- Bitki örtüyü fondu – Qurunun torpaq fondunun bir hissəsi olub bura meşə fondu və otlaqlar daxildir. Bu
ərazilərdə kənd təsərrüfatı istehsalı və xüsusi mühafizə olunan obyektlər (qoruq və b.) təşkil olunur və bunlar
bioloji resursların bir hissəsi sayılır.
- Su resursları - Təsərrüfatda müxtəlif məqsədlər üçün istifadə edilən yeraltı və yerüstü suların məcmusu
(əsas mənbəyi çay suları hesab edilən şirin su resursları xüsusi əhəmiyyət kəsb edir).
- Hidroenerji resursları – Çay suları və okeanın qabarma – çəkilmə fəaliyyəti və b.
- Fauna resursları – Ekoloji tarazlığı pozmadan insan tərəfindən istifadə olunan su, meşə və başqa
yerlərdə məskunlaşan heyvanlar.
- Faydalı qazıntılar (filiz, qeyri-filiz, yanacaq-energetik) – Təsərrüfatda istifadə oluna bilən Yer qabığında
mineralların təbii toplanması. Toplanan faydalı qazıntılar, onların yataqlarını əmələ gətirir, onların ehtiyatı
sənaye əhəmiyyəti daşımalıdır.
İnsan tərəfindən istifadə edilmə vaxtına görə təbii resurslar real və potensial resurslara bölünür. Real re-
surslara hazırda insanların istehsalat prosesində istifadə etdiyi resurslar aiddir. Bunlara misal olaraq ilk
növbədə istifadə olunan torpaqlar, müxtəlif bitkilər, ov balıqları, istehsal olunan neft, daş kömür, qaz, elektrik
enerjisi və s. daxildir. Məlum olduğu kimi, insanlar özünün ilk inkişaf dövründə torpaq, bitki və heyvanat
aləmindən primitiv istifadə etmiş, sonralar isə insan texnika ilə silahlanaraq heyvan, quş, balıq, ovlamış,
meşələri qırmış, torpağı becərmiş, daha sonra neft, daş kömür, qaz istehsal etmiş, yaxın zamanlarda isə atom
enerjisindən istifadə etməyə başlamışdır.
Dostları ilə paylaş: |