Növbəli dərinlik (quytul) – dərin sulu sahələr, axın sürəti yavaşdır, dibində yumşaq lil substratı və eşici hey-
vanlar olur.
Yuxarıda verilən təsnifat qruplaşmalarda hər hansı bir orqanizmin ekoloji vəziyyətini təyin etməkdə
mühüm rol oynayır.
7.2.1. Lentik ekosistemlər (göllər, nohurlar)
Litoral zonada iki produsent tipi vardır: hövzənin dibinə bərkimiş çiçəkli bitkilər və üzən yaşıl bitkilər – yo-
sunlar, bəzi ali bitkilər (su çiçəyi). Hövzənin dibinə bərkimiş bitkilər üç konsentrik zona əmələ gətirir: 1) suüstü
(susəthi) vegetasiya zonası – bitkinin fotosintezedən hissəsi suyun üzərində yerləşir (qamış, ciyən və b.), biogen
elementlər isə dib çöküntülərindən alınır; 2) yarpaqları su səthində üzən dibə bərkimiş bitkilər (su zanbağı)
zonası, bu bitkilərin rolu birinci zonada olduğu kimidir, lakin onlar suyun aşağı qatlarını kölgələndirə bilir; 3)
sualtı vegetasiya zonası – tamamilə suyun altına (dibinə) köklənmiş və bərkimiş bitkilər, fotosintez və mineral
mübadiləsi sü mühitində yerinə yetirilir (su çiçəyi və yapışmış yosunlar - xaralar).
Litoral zonada heyvanlar, konsumentlər su hövzəsinin digər zonalarına nisbətən daha çox müxtəlifliyi ilə
seçilir. Perifiton molyuska, rotatorilər, mşanka, həşəratların sürfələri və s. ibarətdir. Nektonun bir çox heyvanları
atmosfer havası ilə nəfəs alır (qurbağa, tısbağalar, salamandr-səməndər və b.). Balıqlar həyatının çox hissəsini
litoralda keçirir və orada da çoxalırlar. Zooplankton xərçəngəbənzərlərdən ibarət olub balıqların
qidalanmasında böyük əhəmiyyət kəsb edir.
Limnik (göl) zonasının qruplaşmalarında fitoplankton produsent hesab olunur. Mülayim qurşağın su
hövzələrində onun populyasiyasının sıxlığı mövsüm üzrə kəskin dəyişir. Yazda suyun «çiçəkləməsi» sərin suya
uyğunlaşan diatomit (trepel) yosunların kütləvi inkişafı ilə, yayda yaşıl yosunların, payızda isə azot fiksə edən göy-
116
yaşıl yosunların inkişafı ilə bağlıdır. Zooplankton bitki ilə qidalanan xərçəngkimilər və rotatorilərdən ibarətdir,
qalanlar isə yırtıcılardır. Limnik zonanın nektonu yalnız balıqlardır.
Profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. Buranın fauna və florası bakteriya və göbələklərdən
(redusentlər), həmçinin bentos formalardan – həşəratların sürfələri, molyusklar, həlqəli qurdlardan ibarətdir
(konsumentlər).
Su hövzələrinin çirkab suları ilə çirklənməsinin artması nəticəsində qırmızı həlqəli qurdların miqdarı
çoxalır, yəni bu göstərici ilə su hövzəsinin çirklənmə dərəcəsi haqqında fikir yürütmək olar.
Durğun su hövzələrinin qruplaşmalarında oksigenin miqdarı, temperatur, işıqlanma kimi limitləşdirici
faktorların təsiri bu su hövzələrinin spesifik xüsusiyyətlərindən (göl, xırda göl – prud və süni su anbarı) asılıdır.
Göllər – təbii şirinsulu su hövzələri olub geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on min illərdə
əmələ gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs. Baykal gölü). Göllərin əksəriyyətində pro-
fundal zonanın mövcudluğu su qatının temperatur rejiminə, onun «qarışmasına» və orada oksigenin paylanmasına
təsir göstərir. Bu proseslər gölün temperatur rejimi kimi mövsümi xarakter daşıyır (şəkil 6.14.).
Mülayim qurşağın göllərində yay dövründə şaquli kəsikdə üç zona ayırmaq olar: epilimnion – suyun konveksiya
(sirkulyasiya) etdiyi dərinliyə qədər; termoklin – aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə qarışmır; hipo-
Dostları ilə paylaş: |