Onkoloji xəstəliklərin artımı. Onkoloji xəstəliklər şişlərin əmələ gəlməsi ilə baş verir. Şişlər
yenitörəmələr olub, toxumaların izafi patoloji inkişaf edərək artmasıdır. Onlar xoş xassəli olub ətrafdakı
toxumalara sıxlaşdırıcı təsir göstərir və bəd xassəli olub (xərçəng kimi) cücərərək ətrafdakı toxumalara keçir və
onları dağıdır. Damarları dağıdaraq onlar qana keçir və bütün orqanizmə yayılır, bu metastaz adlanır.
Onkoloji xəstəliklər insan orqanizminə konserogen maddələrin, şişəmələgətirən viruslar və ya güclü
şüalanmanın (ultrabənövşəyi, rentgen, qamma-şüalanma) təsiri nəticəsində baş verir. Konserogenlər kimyəvi
birləşmələr olub orqanizmdə ona təsir göstərərkən xoş və bəd xassəli yenitörəmələr əmələ gətirmək
qabiliyyətinə malikdir. Təsir xarakterinə görə onlar üç qrupa bölünür: 1) yerli təsir edən; 2) orqanotrop, yəni
ayrı-ayrı orqanı zədələyən; 3) çoxlu təsir, şişləri müxtəlif orqanlarda əmələ gətirir. Konserogen maddələrə bir
sıra tsiklik karbohidrogenlər, azotlu rəngləyicilər və s. aiddir. Onlar sənaye tullantıları ilə çirklənmiş havada,
tütün tüstüsündə, daş kömür qatranı və qurumunun tərkibində olur. Bir çox konserogen maddələr orqanizmə
mutagen təsir göstərir. İqtisadi cəhətdən inkiaşf etmiş ölkələrdə xərçəng xəstəliyindən ölüm halları ürək-damar
xəstəliklərindən sonra ikinci yerdə durur.
Dostları ilə paylaş: |