəaliyyəti ilə dəyişilmiş sub-
stratda inkişaf edir. Belə suksessiyalar çox vaxt bərpaolunma (demutasiya) xarakteri daşıyır.
İkinci (törəmə) suksessiyalara yanğın yerində və başdan-başa meşə-qırıntı sahəsində küknar meşəsinin kli-
maks vəziyyətə qədər bərpa olunması misal ola bilər. Avropanın tayqa zonasında yanğın və başdan-başa qırıntı
sahəsində (küknar) işıqlanma şəraiti, temperatur, rütubətlik və digər faktorlar kökündən dəyişir. Belə sahələri ilk
dəfə işıqsevər otlar (yağıotu, yumşaq süpürgə) tutur. Sonra sahədə işıqsevər ağac cinslərinin (titrək qovaq,
tozağac, söyüd və b.) cücərtiləri (yeniyetmələri) və kollar peyda olur. Çəmən-kol bitkilərinin formalaşması ilə
yanaşı, kompleks heyvanat aləmi də (həşəratlar və digər onurğasızlar, gəmiricilər) formalaşır. Giləmeyvəli kol-
lar özünə çoxlu quş cəlb edir. Bu stadiya 2-3 il çəkir. Sonra işıqsevər xırda yarpaq ağac cinslərinin (tozağac,
titrək qovaq) intensiv inkişafı başlayır. Formalaşmış sıx çətirli cavanyaşlı meşəlik işıqsevər ot bitkilərini və
kolları sıradan çıxarır. Bu isə heyvanat aləmini də dəyişdirir. Ağac çətiri altında kölgəlik və yüksək nəmlik
şəraitində küknar cücərtiləri intensiv inkişaf etməyə başlayır. İkinci yarusda yerləşən cavan iynəyarpaq meşəlik
(küknarlıq) çəmən ot bitkisini tamamilə sıxışdırıb sıradan çıxarır, onları mamır örtüyü və meşə otları əvəz edir.
Küknar üçün şəraitin yaxşılaşması tozağac və qovağın bərpasına maneçilik göstərir. Küknar ağacları birinci ya-
rusa çıxdıqda çox yaşlı tozağac və qovaq ağaclarını çətirləri altında sıxışdırıb tədricən məhv edir. Son nəticədə
yarpaqlı ağac cinslərinin yerində ilkin küknar meşəliyi formalaşır. Qırıntıdan (yanğından) sonra sabit tayqa bio-
senozunun (küknarlığın) formalaşması prosesi 100-150 il davam edir.
Buna oxşar proses fıstıq meşəsində də müşahidə olunur. Hamamçayın sol sahilində (Kürmükçayın qolu,
Qax rayonu) dəniz səthindən 1760 m yüksəklikdə («Yezdidağ»da) sırf tozağac meşəsini tədqiq etdik, 35-40
yaşlı bu ağaclığın orta hündürlüyü 15 m, orta diametri 12 sm (maks. 20 sm) təşkil edir. Doluluğu 06 olub
yüksək bonitetə (II bonitet) malikdir. Göründüyü kimi subalp zonasından fərqli olaraq burada Rusiyanın tozağac
meşəliyini xatırladan meşəlik formalaşmışdır. Qeyd edək ki, təsvir etdiyimiz tozağaclıq fıstıq meşəsi yox edilən
sahədə əmələ gəlmişdir. Hazırda ikinci yarusda rast gəlinən fıstıq və vələs ağacları, fıstığın yeniyetmələri və
canlı örtükdə fıstıq meşəsinin indikatorları (çətiryarpaq, ayıdöşəyi) bunu bir daha təsdiq edir. Ehtimal ki, bir
90
neçə vaxtdan sonra (təxminən 50-60 il) tozağacı meşəliyinin yerində fıstıq yenidən bərpa olunaraq klimaks
vəziyyətini alacaqdır.
İkinci (törəmə) suksessiya proseslərinə fıstıq və palıd meşələri qurşağında da geniş rast gəlinir. Fıstıq
meşəsi yox edilərək kənd təsərrüfatı bitkiləri altından çıxan, sonralar isə yenidən meşə və kol basmış sahələrdə
əksər halda fıstığa az təsadüf edilir. Fıstıq kölgəsevər və rütubətsevər bitki olduğu üçün ilk dəfə «çılpaq»
yamacları tuta bilmir. Həmin sahələri əvvəlcə vələs, palıd, ağcaqayın, göyrüş və s. ağaclar və bir çox kol növləri
tutur. Hazırda Altıağac qəsəbəsinin qarşısında (Ataçayın sol sahili) dəniz səthindən 1300-1600 m yüksəklikdə,
yamacın şimal cəhətində pöhrədən törəmiş palıd-vələs meşəliyində tək-tək fıstığa təsadüf olunur. Bu ərazidə
fıstıq meşəliyinin yoxa çıxmasını yalnız insan fəaliyyətinin mənfi təsirilə izah etmək olar. Burada təbii yayılan
fıstıq meşələri başdan-başa qırılmış, sonralar ağacların özbaşına kəsilməsi və mal-qaranın otarılmasının davam
etdirilməsi fıstıq meşəsinin yoxa çıxmasına səbəb olmuşdur. Hazırda təsvir etdiyimiz sahədə və Bakı Dövlət
Universitetinin kotteclərinin yaxınlığında törəmə tipli vələs, palıd meşəsində tək-tək və qrup halında fıstıq
ağaclarına təsadüf olunur. Qeyd edək ki, fıstıq ağacları burada bitən digər ağac növlərinə (vələs, palıd, göyrüş,
ağcaqayın) daha yaraşıqlı olması, düz qaməti və sürətli inkişafı ilə seçilir. Meşə altında çoxlu fıstıq
yeniyetmələrinə təsadüf olunur. Lakin intensiv mal-qara otarılması təsvir olunan ərazi üçün edifikator sayılan
fıstığın bərpa olunub ilkin biosenozunu yaratmağa imkan vermir.
Dostları ilə paylaş: |