8.3. İnsan populyasiyası
İnsan populyasiyası, yaxud xüsusi növün populyasiyası – Homo sapiyens, heyvan populyasiyalarının
xassələrinə malikdir, lakin süni mühitin, sosial-iqtisadi şəraitin və sairə faktorların, yəni sosiumun (bu
faktorların cəmi sosium adlanır) təsiri nəticəsində bu xassələrin təzahürünün forma və xarakteri olduqca
fərqlənir.
Yer üzərində bütün insanlar bəşəriyyət populyasiyası sistemini əmələ gətirir. Bu populyasiyanın artması
təbii resurslar, həyat şəraiti sosial-iqtisadi və genetik mexanizmlərlə məhdudlaşır (Reymers, 1994). İnsan bu
məhdudlaşdırıcı faktorların əhəmiyyətini artıq kifayət qədər dərk edir. Sosial-iqtisadi faktorlar artıq müəyyən
dərəcədə nizamlayıcı kimi görünsə də, bu faktorlara hələ ki, az əhəmiyyət verilir. Bu baxımdan, əgər insan
həqiqətən düşünərək ağılla hərəkət edərsə, Y.Oduma (1975) görə o, aşağıdakılara əməl etməlidir:
1) Şəxsi populyasiya artım formasını öyrənməli və dərk etməli;
2) Müəyyən sahənin həcmi ilə əlaqədar əhalinin miqdarca optimum ölçüsünü və konfiqurasiyasını təyin
etməli;
3) «Təbii tənzimlənmə» fəaliyyətdə olmayan yerdə «mədəni tənzimləmə»ni qəbul etməyə hazır olmalıdır.
Dostları ilə paylaş: |