QəRİb məMMƏdov, mahmud xəLİlov


Xəzər üzrə elmi tədqiqatların əsası Q.K.Gül



Yüklə 4,26 Mb.
səhifə22/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   706
Xəzər üzrə elmi tədqiqatların əsası Q.K.Gül tərəfindən qoyulmuşdur. O, tədqiqatlarında Xəzər dənizinin 

qərb sahillərinin hidrometeorologiyası, Xəzərin səviyyə  tərəddüdü ilə  əlaqədar olaraq xalq təsərrüfatında baş 

verən dəyişikliklər, ayrı-ayrı hidrometeoroloji amillərin xarakteristikasına üstünlük vermişdir. Xəzər dənizi üzrə 

elmi tədqiqatlar Q.M.Məmmədov və A.N.Kosaryev (1967), T.İ.Furman (1966-1968), İ.Q.Məmmədov (1964), 

M.M.Həsənov və X.E.Vəliyev (1969), M.S.Çobanzadə (1964) və b. tərəfindən yerinə yetirilmişdir.  

Xəzər dənizində kiçik miqyaslı pulsasiyaların ölçülməsi ilk dəfə R.M.Məmmədov tərəfindən aparılmışdır. 

Müəllif statistik orta, dispersiya, apizotropiya, turbulent intensivlik, dissipasitral funksiyaları hesablamış, 

Xəzərdə əsas enerji daşıyıcı dövrlərini tapmışdır.  

T.M.Tatarayev, A.İ.Hümbətov, R.M.Məmmədov,  Ə.S.  Əliyev, N.Ə.Əhmədov və digər müəlliflərin 

hazırladığı ölçü cihazlarının köməyilə alınmış materiallar əsasında atmosfer-dəniz sisteminin statistik 

parametrlərini və spektral funksiyalarını hesablamışlar.  

Xəzər dənizinin ekoloji vəziyyətini öyrənmək məqsədilə Bakı arxipelaqı sularının dibində neft məhsulları, 

fenol və digər çirkləndirici maddələrin paylanma təsnifatı hazırlanmış  (Ə.Q.Gül, 1993), Xəzər dənizinin 

Azərbaycan sahil zonasına axıdılan çirkab sularının miqdarı  və  tərkibi haqqında məlumat toplanılmışdır 

(N.M.Ağalarova, 1992).  



 

19

R.M.Məmmədov və T.M.Tatarayev Xəzər dənizində apardığı eksperimentlər  əsasında turbulent 



diffuziyanın bir sıra qanunauyğunluqlarını  və Sumqayıt sahillərində hidrometeoroloji şəraitdən asılı olaraq 

çirklənmənin yayılmasını müəyyən etmişlər.                        

1969-cu ildə akad. H.Ə.Əliyevin təşəbbüsü ilə  Təbiəti mühafizə  şöbəsi yaradılır.  Şöbənin  əməkdaşları 

düzən və dağ meşələrinin müasir vəziyyəti onların antropogen amillərin təsirilə  dəyişilməsi istiqamətləri 

öyrənilir, meşələrin mühafizəsi və bərpası üzrə tədbirlər hazırlanır (N.H. Axundov, M.Y.Xəlilov), Azərbaycan 

meşələrinin 1:600000 miqyasında xəritəsi hazırlanır (H.Ə.Əliyev, İ.S.Səfərov, N.H.Axundov).  

K.Ə.Ələkbərov (1980) tərəfindən 1:600000 miqyasında «Azərbaycanda torpaq eroziyası  və torpaqların 

mühafizəsi» xəritəsi dərc edilir.  

Meşə örtüyünün ziyanverici həşəratlardan mühafizəsi üçün entomofaqlar (106 növ) aşkar edilir 

(Ə.R.Əliyev), entomoloji ziyanvericilərə qarşı mübarizə üsulları hazırlanır.  

Daşkəsən dağ-mədən tullantılarının rekultivasiyası  məqsədilə  çıxdaşların aqrokimyəvi xassələri, 

mikroelementlərin (K, P, Mn, Zn, Si, Mo və s.) tərkibi aşkar edilir və orada süni meşəsalma işləri üzrə 

təcrübələr aparılır (Məmmədov K.R. 1978). 1972-ci ildən etibarən respublikanın ayrı-ayrı bölgələrində radioak-

tiv elementlərin miqdarı öyrənilmiş  və müxtəlif torpaq tiplərində radioaktiv elementlərin miqdarının xəritə-

sxemi tərtib edilmişdir (A.Niyazov, 1985, 1988).  

Ermənistanın Qafan mis, Qacaran mis, molibden, Aqaraq molibden, Dəstəkert molibden filizsaflaşdırıcı 

kombinatları tullantılarının  ətraf mühitə  və  kənd təsərrüfatı bitkilərinin keyfiyyət və  məhsuldarlığına təsiri 

öyrənilmişdir (İ.Quliyev, 1990). İ.B.Xəlilov (1991) tərəfindən Gəncə şəhərində sənaye tullantılarının ətraf mühi-

tin ekoloji vəziyyətinə təsiri tədqiq edilmişdir.  

Azərbaycan Respublikasında ümumi gücü 5 mln. kVt-dan çox olan 9 iri istilik elektrik stnasiyasının ətraf 

təbii mühitin komponentlərinə  təsiri öyrənilmişdir (A.Mirzəyev, 1987). Abşeron göllərinin ekoloji vəziyyəti 

tədqiq edilmiş  və onun sağlamlaşdırılması yolları araşdırılmışdır. Respublika çaylarında axımın antropogen 

amillərin təsiri nəticəsində dəyişməsi tədqiq edilmişdir (N.Ə.Məmmədov, H.Y. Fətullayev).  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin