QəRİb məMMƏdov, mahmud xəLİlov


 Ən mühüm biogen maddələrin biogeokimyəvi tsiklləri



Yüklə 4,26 Mb.
səhifə170/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   706
6.3. Ən mühüm biogen maddələrin biogeokimyəvi tsiklləri 

Atmosfer, hidrosfer və o cümlədən planetin biosferinə daxil olan qatlarında gedən proseslərdə maddələrin 

dəfələrlə (təkrarən) iştirakı elementlərin dövranı adlanır. Oksigen, karbon, azot, kükürd və fosforun dövranı xü-

susilə böyük əhəmiyyət kəsb edir.  

 

Oksigenin dövranı 

Oksigenin dövranı - biokimyəvi tsikli planetar proses olub, atmosferi və hidrosferi Yer qabığı ilə əlaqələndi-

rir. Oksigenin dövranının  əsas həlqələri bunlardır: yaşıl bitkilərdə fotosintez zamanı  sərbəst oksigenin əmələ 

gəlməsi, bütün canlı orqanizmlərin  tənəffüsü üçün  oksigendən  istifadə edilməsi,  üzvi qalıqların və qeyri-üzvi 

maddələrin  (məs. yanacağın yandırılması) oksidləşməsinin reaksiyası üçün və digər kimyəvi dəyişikliklər, bun-

lar karbon qazı, su kimi oksidləşmiş birləşmələrin  əmələ  gəlməsinə  və onların fotosintetik çevrilmələrin yeni 

tsiklinə cəlb edilməsinə səbəb olur. 

Oksigenin dövranında canlı maddənin aktiv geokimyəvi fəaliyyəti  aydın təzahür olunur, bu canlı maddənin 

tsikl prosesində aparıcı roludur. İl  ərzində sintez olunan üzvi maddələrin kütləsinə  əsaslanaraq (15% tənəffüs 

prosesinə sərf edilməsini nəzərə alaraq) bu nəticəyə gəlmək olar ki, planetin yaşıl bitki örtüyünün illik oksigen 

məhsulunun miqdarı 300x10

9

 ton təşkil edir. Onun az miqdarı, yəni 25%-dən bir qədər artığı quruda yerləşən 



bitki örtüyü tərəfindən, qalanı isə Dünya okeanının fotosintez edən orqanizmləri tərəfindən ayrılır, sərbəst oksi-

gen yalnız atmosferdə deyil, həmçinin təbii sularda həll olunmuş vəziyyətdə mövcuddur. Dünya okeanı suları-

nın həcmi cəmi 137x10

19

 litrə bərabərdir, 1 litr suda isə 2-dən 8 sm



oksigen həll olunur. Deməli, Dünya okeanı 

sularında 2,7-dən 10,9x10

12

 ton həll olunmuş oksigen vardır.  



 


 

100


 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin